Peyğəmbər(s) və İmamlar(ə)ın mübarək hədisləri II cild Mizanul hikmət ( xülasəsi )



Yüklə 15,62 Mb.
səhifə8/51
tarix16.05.2020
ölçüsü15,62 Mb.
növüXülasə
1   ...   4   5   6   7   8   9   10   11   ...   51

248




Azğınlıq



1156. Azğınlığın səbəbləri

Quran:

«Kim imanı küfrlə əvəz etsə, həqiqətən, doğru yolu azmışdır.»1

«Kim Allaha, mələklərə, kitablara və Onun rəsullarına küfr etsə, şübhəsiz ki, uzaq və uzun azğınlığa düçar olmuşdur.»2

«Kim Allaha və Onun Rəsuluna itaətsizlik edərsə, şübhəsiz ki, açıq-aşkar azğınlığa düşmüşdür.»3

«Nəfsi istəyini, həvəsini öz məbudu edən şəxsi gördünmü? Allah-taala onu elmi olduğu halda azğınlığa buraxdı, onun qulağına, qəlbinə möhür vurdu, gözləri önünə pərdə çəkdi. Allahdan başqa onu kim hidayət edər? Məgər nəsihət götürmürsünüzmü?»4

3755. İmam Əli(ə): «Hər azğınlıqçün bir səbəb və hər əhdi sındırmaq üçün bir şübhə var.»5

3756. İmam Əli(ə): «Bilin ki, dinin hökmləri (şəriət) vahid və yolları məqsədə çatdırandır. Kim bu yollara qədəm qoysa, məqsədə çatar və xeyir qazanar. Kim bu yolları getməkdən imtina etsə, azğın və peşiman olar.»6

3757. İmam Əli(ə): «Peyğəmbərimizin əhli-beytinə baxın, onların yol və üslubundan ayrılmayın... Onlardan qabağa keçməyin ki, yolu azarsınız və onlardan geri də qalmayın ki, məhv olarsınız.»1

3758. İmam Əli(ə): «Kim hidayəti, onun əhli olmayandan istəyərsə, yolunu azar.»2
1157. Yolu azdıranlar

3759. İmam Əli(ə): «Allah yanında ən pis insan, özü azğın və başqalarının azğınlığına səbəb olan, əməl olunan sünnəni aradan götürən və tərk olunmuş bidəti bərpa edən zalım rəhbərdir.»3

3760. İmam Əli(ə): «Allahın yanında iki nəfər ən nifrət olunmuş şəxs var. Bunlardan biri Allahın onu özbaşına buraxdığı şəxsdir. Belə şəxs doğru yoldan azmış və qəlbini bidətəbənzər sözlərə, azdırıcı dəvətlərə bağlamışdır. Buna görə də, ona aldanan şəxslərin fitnə və fəsadına səbəb olur. O, ata-babalarının doğru yolundan çıxıb və öz ardıcıllarını azdırır. Həyatı zamanı və ölümündən sonra başqalarının günahlarının yükünü öz çiyninə çəkər və xətalarının girovu olar...»4

3761. İmam Əli(ə) (münafiqləri təsvir edərkən): «Sizi münafiqlərdən uzaq durmağa çağırıram. Çünki onlar həm özləri azıblar, həm də başqalarını azdırarlar, özləri büdrəyiblər və başqalarını da büdrədərlər.»5


1157. Azğınlığın əsaslarını dağıdan amillər

3762. İmam Əli(ə): «Çətinliyə düşəndə Qurandan kömək alın. Çünki Quran ən böyük dərdlərin -yəni küfr, nifaq, əyinti və azğınlıq kimi dərdlərin şəfasıdır.»6

3763. İmam Əli(ə): «Bu İslam Allahın dinidir, onu özünüzçün seçin... və onun əsasları azğınlığın əsaslarını viran edər.»7

249




Dəymiş zərər ödəmə



1159. Dəymiş zərər ödəmə

3764. Allahın Peyğəmbəri (s): «Əl, götürdüyü hər bir şeyin qaytarıl­ması­na zamindir.» 1

3765. Allahın Peyğəmbəri (s): «Həkim xəstəni, baytar heyvanı müalicə edən zaman, xəstənin yiyəsindən, yaxud da heyvanın sahibindən bəraətnamə və icazə almalıdır. Əks təqdirdə (mala və cana vurduğu zərərə, xəsarətə görə) onun qarşısında zamindir.»2

3766. İmam Sadiq (ə): «Kimsə muzdla bir işi görməkçün tutularsa, həmin işi zay etdiyi halda, zamindir. Əmirəl-möminin (ə) fəhləni zamin bilirdi»3

3767. İmam Sadiq (ə) (öz ata-babalarından nəql edir): «Sənətkarlar bir şeyi istər səhvən, istərsə də qəsdən xarab etsələr, müəyyən qazanc müqabilində işləyirlərsə, zamindirlər.»4
1160. Zamin durmağın və zəmanət verməyin məzəmməti

3768. İmam Əli(ə): «Bir işin öhdəsindən gəlmirsənsə, zəmanət vermə.»5

3769. İmam Sadiq(ə): «Kəfil (yəni bir şəxsin cavabdehliyini öz öhdəsinə götürmək və zamin durmaq) olmaq xəsarətdir, cərimədir, peşman­çılıqdır.»6
1161. Ariyənin1 ödənişi yoxdur

3770. İmam Sadiq(ə): «Ariyə aradan gedib xarab olarsa, ariyə götürən əmin və etibarlı adam olduqda öhdəsində heç bir ödəniş haqqı olmaz.»2



250




Qonaqpərvərlik



1162. Qonaqpərvərlik

3771. Allahın Peyğəmbəri (s): «Allaha və qiyamət gününə iman gətirən şəxs öz qonağına hörmət etməlidir.»1

3772. Allahın Peyğəmbəri (s): «Qonaq öz ruzisini gətirər və ev əhlinin günahlarını aparar.»2

3773. Allahın Peyğəmbəri (s): «Yemək verən şəxsin ruzisi və yeməyi, onunçün bıçağın dəvənin hörgücünə batmasından daha sürətlə gəlib çatar»3

3774. Allahın Peyğəmbəri (s): «Qonaq gəlməyən evə mələklər daxil olmaz.»4

3775. İmam Əli(ə): «Allah kimə sərvət versə, onunla öz qohumlarına kömək əlini uzatmalı və qonaqpərvərlik etməlidir»5

3776. «Biharul-ənvar»: Bir gün İmam Əlini (ə) qəmli halda gördülər. Səbəbini soruşanda Həzrət(ə) buyrdu: «Yeddi gündür ki, evimizə bir qonaq gəlməyib.»6
1163. Qonaqlığa layiq olanlar

3777. Allahın Peyğəmbəri (s): «Allaha xatir sevdiyin şəxsi öz yeməyinə qonaq et.»7

3778. Allahın Peyğəmbəri (s): «Öz süfrəsinə varlıları qonaq edən və yoxsulları çağırmayan şəxsin dəvətini qəbul etmək məkruhdur.»8
1164. Möminin dəvətini qəbul etməyə həvəsləndirmək

3779. Allahın Peyğəmbəri (s): «Öz ümmətimdən burada olanlara və olmayanlarına tövsiyə edirəm ki, müsəlmanın dəvətini beş mil məsafədən olsa da, qəbul etsinlər. Çünki bu iş dinin bir hissəsidir.»1

3780. Allahın Peyğəmbəri (s): «Kişinin, bir qonaqlığa dəvət olunduqda dəvəti qəbul etməməsi və yaxud qəbul edib, amma yemək yeməməsi ədəb­siz­likdir.»2

3781. Allahın Peyğəmbəri (s): (Əbuzərə nəsihətində): «Fasiq (günahkar) insanların yeməyindən yemə.»3


1165. Qonağın xatirinə özünü zəhmətə salmaq

3782. Allahın Peyğəmbəri (s): «Qonaq qəbul edən şəxs üçün elə bu günah bəsdir ki, öz qardaşlarının qabağına qoyduğu yeməyi az hesab etsin. Qonaqlara da elə bu günah bəsdir ki, qardaşlarının onların qabağına qoyduğu yeməyi az hesab etsinlər.»4

3783. Allahın Peyğəmbəri (s): «Heç kəs qonaqların xatirinə özünü imkanından artıq zəhmətə salmamalıdır.»5

3784. İmam Sadiq(ə): «Qardaşın sənin evinə çağrılmamış gəlsə, evdə olan yeməyi onun üçün gətir. Elə ki, onu dəvət etdin, onun qulluğunda zəhmət çək.»6

3785.İmam Rza(ə):«Bir kişi Əmirəl-möminini(ə) qonaq dəvət etdi. Həzrət(ə) buyurdu: «Dəvətini bu şərtlə qəbul edərəm ki, üç şeyi mənə söz ve­rə­sən.» Ərz etdi: «Nəyi söz verim, ey Əmirəl-möminin (ə) ?» Buyurdu: «Ba­yır­dan mənim üçün bir şey almayasan, evində hazırladığını məndən əsir­gə­mə­yəsən, arvad-uşağına əziyyət verməyəsən.» Ərz etdi: «Bu şərti qəbul edi­rəm, ey Əmirəl-möminin(ə).» Bununla da, Əli(ə) onun dəvətini qəbul et­di»7
1166. Qonaq qəbul etməyin qaydası

3786. Allahın Peyğəmbəri (s): «Kim Allahın və Onun rəsulunun (s) məhəbbətini qazanmaq istəyirsə, öz qonağı ilə birgə yemək yesin.»1

3787. Allahın Peyğəmbəri (s): «Sizlərdən biriniz qonaq dəvət olunanda övladını özü ilə aparmasın. Əgər belə etməsə, haram iş görmüşdür və itaətsizliklə dəvət edənin evinə daxil olmuşdur.»2

3788. Allahın Peyğəmbəri (s): «Qonağı iki gecə qəbul edərlər. Üçüncü gecədən ailə üzvündən sayılar və evə hər nə ruzi gəlsə, ondan yeyər.»3

3789. Allahın Peyğəmbəri (s): «Qonaq qəbul etmək bir gün, iki gün, üç gündür. Ondan sonra ona hər nə versən sədəqə sayılar.»4

3790. Allahın Peyğəmbəri (s): «Qonaqlıq vermək bir gün haqdır, ikinci gün ehsandır. İki gündən sonra riya və şöhrət axtarmaq hesab olunur.»5

3791. İmam Baqir(ə): «Sizlərdən biriniz qardaşının evinə daxil olan zaman ev sahibinin göstərdiyi yerdə otursun. Çünki ev sahibi öz otağının vəziyyətini qonaqdan yaxşı bilir.»6

3792. İbn Əbi Yəfur: «İmam Sadiqin (ə) evində bir qonaq gördüm. Bir gün o, durub iş görmək istədi. Həzrət (ə) ona icazə vermədi və şəxsən özü o işi yerinə yetirərək buyurdu: Allahın Rəsulu (s) qonağa iş gördürməyi qadağan etmişdir.»7





Yüklə 15,62 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə