Нязяри вя практики риторика



Yüklə 3,92 Mb.
səhifə7/107
tarix10.01.2022
ölçüsü3,92 Mb.
#106080
1   2   3   4   5   6   7   8   9   10   ...   107
Nitq fiqurları auditoriyaya dolayı təsir formalarını özündə əks etdirirdi. Bu səbəbdən də onlar üzərində qurulmuş müla­hizələri əslində məntiqə əsaslanan adi nitq üsullarının köməyi ilə şübhə altına almaq və ya inkar etmək mümkün deyildi.

Amma elokusiyanın vəzifəsi yalnız ona lazım olan fi­qur­ları seçməkdən ibarət deyildi, həm də bu fiqurları har­monik sis­temdə birləşdirmək idi. Danışıq prosesində fiqurlar «gö­rün­məli» idi (daha doğrusu ilk baxışda diqqəti cəlb etmə­məli idi). Fiqurların «gözəllik» xatirinə sonradan nitqə daxil edilən möv­zudan tamamilə kənar elementlər kimi qəbul edilməsinin ara­dan qaldırılması da vacib məsələ idi. Fiqurlar nitqin təbii tərkib elementi kimi çıxış etməli idi (sanki onlarsız nitq öz mənasını itirər).

Aydındır ki, fiqurları dərindən öyrənmək həm prinsipcə dildə onların yerini və funksiyalarını anlamağı, həm də konkret onlardan hər birinin digər bütün fiqurlardan fərqli «iş prin­sipi»ni müəyyənləşdirməyi tələb edir. Bununla da təc­rübəli na­­tiq bütün fiqurlar sistemini yaxşı təsəvvür etməlidir.

Bir daha təkrar edək ki, ritorika heç bir zaman fiquru nitqə kənar­dan daxil edilən mövzu ilə heç bir əlaqəsi olmayan element kimi qəbul etməyib. Hətta ritorika yarandığı ilk dövr­lərdə də fiqurlara üzvü tərkib hissəsi kimi baxılırdı. Dil (xüsu­sən də təbii dil) fiqurlarsız təsəvvür edilmirdi. Əvvəllər söhbət dildə sadəcə olaraq fiqur­lardan isti­fadədən deyil, onları müm­kün qədər effektiv işlət­məkdən, onla­rın vasitəsilə məlumatı daha dəqiq ifadə etmək­dən gedirdi.

Bütün bunlara baxmayaraq ritorika heç də yalnız qay­dalara uyğun nitq davranışlarına icazə verən mühafizəkar elm deyildi. Ritorikanın konseptual idealarına görə qaydaların «po­zulması» mümkündür və bu halları da ətraflı sürətdə nəzərdən keçirmək lazımdır. Ritorikada eyni konsepsiyanın tərkibində məntiq və paraloqika ilə yanaşı mövcüddu, lakin bu müla­hi­zə­ni həm məntiqin, həm də paraloqikanın köməyi ilə ifadə etmə­yə icazə verilməsi demək deyildi. İnformasiyanı sadəcə olaraq baş­qa cür ötürmək mümkün olmadıqda paraloqik üsullardan istifadə edilirdi.

Bütün bunlar isə sonrakı tədqiqatçılara dilin «ritorik funk­siyası» anlayışını işlətmək üçün şərait yaratdı. Burada bu funk­siyanın yalnız tərifini verəcəyik: ritorik funksiya adı altında məntiqi üsulla ötürülməsi mümkün olmayan informasiyanı ötür­mək üçün dildən paraloqik istifadə başa düşülür.

Ritorikanın «invensiya xəttin»dən «elokusiya xətti»nə doğ­ru meyl etməsini bu elmin tənəzzül etməsi kimi qəbul etmək lazım deyil. Hər bir elm öz təlabatlarından çıxış etməklə təd­qiqat obyekti seçməkdə sərbəsdir.

Ritorika tam məlumat sistemi kimi vahid güclü düşün­cə­nin məhsulu deyil: o, tədricən yaranıb və yalnız uzun müd­dət­davam edən təşəkkül tapma mərhələsindən sonra tam elmi konsepsiyaya çevrilib. Bütövlükdə proses ritorikanın hər bir bölməsinin tədricən ixtisaslaşması, hər bir bölmənin məq­səd və vəzifələrinin daha dəqiq müəyyənləşdirilməsi ilə əla­qə­dar idi.

Elokusiya hər şeydən əvvəl «söz aləmi» ilə, daha doğru­su dilin yaradıcılıq imkanları ilə bağlı idi, təbii ki, ritorikanın daha səmərəli bölməsi kimi nəzərdən keçirilirdi. Əgər məntiq səhvlərin xarakteri və miqdarı həqiqətən kataloqa salınır və əgər belə demək mümkündürsə, ziddiyyətsiz təsvir edilirdisə – daha doğrusu pozulması məlumatın anlaşılmaz və ya yalan olmasına gətirib çıxaran bir sıra qaydalar şəklində təqdim edi­lirdirsə – eyni paraloqizmlərdən kreativ istifadə zamanı müm­kün effektlərin xarakterini və miqdarını söyləmək praktik cə­hət­dən mümkün deyildi.

Elokusiya heç bir zaman dispozisiyaya ilə ziddiyyət təşkil etməyib, əksinə, aydın sürətdə ritorikanın bu iki bölməsi ara­sında ümumi cəhətlərin olduğunu göstərib. Əslində anlayış və mülahizələr arasındakı eyni münasibətlər sadəcə olaraq «müx-tə­lif tərəflərdə» bir halda mənfi, digər halda isə müsbət key­fiy­yətləri yaradır.

Digər tərəfdən dispozisiya və elokusiya anlayış və müla­hizələrlə eyni əməliyyatlara müraciət edirlər: tədricetmə, mü­qa­yisə, məntiqi nəticə çıxarma yolu ilə birindən digərini əldə etmə və s. Birinci halda belə əməliyyatları yerinə yetirmək qa­dağan edilirdi, ikinci halda isə, əksinə, icazə verilirdi.

Aydındır ki, eyni hadisələr üçün müxtəlif, bir-birinə əks reylərin verilməsinə səbəb olan elm dəyişikliklərə məruz qal­malı idi: daxili parçalanmalar ilə üzləşən elm ya məhv olma­lı, ya da transformasiya etməli idi. Belə faciəvi halın yaran­ma­sının səbəbi, yəqin ki, ritorikanın nail olduğu qeyri-adi yüksək elmi səviyyə idi: onun etdiyi «kəşflər» deyəsən buddist təri­qətinin «kəşfləri» idi. Əgər bir tərəfdən yalan və digər tərəf­dən doğru olan arasında sərhəd yoxdursa, eyni hərəkətlər ta­ma­milə əks nəticələrə, eyni zamanda tamamilə əks hərəkətlər eyni nə­ti­cəyə gətirib çıxarırsa, onda belə məntiqi qanuna­uyğunluğu inki­şaf etdirmək təhlükəli olardı: son nəticədə belə qanuna­uyğun­­luğu təqdim edən elmin zəruri olması məsə­lə­si­nin özü şüb­hə altında qalardı.

Beləliklə, məntiqi əməliyyatlar (daha dəqiq desək, mən­tiq ilə əlaqədar olan əməliyyatlar) məntiq sahəsinə meyl edir. Bu məntiqi əməliyyat ilə bağlı olan invensiya və dispozi­siyanın ilk növbədə isə axırıncının mövqeyinə əhəmiyyətli təsir gös­tərir, başqa sözlə ritorikanın ixtiyarında ancaq elokusiya qaldı. Dispozisiya ilə əlaqəsini itirən və indi bütövlükdə ritorika kimi çıxış edən elokusiya həm də perspekuitas (aydın düşünmək) və aptum (dilin məqsədəuyğunluğu) kimi kateqoriyaları dispo­zi­­­si­yaya güzəştə getməyə məcbur olur. Puritas (qrammatik düz­­­­­­­­­gün­lük) kateqoriyasının eyni şəkildə qrammatikaya güzəştə ge­dərək son nəticədə ornatus (bədiilik, gözəllik) bölməsi ilə ki­fayətlənməli olur.

Yalnız elokusiya ilə məhdudlaşmış ritorika hər tərəfdən hücumlara məruz qaldı, amma ritorikanın özünün qanunlarına görə hissəyə əsaslanaraq tam haqqında mülahizə yürütmək məntiq cəhətdən səhv idi. Elokusiya sonralar nə qədər «müs­təqil» olsa da, o, ayrılıqda deyil, müəyyən elm sahəsinin tər­kibində təşəkkül tapmışdı, daha doğrusu o, ritorikanın digər böl­mələri, ən azı «İnvensiya» və «Dispozisiya» ilə əlaqələr sis­temində qiymətləndirilməsi idi.1

XX əsrin ikinci yarısında ritorika belə idi. Ritorikanın ikinci dəfə «yaranması» XX əsrin 60-cı illərinə təsadüf edir. Məhz bu dövrdən etibarən ritorika çox perspektivli elm kimi qəbul edilir və sürətlə inkişaf etdirilir.

Ritorika öz tamlığını qoruyub saxlaya bilmədi: əvvəllər bu elmin tərkibinə daxil olan bölmələr indi ondan ayrılıb. arqumentasiya (invensiya və dispozisiya) nəzəriyyəsi kommu­ni­kasiya nəzəriyyəsinin tərkibinə daxil olub; elokusiya isə öz növbəsində işarə və işarə sistemlərinə dair elmin-semiotikanın tərkibindədir.

Müasir – «yeni», «ümumi» ritorikanın məsələləri müasir dövrdə əsasən tam təsvir edilmir,2 Ritorika öz normativlik xa­rak­terini itirib, buna görə də müasir dərsliklərin müəllifləri tələbə auditoriyasına vermək istədikləri məlumatların həcmini və xarakterini özləri müəyyən edirlər.

Bu dərsliklərin səviyəsi həm Rusiyada, həm də Avropada çox fərqlidir, amma ədalət naminə qeyd edək ki, Avropada «ritorika ənənəsi» Rusiyada olduğu kimi tam şəkildə aradan qalxmamışdı: ritorika Avropada «gənc nəslə» öyrədilən stabil kurslardan biridir. Burada ritorika həm keçmişin adları və konsepsiyaları haqqında az-ox məlumat verməklə klassik ritorika tarixi daha doğrusu – sırf elmi aspektdə, həm də müasir ritorika, daha doğrusu sırf praktik aspektdən öyrədilir.

Müəllif bu dərslikdə klassik (nəzəri) və müasir (nəzəri və praktiki) ritorikanı birləşdirməyə çalışıb: o, həmçinin «rito-rika ənənəsi»ndə olan uyğunsuzluğu aradan qaldırmağa və müasir ritoriklərin məsləhət və rəylərindən faydalanmağa cəhd edib.

II FƏSİL.
İnvensiya



İnvensiya (tərcümədə – ixtira etmə) materialı əldə etmək və ilkin olaraq sistemləşdirmək bacarığıdır.

Ritorikanın bölməsi kimi invensiya nitqin mövzusu, daha doğrusu danışığın nəyin haqqında getməsi ilə bağlı olan prob­lematikanın işlənilib hazırlanmasını nəzərdə tutur.1

Birinci fəsildə artıq qeyd etdiyimiz kimi, invensiya digər bölmələrə nisbətən «şeylər aləmi» ilə daha sıx bağlıdır və bu mənada əslində qeyri-nitq gerçəkliyindən nitq reallığına keçid təşkil edir. Beləliklə, materialın əldə edilməsi hər şeydən əvvəl real gerçəklikdən alınmış müəyyən sayda faktların nitq dövriyyəsinə daxil edilməsini nəzərdə tutur.

İstənilən danışan şəxs də məhz belə edir: onu məlu­mat­lara müraciət etməyə məcbur edən motivasiyaları dildən kə­nar­da axtarmaq lazımdır. Gündəlik reallıqda biz ətraf alə­min, fik­rimizcə, lazım olan predmet və hadisələri haqqında da­nı­şı­rıq. Məlumatın inisiasiyası (mənimsənilməsi) həmişə artıq əvvəl­cədən həyata keçirilən predmet və hadisələr qurupunun se­çilməsini nəzərdə tutur.

Beləliklə, nadir hallarda mən kimdənsə nə haqqında sa da­nışmağı tələb edə bilərəm. Amma belə tələbin özü – hətta mən o qədər ağılsızam ki, bunu edirəm! – əslində bizim üçün (daha doğrusu həmkarım və mənim üçün), heç olmasa, hipo­te­tik cəhətdən diqqət mərkəzində ola biləcək bir neçə predmetin olduğu deməkdir. Amma bu heç də mənim həmkarımı bu yolla «söz istehsalı»na dəvət etməyim demək deyil.


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin