Общественное объединение ковроделов Азербайджана



Yüklə 23,57 Kb.
tarix04.07.2018
ölçüsü23,57 Kb.

Azərbaycan Xalçaçıları” İctimai Birliyi
Azərbaycan xalçaçılarını bir araya gətirən “Azərbaycan Xalçaçıları” İctimai Birliyi 2010-cu ilin yanvar ayında yaradılmış qeyri-hökumət təşkilatıdır.

İctimai Birliyin əsas məqsədi Azərbaycan xalqının milli ənənələri ilə bilavasitə bağlı olan, özünəməxsus qeyri-maddi irsin daşıyıcısı sayılan xalçaçılıq sənətinin yaşadılması, qədimliyi ilə bahəm müasirliyin carçısı olan, milli dəyərlərə söykənən yenilikləri özündə ehtiva edən bu sənətin nəsildən-nəslə keçməsini təşviq etməkdir.

İctimai Birlik “Azərbaycan xalçası” nominasiyasının hazırlanmasında və onun 2010-cu ildə Keniyada YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilməsində bilavasitə iştirak etmiş, 2012-ci ildə isə YUNESKO-nun “Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsində akkreditə olunmuşdur.

İctimai Birlik fəaliyyətə başladığı andan istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda – Özbəkistanda, Qazaxıstanda, Rusiyada, ABŞ-da, Gürcüstanda müxtəlif sərgilərin təşkilatçısı, Fransada, Almaniyada, Çində, Rusiyada və s. ölkələrdə keçirilən onlarla simpozium, festival, seminar, konfransların fəal iştirakçısı olmuşdur.

İB-nin ölkə daxilində fəaliyyəti də diqqətçəkəndir. Naxçıvanda “Naxçıvan xalçası ənənələri bu gün” elmi-praktik konfransını təşkil etmiş və fəal iştirakçısı olmuşdur, Qubada xalçaçılar arasında sorğular keçirmiş, təlimlər, “Ustad dərs”ləri təşkil etmişdir. Xarici kolleksionerlər üçün bölgələrə “Xalça turu” təşkil etmiş, xalçaçılıqla əlaqəsi olan digər xalq-tətbiqi sənət növləri üzrə fəaliyyət göstərən sənətkarlarla əlaqələr yaratmış və onları İctimai Birlik ətrafında birləşdirmişdir.

Eyni zamanda bir neçə ildir ki, “Xalça günü” ilə bağlı mütəmadi tədbirlər keçirir.

Müxtəlif illərdə YUNESKO-nun keçirdiyi konfrans və simpoziumlarda, sərgi və festivallarda yaxından iştirak edir, məruzələrində Azərbaycan mədəni irsini təbliğ edir.

İctimai Birlik müxtəlif yaş qrupları üçün bir-birindən maraqlı tədris proqramları hazırlayıb: bu proqramlarda məktəbəqədər yaşda uşaqlardan başlamış, müxtəlif yaşlı məktəblilər, yeniyetmə və gənclər, ailələr, yaşlılar da əhatə olunub.

Azərbaycan və Özbəkistan sənətkarlarının canlı dialoqu üzərində qurulan sərgi, “Ustad dərs”ləri, “dəyirmi masa”lar eyni kökə malik xalqların ortaq ənənələrinin nümayişi ilə yanaşı, mədəni iqtisadiyyat sahəsində fikir mübadiləsi meydanına çevrilmişdir.

“Azərbaycan Xalçaçıları”nın keçirdiyi tədbirləri saymaqla bitməz. Son illərin ən böyük layihəsi Qarabağ həqiqətlərini dünyaya çatdırmaq, işğal altında qalan irsimizi dünyaya tanıtmağı hədəfə alan, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsinə obyektiv qiymətə nail olmaq, həmçinin tarixi faktları, maddi və qeyri-maddi mədəniyyət nümunələrimiz haqqında məlumat vermək məqsədi ilə müxtəlif dillərdə informasiya daşıyıcısı olan www.war.az elektron audio kitabxana bazası oldu. Layihə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirildi. Baza Azərbaycanın diplomatik xidmətləri ilə yanaşı, ölkənin hüdudlarından kənarda yaşayan həmvətənlərimizin vətənpərvərlik ruhunda tərbiyələnməsində, eyni zamanda Azərbaycan həqiqətlərini yaşadıqları yerin dilində təqdim etmək üçün elmi əsaslara söykənmiş baza rolunu oynayır və informasiya müharibəsində qələbə üçün zəmin təşkil edir.

Birlik üzvünün “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında QHT Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Kənd həyat tərzinin inkişafında qadınların rolu” layihəsində könüllü təlimçi kimi iştirak edərək Ağsu rayonunun xalçaçılıq ənənələri ilə seçilən 3 kəndində Bico (95%), Qəşəd (90%) və Gəgəlidə (85%) olmuşdur. Sorğuların təhlilində yaxından iştirak edərək, bu kəndlərdə xalçaçılıq sənətinin hazırki vəziyyətinin monitorinqi zamanı gənclər arasında xalçaçılığa marağın azaldığını müşahidə etmiş, problemin obyektiv və subyektiv səbəblərini araşdıraraq, “Mədəniyyət məhsulu istehsalının menecment və marketinqi” mövzusunda təlim keçmişdir.

Moskvada ənənəvi “İntermuzey – 2016” Beynəlxalq Festivalı çərçivəsində “Faiq Əhmədin “xalçalarının” timsalında ənənəvi mədəniyyət qeyri-ənənəvi məzmunda” çıxışımızda isə Azərbaycan xalça sənətinin kreativ ideyalara daim açıq olduğunu, özünəməxsus sehrli aləmi olan xalça sənətinin hər zaman müsbəti özünə çəkərək, naqislikləri uzaqlaşdıran, kökə bağlı incəsənət növü olmasını vurğulamışıq.

Hazırda İctimai Birlik beynəlxalq əlaqələrini genişləndirməkdə davam edir. 56 ölkə arasında YUNESKO-nun İCH Forum NGO platformasında yer almağımız, qeyri-maddi mədəni irsimizin mütəmadi təbliği üçün beynəlxalq miqyasda söz deməyə meydan tapmamız kimi qiymətləndirir və bu yükün məsuliyyətini dərindən dərk edirik.

2016-cı ilin noyabr-dekabr aylarında Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçirilmiş YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Saxlanılması üzrə Beynəlxalq Konvensiyasının Hökümətlərarası Komitəsinin 11-ci sessiyasında uğurla iştirak edərək Azərbaycan mədəniyyətini, xalq-tətbiqi sənət icmasını yüksək səviyyədə təmsil etmiş və İCH-NGO Forum-un Baş Assambleyasında çıxışları zamanı qeyri maddi-mədəni irsimizə marağın və ona verilən qiymətin şahidi olmuşdur.

Ötən il 28 dekabr tarixində AXİB NUR Art House ilə birlikdə “Keçmişdən-sabaha” proqram-sərgisi açmış, sərgidə tanınmış xalçaçı-rəssamlar, ölməz Lətif Kərimov məktəbinin davamçıları, yaratdıqları əsərlərlə Azərbaycan xalçasının klassik ənənələrinə yeni ruh verən və sənəti öyrətməkdən usanmayan Hacı Eldar Mikayılzadənin, Lətifə xanım Qarayevanın, Eldar Hacıyevin, Elyar Quliyevin, Adil Məmmədovun, Azərbaycanda çətən sənətini yaşadan və gənclərimizə yorulmadan aşılayan xalçaçı-rəssam Tariyer Bəşirovun, ənənəvi xalça sənətini ustadlarından öyrənib ona özünəməxsus tərzdə yanaşaraq həcm və kolorit gətirən, gənclik şövqü ilə yeni interpretasiyanın ahəngini tamaşaçıya təqdim edən xalçaçı-rəssamlar Nərmin xanım Əliyevanın, ölkəmizin incəsənət tarixində özünəməxsus yeri olan və məişətində dərin iz buraxan keçəçilik sənətini yaşadan rəssam Rauf Əbdulhüseynoğlunun, hər ilməsi bir zəriflik nümunəsi olan, tikmələri göz oxşayan Şəhla xanım Əsgərovanın, muncuqdan toxunn xalçaları ölkəmizin hüdudlarını aşan, hər əsəri ilə unudulmaqda olan bir xalça kompozisiyasını yaşadan tikmə ustası Bədirə xanım Əliyevanın bir-birindən gözəl, xalça ornamentləri üzərində qurulmuş xalq tətbiqi sənət nümunələri nümayiş etdirilmişdir.

2017-ci ilin fevral-mart aylarında AXİB üzvləri NUR Art House-la birlikdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri üçün “Ustadlardan öyrənək” adlı silsilə “Ustad dərs”ləri təşkil etmiş və bu tədbirlərdə tələbələrlə yanaşı, sənətsevərlər də böyük həvəslə iştirak etmişlər. “Xovsuz xalçalar”, “Çətən”, “Bədii tikmə növləri: muncuqla tikmə”, “Keçəçilik”, “Xovlu xalçalar”, “Milli mədəni irsimiz olan Novruz Azərbaycan xalçalarında”, “Qobelen”, “Batika və kəlağayı texnikası”, “Ornamentlərimiz, tariximiz, keçmişimiz”, “Xalça texnologiyaları”, “Mədəniyyət məhsulunun menecment və marketinqi”, “Azərbaycan xalçası – xalq-tətbiqi sənətinin geniş yayılmış növü kimi” və s. mövzuların işıqlandırıldığı interaktiv məşğələləri professor Röya xanım Tağıyeva, xalçaçı-rəssamlar Taryer Bəşirov, Eldar Hacıyev, keçəçi-rəssam Rauf Əbdülhüseynoğlu, bədii tikmə ustası Bədirə Əliyeva, rəssamlar Günel Hüseynova, Mehriban Əliyeva, xalçaçı Gülnarə Əliyeva, tədqiqatçı Gülşən Hüseynova aparmışlar.

30 iyun 2017-ci il tarixində Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi və NUR Art House-un “İncəsənət haqqında söhbətlər” layihəsi çərçivəsində gerçəkləşdirdiyi NUR Art House-da “Bağça-bağda süzən quşlar” adlı tədbirdə AXİB sədri Röya xanım Tağıyevanın “Zamanın və xalqların incəsənəti: qarışılıqlı təsir və qarşılıqlı zənginləşmə” mövzulu tematik, interaktiv mühazirəsi dinlənilmiş, AXİB üzvləri xalçaçı-rəssam Eldar Hacıyevin və bədii tikmə ustası Elmira Qasımovanın, Hökumə Qasımovanın, xalçaçı Rəhilə xanım Əhmədovanın əsərlərindən ibarət proqram-sərgi tamaşaçıların ixtiyarına verildi. Toxucu Gülnarə xanım Əliyeva isə zərif barmaqları ilə tamaşaçılara müxtəlif xalça texnologiyalarını təqdim etdi.

“Azərbaycan xalçaçıları” İctimai Birliyi 01 avqust – 01 dekabr 2017-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qarabağ xalçaçılığının müasir inkişaf potensialı” adlı layihənin icrasına başlamışdır.

Layihə Qarabağda, cəbhə bölgələrində yaşayan əhali və qaçqınlar arasında ənənəvi əllə toxunan xalça istehsalı yerlərinin aşkar edilməsindən, xalçaçılar, toxucular, boyaqçılar, onların sayı, toxuduqları xalça növləri haqqında məlumat toplanmasından ibarətdir. Layihənin gedişatında yaradılan məlumat bankı Qarabağa xas xalça növləri, çeşnilər və hazırda burada mövcud olan xalça müəssisələri haqqında yerli və beynəlxalq ictimaiyyəti məlumatlandırmağı, bu sahəyə investisiyaların cəlb edilməsi məqsədilə təklif və tövsiyələrin hazırlanmasını nəzərdə tutur.

Layihə çərçivəsində Cəbrayıl, Füzuli Ağdam və Tərtər rayonlarının sakinləri, həmçinin Bakı şəhərində yaşayan, həmin bölgələrdən didərgin düşmüş 10000-dən artıq qaçqınlarla görüş keçirilmiş, xalçaçı, boyaqçı və toxucularla 100-ə qədər sorğu aparılmış və nəticələr ümumiləşdirilərək, inkişaf potensialı dəyərləndirilmiş, təklif və proqnozlar hazırlanmışdır.



28 oktyabr 2017-ci il tarixində Bakı şəhərində - NUR Art House qalereyasında təşkil olunmuş “Qarabağ xalçaçılıq ənənələrini yaşadaq” tədbiri də layihə çərçivəsində, nəsillərin lərini yaşadaq” tədbiri də layihə çərçivəsində, nəsillərin görüşü məqsədi daşımaqla yanaşı, xalçaçılığa marağın təşviqini hədəfə almışdır. Layihənin yekunu kimi işıq üzü görmüş kitabça isə “Qarabağda xalçaçılığın müasir inkişaf potensialı. Müasir durum. Problemlər. Təkliflər” adlanmaqla gerçək vəziyyəti qiymətləndirməklə yanaşı, minilliklərlə yaşı olan xalçaçılıq sənətinin bu qolunu yaşadan el sənətkarları haqqında məlumatı təqdim etməklə yanaşı, onların arzu və istəklərini, zərif barmaqların hənirtisindən yaranan xalçaların kompozisiya həllərindən bəhs etməklə yanaşı, sənətsevərlə sənətkar arasında körpü rolunu oynayır. Bu körpünün interaktivliyini isə layihə çərçivəsində yaradılmış elektron məlumat bankı yerinə yetirir.

Bir-birindən maraqlı tədbirləri, mədəni irsimizin milli və dünyəvi nümunəsi olan xalça sənətimizin qorunması, bərpası və gələcək nəsillərə çatdırılması istiqamətini hədəfə alan “Azərbaycan xalçaçıları” İctimai Birliyi bu yöndə müxtəlif formalı fəaliyyətlərini davam etməkdədir.
Kataloq: files
files -> Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi”
files -> Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti adau-nun 80 illik yubileyinə həsr edilir adau-nun elmi ƏSƏRLƏRİ g əNCƏ 2009, №3
files -> Ümumi məlumat Fənnin adı, kodu və kreditlərin sayı
files -> Mühazirəotağı/Cədvəl I gün 16: 40-18: 00 #506 V gün 15: 10-16: 30 #412 Konsultasiyavaxtı
files -> Mühazirə otağı/Cədvəl ivgün saat 13 40 15 00 otaq 410 Vgün saat 13 40 15 00
files -> TƏDRİs plani iXTİsas: 050407 menecment
files -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ XƏZƏr universiteti TƏHSİl faküLTƏSİ
files -> Mühazirə otağı/Cədvəl Məhsəti küç., 11 (Neftçilər kampusu), 301 n saylı otaq Mühazirə: Çərşənbə axşamı, saat 16. 40-18. 00

Yüklə 23,57 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə