Peyğəmbər(s) və İmamlar(ə)ın mübarək hədisləri II cild Mizanul hikmət ( xülasəsi )



Yüklə 15,62 Mb.
səhifə44/51
tarix16.05.2020
ölçüsü15,62 Mb.
#102611
növüXülasə
1   ...   40   41   42   43   44   45   46   47   ...   51

324




Fiqh



1483. Dində fəqih olmaq.

Quran:

«Möminlərin hamılıqla (cihad üçün) köçməsi yaraşan deyil. Nəyə görə, onların hər firqəsindən bir dəstə köçməsin ki, (bir dəstə qalsın və) dinləri ilə agah olub, öz qövmünü onlara tərəf qayıtdıqda qorxutmasın? Bəlkə onlar (ilahi cəzadan) qorxalar.»1



Hədis:

5101.Allahın Peyğəmbəri (s): «Allah bəndənin yaxşılığını istəyəndə onu dinində fəqih edər, onu doğru, düzgün yola ilhamlandırar.»2

5102. Allahın Peyğəmbəri (s): «İbadətlərin ən üstünü fiqhdir (dini bilməkdir).»3

5103. Allahın Peyğəmbəri (s): «Həqiqətən, hər bir şeyin söykənəcəyi olduğu kimi, dinin də dayağı fiqhdir.»4

5104. İmam Əli (ə): «Quranı öyrənin ki, o sözlərin ən yaxşısıdır. Onda bilikli və fəqih olun ki, o qəlblərin baharıdır.»5

5105. İmam Kazim (ə): «Fəqihin abiddən üstünlüyü günəşin ulduzlardan üstünlüyü kimidir. Kim öz dinini bilməsə, Allah onun heç bir əməlini bəyən-məz.»6


1484. Fəqih kimdir?

5106. Allahın Peyğəmbəri (s) (Əbuzərə tövsiyyəsindən): «Fəqih insan, camaat onun nəzərində bir ovuc dəvə olmayınca, olmalarına və olmamalarına heç bir əhəmiyyət verməyincə, onun yanında dəvə olanda halına təfavüt etmədiyi kimi camaatın olması da onda dəyişiklik yaratmayınca kamilləşməz. Bununla belə özünə gəldikdə isə ən çox təhqiri və etinasızlığı öz nəfsinə rəva görməlidir.»1

5107. İmam Əli (ə): «Sizləri həqiqi fəqihdən xəbərdar edimmi? Allaha qarşı günah etməyə camaata icazə verməyən, Allahın mərhəmətindən ümidsiz qoymayan, Allahın məkr və əzabından arxayın salmayan və Qurandan qeyri bir şeyə üz tutmayandır.»2

5108. Əban ibn Təğləb: «Bir kişi İmam Baqirdən bir məsələni soruşdu. Həzrət ona cavab verdi. Kişi dedi: Fəqihlər bunu demirlər. Həzrət buyurdu: «Vay olsun sənin halına! Nə vaxtsa fəqih görmüsənmi? Əsl fəqih odur ki, dünyaya etina etməsin, axirətə də rəğbəti olsun və Peyğəmbərin (s) sünnəsinə əsaslansın.»3

5109. İmam Sadiq (ə): «Bizim eyhamlı və üstüörtülü kəlamımızı başa düşənlərdən qeyri, sizlərdən heç kim fəqih olmaz.»4

5110. İmam Rza (ə): «Fəqihliyin (dini başa düşməyin) nişanələrindən biri səbr, bilik və susmaqdır.»5


1485. Fəqihin vücudunun iblisdən dəyərli olması.

5111. Allahın Peyğəmbəri (s): «İblis üçün bir fəqihin vücudu min abiddən daha ağırdır.»6

5112. Allahın Peyğəmbəri (s): «Heç bir şey iblisin belini öz qəbiləsinin arasında olan alim kimi qırmaz.»7

5113.İmam Səccad və ya İmam Baqir (ə): «Dində bir fəqihin olması şeytan üçün min abidin olmasından daha ağırdır.»1


1486. Fəqihin dünyadan köçməsi.

5114. İmam Sadiq (ə): «Mömin bir fəqih vəfat edəndə İslamda elə boşluq yaranır ki, heç bir şey onu doldurmur.»2

5115. İmam Sadiq (ə): «Şeytan üçün heç bir möminin ölümü bir fəqihin ölümü qədər sevindirici deyil.»3


325




Düşünmək


1487. Düşünmək.

Quran

«Allah öz ayələrini sizin üçün elə aydınlaşdırdı ki, bəlkə düşünəsiz.»1



Hədis:

5116. İmam Əli (ə): «Düşünmək yaxşılığa və ona əməl etməyə çağırar.»2

5117. İmam Əli (ə): «Kim düşünsə gözü açılar.»3

5118. İmam Əli (ə): «Hər kim öyrəndiyi şey barədə çox düşünsə, öz biliyini gücləndirər və başa düşmədiklərini anlayar.»4

5119. İmam Əli (ə): «Heç bir bilik düşünmək qədər deyil.»5

5120. İmam Əli (ə): «Düşüncə saf bir güzgüdür.»6

5121. İmam Həsən (ə): «Düşünmək bəsirət sahibinin ruhunu diri saxlar.»7

5122. İmam Həsən (ə): «Sizə ilahi təqvanı və davamlı düşünməyi tövsiyə edirəm. Çünki düşünmək bütün yaxşılıqların ata-anasıdır.»8

5123. İmam Sadiq (ə): «Düşünmək yaxşılıqların aynası və pisliklərin örtüyüdür.»9
1488. Düşünmək kimi ibadət yoxdur.

5124. «Tənbihul-Xəvatir»: Əbuzərin anasından Əbüzərin ibadəti barədə soruşdular. O, dedi: Bütün insanlardan kənar gəzər və düşünərdi.»1

5125. İmam Sadiq (ə): «Ən üstün ibadət Allah və Onun qüdrəti barədə həmişə düşünməkdir.»2

5126. İmam Sadiq (ə): «Bir saat düşünmək bir il ibadətdən daha yaxşıdır. «Yalnız ağıl sahibləri ibrət alarlar.»3-4



1489. Düşüncəni saflaşdıran şeylər.

5127. İmam Əli (ə): «Yeməyi az olanın düşüncəsi saf olar.»5

5128. İmam Əli (ə): «Daima qarnını doyuzduranın düşüncəsi necə saf və təmiz olar?»6
1490. Düşünülməsi qadağan olan şeylər.

5129. İmam Əli (ə): «Hikmətdən qeyri şey barədə düşünmək quşbeyinlikdir.»7

5130. İmam Əli (ə): «Kim günahlar barədə çox düşünərsə, günahlar onu öz tərəfinə çəkər.»8

5131. İmam Əli (ə): «Kim Allahın əzəmətini düşünərsə, mat-məəttəl qalar.»9




326




Qəbr



1491. Qəbr.

5132. Allahın Peyğəmbəri (s): «Qəbr axirətin ilk mənzilidir. Kim ondan salamat keçərsə, onun növbəti mənzilləri asan olar. Əgər salamat çıxmasa, sonrakı mənzillərin çətinliyi ondan az olmayacaq.»1

5133. Allahın Peyğəmbəri (s): «Axirətin ədalətinin ilk mərhələsi məşhur və ya adsız-sansız, tanınmayan qəbrlərdir.»2

5134. Allahın Peyğəmbəri (s): «Elə bir mənzərə görmədim ki, qəbrdən daha qorxulu olsun.»3

5135. İmam Əli (ə): «Qəbirstanlıqla qonşu ol ki, ibrət alasan.»4

5136. İmam Sadiq (ə): «Qəbr hər gün söhbət edir və deyir: «Mən qürbət eviyəm, mən tənhalığın eviyəm, mən qurdların eviyəm, mən qəbirəm, mən cənnət bağlarından və ya cəhənnəm çuxurlarından biriyəm.»5

5137. İmam Kazim (ə) (Çüxurun kənarında belə buyurdu):–«Bir şeyin ki, axırı budur, elə əvəlldən onu ürəyindən çıxarsan daha yaxşıdır. Bir şeyin ki, əvvəli budur, sonundan qorxsan yaxşıdır.»6
1492. Qəbr sorğu-sualı.

5138. Allahın Peyğəmbəri (s) Allah iman gətirənləri dünya axirət həyatında möhkəm doğru sözlə gücləndirər»1 ayəsi haqda): «Burada, qəbr-də ölülərin sorğu-sualı nəzərdə tutulur.»2

5139. «Tənbihul Xəvatir»: «Allahın Peyğəmbəri (s) bir gün əvvəl orada bir şəxsin dəfn olunduğu qəbrin yanından keçirdi və ailəsi ağlayırdı. Buyurdu: «Sizin gözünüzə görünməyən iki rükət adi namaz bu qəbr sahibi üçün bütün dünyanızdan daha əzizdir.»3

5140. İmam Sadiq (ə): «Ölüdən qəbrdə beş şey barədə soruşarlar: namazı, zəkatı, həcci, orucu və bizim ailəmizə vilayəti. Vilayət qəbrin kün-cündən qalan dörd şeyə deyər: Sizlərin hər birinizin əyər-əksiyi olsa, onları təkmilləşdirmək mənim boynuma.»4

5141. İmam Sadiq (ə): «Qəbrdə əsil mömin və əsil kafirdən başqa, kimsədən sorğu-sual olunmaz.»5

5142. İmam Əli (ə): «Ey Allahın bəndələri! Bağışlanmayan üçün ölümdən daha ağırı qəbrdir. Belə işə qəbrin darlığı, təzyiqi, qaranlığı və tənhalığından qorxun. Allahın öz düşmənini xəbərdar etdiyi darısqal həyat qəbr əzabıdır.»6

5143. İmam Əli (ə): «Sizdən əvvəlkilərin gördüklərini görsəydiniz, hər an süst düşüb, vəhşət içində olar, sözəbaxan və itaətcil olardınız. Ancaq onların gördükləri sizə görünmür və pərdənin götürülməsi də yaxındadır.»7

5144. İmam Baqir (ə): «Kim namazının rukusunu tam yerinə yetirsə, qəbrdə heç qorxu və vəhşət ona yaxın durmaz.8





Yüklə 15,62 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin