Peyğəmbər(s) və İmamlar(ə)ın mübarək hədisləri II cild Mizanul hikmət ( xülasəsi )



Yüklə 15,62 Mb.
səhifə10/51
tarix16.05.2020
ölçüsü15,62 Mb.
#102611
növüXülasə
1   ...   6   7   8   9   10   11   12   13   ...   51

255




Təharət və paklıq



1175. Təharət (dəstəmaz, qüsl, təyəmmüm).

3826. Allahın Peyğəmbəri (s): «Təharət imanın bir hissəsidir (ya yarısıdır).»1

3827. Allahın Peyğəmbəri (s): «Qiyamət günü bəndədən soruşulan birinci şey təharətdir.»2

3828. Allahın Peyğəmbəri (s): «Təharətsiz heç bir namaz qəbul olunmaz.»3


1176. Pak edənlər.

Quran:

«Öz rəhmətindən (yağışdan) qabaq müjdə verən küləkləri göndərən Odur. Səmadan pak edən suyu yerə endirdik.» 4



Hədis:

1. Su:

3829. İmam Əli(ə): «Allah-taala suyu pak və pakedici yaratdı. Heç bir şey onun rəngini, ya dadını, ya da iyini dəyişməyincə onu nəcis etməz.»5



2.Günəş:

3830. İmam Baqir (ə): «Üzərinə günəşin şüası düşən hər bir şey pakdır.»6



3.Torpaq:

3831. İmam Sadiq(ə): «Allah-taala torpağı da su kimi pakedici qərar vermişdir.»1



4.Od:

3832. İmam Kazim(ə) əgər gəci (qurumuş basdırılmış) nəcis ölünün sümüyü ilə birgə bişirsələr, sonra onunla məscidə (döşəməsinə) mala çəksələr həmin döşəmədə səcdə etmək olarmı»? sualının cavabında): «Bəli, su və od onu pak etmişdir.»2



1177. Mənəvi paklıq.

Quran:

«Allah siz əhli-beytdən(ə) çırkabı aparıb sizi pak-pakizə etmək istəyir.»3

«Onların mallarından sədəqə götür ki, bunun vasitəsilə onları pak edərsən. Onlar üçün dua et ki, sənin duan onların sakitliyinə səbəb olar. Allah eşidən və biləndir.»4

Hədis:

3833. İmam Əli(ə): «Allah-taala imanı, şirkdən təmizlənmək üçün vacib etdi.»5

3834. İmam Əli (ə): «Həqiqətən, ilahi təqva sizin qəlblərinizin xəstəliyinin dərmanı və canlarınızın çirkabını pak edəndir.»6

3835. İmam Əli(ə): «Bir halda pak olmayandan qaçmırsınız, onda özünüzü eyblər və günahların çirkabından pak edin.»7



256




İtaət



1178. Allaha itaət və onun nəticəsi.

Quran:

«Ey iman gətirənlər! Allaha itaət edin, onun Rəsuluna və öz əmr sahiblərinizə itaət edin.»1



Hədis:

3836. Allahın Peyğəmbəri (s): «Allah yanında olan məqama itaətdən başqa heç bir şeylə çatmaq olmaz.»2

3837. İmam Əli(ə): «Allaha itaət hər düzgünlüyün açarı və hər fəsadın islah səbəbidir.»3

3838. İmam Əli(ə): «Allahın rəhmətinə hamıdan çox layiq olan insan, Ona hamıdan çox itaət edəndir.»4

3839. İmam Əli(ə): «Nadanlığına dair dəlil gətirə bilmədiyiniz bir kimsəyə itaət etməyinizi, sizə tövsiyə edirəm.»5

3840. İmam Hadi(ə): «Yaradanın əmrinə itaət edən insan yaradılmışların qəzəb və narazılığından qoxmaz.»6


1189. İtaətə layiq olanlar.

3841. İmam Əli(ə): «Ağıllı adama itaət et ki, xeyir görəsən. Nadanın sözünə qulaq asma ki, salamat qalasan.»7

3842. İmam Əli(ə): «Elmə itaət et və nadanlığa tabe olma ki, nicat tapasan.»8

3843. İmam Əli(ə): «Məxluqa itaət edib Yaradana itaətsizlik göstərənin dini yoxdur.»2

3844. İmam Əli(ə): «Özündən yuxarıdakına itaət et ki, səndən aşağıda olan da sənə itaət etsin.»3

3845. İmam Əli(ə): «Qəlbi Allaha müti olan şəxsin cismi Allaha


itaətdən yorulmaz.»4

3846. İmam Hadi(ə): «Kim öz məhəbbət və fikrini sənin ixtiyarına versə, sən də öz itaətini onun ixtiyarına ver.»5


1180. itaətə layiq olmayanlar.

Quran:

«Və deyərlər: «Ey Rəbbim! Biz öz ağalarımıza və böyüklərimizə itaət etdik, onlarsa bizi doğru yoldan sapdırdılar. Ey Rəbbimiz! Onlara ikiqat əzab ver və böyük bir lənət et.»6

3847. Allahın Peyğəmbəri (s): «Kim Allahı narazı edən bir işi görməklə hansısa rəhbəri razı salsa, Allahın dinindən çıxmışdır.»7

3848. İmam Əli(ə): «Bax! Öz əsil-nəcabəti ilə lovğalanan və bununla özünü başqalarından üstün bilən ağalarınıza və böyüklərinizə itaət etməkdən çəkinin, çəkinin!... Onların bulanıq sularını öz duru suyunuzla birgə içdiyiniz, xəstəliklərini öz sağlamlığınızla qarışdırdığınız, batillərinə öz haqqınıza yol verdiyiniz və günahların əsası olan bu böyüklük iddiası edən ağılsızlara itaət etməyin.»8

3849. İmam Əli(ə): «İradəsi olmayan bir zəifə itaət edən haqq-hüququ zay edər, sözgəzdirənə qulaq asan dostunu əldən verər.»9

257




Ətir



1181. Ətir.

3850. Allahın Peyğəmbəri (s): «Xoş ətir qəlbi (ya ruhiyyəni) gücləndirər və cinsi qüvvəni artırar.»1

3851. Allahın Peyğəmbəri (s): «Allaha xatir özünə ətir vuran şəxs qiyamət günü tünd iyli müşkdən də ətirli olar. Allahdan qeyrisinə görə özünə ətir vuran şəxs qiyamət günü murdardan da üfunətli iy verər.»2

3852. Ənəs ibn Malik: «Allahın Peyğəmbəri (s) bir ətir veriləndə onu geri qaytarmazdı.»3

3853. İmam Əli(ə): «Xoş ətir müalicə edəndir.»4

3854.İmam Sadiq(ə):«Ətir vurmaq peyğəmbərlərin sünnələrindən­dir.»5

3855. İmam Sadiq(ə): «Allahın Rəsulu (s) ətirə, yeməkdən daha çox xərc çəkərdi.»6

3856. İmam Sadiq(ə): «Günün əvvəlində özünə ətir vuran şəxsin ağlı gecəyədək özündə olar.»7

3857. İmam Kazim(ə): «Yaxşı olardı ki, kişi hər gün xoş ətirdən istifadə etsin. Əgər hər gün bacarmasa, günaşırı ətir vursun və buna da imkanı çatmasa, cümə günləri onu tərk etməsin.»8

3858. İmam Rza(ə): «Ətir vurmaq peyğəmbərlərin əxlaqındandır.»1


1182. Qadınların ətri.

3859. Allahın Peyğəmbəri (s): «Qadın ətrinin rəngi aşkar, iyi isə gizlidir. Kişi ətrinin iyi aşkar və rəngi gizlindir.»2

3860. Allahın Peyğəmbəri (s): «Özünə ətir vuran və bir neçə kişinin yanından onun ətrini duyduqları halda keçən qadın zinakardır.»3


Yüklə 15,62 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin