Peyğəmbər(s) və İmamlar(ə)ın mübarək hədisləri II cild Mizanul hikmət ( xülasəsi )



Yüklə 15,62 Mb.
səhifə1/51
tarix16.05.2020
ölçüsü15,62 Mb.
#102611
növüXülasə
  1   2   3   4   5   6   7   8   9   ...   51



Mizanulhikmət

(xülasəsi)
Peyğəmbər(s) və İmamlar(ə)ın

mübarək hədisləri



II cild

Mizanulhikmət

(xülasəsi)

Peyğəmbər (s) və İmamların (ə) mübarək hədisləri


Toplayan:

Ayətullah Məhəmməd Məhəmmədi Reyşəhri


Tərcüməçilər:

Ağabala Mehdiyev,

Elşən Mahmudov,

Etibar Quliyev


Redaktorlar:
İxtisas redaktoru

Höccətül –İslam vəl-müslimin

Hacı Adil Mövlayi
Ədəbi redaktor:

Dürdanə Cəfərli


231




Doğruluq



1084. Doğruluq

Quran:

«Ey iman gətirənlər! Allahdan qorxun və doğrularla birgə olun.»1



Hədis:

3467. Allahın Peyğəmbəri (s): «Cənnət qapılarından biri olan doğruluğu sizə tövsiyə edirəm.»2

3468. İmam Əli (ə): «Doğruluq – danışığın ilahi fitrətə uyğunluğu, yalan isə danışığın ilahi fitrətdən uzaqlaşmasıdır.»3

3469. İmam Əli (ə): «Doğruluq haqqın dilidir.»4

3470. İmam Əli (ə): «Doğruluq ondan qorxsan da sənə nicat verər, yalan isə ondan özünə bir təhlükə hiss etməsən də, səni məhv edər.»5

3471. İmam Əli (ə): «Doğruluq, hər şeyin düzgünlüyünün, yalansa hər şeyin fəsadının mayasıdır.»6

3472. İmam Əli (ə): «Doğruluq – əmanətə sadiq qalmaq, yalan isə xəyanətdir.»7

3473. İmam Əli (ə): «Kişinin dəyəri onun səyi, onun doğruluğu isə insaniyyəti qədərdir.»8

3474. İmam Əli (ə): «İman odur ki, insan onun ziyanına olmuş olsa belə, doğruluğu xeyrinə olan yalandan üstün tutsun.»1

3475. İmam Baqir (ə): «Söz danışmaqdan əvvəl doğru danışmağı öyrənin»2

3476. İmam Sadiq (ə): «Doğruluq izzətdir.»3

3477. İmam Sadiq (ə): «Doğru danışanın əməli pakdır.»4



1085. Doğru danışan

3478. İmam Əli (ə): «Doğru danışan nicat və alicənablığın astanasında, yalançı isə uçurum və xarlığın kandarında dayanmışdır.»5

3479. İmam Sadiq (ə): «İnsanların namazına, orucuna aldanmayın. Çünki bəzən insan namaza, oruca o qədər adət edir ki, onları tərk etsə, qorxu hissi keçirir. Əslində, onları doğru danışmaq və əmanətdarlıqla sınayın.»6

3480. İmam Sadiq (ə): «Doğruluqdan daha yaxşısı onu danışan, yaxşı işdən daha yaxşısı ona əməl edəndir.»7


1086. Ən doğru sözlər

Quran:

«Allah, Ondan başqa məbudun olmadığıdır. Şübhəsiz ki, heç bir şəkkin olmadığı qiyamət günü (Allah) sizi bir yerə toplayacaqdır. Allahdan daha sadiq (doğru danışan) kim ola bilər?»8



Hədis:

3481. İmam Əli (ə): (ən yaxşı söz barədə suala cavabından) «Allahdan başqa heç bir məbudun olmadığına şəhadət vermək.»9

3482. İmam Əli(ə): «Sözlərin ən yaxşısı hal əhlinin sözüdür.»2

232




Dost



1087. Dost

3483. Allahın Peyğəmbəri (s): «İnsan öz dostunun dinindədir. Beləliklə, hər biriniz kiminlə dostluq etməyinizin fərqində olun.»1

3484. İmam Əli (ə): «Dost, yaxınların ən yaxınıdır.»2

3485. İmam Əli (ə): «Dostu olmayan kəsin ehtiyat azuqəsi olmaz.»3

3486. İmam Əli (ə): «Dostlar müxtəlif bədənlərdə bir ruhdurlar.»4
1088. Nəfslərin oxşarlığı

3487. İmam Əli(ə): «Nəfslər müxtəlifdir. Bir-birinə bənzəyənlər bir yerə yığılar və öz bənzərlərinə daha çox meyl edərlər.»5

3488. İmam Əli (ə): «Hər insan öz oxşarına tərəf meyl edər.»6
1089. Dostluğa layiq olanlar

3489. Allahın Peyğəmbəri (s): «Ən xoşbəxt insan böyük insanlarla yoldaşlıq edəndir.»7

3490. İmam Əli (ə): «Ən böyük düzgünlük və mənfəət ağıllı, iman və mənəviyyat sahibi olan insanlarla yoldaşlıq etməkdədir.»1

3491. İmam Əli(ə): «Səni əbədiyyət sarayına çağıran və o saraya çatmaq üçün işləməkdə sənə kömək edən şəxs, həmin qayğıkeş dostundur.»2

3492. İmam Sadiq(ə): «Heç kimsəni üç şeydə sınamamış, öz dostun bilmə; onu qəzəbləndir və bax gör bu qəzəb onu haqqdan batilə çəkirmi, pul və qızılla, onunla səfərə çıxmaqla.»3

3493. İmam Sadiq(ə): «O kəslə dostluq et ki, onunla zinət taparsan, səninlə zinətlənənlə dostluq etmə.»

(İlk baxışda, hədisin məqsədi budur ki, elə bir şəxslə yoldaşlıq et ki, yoldaşlığınız hər ikinizin zinətlənmənizə səbəb olsun. Onu zinətləndirdiyin,

ancaq sənin zinətlənməyinə səbəb olmayan şəxslə yoldaşlıq etmə).4


1090. Ləyaqətsiz yoldaşlar

Quran:

«Bir gün zalım öz əllərini didər və deyər: «Ey kaş, Allahın Peyğəmbəri getdiyi yolu gedəydim. Vay olsun mənə, kaş filankəslə dostluq etməyəydim. Quran mənə gəlib çatdıqdan sonra, o, məni Allahı yad etməkdən yayındırdı. Şeytan həmişə insanı yalqız qoyub gedəndir.»5



Hədis:

3494. Allahın Peyğəmbəri(s): «Özünə nəzərdə tutduğu və bəyəndiyi şeyi səninçün bəyənməyən bir şəxslə yoldaşlıqda sənə heç bir fayda yoxdur.»6

3495. İmam Əli(ə): «Bircə bilsəydin, nəfsinlə mübarizədə sənə kömək etməyən şəxslə yoldaşlığın sənə necə də ağır bir yükdür.»7

3496. İmam Əli(ə): «Fasiq, əxlaqsız, günahkar şəxslərlə yoldaşlıq etməkdən çəkin.»2

3497. İmam Əli(ə): «Nadan adamın dostu əziyyət və çətinlikdədir.»3

3498. İmam Əli(ə): «Fasiqlərlə (günahkarla) yoldaşlıq etməkdən çəkin. Çünki pislik pisliyə bağlanar.»4

3499. İmam Əli(ə) (əziz oğlu Həsənə (ə) tövsiyəsindən): «Oğlum! Axmaqla dostuq etməkdən çəkin. Çünki o sənə xeyir vermək istəyər, amma ziyan vurar.»5

3500. İmam Səccad (ə) (əziz oğlu Həzrət Baqirə (ə) tövsiyəsindən): «Öz qohum-əqrəbası ilə əlaqəsini kəsən adamla yoldaşlıq etməkdə ehtiyatlı ol. Çünki Allah kitabının üç yerində belə şəxsin lənətləndiyini gördüm.»6

3501. İmam Rza (ə): «Nadan adamın dostu əziyyətdədir.»7
1091. Dostluğu pozan amillər

3502. İmam Əli (ə): «Kişi öz qardaşını narahat (ya xəcalətli) edən zaman onu itirər.»8

3503. İmam Əli (ə): «Dostun dosta paxıllıq etməsi, dostluğun sağlam olmamasından irəli gəlir.»9

3504. İmam Əli(ə): «Heç vaxt bədgümanlıq sənə qalib gəlməsin. Çünki bu səninçün heç kəslə dostluq etməyə yer qoymaz.»10

3505. İmam Əli(ə): «Öz dostunun hər bir işinə irad tutanın dostluq telləri tez qırılar.»1

3506. İmam Əli(ə): «Qardaşları ilə yola getməyən şəxsin dostları azalar.»2

3507. İmam Sadiq (ə): «Əgər müsəlman qardaşının səninlə dostluğunun xalis qalmasını istəyirsənsə, heç vaxt onunla zarafat və münaqişə etmə, onun qarşısında öyünmək və düşmənçilikdən çəkin.»3

3508. İmam Hadi(ə): «Bir-birinizlə çəkişməyiniz köhnə dostluğu pozar, möhkəm düyünləri açar. Belə ki, mübarizədə biruzə verilən ən az şey, birinin digərinə üstün gəlmək istəyidir. Bu istək isə dostluq əlaqələrinin kəsil­məsinin əsas amilidir.4


1092. Dostluğun sərhədləri

3509. İmam Əli(ə): «Həqiqi dost sənin eyblərinin aradan getməsi üçün nəsihət edən, sən olmadığın vaxt sənin malının, sərvətinin qeydinə qalan və səni özündən üstün biləndir.»5

3510. İmam Əli(ə): «Nə qədər məhəbbətin var, dostuna bəşx elə, amma inamının hamısını onun ayağı altına atma.»6

3511. İmam Sadiq (ə): «Dostluğun sərhədləri var. Kim onların hamısına, ya bir neçəsinə malik olsa dostdur, əks halda, onu əsla dost bilmə: birincisi, zahirdə və batində sənə qarşı eyni olsun; ikincisi, sənin abrını öz abrı, sənin eybini və rüsvayçılığını öz eybi və rüsvayçılığı bilsin; üçüncüsü, sərvət və məqam onun sənə qarşı münasibətini dəyişməsin; dördüncüsü, əlindən gələn köməyi səndən əsirgəməsin və beşinci, bütün xislətləri özündə çəm edir; çətinliklərdə səni tənha qoymasın.»7


1093. Ən yaxşı dostlar

3512. Allahın Peyğəmbəri (s): «Ən yaxşı dost, səninlə uyğunsuzluğu az və uyğunluğu çox olandır.»1

3513. İmam Əli (ə): «Allaha itaət yolunda sənə kömək edən şəxs, ən yaxşı dostdur.»2
1094. Dostun haqqı

3514. İmam Əli(ə): «Heç bir dostla, naşükr olsa da, əlaqəni kəsmə.»3

3515. İmam Səccad (ə): «Dostun haqqı, onunla mehriban və insafla rəftar etməyindir. Eləcə də, sənə hörmət etdiyi qədər sən də ona hörmət etməlisən. Heç bir bəxşişdə səni qabaqlamağa imkan vermə, əgər qabaqlasa bu yaxşılığının əvəzini çıx. Səni sevdiyi qədər, sən də onu sev. Əgər bir günah etməyi qərara alsa, onu günahdan çəkindir. Onun üçün zəhmət və məhəbbət mənşəyi ol, onun əzabına bais olma.»4



Yüklə 15,62 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin