Peyğəmbər(s) və İmamlar(ə)ın mübarək hədisləri II cild Mizanul hikmət ( xülasəsi )



Yüklə 15,62 Mb.
səhifə20/51
tarix16.05.2020
ölçüsü15,62 Mb.
növüXülasə
1   ...   16   17   18   19   20   21   22   23   ...   51

282




İsmət



1296.İsmət.

4283. İmam Əli (ə): «Hər kimə isməti ilham olunarsa, büdrəyişlərdən amanda qalacaqdır.»1

4284. İmam Səccad (ə) : «Bizim ailənin imamı məsumdan qeyrisi olmaz. İsmət elə bir şey deyil ki, insanın zahirində olsun və onun vasitəsilə tanınsın. Buna görə də məsum təyin olunmalıdır.» Ərz etdilər: «Ey Rəsulullahın övladı! Məsumun mənası nədir?» Həzrət buyurdu: «Məsum o şəxsdir ki, Allahın kəndirindən yapışsın. Allahın kəndiri, elə həmin Qurandır. Bu ikisi (məsum və Quran) qiyamət gününə qədər bir-birindən ayrılmaz. İmam Qurana tərəf üz tutar, Quran da İmama doğru. Bu Allahın buyruğudur. Allah buyurur: Bu Quran, doğru olana yol açır.»2

4285. İmam Sadiq (ə) (Məsumun mənası barədə Hişamın sualına cavabından): «Məsum o kəsdir ki, Allahın köməyi ilə özünü ilahi qadağalardan qorusun. Allah-taala buyurmuşdur: Hər kim Allaha görə ismətli olub Ona sığınsa,doğru yola yönəldilmişdir.»3


1297. İsmət yaradanlar.

4286. Allahın Peyğəmbəri (s): «Allah-taala ona itaət edən kimsəni (hər bir şərr və məkruhdan) qoruyar və Ona itaətsizlik edən isə Allah tərəfindən qorunmaz.»4

4287. İmam Əli (ə): «İbrət öyrənmək ismətə (və büdrəməməyə) gətirib çıxarar.»5

4288. İmam Əli (ə): «Günahlardan çəkinmək sağ ikən sənin ismət qaynağın və (günahdan) qoruyucun, ölümdən sonra isə məqamının Allaha yaxınlaşmasına səbəb olar.»2

4289. İmam Əli (ə): «İsmət təqva ilə bənzər olmuşdur.»3

4290. İmam Əli (ə): «Hikmətin özü bir ismətdir. İsmət isə bir nemətdir.»4

4291. İmam Əli (ə) (Münacatında):–«Xudaya! Günahdan çəkinmək üçün Sənin qorumağından başqa bir yol yoxdur. Yaxşı işlər bizlərə Sənin istəyindən qeyri yolla müyəssər olmur. Belə isə Sənin istəməyindən necə fayda götürüm? Sənin qorumağın dadıma çatmasa, özümü günahdan necə saxlayım?»5

4292. İmam Baqir (ə): «Allah-taala kimsənin xoş məramı olduğunu bildikdə, onu öz pənahında qoruyar.»6

4293. İmam Sadiq (ə) (İmamları vəsf edərkən):–«Büdrəyişdən qorunmuşlar, hər bir çirkinlik və alçaqlıqdan amandadırlar.»7

4294. İmam Sadiq (ə): «Biz Allahın fərmanının tərcumanlarıyıq. Biz məsum camaatıq.»8

4295. İmam Rza (ə): «İmam günahlardan pak və eyblərdən kənardır.»9

4296. İmam Rza (ə): «İmam məsumdur, (Allah tərəfindən) təsdiqlənib, uğurlanıb və möhkəmləndirilib.Hər bir xəta, büdrəyiş və səhvdən amandadır. Allah bu xüsusiyyətləri ona bəxş edib ki, bəndələrinə Allahın hüccəti, yaratdıqlarına isə sübutu olsun.»10



283




Böyük saymaq



1299. İbadətkarların böyük sayılması.

4297. Allahın Peyğəmbəri (s): «Əcəmlər kimi bir-birinizin ayağına qalx-mayın.»1

4298. Allahın Peyğəmbəri (s): «Özü oturmuş halda olduqda, camaatın onunçun ayağa qalxmasını istəyənin yeri oddur.»2

4299. Əbuzər (r.ə): «Gördüm ki, Salmanla Bilal Peyğəmbərə tərəf gəlirlər. Birdən, Salman Allahın Peyğəmbərinin (s) ayağına düşüb onu öpməyə başladı. Peyğəmbər onu bu işdən çəkindirib sonra buyurdu: Ey Salman! Əcəmlərin öz padşahları ilə gördüyü işi mənə qarşı etmə! Mən Allahın bəndələrindən biriyəm. Bəndə kimi xörək yeyir və bəndə kimi oturub dururam.»3

4300. İmam Əli (ə) («O Həzrətin (ə) Şam şəhərinə yolunun üstündə atlarından düşüb onun qarşısında qaçan Ənbarın torpaq sahiblərinə): «Bu nə işdir görürsünüz?» Dedilər: «Bu bir adətdir və bununla öz hökmdarlarımıza hörmətimizi bildiririk.» Həzrət buyurdu: «Allaha and olsun! Sizin hökmdarlarınız bu işdən fayda götürməzlər. Siz də dünyada özünüzə əziyyət verirsiniz və axirətdə isə bu əməlinizə görə bədbəxt olacaqsınız. Arxasında cəza olan əzab və məşəqqət necə də ziyanlıdır. Necə də faydalıdır oddan asüdəlik yaradan rahatlıq.»4
1300. Layiqli insana hörmət qoyulması.

Quran:

«Hər kəs Allahın mərasiminə hörmət etsə, bu şübhəsiz ki, qəlblərin paklığındandır.»1

«Hər kəs Allahın haram buyurduqlarını böyük sayarsa, Rəbbinin yanında onun üçün xeyirli olar. Sizə deyilənlərdən başqa, qalan heyvanlar sizə halal edilmişdir. Belə olan halda, murdar bütlərdən və yalan sözlərdən çəkinin.»2

Hədis:

4301. Allahın Peyğəmbəri (s): «Ağsaqqala, Quran bilənə və ədalətli rəhbərə ehtiram qoymaq Allahın cəlal və əzəmətinə hörmət etmək deməkdir.»3

4302. İmam Sadiq (ə) (Kiməsə hörmət üçün ayağa qalxmaq barədə verilən suala cavabından):–«Bu, təkcə dini şəxsiyyət üçün edilməsi istisna olmaqla bəyənilməyən işdir.»4

4303. İmam Kazim (ə): «Alimə elminə görə hörmət et və onunla çarpışma. Nadanı nadanlığına görə kiçik say, ancaq onu özündən qovma. Əksinə, özünə yaxınlaşdır və ona elm öyrət.»5

«Şəhidi əvvəl» özünün «Qaydalar» kitabına yazır: «Bu rəftar barədə əvvəlkilərdən bir şey nəql olunmasa da, möminin gündəlik adət-ənənələrə uyğun olaraq hörmət qoymasının eybi yoxdur. Bunun səbəbi ayə və rəvayətlərin ümumiliyidir. Allah-taala buyurur: «Hər kəs Allahın nişanələrinə hörmət etsə, bu şübhəsiz ki, qəlblərin paklığındandır.» Yenə də buyurur: «Hər kəs Allahın haram buyruqlarını böyük saysa, bu Rəbbi yanında onun üçün xeyirli olar.» Allahın Peyğəmbəri (s) də buyurmuşdur: «Bir-birinizə qarşı düşmənçilik və paxıllıq etməyin, bir-birinizə arxa çevirməyin və bir-birinizlə əlaqəni kəsməyin, ey Allahın bəndələri! Bir-birinizə qardaş olun.» Buna görə də hörmət üçün ayağa qalxmaq, əyilmək və bu qəbildən olan işlər caizdir. Bu işlərin görülməməsi düşmənçilik, əlaqənin kəsilməsi və möminə hörmətsizliklərlə nəticələnəcəyi halda yerinə yetrilməsi vacib olar. Əldə olan səhih rəvayətə görə Peyğəmbər (s) Fatimə (ə) üçün və Həbəşədən qayıdarkən Cəfər (ə) üçün ayağa qalxıb və Ənsarlara da buyurardı: «Sərvəriniz və öz böyüyünüz üçün ayağa qalxın!» Eyni zamanda nəql olunur ki, İkrəmə ibn Əbicəhl Yəməndən gələndə Allahın Peyğəmbəri (s) onun gəlməyinə şad oldu və onunçün ayağa qalxdı.»1




Yüklə 15,62 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə