Standart və məhsul sənədlərinin işlənməsi və ekspertizası



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə1/25
tarix09.05.2022
ölçüsü0,53 Mb.
#115679
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   25
A.S. Sixseyidov Standartlarin ve normativ senedlerin hazirlanma texnologiyasi (1)



 

 

 



 

 

 



 

 

 



 

 

Standartların və normativ sənədlərin 



hazılanması texnologiyası 

                                                 mühazirə 



 

 

 

 

 

                                          

 

 

 

 

 

 


“Standartların işlənmə qaydaları” 

 

Respublikamızda  standartlaşdırma,  metrologiya  və  məhsulun  keyfiyyəti 



məsələləri  ilə  Standartlaşdırma  Metrologiya  və  Patent  üzrə  Dövlət  Komitəsi 

məşğul olur. Ölkə iqtisadiyyatında ölçmə işinin yaxşılaşdırılması və onun idarə 

edilməsinə məsuliyyət daşıyır. Bu işin yerinə yetirilməsi üçün komitə nəzdində 

texniki  komitələr  yaradılır.  Bu  texniki  komitələr  standartların  və  NTS-lərin 

işlənib,  onların  metroloji  ekspertizasını  komitə  nəzdində  fəaliyyət  göstərən 

elmi-tədqiqat instutları,  laboratoriya və mərkəzlərinin köməyi ilə aparır. 

Hər  bir  standartın  işlənməsi  sənayenin  tələbləri  ilə  məqsədəuyğunluğu 

araşdırılmalı, onun iqtisadi effektliyi hesablanaraq onun işlənməsi barədə plana 

uyğun  qərar  qəbul  edilməlidir.  Standartların  işlənməsi  də  elm-texnikanın 

nailiyyətləri,  xarici  ölkə  yeniliklərinin  tətbiqi,  standartlaşdırma  məhsul  üzrə 

patent təmizliyi məsələləri həll edilməlidir. Standart, standartlaşdırılan obyektə 

kompleks  norma  və  qaydaları  müəyyən  edilən  və  səlahiyyətli  orqanlar 

tərəfindən  təsdiq  edilən  normativ  texniki  sənəddir.  Standartlar,  məhsul  ilə 

yanaşı xidmət işləri üçün də işlənib hazırlanır. Standartlar təcrübi-konstruktor  

texnoloji təşkilatlar elm və texnika sahəsində çalışan mütəxəssislərin iştirakı ilə 

hazırlanır.  Standartların  işlənmisində,  razılaşdırılması,  təsdiqi  və  s. 

proseslərində  texniki  komitələrin  səlahiyyətli  nümayəndələri  iştirak  edir. 

Texniki 


komitəyə 

söylənilənlərdən  əlavə  məhsul  sifarişləri  ictimai 

təşkilatlarının nümayəndələri təhlükəsizlik və ekologiya üzrə  mütəxəssislər də 

iştirak  edirlər.  Hər  bir  standartların  işlənməsi  təşkilati  cəhəttən  onların  bütün 

kateqoriyaları üçün aşağıdakı əsas 4 mərhələ qəbul edilir: 

1.  Standartların,  texniki  tapşırıqlarının  işlənməsi  -  Texniki  tapşırıqda 

standartlaşdırılan  məhsul  haqqında  bütün  məlumatlar  göstərilir.  Layihənin 



iqtisadi  effektliyi  hesablanaraq  onun  məqsədəuyğunluğu  təsdiq  edildikdən 

sonra standartların işlənməsi prosesi aparılır. 

2.  Standart  layihənin  birinci  redaksiyasının  işlənməsi  və  rəyə  gön-

dərilməsi.  Texniki  tapşırıqların  tərtibində  standartların  rəyə  göndəriləcək 

müəssisə və təşkilatların siyahısı göstərilir. 



3.  Rəylərin analizi və standartların axırıncı redaksiyasının işlənməsi. 

4.  Standartların hazırlanması, razılaşdırılması və təsdiqə verilməsi. 

   Bu  mərhələlərdən  əlavə  standartların  edilməsi  və  reyestrindən  keçməsi 

prosesi  aparılır.  Son  nəticədə  layihə  edilən  standartın  nəşri  aparılır.  Standart-

ların işlənməsində texniki komitələrin nəzdində başqa təşkilatlar fəaliyyət gös-

tərir.  Bu  bazalar  standartlaşdırma  komtəsi  nəzdində  və  ya  nazirlik  və  sahələr 

üzrə baş idarələrdə yaradılır. Standartları işləyən təşkilatların üzvləri ixtisaslaş-

dırılmış mütəxəsislər olub bir və ya bir neçə qrup şəklində birləşərək standart-

ların işlənməsini həyata keçirirlər. 

 


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin