O, bir çox Afrikalılar kimi çox şən və zarafatcıldır



Yüklə 15,92 Kb.
tarix22.10.2017
ölçüsü15,92 Kb.
#10468

O, bir çox Afrikalılar kimi çox şən və zarbafatcıldır. Cəmi 20 yaşı olsada məmləkətindən xeyli aralı düşüb və buna baxmayaraq Azərbaycana tez öyrəşdiyini bildirdi. “Qarabağ”ın ilk qaradərili futbolçusu olan Viktor İbekoyi ilə söhbətimiz çox səmim alındı. Əgər komandamızın yeni forvardını yaxından tanımaq istəyirsinizsə buyurun, bu da sizə ziyalı ailənin yeganə futbolçusu, qatı dindar, “Qarabağ”ı çempion etməyi qarşısına məqsəd qoyan, özü demişkən “qarabala” Viktor İbekoyi...

- Viktor, isti Nigeriyadan Azərbaycana köçmək çətin olmadı?

- Asan olmadı desəm, daha yaxşı olardı. Ölkəmdə isti ilə yanaşı güclü yağışlar da olur. Amma ilk dəfə qar görəndə... İnanın çox xoşuma gəldi..

- Yəqin çoxlu qartopu oynadın.

- Hə. Düzdü, bir az üşüdüm. Amma, ağ topalarından həzz almamaq mümükün deyil.

- Çox gənc yaşlarında vətənindən uzaq düşmüsən.

- Hə. Afrikanın bir neçə ölkəsində olsamda Avropaya Azərbaycan vasitəsiylə ayaq basdım.

- Belə çıxır ki, gələnə kimi ölkəmizi tanımamısan.

- Düzdü. Menecerim məni vətəninizə gətirəndə hara getdiyimi bilmirdim.

- Və bir il boyunca Tovuzda oynadın. Əyalətdə oynamaq çətinlik yaratmadı?

- Yox. Əslində çox tez uyğunlaşdım. Azərbaycan hər mənada çox gözəl ölkədi. Insanları çox ünsiyyətcildir. Bəlkə də dediyim bu amillər məni vətəninizə tez uyğunlaşmağıma kömək etdi.

- Bəs, nəyə pis oldun?

- Valideynlərimdən ayrılmağıma. Cəmi 19 yaşımda vətənimi tərk etmişəm. Əvvələr sadəcə u-17-də oynayanda milliylə Seneqala, CAR-a səfər etmişəm. Amma uzaq Azərbaycan gəlmək... Valideynlərim üçün burnumun ucu göynəyir.

- Bir futbolçu olaraq hədəflərin nədir?

- Əlbəttə, daha güclü çempionatlarda çıxış etmək istərdim. Xüsusilə, İngiltərədə. Orada futbol sürətli oynanılır. Üstəlik, ölkə futbolla nəfəs alır. Belə bir atmosferdə mübarizə aparmaq müdhiş bir şeydir.

- Bəs o zaman sevdiyin klub hansıdır?

- Çelsi. Orada mənim həmyerlim Obi Mikel oynayır. Üstəlik Afrikanın ən güclüsü Droqba da “zədəgan”ların şərəfini qoruyur.

- Amma Çelsi dahi klub deyil.

- Ola bilər. Yəqin Abromoviçin pulunun son uğurlarda rolunu nəzərdə tutursan. Amma, onun kimi şəxslərin futbolda çox olması idmanın şahının populyar qalmasına kömək edir.

- Demək İngiltərərdə oynamaq istəyirsən?

- Mütləq, Özümə çox inanıram. İnanıram ki, tezliklə, bu arzuma çatacağam. Amma ilk növbədə, “Qarabağ” zirvələrə daşımalıyam.

-- Afrikada futbol deyəndə ağıla ilk gələn Nigeriya olurdu. Amma son dövrlər mövqelərinizi itirdiyinizi görürük.

- Düzdü. Son mundiala qatıla bilməməyimiz lap pis oldu. Ən böyük problemimiz məşqçi ilə bağlıdır. Onlarmilliyə ancaq Avropanın güclü klublarında oynayanları çağırırlar. Belədə futbolçularda özündənrazılıq yaranır. İstədikləri vaxt milliyə gəlir, çox vaxt isə yorğun olub heç məşq də etmirlər. Belədə komanda oyunu oynaya bilmirik.

- Amma bir zamanlar Amokaçilər, Okoçalar, Kanular yetişdirən ölkədə hal-hazırda ulduz qıtlığı hiss olunur.

- Bilirsiz, Nigeriyada hamı futbol oynayır. Belədə seçim etmək çox çətin olur. Amma, qeyd etdiyim kimi, kimin yolu Avropaya tez açılırsa onun bəxti gətirir. İndi ölkədə yetərincə güclü futbolçular var ki, onları heç kim tanımır.

- Azərbaycan yeməklərini bəyənirsən?

- Özüdə çox. Gəldəiyim ilk gündəcə yeməklərinizə öyrəşdim.

- Ən çox nəyi sevirsən?

- Bozbaşı. Tovuzda bu yemək çox məşhurdur. Çox dadlı olur.

- İlk dəfədir ki, gəlmələrdən bozbaşı bəyənən görürəm. Bəs kabab?

- O da dadlıdır. Amma bozbaşın bir başqa yeri var.

- Bəs, musiqi?

- Əla!. Dünyada ən çox sevdiyim Azərbaycan musiqisidir. Özüdə Röyanın mahnılarını çox bəyənirəm. Çox sevinirəm ki, hətta, onun özüylə də tanış olmağa nail olmuşam.

- Heç Azərbaycan toylarında olmusan?

- O qədər. Düzdü, Tovuzda olanda bir az sıxılırdım. Toyxanaya girən kimi hamı mənə baxıb, “qarabala” deyib pıçıldaşırdı. Amma sonradan b ütün bunlara öyrəşdim.

- Yəqin, rəqs etməyi də öyrənmişən?

- Əlbəttə, istəsəniz bu dəqiqə də göstərə bilərəm(gülür).

- Azərbaycan dilini necə öyrənmisən?

- Deyilənlərin əksəriyyətini baş düşürəm. Danışmağım isə hələlik çox zəifdir. Amma, tezliklə, mükəmməl olaraq öyrənəcəm.

- “Qarabağ”ın erməni işğalında olan Ağdamın komandası olduğunu bilirsən?

- Bir az məlumatım var. Azərbaycan artıq mənim 2-inci vətənimdir. Əgər ermənilər bu ölkənin düşmənidilərsə demək mənim də düşmənlərimdir.

- Azərbaycan futbolçularından kimi bəyənirsən?

- Xüsusi kimisə fərqləndirməyə çətinlik çəkirəm. Ancaq istənilən mövqedə səviyyəli oyunçular var.

- Bəs ölkədə top qovan ən güclü leginer kimdir.

- Mən! Özümə inanmasaydım bura gəlməzdim.

- O zaman “Qarabağ”dan növbəti mövsüm nə gözləyək?

- Mütləq çempionluq. Məni ancaq qızıl medallar düşündürür. Bunu əldə edəcək heyətimiz və baş məşqçimiz var. Və mən də bu heyətdəçəvəzəedilməz rol tutucam.

- Özünə belə arxayınsan?

- Bəli. Qeyd etdiyim kimi, əsas hədəfim “Qarabağ”a çempionluğu qazandırmaqdır. Əlbəttə, əla lollektivimizin olmas da məni arxayın danımağa məcbur edir. Futbol ümimi oyundur. Qeyd etdiyim amillər başarı da mühim rol oynayır.

- Ailən haqqında danışardın

- 3 qardaşın 1 bacısı var. Valideynlərim isə universitet müəllimləridir.

- Bəs sən niyə oxumadın?

- İnanın ki, nəsildə yeganə futbolçu mənəm. Uzun müddət məni oxumaq üçün dilə tutdular. Lakin Allah mənə futbol oynamaq üçün istedad verib. Bunu itirmək olmazdı.

- Allahdan söz düşmüşkən, dindarsan?

- Özüdə çox. Bildiyiniz kimi, Nigeriyanın yarısı xristian yarısı müsəlmadır. Mən Allah daim ibadət edən katolikəm. Hər bazar günü mütləq kilsəyə gedirəm. Tovuzda kilsə olmasa da Bakıda belə bir problem yoxdur.

- Başqa ölkələrlə, müqayisədə, Azərbaycanda irqçilik yoxdur.

- Buna görə də ölkənizə xüsusi sevgim var. Əslində bütün dünya bundan misal götürməlidir. Bəzi inkişaf etmiş ölkələrdə insan hüquqları deyib “qara”ları insan saymırlar.

- Sənə “qarabala” deyəndə incimirsən?

- Yox. Bilirəm ki, bu sözü əzizləmə mənasında deyirlər.

- Yeri gəlmişkən, “Qarabağ” tarixində ilk qaradərili futbolçusan



- Bilirəm. Səhər yoldaşlarım bunu mənə deyəndə həm təəccübləndim, həm də sevindim. İnşaallah, ilk olmaqla yanaşı uğurların gəlməsinə də səbəb olaram.

-
Yüklə 15,92 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin