Peyğəmbər(s) və İmamlar(ə)ın mübarək hədisləri II cild Mizanul hikmət ( xülasəsi )



Yüklə 15,62 Mb.
səhifə28/51
tarix16.05.2020
ölçüsü15,62 Mb.
növüXülasə
1   ...   24   25   26   27   28   29   30   31   ...   51

Hədis:


4678. İmam Bağır (ə) («Biz hər bir insanın yaxşı və pis əməlini öz boynundan asar...» ayəsi barədə): «Harada olur-olsun, onun yaxşı və pisi də onunladır və qiyamət günündə əməl dəftəri özünə verilənə qədər onlardan ayrıla bilməz.»3

4679. İmam Sadiq (ə) («Oxu kitabını. Bu gün özün-özünə haqq-hesab çəkməyə bəs edərsən.» ayəsi barədə): «Bəndənin bütün əməlləri və onunçün yazılanların hamısı onun yadına salınacaq. Sanki həmin andaca törətmişdir. Buna görə də deyərlər: «Vay bizim halımıza! Bu necə yazıdır ki, kiçicik və böyük şeylərdən heç biri də buraxılmamışdır.”4

4680. İmam Sadiq (ə): «Qiyamət günündə insanın əməl dəftəri ona verilər və deyilər: ”Onu oxu.» (Rəvayətçi deyir) Ərz etdim: Həmin məktubda olanları bilirsinizmi? Həzrət buyurdu: «Heç bir baxışı, heç bir deyilməmiş sözü, atdığı heç bir addımı və gördüyü heç bir iş olmaz ki, həmin məktubda yazılmamış olsun. O, həmin əməllərini elə yada salar ki, elə bil indicə görmüşdür. Buna görə də, deyərlər: «Vay bizim halımıza! Bu necə yazıdır ki,...»1
1381. Sağ və sol tərəfin səhabələri.

4681. İmam Sadiq (ə): «Allah-taala möminlə haqq-hesab çəkmək istədikdə, əməl dəftərini onun sağ əlinə verər və Özü ilə onun arasında haqq-hesab çəkər. Sonra buyurar: Mənim bəndəm. Filan işi, behman əməli görmüsən. Ərz edər: Bəli, ey pərvərdigar! Mən bu işləri görmüşəm. Allah-taala buyurar: Mən onları sənə bağışlayıb xeyir əməllərə çevirdim. Sonra camaat deyər: Sübhanallah. Bu bəndənin heç bircə günahı da olmayıb? Allahın “Əməl dəftəri sağ əlinə verilənlə asan haqq-hesab çəkilər və özününkülərin yanına şad qayıdar” sözünün mənası budur.»2,3

4682. İmam Sadiq (ə): «Allah taala ...... hərgah bəndənin pisliyini istəsə, camaatın yanında onunla haqq-hesab çəkib məhkum edər və əməl dəftərini sol əlinə verər. Allahın “Əməl dəftəri boynunun arxasından onlara verilənlər dərhal deyər ki, vay olsun halıma, mən məhv oldum. Dünyada özününkülərlə şad-xürrəm yaşayan beləsi, şölənələn alova daxil olar.” sözünün mənası da budur.»4,5


294




Adət



1382.Adət

4683. İmam Əli(ə): «Adət ikinci (insan) təbiətdir.»1

4684. İmam Əli(ə): «Adət hər bir insanın hakimidir.»2

4685. İmam Əli(ə): «Hər kim adətlərinə tabe olsa, (yüksək) məqamlara nail olmaz.»3

4686. İmam Əli(ə): «Sənin dilin, səndən elə adət etdiyini istər, nəfsin isə ona öyrəşdiyi şeyi dilər.»4

4687. İmam Əli(ə): «Qəzəbə tələsmə. Bu adət halını almaqla sənə hakim olar.»5

4688. İmam Əli(ə) (əziz övladı İmam Həsənə (ə) tövsiyyələrindən): «Yeniyetmə qəlbi xam torpaqtək boşdur. Ona atılan hər bir şeyi qəbul edər. Buna görə də qəlbin bərkiməmiş və ağlın məşğul olmamış sənə tərbiyə və ədəb verməyə tələsdim.”6

4689. İmam Əli(ə) (Ona faludə (un, su və baldan harlanmış halva) gətirib qarşısına qoyduqda buyurmuşdur): «Sənin xoş ətrin, xoşagələn rəngin və ləziz tamın var. Ancaq mən nəfsimi ona adət etmədiyi bir şeyə öyrəşdirmək istəmirəm.»7

4690. İmam Əli(ə): «Özünü yaxşı işlər görməyə öyrəşdir və tavan yüklərini, cərimələri çiyninə çək ki, nəfsin şərafətinə çatasan, axirətin abad olsun və alqış edənlərin çox olsun.»1

4691. İmam Həsən (ə): «Adətlər qəhr edəndirlər. Kimsə gizlində və aşkarda özünü nəyəsə adət etdirsə, həmin şey onu aşkarda və camaatın içində rüsvay edər.»2


1383. Adətlərə üstün gəlmək.

4692. İmam Əli (ə): «Fəzilət adətlərə üstün gəlməkdir.»3


4693. İmam Əli(ə): «Ən üstün ibadət, adətə qalib gəlməkdir.»4

4694. İmam Əli(ə): «Adətlərə üstün gəlməklə ən yüksək məqamlara çatmaq olar.»5

4695. İmam Əli(ə): «İbadətləriniz asanlaşsın deyə, adətlərinizi dəyişdirin.»6

4696. İmam Əli(ə): «Adətlərdən əl çəkməklə nəfslərinizi ram edin və onları itaətə doğru yönəldin.Tavan və cərimələrinizin yüklərini onların çiyinlərinə yükləyin. Yaxşı əməllərdən istifadə etməklə onları bəzəyin və günahların çirkabından uzaqda saxlayın.»7



1384. Adətləri dəyməyin çətinliyi.

4697. İmam Əli(ə): «Siyasətlərin ən mətini adətləri dəyişməkdir.»8

4698. İmam Əli(ə): «Hər işi görmək mümkündür, yalnız adətləri dəyişməkdən başqa.»9

4699. İmam Əli(ə): «Ey camaat! Nəfslərinizi tərbiyə etməyi öz öhdənizə götürün, onları tamah və adətlərindən çəkindirin.»10




295




Bayram



1385.Bayram

Quran:

«Məryəm oğlu İsa dedi: Pərvərdigara, ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, o, bizlər və bizdən sonra gələnlər üçün bir bayram və Səndən bir nişanə olsun. Bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan.»1




Yüklə 15,62 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə