Onun adı və köməyi ilə və amma sonra salam olsun səmavi Elçilərə, Əhli-beytə



Yüklə 82,26 Kb.
Pdf görüntüsü
tarix15.04.2022
ölçüsü82,26 Kb.
#115312
Bilmək Görmək Olmaq 2022
Adab, Adab


Bilmək, Görmək, Olmaq.

《Məktub》


Onun adı və köməyi ilə və amma sonra salam olsun səmavi Elçilərə, Əhli-beytə,

12 imama və əməli saleh bəndələrə Haqq yola tabe olanlara.Sonsuz şükür olsun

şəriki olmayan, mehriban, sevib sevilməyə layiq olan Ona. Mə‘bud yalnız Odur,

Onun heç bir şeydə şəriki yoxdur!

O kimdir? Bilmirəm. Onu Özündən başqa ikinci bilən yox, O Özü bilir Özünü və

Onu bilənlər də özləri kimi bilir, yalnız O Özü Özünü tanıtdırdığı kəslərdən

başqa. Yə‘ni O Öz bəndələrinə Özü Özün tanıdar, bununla da bilərlər. Amma

onlar bilməz, O bildirər onlar isə görərlər.Odurki, O bildiklərimizdə deyil,

bilmədiklərimizdədir. Bəs əvvəl gərək cəhlimizə arif olaq ki, cəhlin zülmətindən

Nura tərəf səfər edək.”Çox söz yazmaq olar, amma çox sözə nə hacət?!”.

Bəs özümdə müşahidə və təcrübə etdim ki, oxuduğum, bildiklərim, bir sözlə əldə

etdiyim elm çox karıma gəlmədi. Səbəbi bəlli oldu ki, nə qədər, nə bildiyim

deyil, yaşayıb təcrübədə gördüklərim faydalı və həqiqət imiş. Yə‘ni bilmək

başqa, görmək başqa!

Biləndə deyil, görəndə ki, əlimdə olanlar, hətta həyat, özüm də daxil, səy’ və

zəhmətimin nəticəsi deyil, yalnız Onun səxavətli və lütfkar olmasındandır və

görəndə ki, O, insanı yalnız Ona bəndə olmaq üçün yaradıb və hətta Ona şükür

etmək özü bir ne’mətdir; nə edəcəyim barədə düşündüm və nəyə diqqət

edəcəyimi araşdırdım. Səmimi olaraq nəticədə gördüm ki, nə az, nə çox, ancaq

nə istədiyimə, niyə istədiyimə diqqət etməliyəm. Və nə istəsəm yə‘ni yaşamaqda

məqsədim, hacətim nə olsa doğru olmuş olar?! Təbiiki məlum bilirdim ki, bəndə

olmaq lazımdır amma əvvəl qeyd etdiyim kimi, bilmək başqa, görmək başqa,

hələ bir də var “olmaq” başqa. Bəs gördüm ki əvvəl bildim, sonra bildiklərimi

tərk etdim, cahilliyimi gördüm; özüm kiməm?! Bu sualı cavabsız gördüm. Bəs

səmimi olaraq kimliyimi görməyə çalışdım… Lakin bunlardan əvvəl, nə

istəyəcəyimə diqqət etdikdə, bəlli olandaki, dəyər Ondan bir şey istəsin insan, o

da Ona bəndə olmaq; bu zaman Ona bəndə olmağı istəyib istəmədiyimi görməyə

çalışdım. Yə‘ni “gör sən Ona bəndə olmaq istəyirsən, ya yox?!”. Bunagörə

özümü görməyimi lazım olduğun dərk etdim. Və özümü görmək istəyərkən

gördümki nəisə var bu görməyə mane olur. Araşdırdım gördümki bu da elə

mənim özüməm.Nəticədə Onun adı, köməyi ilə yola çıxdım; yoldan çıxmamağı



Ondan istədim. Lakin əsas hacətim mətləbim məqsudum O idi və Onun məni

Özünə bəndə etməsi, məni məndən xilas edib Özünə ayna etməsi oldu. “Sözü

müxtəsər edim, bildiklərim az, gördüklərim ondan da az, uzun sözdə mə‘na

olmaz”.


Bəli, bir addım. Həmən o bir addım özündən Ona atılan bir addım ki, sözün əsil

mə‘nasında özü tərk edib, özünü Ona təhvil, təslim edəsən. Təkrar qeyd edirəm

əzizlərim “bunları bilmək kifayət etməz; bunları yaşayaraq görmək

lazım”.Bilmək bir yerə kimi faydalı olsa olar, o da görmək istəyənə, bunun lazım

olduğun dərk edənə qədər. Ozaman ki qərar oldu, görməlisən, gərək bildiklərini

kənara qoyub, onları yaşayaraq görəsən. Çünki inandığın bildiklərin deyil,

yaşayaraq təcrübədə gördüklərindir. Bu, eşq haqqında kitab oxuyanla, aşiq

arasında olan fərq kimidir. Eşqin nə olduğun eşq barədə kitab oxuyandan deyil,

aşiqdən soruş. Təbiiki aşiq eşqin nə olduğuna inanar amma eşq barədə kitab

oxuyan kitabda olanı qəbul edər, ya etməz… Həqiqətdə elə aşiq eşqin nə

olduğun bilir. Qızıl-gülü iyləyən ətrin bilər, nə ki rəsminə baxan və.s…

Xulasə mətləbimiz bu ki, səmimi istədim O, məni Özünə bəndə etsin.Bəs bu

hacəti mətləbi görmək nədir?! Qısa desək, görmək yə‘ni özünlə tam səmimi

olaraq özünün kim olduğunu görmək. Yə‘ni “Heç“liyini, sən yoxikən var

olmağını tərcih edən Kəsin mehribanlığını, sən öz acizliyini, möhtac və heç bir

şeyə malik olmadığını, çarəsiz fəqir bir “Qul” olduğunu GÖRMƏK! Bunları

gördükdən sonra, tam əzim qətiyyətlə, insana verilən iradəni tam buna sərf

etməklə qərara almaq ki, “OLMAQ” lazım! Ona bəndə olmaq lazım! Öz

təxəyyülündə yaratdığın dünya, arzular və “varam” xəyalını, bunu yaradan

“mən”i, “öz”ü tərk edərək, yox olmaq lazım. Zatən yoxam, Onun iradə və

adlarına mənzil, məzhər olmaq lazım! “Bu məktubda qəsdim sizə yol göstərmək

deyil, getdiyiniz yolu görməyinizdir”.

Nəticə: səmimi olaraq hacət mətləbimiz O olsa, O da bizi Özü tərbiyə edəcək,

yetərki biz tərbiyə olmağ istəyək; özümüzü bir şey zənn etməyək. Necə ki, Onun

dostu, bəndəsi, Ona arif olan Ustadlardan birindən eşitdim “bəndə ola bilmirəm,

nə edim?” sualımın cavabında dedi ki “icazə ver O, səni bəndə etsin, tərbiyə

etsin və umumiyyətlə sən nə istəyirsən?! Bunu özündə araşdır…”.

Onun salamı olsun Haqq yola tabe olanlara. Vəssəlam



Yüklə 82,26 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə