Олигофренийанын тяснифаты



Yüklə 135 Kb.
səhifə1/8
tarix24.03.2022
ölçüsü135 Kb.
#114950
  1   2   3   4   5   6   7   8
movzu 9 Gorme sisteminde qusur olan usaqlar


MÖVZU: 9 GÖRMƏ SİSTEMİNDƏ QÜSUR OLAN UŞAQLAR

(TİFLOPSİXOLOGİYA) ƏSAS OLAN

P l a n:

1.Görmə analizatoru haqqında məlumat.

2. Görmə analizatoru xəstəliklərinin təsnifatı.

3. Zəif görmə və onun növləri.(yaxından görmə, uzaqdan görmə,)

4.Uşağın psixi inkişafında görmənin rolu.

5. Xüsusi məktəblərdə təhsil alan görmə sistemi qüsurlu uşaqlar.

6. Görmə sistenində qüsurun yaranma səbəbləri və

tiflopsixologiyanın başqa elmlərlə əlaqəsi.



1. Görmə analizatoru haqqında məlumat

İnsan yaşamaq üçün lazım olan məlumatları əsasən görmə analizatoru vasitəsilə alır. Göz ətraf mühiti həmişə nəzarətdə saxlayan və onun gözəlliklərini duymaq üçün baş beyinə məlumatlar çatdıran orqandır.

Görmə analizatoru insan və heyvanlarda görmə qıcıqlandırıcılarını qavrayan və təhlil edən mürəkkəb sinir sistemidir.

Görmə analizatoru 3 hissədən ibarətdir. Göz, ötürücü (görmə sinirləri, görmə və qabıq sinir mərkəzləri) və mərkəz (baş beyin qabığının görmə sahələri). Göz özünün xüsusi reseptor sahələrindən başqa, həm də işıq şüalarını sındıran bir sıra sistemdən (buynuzcuqlar, büllur, sulu təbəqə, şüşəyə bənzər cisim), əzələ-görmə cihazından və qişalardan ibarətdir.

Gözün işıqlandırma cihazı imkan verir ki, cismin optik təsviri onun daxili torlu qişasının əsas maddəsi olan çöpcüklər və kolbacıqların üzərinə düşsün. Gündüz görmə cihazı adlanan kolbacıqlar, gecə görmə cihazı adlanan çöpcüklərə nisbətən az həssasdırlar.

İşıq enerjisi sayəsində kolbacıqlar və çöpcüklərdə bioelektrik impluslarını əmələ gətirən fotokimyəvi reaksiyalar baş verir ki, bu da görmə analizatorunun ötürücü hissəsinə, onun mərkəzi qabıq şöbəsinə, görmə duyğularının əmələ gəldiyi baş beyin qabığının peysər-ənsə payına verilir. Görmə analizatoru yüksək həssaslığa o dərəcədə qüvvətlidir ki, bir çox hallarda o, hətta ən dəqiq optik cihazları belə ötüb keçir. Insanın gördüyü işıq 380 milli mikrondan, 780 milli mikrona qədər olan elektromaqnit dalğalarından ibarətdir. Görmə analizatoru cismin və əşyaların işıq və rəngini, formasını, böyüklüyünü, hərəkət və uzaqlığını müəyyənləşdirir. Görmə analizatoru ətraf mühitlə asanlıqla baş çıxarmağa, cisim və hadisələrə toxunmadan, onların bir sıra xüsusiyyətlərini müəyyənləşdirməyə imkan verir.

Görmə analizatorunun işində, cismin daha yaxşı qavranılmasında, görməni təmin edən duyğuların da böyük əhəmiyyəti vardır. Bu duyğular cisimlərin hərəkət və uzaqlığını, böyüklük və istiqamətini müəyyənləşdirməkdə də yaxından iştirak edir. Görmə analizatorunun bu və ya digər şöbəsinin xəstələnməsi sayəsində onun fəaliyyəti az və ya çox dərəcədə pozula bilər.
2. Görmə analizatoru xəctəliklərinin təsnifatı, funksiyasının pozulma dərəcələri və növləri

Görmə analizatorunun xəstəliklərindən biri Aqnoziyadır (a yunanca inkar, qnoz isə latınca idrak deməkdir). Aqnoziya adətən baş beyin qabığının alt hissələrinin zədələnməsi zamanı baş verir. Aqnoziyanın görmə, eşitmə, ehtizaz və digər növlərini fərqləndirirlər.




Yüklə 135 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin