Orxan bahadirsoy



Yüklə 78,83 Kb.
səhifə1/77
tarix10.01.2022
ölçüsü78,83 Kb.
#108070
  1   2   3   4   5   6   7   8   9   ...   77

ORXAN BAHADIRSOY

Orxan Bahadırsoy 1993-cü il avqust ayının 4-də, Lerik rayonunun Hamarmeşə kəndində anadan olub.

Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft Akademiyasının “Tibbi Texnologiya Mühəndisliyi” ixtisasına qəbul olunmuş, daha sonra buradakı təhsilindən imtina edərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kino və Dram Teatrı aktyorluğu" ixtisasında təhsil almışdır.

Bir sıra qəzet və portallarda jurnalist, köşə yazarı, şöbə müdiri kimi çalışmış, müxtəlif teatrlarla aktyor və rejissor kimi əməkdaşlıq etmişdir. “Qızıl qələm” mükafatına, “Mətbuatın tərəqqisi naminə” fəxri diplomuna layiq görülmüşdür. Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının üzvüdür. 

Erkən yaşlardan şeirlər yazmağa başlayan Orxan Bahadırsoy, daha sonra poemalar, hekayələr, dram əsərləri, romanlar yazır. Şeirlərinə musiqilər bəstələnmiş, əsərləri bir neçə teatrlarda səhnələşdirilmişdir. Bir qisim şeirlərinə özü də musiqi bəstələmiş və həvəskar bəstəkar kimi də tanınmışdır.

Orxan Bahadırsoyun ilk kitabı - "Fahişə mələklər" romanı 2012-ci ildə, ikinci kitabı - "Günahdır səni sevmək" romanı isə 2014-cü ildə çap olunmuşdur.

Yazıçı-şair, dramaturq, aktyor, rejissor, ssenarist, jurnalist kimi fəaliyyət göstərir.

Ətraflı: https://az.wikipedia.org/wiki/Orxan_Bahadırsoy




Yüklə 78,83 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin