Peyğəmbər(s) və İmamlar(ə)ın mübarək hədisləri II cild Mizanul hikmət ( xülasəsi )



Yüklə 15,62 Mb.
səhifə26/51
tarix16.05.2020
ölçüsü15,62 Mb.
növüXülasə
1   ...   22   23   24   25   26   27   28   29   ...   51

292




Əhd



1370. Əhdinə vəfalı olmağa həvəsləndirmək.

Quran:

« …əhd edəndə ona sadiq olanlardır1

Hədis:

4649. Allahın Peyğəmbəri (s): «Müsəlmanlar halalın şərtlərinə öz əhdlərinə sadiqlərdir2

4650. Allahın Peyğəmbəri (s): «Bilin ki, kimsə öz əhdlisinə (əhli zimmədən olan) zülm etsə, ya haqqını az versə ya gücündən çox boynuna vəzifə qoysa, yaxud da razılığı olmadan ondan nəsə alsa, qiyamət günü mən onunla düşmən iddiaçı tərəf olaram3

4651. Allahın Peyğəmbəri (s): « vaxt (ümmət) əhdinə xilaf çıxarlarsa, Allah-taala düşmənlərini onlar üzərində hakim edər4

4652. Allahın Peyğəmbəri (s): «Əhdinə xilaf çıxanın dini yoxdur5

4653. İmam Əli (ə): «Əhdlər qiyamət gününə qədər boyunlardan asılacaq xaltadır. Onlara riayət edənə Allah-taala yaxşılıq edər. Kim onlara xilaf çıxarsa, Allah ona yardımlarını əsirgəyər. Hər kim əhdini yüngül sansa, əhdi ondan əhdə sadiqliyə təkid edən öz yaratdıqlarından, onları qorumağı istəyən kəsə şikayət edəcək6

4654. İmam Əli (ə) (Malik Əştəri hakim təyin etdiyi fərmanından): «Allahın vacib işlərindən heç biri əhdə vəfa etmək kimi deyildir. İnsanların istəkləri rəngarəng, fikirləri müxtəlif olsa da ona hörmət məsələsində həmrəydirlər1

4655. İmam Əli (ə): «Sözündə düz olmaq (verdiyi əhdə sadiq qalmaq) imandandır2

4656. İmam Əli (ə): «Öz əhd-peymanına sadiq olmayanın Allaha inamı yoxdur3

4657. İmam Baqir (ə): «Allah-taala heç kimə üç şeyin əleyhinə getməyə icazə verməmişdir: …, yaxşı pis əməl sahibinə verilən əhdə riayət etmək4

4658. İmam Baqir (ə) Öz ipliyini pambıq edən qadın kimi olmayın…» ayəsi ilə əlaqədar buyurduqlarından): «Öz ipliyini əyirən qadın bəni Təmimdən olan ibn Mərrənin arvadı, Kəb bin Sədin Rabtə (Reyrə) adlı qızı idi. O, axmaq bir qadın idi yun əyirər, əyirdiklərindən pambıq hazırlayar onu yenidən əyirərdi. Buna görə Allah-taala buyurmuşdur: «Öz ipliyini pambıq edən qadın kimi…» Allah-taala vəfalı olmağı əmr etmiş əhdə vəfasızlıqdan çəkindirmişdir. Bu misalı da ona görə çəkmişdir5

4659. İmam Sadiq (ə) Ey iman gətirənlər! Verdiyiniz qərarlarda vəfalı olunayəsinə aid suala cavabından): «Burada, verilən əhdlər nəzərdə tutulur6




Yüklə 15,62 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə