Pensiya islahatlari



Yüklə 37,63 Kb.
səhifə1/7
tarix05.01.2022
ölçüsü37,63 Kb.
#111795
  1   2   3   4   5   6   7

PENSİYA İSLAHATLARI




Bu günkü  Azərbaycan  Respublikası  Dövlət Sosial Müdafiə  Fondunun formalaşması tarixi, ölkəmizdə iqtisadi münasibətlərin, eləcə də sosial sığorta və pensiya təminatı üzrə köklü dəyişikliklərin dinamikası ilə birbaşa əlaqəlidir. 

Məlum olduğu kimi, SSRİ dövründə Azərbaycanda sosial sığorta və pensiya məsələləri müstəqil respublika qanunvericiliyi çərçivəsində deyil, ümumittifaq qanunvericiliyi çərçivəsində inkişaf etmişdir. 

1990-cı ildə SSRİ Sosial Sığorta Fondu yaradıldı və tabeçiliyindən asılı olmayaraq, bütün müəssisə, idarə, təşkilat, kooperativ, sovxoz, kolxoz və digər təşkilatların onun hesabına ayırmalar etməsi qərara alındı. Bundan sonra "Azərbaycan SSR-də sosial sığorta üzrə idarəçiliyin təkmilləşdirilməsi və maliyyələşdirmə qaydası haqqında" Azərbaycan SSR Nazirlər Kabinetinin və Həmkarlar İttifaqlarının Azərbaycan Respublika Şurasının qərarı ilə (08. 05. 1991) Həmkarlar İttifaqlarının Azərbaycan Respublikası Şurasının nəzdində Azərbaycan SSR Sosial Sığorta Fondu yaradıldı.

"Sosial Sığortaya və Məşğulluq Fonduna normativ ayırmalar haqqında" Azərbaycan Respublikasının 31 dekabr 1991-ci il tarixli Qanununun bəzi maddələrinə əlavə və dəyişikliklərin edilməsi haqqında" Azərbaycan Respublikası Qanunu ilə 1 iyun 1992-ci il tarixdən sosial sığorta üzrə ayırmaların əməyin ödənişi fondunun 40%-ni təşkil etdiyi müəyyən olundu. Qeyd olunan məbləğin 85%-nin Respublika Pensiya Fonduna, 15%-inin isə Sosial Sığorta Fonduna daxil olması nəzərdə tutuldu. 


Sosial sığorta və pensiya təminatının maliyyələşdirilməsi sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 1992-ci il tarixli "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun yaradılması haqqında" Fərmanı ilə Azərbaycan Respublikası Pensiya Fondu və Azərbaycan Respublikasının Sosial Sığorta Fondu bazasında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu (DSMF) yaradıldı. Müstəqil maliyyə-bank sisteminə malik olan DSMF-yə Azərbaycan Respublikası ərazisində dövlət pensiya təminatının, müavinət və ödəniş xərclərinin maliyyələşdirilməsi başlıca vəzifə kimi həvalə olundu..




İslahat istiqamətlərinə uyğun olaraq, ölkəmizdə də sığorta-pensiya sistemi və dövlət sosial yardımı sistemlərinin ayrı-ayrılıqda beynəlxalq standartlar əsasında fəaliyyət göstərmələri müəyyənləşdirilmişdir. Bu məqsədlə 2001-ci ilin noyabrında "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Qanun qəbul edilmiş, 2006-cı ilin 1 yanvarından isə 3 qanun - "Əmək pensiyaları haqqında", "Dövlət sosial müavinətləri haqqında" və "Ünvanlı dövlət sosial yardımı haqqında" qanunlar qüvvəyə minmişdir. Beləliklə, hər iki sistemin fəaliyyətini təmin edəcək qanunvericilik bazası yaradılmışdır. Hazırda sığorta-pensiya sistemi 3 qanun ("Sosial sığorta haqqında", "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında", "Əmək pensiyaları haqqında" qanunlar), dövlət sosial yardım sistemi isə ayrıca 2 qanun (“Dövlət sosial müavinətləri haqqında" və "Ünvanlı dövlət sosial yardımı haqqında" qanunlar) əsasında fəaliyyət göstərir.


Azərbaycanın sığorta-pensiya modelinin nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən yüksək qiymətləndirilməsinin nəticəsi kimi, 2004-cü ildə ölkəmiz Beynəlxalq Sosial Təminat Assosiasiyasının büro üzvü, 2007-ci ildə isə inkişaf etmiş Avropa ölkələri ilə bir sırada Assosiasiyanın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilmişdir. Azərbaycan Assosiasiya çərçivəsində yüksək səviyyədə müvafiq qərarların qəbul edilməsində xüsusi rola malikdir. Assosiasiyanın Avropa toplantısı 2005-ci ilin sentyabrında Bakıda keçirilmişdir. Eləcə də, Assosiasiyanın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin ilk iclasının 2008-ci ilin iyulunda Bakı şəhərində keçirilməsi Azərbaycanın Avropaya inteqrasiyası istiqamətində gerçəkləşdirilən mühüm tədbirlərdəndir. Bu əlaqələrin inkişafının davamı kimi 2008-ci ilin oktyabr ayında Bakıda Beynəlxalq Sosial Təminat Assosiasiyasının və Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun birgə təşkilatçılığı ilə Assosiasiyanın üzvü olan 16 ölkənin iştirakı ilə beynəlxalq texniki seminar keçirilmişdir. Assosiasiyanın təşkilatçılığı ilə növbəti belə beynəlxalq seminar 2010-cu ilin aprel ayında ölkəmizdə təşkil olunmuşdur. 

Yüklə 37,63 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin