Peyğəmbər(s) və İmamlar(ə)ın mübarək hədisləri II cild Mizanul hikmət ( xülasəsi )


Ğina (eyş-işrət məclislərinə xas tərzdə oxumaq)



Yüklə 15,62 Mb.
səhifə35/51
tarix16.05.2020
ölçüsü15,62 Mb.
növüXülasə
1   ...   31   32   33   34   35   36   37   38   ...   51

309




Ğina (eyş-işrət məclislərinə xas tərzdə oxumaq)



1436. Ğina.

Quran:

«Bütlərin murdarlığından uzaq durun və batil sözlərdən çəkinin.»1



Hədis:

4892. Allahın Peyğəmbəri (s): «Allah məni dünya əhlinə rəhmət olaraq göndərdi və mən simli alətləri, neyləri və cahiliyyət işlərini məhv (qadağan) edəcəyəm.»2

4893. Allahın Peyğəmbəri: «İki səs var ki, bunlar dünya və axirətdə lənətlənmişlər: xoşhal olduqda çalınan neyin və müsibət vaxtı vay-şivənin səsi.»3

4894. İmam Sadiq (ə): «Ğina elə günahlardandır ki, Allah onunçün alovu vəd etmişdir. Allah-taala bu barədə buyurub: «Camaatın elələri var ki, boş sözləri (heç bir) elmsizi (camaatı) Allahın yolundan azdırmaq və Allah yolunu rişxənd etmək üçün satın alarlar. Onlara xaredici əzab veriləcəkdir.»4


1437. Ğinanın mirası.

4895. Allahın Peyğəmbəri (s): «Ğina ziyanın tilsimidir.»5

4896. Allahın Peyğəmbəri (s): «Üç şey qəlbi sərtləşdirər: eyş-işrət məclislərinə xas musiqini eşitmək, ov və sultan sarayına gedib-gəlmək.»1

4897. İmam Sadiq (ə): «Ğina özündən nifaq qoyub gedər.»2



310




Qeyb



1438. Peyğəmbər, Allahın təlimi ilə qeybdən xəbər verdi.

4898. İmam Sadiq (ə): «Təbuk döyüşündə Allahın Peyğəmbərinin (s) dəvəsi itir. Münafiqlər deyirlər: «Bizə qeybdən danışır, ancaq dəvəsinin yerini bilmir.» Cəbrayıl Peyğəmbərə (ə) nazil olub münafiqlərin dediklərini Həzrətə çatdırdı və dedi: «Dəvən filan dərədədir və cilovu iri bir ağaca ilişib.» Sonra Allahın Peyğəmbəri (s) camaatı namaza çağırdı. Camaat yığışdı. Həzrət buyurdu: «Ey camaat! Mənim dəvəm filan dərədədir.» Camaat həmin dərəyə doğru tələsdi və dəvəni tapdılar.»1



1439. İmam qeyb elmi.

4899. «Nəhcül-Bəlağə»: «Əmirəl-mömininin (ə) (Kəlb qəbiləsindən olan) səhabələrindən biri Həzrətə ərz etdi: «Ya Əmirəl-möminin! Qeyb elmi sənə verilmişdir.» Həzrət güldü və buyurdu: «Ey Kəlb qəbiləsindən olan kişi! Bu qeyb elmi deyil, sahibindən elmi öyrənməyin təsiridir. Qeyb elmi qiyamət gününü bilmək elmidir. Allah-taala onları sayaraq buyurmuşdur: «Həqiqətən, qeyb elmi Allahın yanındadır. Yerə yağış göndərər və qadınların uşaqlıqlarında olanı bilər.» 2

4900. İmam Sadiq (ə) İmam qeybi bilirmisualına cavabından):– «Yox. Ancaq, nəyisə bilmək istəyəndə, Allah həmin şeyi ona öyrədir.»3

4901. İmam Kazim (ə) Siz qeybi bilirsinizmideyə soruşan bir iranlı kişiyə verdiyi cavabdan):–«(İlahi) Elm bizim üçün açıq olduqda bilirik, üzümüzə bağlandıqda isə bilmirik.» Sonra buyurdu: «Elm, izzət və cəlallı Allahın sirridir və onu Cəbrayılla bölüşmüşdür. Cəbrayıl onu Məhəmmədlə (s), Məhəmməd isə istədiyi kimsə ilə bölüşdü.»1



311




Qeybət



1440. Qeybətdən çəkindirmək.

Quran:

«Bir-birinizin qeybətini qırmayın! Sizdən kimsə ölmüş qardaşının ətini yeməyə razı olarmı? Bu onda ikrah oyadar. Allahdan qorxun. Allah tövbələri qəbul edən və mehribandır.»1



Hədis:

4902. Allahın Peyğəmbəri (s): «Merac gecəsi öz üzlərini dırnaqları ilə cı­ran bir dəstə camaat gördüm. Soruşdum: «Ey Cəbrayıl! Bunlar kimlərdir?» Dedi: «Bunlar camaatın qeybətini edən və abırlarını tökənlərdir.»2

4903. Allahın Peyğəmbəri (s): «Qeybət etmək zinadan daha pisdir.» Ərz etdilər: «Necə?» Buyurdu: «Kişi zina edir, sonra tövbə edir və Allah onun tövbəsini qəbul edir. Ancaq qeybət edən, qeybətini etdiyi şəxs tərəfindən bağışlanmayana qədər bağışlanmaz.»3

4904. İmam Əli (ə): «Qeybət etmək aciz insanın işidir.»4

4905. İmam Hüseyn (ə) (Onun yanında bir kişinin qeybətini edən kimsəyə): «Ey kişi! Qeybətdən əl çək. Çünki qeybət cəhənnəm itlərinin yalıdır.»5

4906. İmam Sadiq (ə): «Qeybət etmə ki, səndən qeybət olunar. Qardaşın üçün quyu qazma ki, özün ona düşərsən. Çünki hansı əllə versən, həmin əllə də geri alarsan.»6

4907. İmam Sadiq (ə): «Bir kişi Əli ibn Hüseynə (ə) ərz etdi: «Filankəs sizin haqda deyir ki, yolunu azmış və bidətçi birisiniz.» Əli ibn Hüseyn ona buyurdu: «Həmin kişi ilə yoldaşlığın haqqını gözləməmisən. Çünki onun sözünü bizə çatdırmısan. Bizim haqqımızı da gözləməmisən. Çünki qardaşımın mənim bilmədiyim sözlərini mənə çatdırdın!....Qeybət etməkdən çəkin. Çünki o, cəhənnəm itlərinin yalıdır. Bil ki, kimsə camaatın çox eybini tutursa, bu çox eyb tutmağın özü, eybləri özündə olduğu qədər axtardığını göstərir (onun camaatdan eyb tutması göstərir ki, həmin eyblər onun özündə də vardır).»1

1441. Qeybət və din.

4908. Allahın Peyğəmbəri (s): «Qeybət etmək, insanın dininə (məhv ol­ma­sına) xora xəstəliyinin onun daxilinə təsirindən daha tez təsir gös­tərər.»2

4909. Allahın Peyğəmbəri (s): «Kim müsəlman kişi və ya qadının qeybətini edərsə, Allah, qeybəti edilən onu bağışlamasa, qırx gün qırx gecə onun namaz və orucunu qəbul etməz.» 3

4910. Allahın Peyğəmbəri (s): «Qiyamət günü bir kişini gətirib Allahın dər­gahında saxlayar və əməl dəftərini ona verərlər. Onda özünün xeyir əməl­lərini görməz və ərz edər: «İlahi, bu mənim əməl dəftərim deyil. Çünki mən onda öz itaətimdən heç nə görmürəm.» Ona deyərlər: «Sənin Allahın nə xəta edər, nə də unudar. Sənin əməlin camaatın qeybətini etdiyinə görə ba­da getmişdir.» Sonra başqa kişini gətirərək əməl dəftərini verərlər. Orada özü­nün itaətlərinə aid çoxlu yazıları görər. Ərz edər: «İlahi! Bu mənim əməl dəf­tərim deyil! Çünki mən bu ibadətləri etməmişəm! Ona deyərlər: «Fi­lankəs sənin qeybətini etdi və mən onun yaxşı əməllərini sənə verdim.»4


1442. Qeybətin mənası.

4911. Allahın Peyğəmbəri (s) (Əbuzərə xitabən): «Ey Əbuzər! Qeybət et­məkdən çəkin. Çünki qeybət zinadan daha pisdir...» Əbuzər deyir: «Ərz et­dim ki, ey Allahın Peyğəmbəri. Qeybət nədir?» Buyurdu: «Qeybət budur ki, qardaşından onun xoşlamadığı bir söz deyəsən.» Ərz etdim: «Ey Al­la­hın Peyğəmbəri! Özünün yanında onun haqda danışığa necə?» Buyurdu: «Əgər onda olan şeydən danışarsansa qeybətini etmisən, onda olmayandan danışsan, ona böhtan atmısan.»1

4912. Allahın Peyğəmbəri (s): «Qeybət odur ki, qardaşın haqda onun xoşuna gəlməyən şeyi danışasan.»2

4913. Əmru ibn Şüəyb (Atasının babasına istinadən sözlərindən): «Onlar Pey­ğəmbərin yanında bir kişidən söz açıb dedilər: «Gərək xörəyini də ağ­zı­na qoysunlar,dəvəsinin də yəhərini onun yerinə bağlasınlar.»3 Pey­ğəmbər (s) buyurdu: «Qeybətini etdiniz.» Ərz etdilər: «Ey Allahın Peyğəmbəri. Biz elə şeylər (eyblərindən) dedik ki, onda var.» Peyğəmbər (s) buyurdu: (Qey­bət üçün elə) Qardaşın haqda onda olanlardan deməyin kifa­yət edər.»4

4914. İmam Kazim (ə): «Kim başqasının dalınca onda olan və camaatın da bildiyi şeyləri danışarsa, qeybətini etməmişdir. Ancaq kimsə başqasının da­­lınca onda olanvə camaatın bilmədiyini danışarsa,qeybətini etmiş­dir.»5
1443. Qeybəti rəva olanlar.

4915. Allahın Peyğəmbəri (s): «Dörd nəfər var ki, onların qeybətini etmək qeybət deyil: öz pozğunluğunu aşkar edən pozğun, yaxşılıq etdikdə təşəkkür bildirməyən, pislik etsən bağışlamayan yalan danışan rəhbər, gülmək və zarafat üçün ana söyüşü söyənlər, müsəlmanlardan ayrılıb mənim ümmətimə eyb tutan və onların üstünə qılınc çəkənlər.»1

4916. Allahın Peyğəmbəri (s): «Nə vaxta qədər günah əməl sahibinin adını deməyə çəkinəcəksiniz? Camaat onlardan çəkinənə qədər belələrini rüsvay edin.»2
1444.Qeybətə qulaq asmaq.

4917. İmam Əli (ə): «Qeybətə qulaq asan, qeybət edən kimidir.»3

4918. Allahın Peyğəmbəri (s) (Bir nəfərin, övladı Həsənin (ə) yanında qeybət etdiyi gördükdə): «Övladım! Öz qulağını belə şəxslərdən uzaq tut. Çünki o, öz qabında (vücudunda) olan ən murdar və çürük şeylərə baxıb onları sənin qabına boşaltmışdır.»4

4919. İmam Səccad (ə): «Qulağın haqqı budur ki, onu qeybəti eşitməkdən və eşitməyi rəva olmayan hər bir şeydən uzaq saxlayasan.»5


1445. Qeybəti rədd etməyin savabı.

4920. Allahın Peyğəmbəri (s): «Kim bir məclisdə qardaşından qeybət etdiyini eşidərsə və onu dəf edərsə, Allah dünya və axirətdə min pislik qapısını ondan dəf edər.»6

4921. Allahın Peyğəmbəri (s): «Kiminsə yanında müsəlman qardaşının qeybətini etsələr və o, kömək edə bilsə də ona (müdafiəsinə) yardım etməsə, Allah onu dünya və axirətdə kimsəsiz qoyar.»7
1446. Qeybət etməyin kəffarəsi.

4922. Allahın Peyğəmbəri (s)Qeybətin kəffarəsi nədirsualına cavabından): «Kəffarəsi budur ki, hər dəfə qeybətini etdiyin kimsə yadına düşəndə, Allahdan onun bağışlanmasını diləyəsən?1

4923. Allahın Peyğəmbəri (s): «Sizlərdən kimsə qardaşının qeybətini edərsə, Allahdan özünün bağışlanmasını diləsin. Çünki bu onun günahlarının kəffarəsidir.»2



Yüklə 15,62 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə