Одной из серьезных проблем современного мира остается проблема религиозной и национальной ксенофобии, которая имеет тенденцию к развитию, что является серьезным препятствием для процессов глобализации и может привести к серьезным



Yüklə 8,13 Kb.
tarix28.02.2020
ölçüsü8,13 Kb.
#102221

Aydın Arif oğlu Əlizadə
TƏRCÜMEYİ-HAL
1963 ildə Bakı şəhərində anadan olmuşdur. 1970-80-ci illərdə orta məktəbi biti-rəndən sonra 1981-ci ildə Azərbaycan İnşaat Mühəndisləri institutunda davam etdirmişdir. 1981-83-cü illərdə Hərbi dəniz donanmasında qulluq etmişdir. Hərbi qulluqdan qayıdandan sonra, həmən institutda təhsilini davam etmiş, 1988-ci ildə oranı bitirmişdir. 1983-2002-ci illərdə istehsalatda fəhlə, sonra isə mühəndis işləmişdir. 

Elmi fəaliyyəti 1997-2000-ci illərdən başlamışdır. O zaman Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq institutunun dissertantı olmuş, 2001-ci ildə isə “fəlsəfə tarixi” indeksi üzrə dissertasiyanı müdafiə edərək fəlsəfə elmləri namizədi, 2008-ci ildə isə ikinci dissertasiyasını müdafiə edərək, fəlsəfə elmləri doktoru adını almışdır.

2003-cü ildən başlayaraq bu günə kimi AMEA Fəlsəfə institutunda çalışır. Elmi işçidən baş elmi işçi vəzifəsinə qədər yüksəlmişdir. Hazırda həmin institutun "Sosiologiya" şöbəsinin baş elmi işçisidir. Fəlsəfə institutunun ictimai elmlər üzrə dissertasiya şurasının üzvüdür.

Azərbaycanda və xarici ölkələrdə dərc edilmiş kitabların (monoqrafiyalarin, polemik və apologetik əsərlərin, ensiklopedik lüğətlərin, dərsliklərin, ədəbi əsərlərin) məqalələrin və tərcümələrin müəllifidir. Bir çox kitabların elmi redaktoru olmuşdur.

Əsərlərinə xarici və yerli alimlər çoxlu sayda istinadlar edirlər. Bəzi iddiaları tənqid edilmişdir.

Elmi sahədə bir çox nailiyyətlər əldə etmişdir.

Fəaliyyətinin əsas istiqamətləri fəlsəfə tarixi, dinşünaslıq, tarix və mədəniyyətşünaslıqdır. 

2005–2014-cü illərdə Bakı Musiqi Akademiyasında, Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Fərabi adına Qazaxıstan Milli Universitetində fəlsəfə, dinşünaslıq, kulturologiya, din fəlsəfəsi, dinlərin tarixi, ekologiya, sosial antropologiya, əməyin sosiologiyası, insan alveri fənləri üzrə dərslər aparmışdır. 2008-ci ildə dosent adını almışdır.






Yüklə 8,13 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin