Pedaqogikanın ümumi əsasları Plan



Yüklə 176,29 Kb.
səhifə1/141
tarix01.01.2022
ölçüsü176,29 Kb.
#102867
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   141

Mövzu 1

Pedaqogikanın ümumi əsasları

Plan:

  1. Pedaqogikanın mövzusu və vəzifələri

  2. Uşaqların yaş xüsusiyyətləri

  3. Pedaqogikanın inkişaf tarixi və tədqiqat metodları

  4. Pedaqoji proses: mahiyyəti və mərhələləri

  5. Şəxsiyyətin inkişafı və formalaşması


ƏDƏBİYYAT:

1.Əliyev İ.İ. Pedaqogika (Mühazirələr kursu), Ali məktəblər üçün dərs vəsaiti. Naxçıvan, “Əcəmi” Nəşriyyat- Poliqrafiya Birliyi. 2017, 280 səh. s. 5-25

2. Abbasov A. Pedaqogika. Dərs vəsaiti. Bakı, “Mütərcim”, 2013, 360 səh.

3.Kazımov N.M. Məktəb pedaqogikası. Bakı, Çaşıoğlu, 2002.


P.1.1“Pedaqogika” yunan sözü olan “paydaqoqos” (paidos-uşaq, qoqos-ötürən) sözün­dən götürülüb “uşaq ötürən” deməkdir. Belə ki, Qədim Yunanıstanda varlıların uşaqlarını məktəbə aparıb gətirən qullara paydoqoqos deyilirdi. Zaman keçdikcə bu sözün mənası dəyişmiş, pedaqogika uşaqların tərbiyəsi haqqında fikir, söz, nəzəriyyə, elm kimi inkişaf etmişdir.

Pedaqogikanın bir elm kimi meydana gəlməsi XVI əsrdə yaşamış Y.A.Komenski­nin (1592-1670) adı ilə bağlıdır. Bu dövrə qədər təlim, tərbiyə, təhsillə bağlı çolu fikirlər, nəzəriyyələr olsa da, bunlar bir sistem halında deyildi. Ilk dəfə olaraq Komenski “Böyük Didaktika” adlı əsərində təlim və təhsil məsələlərini elmi zəmində izah etməyə və əsas­lan­­dırmağa çalışmışdır. O, pedaqoji hadisələrin mahiyyəti və məzmununu təbiətə­müva­fiq­lik prinsipi əsasımda şərh edirdi. Məsələn, O, deyirdi ki, bilikləri şagirdlərə dərindən və möhkəm mənimsətmək lazımdır. Çünki, təbiətdə kökləri torpağa dərin işləyən ağaclar möhkəm olur.

Pedaqogikanın mövzusuna nələr aiddir? Pedaqogikanın mövzusu deyəndə onun öyrəndiyi sahələr, bu elmdə haqqında danışılan məsələlər nəzərdə tutulur. Pedaqogikanın mövzusunu pedaqoji proses, pedaqoji qanunauyğunluqlar təşkil edir ki, pedaqoji proses təlim, tərbiyə, təhsil və psixoloji inkişafın vəhdətidir. Yəni, təlim, tərbiyə, təhsil və psixoloji inkişaf da pedaqogikanın mövzusudur.

Pedaqogika - insanın bütün həyatı boyu inkişafı ücün mühüm amil və fəaliyyət sahəsi olan pedaqoji prosesin mahiyyətini, qanunauyğunluqlarını, prinsip, metod, təşkili formaları və səmərəli yollarını öyrənən elmdir. Pedaqogikanın obyekti – insan və onun həyata hazırlanmasıdır.Pedaqogikanın predmeti- insan şəxsiyyətinin tərbiyə, təlim və təhsil vasitəsilə formalaşdırılması və inkişafına yönəldilmiş pedaqoji prosesdir.

Pedaqogikanın 4 bölməsi var:




Kataloq: wp-content -> uploads -> 2020
2020 -> Kiçik summativ qiymətləndirmə №-1
2020 -> Mövzu müasir təlim formaları,iş üsulları və texnikaları plan: 1
2020 -> Dəmiryol nəqliyyatında daşımaların təşkilinin əsasları
2020 -> Uşaq psixologiyası imtahan sualları Uşaq psixologiyası psixologiyanın sahəsi kimi
2020 -> Mühazirələr DƏDƏ qorqud" eposu azərbaycan türklərinin ulu babası oğuz türklərinin yaratdığı "
2020 -> Informatika fənninin predmeti. Informasiya nəzəriyyəsi və informasiya texnologiyaları. Informasiya ölçü vahidləri
2020 -> Kompüter avadanlıqlarının profilaktikası və texniki təmiri
2020 -> Grammar: Write about: “The Reciprocal Pronouns and their teaching methods” – “Qarşılıq əvəzliyi və onun tədrisi metodikası” haqqında yaz
2020 -> Azərbaycan Tarixi XIX xxi əsrin əvvəli
2020 -> Mühazirələr toplusu Giriş

Yüklə 176,29 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə