Отуз биринҹи дәРС



Yüklə 4,76 Mb.
səhifə12/30
tarix21.10.2017
ölçüsü4,76 Mb.
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   30

SUALLAR


1.Məada e’tiqad bəsləməyin və ya inkar etməyin insanın həyat fəaliyyətindəki tə’sirini bəyan edin.

2.Axirət həyatına e’tiqad həyata bəyənilən bir istiqamət verilməsində özünün böyük rolunu hansı halda göstərə bilər?

3.Qur’anın məad barəsində tə’kidlərini bəyan edin.

4.İnsanların məad əqidəsini qəbul etmək qarşısındakı inadkarlıqlarının səbəblərini bəyan edin.

5.Qəlbləri xəstə olanların insanları məada e’tiqaddan yayındırmaq üçün göstərdikləri səy’lərin nümunələrini bəyan edin və Qur’anın belə təhrifçi insanlar qarşısındakı tutduğu mövqeyi açıqlayın.

6.Məad barəsində tədqiqat aparmağın zərurəti və onun dünyəvi məsələlərdə tədqiqat aparmaqla müqayisədə üstünlüyünü şərh edin.


QIRX İKİNCİ DƏRS

MƏADIN RUH MƏSƏLƏSİ İLƏ BAĞLILIĞI

Canlı varlıqlarda vəhdətin meyarı

İnsan varlığında ruhun mövqeyi

CANLI VARLIQLARDA VƏHDƏTİN ME’YARI


İnsanın bədəni digər canlı varlıqlar kimi müəyyən hüceyrələrdən, toxumalardan təşkil olunmuşdur ki, onların daxilində daim kimyəvi reaksiyalar və maddələr mübadiləsi baş verir. Amma onların sayı dünyaya gəldiyi gündən ömrünün sonuna qədər dəyişilmir. Toxumaların sayı həmişə sabit qalır.

Bütün canlıların, xüsusilə insanın bədənində baş verən bu dəyişikliklərə diqqət yetirməklə belə bir sual yaranır ki, daim dəyişilməkdə olan bu məcmuə hansı əsasa və me’yara görə vahid bir varlıq hesab olunmalıdır? Halbuki həyat boyunda onun hissələri bir neçə dəfə tamamilə dəyişir.1

Bu suala verilən sadə cavab bundan ibarətdir ki, hər bir canlı varlıqda vəhdətin me’yarı onun hissələrinin həm eyni zamanda, həm də müxtəlif zamanlardakı bağlılıqlarıdır. Baxmayaraq ki, müəyyən hüceyrələr tədrici olaraq ölür və onların yerini yeni hüceyrələr tutur. Amma bu cərəyanın bağlılığı (tədricən baş verməsi) baxımından yenidən qurulan bu məcmuəni vahid bir varlıq hesab etmək olar.

Amma bu, qaneedici cavab deyildir. Çünki biz sayı müəyyən olan kərpiclərdən təşkil olunan müəyyən bir binanı təsəvvür edə bilərik. Belə ki, onun kərpiclərini tədrici olaraq elə dəyişmək olar ki, müəyyən müddətdən sonra əvvəlki kərpiclərdən heç biri qalmasın. Təzə kərpiclər məcmuəsini əvvəlki bina hesab etmək olmaz. Amma zahiri formasını nəzərə aldıqda ona bu adı vermək olar. Xüsusilə həmin məcmuəni təşkil edən kərpiclərin dəyişilməsindən xəbərsiz olan şəxslər tərəfindən belə həmin tə’bir işlədilə bilər.

Yuxarıdakı cavabı belə təkmilləşdirmək olar ki, bu tədrici dəyişikliklər məcmuənin vəhdətinə o zaman zərər yetirmir ki, təbii və batini amil əsasında baş vermiş olsun. Belə ki, canlı varlıqlarda bu tamamilə müşahidə olunur. Amma hər hansı bir binanın kərpiclərinin dəyişdirilməsi xarici amillər tərəfindən olduğundan hissələrin dəyişdirilməsi dövründə bu həqiqi vəhdəti onlara mənsub etmək olmaz.

Bu cavab vahid təbii amilin qəbul edildiyi təqdirdədir. Belə ki, o bu dəyişikliklər cərəyanında həmişə qalır, orqanizmin üzvlərinin nəzm və həmahəngliyini qoruyub saxlayır. Deməli, bu amilin özü barəsində sual yaranır və “onun həqiqəti nədən ibarətdir? Onun vəhdətinin me’yarı hansıdır?” - deyə soruşulur.

Məşhur fəlsəfi nəzəriyyəyə uyğun olaraq hər bir təbii varlıqda vəhdətin me’yarı bəsit (qeyri-mürəkkəb) və hiss olunmayan bir varlıq olan təbiət, yaxud surətdən ibarətdir ki, maddədəki dəyişikliklərdən tə’sirlənmir.1 Qidalanma, inkişaf, nəsil artırma və s. kimi müxtəlif fe’lləri və fəaliyyətləri yerinə yetirən canlı varlıqlarda bu amil nəfsadlandırılır.

Qədim filosoflar bitki və heyvanlara məxsus olan nəfsi maddi, insana məxsus olan nəfsi isə mücərrəd hesab edirdilər. Lakin İslam filosoflarından çoxu, o cümlədən, Sədrül-Mütəəllihin Şirazi heyvan nəfsinin də təcərrüdün müəyyən mərtəbəsinə malik olduğunu demiş, şüur və iradəni mücərrəd varlığın əlamətlərindən hesab etmişdir. Amma varlığın yalnız maddədə və onun xassələrində çərçivələndiyini iddia edən materialistlər mücərrəd ruhu inkar edirlər. Müasir materialistlər (pozitovistlər kimi) hiss olunmayan hər bir şeyi inkar edir, heç olmazsa hiss olunmayan bir şeyi də qəbul etmirlər və təbiidir ki, onlar canlı varlıqlarda vəhdətin me’yarı üçün düzgün bir cavab da verə bilmirlər.

Bitkilərdə vəhdətin me’yarının onlardakı nəbati nəfs olduğunu qəbul etdikdə nəbati həyat müstəidd (iste’dadlı) maddələrdə xüsusi nəbati nəfs və surətin varlığına bağlı olur və maddənin iste’dadarı aradan getdikdə nəbati surət, yaxud nəfs də məhv olub aradan gedir. Həmin maddənin yenidən nəbati surəti qəbul etmək iste’dadına malik olmasını fərz etdikdə onlara yeni nəbati nəfs verilir. Lakin biri köhnə, digəri isə təzə olan bitki bir-birinə tam oxşar olduğu halda onların həqiqi vəhdəti olmayacaq və dəqiq nəzərlə yeni bitkini əvvəlki bitki hesab etmək olmaz.

Amma heyvan və insana gəldikdə isə, onların nəfsi mücərrəd olduğundan bədənləri çürüyüb aradan getdikdən sonra da qala bilər. Yenidən bədənlə əlaqə yaratdığı halda şəxsin vəhdətini (“bu, elə odur” deyilə biləcək surətdə) hifz edər. Belə ki, ölümdən qabaq da həmin ruhun vəhdətinin şəxsin vəhdət me’yarı idi. Bədəndəki maddələrin dəyişikliyə uğraması şəxsin birdən artıq şəxsə çevrilməsinə səbəb olmur. Amma əgər bir şəxs insanın və ya heyvanın varlığının yalnız hiss olunan bədən və onun xassələri və zahiri xüsusiyyətləri ilə xülasələndirsə, ruhu da bədənin xüsusiyyətlərindən təşkil olunan məcmuədən biri saysa, hətta əgər onu hiss olunmayan surət deyil, amma maddə hesab etsə və “bədənlərin çürüyüb aradan getməsi ilə o da aradan gedir” desə, belə bir şəxs məad barəsində düzgün təsəvvürə malik ola bilməz. Çünki bədənin həyat üçün yeni iste’dad tapması fərz olunduqda onlarda yeni xüsusiyyətlər vücuda gəlir və bu zaman vəhdət üçün həqiqi bir me’yar qalmır, çünki əvvəlki xasiyyətlərin tamamilə məhv olması və yeni xasiyyətlərin yaranması fərz olunur.

Bir sözlə, ölümdən sonrakı həyatı yalnız o zaman düzgün şəkildə təsəvvür etmək olar ki, ruhu bədəndən, bədənin xüsusiyyətlərindən tamamilə başqa bir şey hesab edək. Hətta onu bədənə daxil olan və onun aradan getməsi ilə məhv olan maddi surət də hesab etməməliyik. Deməli, əvvəla, ruhun varlığını qəbul etməliyik. İkincisi, onu bədənə oxşar xüsusiyyətlər deyil, xüsusi mahiyyətə malik olduğunu qəbul etməliyik. Üçüncüsü, onu müstəqil və bədənin məhv olmasından sonra yaşamağa qabil olan bir mücərrəd varlıq hesab etməliyik. Amma bədənə daxil olub və bədənin məhv olması ilə məhv olan surət kimi qəbul etməməliyik.

RUHUN İNSAN VARLIĞINDAKI MÖVQEYİ


Burada qeyd olunmalı digər bir məsələ də budur ki, insanın ruh və bədəndən təşkil olunması oksigen və hidrogendən təşkil olunan su kimi deyildir ki, onların bir-birindən ayrılması ilə mürəkkəb birləşmədən ibarət olan müstəqil bir varlıq məhv olub aradan getsin. Əksinə, ruh insanın əsl ünsürüdür və o qaldığı bir müddətə qədər insanın insaniyyəti və şəxsiyyəti qorunub saxlanılır. Məhz buna görə də bədənin hüceyrələrinin və toxumalarının dəyişilməsi şəxsin vəhdətinə heç bir zərər vurmur. Çünki insanın həqiqi vəhdətinin me’yarı onun ruhundan ibarətdir.

Qur’ani-kərim bu həqiqətə işarə etməklə məadı inkar edən və “insanın bədəninin çürüyüb dağıldıqdan sonra yeni bir həyata qədəm qoyması necə mümkündür?!» deyən inkarçıların cavabında buyurur:

De: (Siz tam məhv olmursunuz, əksinə,) sizə vəkil olunan ölüm mələyi sizi (sizin canınızı) alır1

Deməli, hər kəsin insaniyyət və şəxsiyyətinin həqiqəti ölüm mələyinin aldığı şeydir, nəinki, onun yerdə qalıb çürüyən bədəni.





Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə