Pisever-geceleri


ŞİƏ MƏZHƏBİNİN ARAŞDIRILMASI



Yüklə 5,47 Mb.
səhifə11/63
tarix21.10.2017
ölçüsü5,47 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   ...   63

ŞİƏ MƏZHƏBİNİN ARAŞDIRILMASI


Hafiz: «Əlbəttə, tarix təsdiq edir ki, hər böyük peyğəmbərdən sonra düşmənlər Tövrat və İncil kimi, onların müqəddəs kitablarına əl uzatmış və bir çox təhriflər edərək, onların dinini e᾽tibar edilən dərəcədən endirmişlər. Lakin İslam dinində Qur᾽ani-hakimin möhkəm olduğu və o gücə sahib ola bilmədiklərinə görə, Əbdullah bin Səba Sənai, Kəbül-Əxbar və Vəhəb bin Münəbbih kimi daima hiyləgər olan yəhudilərdən bir dəstə zahirən müsəlman olub, sehirli təbliğatlar aparmağa qərar vermişlər. Peyğəmbərin (s) sözləri adı altında, öz inanclarıyla birlikdə digər batil inancları müsəlmanların arasında yaymışlar.

ΙΙΙ xəlifə Osman bin Əffan (r.z) onları tə᾽qib etdiyinə görə, onlar da xəlifənin qorxusundan qaçırdılar. Misiri öz mərkəzləri qərar verib, yavaş-yavaş bir qrup insanları aldadaraq, özlərinə tabe etdilər və «Şiə» adında bir hizb qurdular. Osmanın xəlifə olmasına baxmayaraq, Əlini imam və xəlifə olaraq tanıyırdırlar. Öz hədəflərinə uyğun olaraq, «Peyğəmbər (s) Əlini xəlifə və imam e᾽lan etmişdir»deyə bə᾽zi saxta hədislər uydururdular.

Bu hizbin qiyamı nəticəsində çox qanlar töküldü. Nəhayət, bu hadisə, məzlum xəlifə Osmanın öldürülməsi və Əlinin xilafət məqamına oturdulmasına yol açdı. Osmandan narazı olan bir dəstə camaat da, Əlinin ətrafına toplaşdılar. Şiə hizbi bax o zamanda, bu səbəbdən qurulmuşdur. Lakin Bəni-Üməyyənin xilafəti zamanında Əlinin övladları və dostlarının öldürülməsiylə, bu hizb zahirdə aradan gedir.

Buna baxmayaraq, Salman Farsi, Əbuzər Qafari kimi bə᾽zi insanlar Əlinin (kərəmullah vəchəhu) leyhinə ciddi bir şəkildə təbliğat aparırdılar; qətiyyətlə Əlinin ruhu bu növ təbliğatlardan uzaqdır. Bu vəziyyət Harunur-Rəşid və xüsusiylə iranlıların əliylə qardaşı Məhəmməd Əminə qalib gələn və xilafət məqamında sabitləşən oğlu Mə᾽mun-Rəşid Abbasinin xilafət zamanına qədər beləcə davam edir. Belə ki, artıq Əli ibn Əbu Talibi dəstəkləyib onu haqsız yerə «Xüləfayi-raşidin»dən (üç xəlifə) üstün etməyə çalışırlar.

İranlılar da bu səbəbdən ‒ məmləkətlərinin ərəblərin qüdrət əliylə işğal olması və istiqlaliyyətlərinin aradan getməsinə görə münasibətlərinin onlarla yaxşı halda olmadığı və din adıyla ərəblərin qarşısında qiyam etməkləri üçün bir yol tutmağa bəhanə axtarırdılar. Bax, buna görə o haqqsız yolu tutub, bəyənib ona aldandılar; bu şiə hizbinin adıyla onun ətrafında əvəz çıxardılar, Diyaləmə zamanında güç topladıqdan sonra iqtidarlı Səfəviyə səltənəti zamanında bu şiə hizbi bir rəsmi məzhəb olaraq e᾽lan edildi. Mə᾽cusi iranlılar da, indiyə qədər siyasət məqsədiylə məzhəblərini şiə olaraq tanıtdırırlar.

Qısaca desək, şiə məzhəbi siyasi bir məzhəbdir, yəhudi Əbdullah bin Səbanın əliylə ortaya çıxmışdır. Daha əvvələrdə İslamda «Şiə» adı yox idi; cəddiniz Nəbiyyü-Əkrəm (s) də bu ada nifrət edir. Çünki bu yol onun istəyinin xilafınadır. Həqiqətdə demək mümkündür ki, şiə, yəhudilərin məzhəb və əqidələrindən bir təmsilçilikdir.

Bax, bu səbəbdən, sizin kimi şərif və nəsli pak olan bir şəxsin adəti üzrə keçmişdəkiləri təqlid edərək, bürhan və dəlilsiz olaraq uca cəddinizin yolu olan pak İslam dinini buraxıb, bid᾽ət icad edən yəhudilik yoluna tabe olması, həqiqətən məni təəssüfləndirir; halbuki, Qur᾽ana və cəddiniz Rəsulallahın (s) sünnətinə bağlanmağa siz daha layiqsiniz».

Məclisdəkilərin və hindistanlı şərif mö᾽minlərin, xüsusilə hindistan şiələrinin qüdrətli, qeyrətli və hərarətli Qızılbaşların Hafiz ağanın sözlərindən qəzəbləndikləri və rənglərinin dəyişdiyini gördükdə, bir az onlara nəsihət edib onları səbirli olmağa də᾽vət etdim və dedim: «İranda belə bir atalar sözü vardır, deyirlər ki: «Şaha namənin sonu xoş olar». Və ya «Səbr et, səbir qurtuluşun açarıdır». Sonra cənab Hafizin sözlərinə cavab olaraq , belə dedim.


MÜXALİFLƏRİN ARAŞDIRMALARINA CAVAB


vətçi: «Sizin kimi alim bir şəxsin, qətiyyən əsaslandırılmayan bu uydurma, mə᾽nasız və cəfəngiyat sözlərlə dəlil gətirməsi, həqiqətən təəccübləndiricidir. Çünki bunlar xəvaric kimi münafiqlərin, təəssübkeş nasibilərin və Əməvilərin yaydığı, avam xalqın da araşdırmadan, heç bir dəlil və bürhanları olmadan tabe olduqları şeylərdir.

İndi əgər icazə versəniz, məsələnin aydınlıq tapması, müəmmanın aydanlaşması və həqiqətin ortaya çıxması üçün həqiqətdən uzaq sözlərinizin cavabını, məclisin sonuna qədər müxtəsər şəkildə verməyə çalışacağam».



Hafiz: «Buyurun, sözlərinizi bütün diqqətlə dinləməyə hazırıq».

vətçi: «Əvvəla möhtərəm qardaşımız, siz tamamilə iki zidd məsələni bir-biriylə qarışdırdınız. Əgər şiənin hədislərində çox lə᾽nətlənən və münafiqlərin cərgəsində tanıdılan yəhudi münafiq və mə᾽lun Əbdullah bin Səba bir neçə gün özünü xalq arasında həzrət Əlinin (ə) dostu kimi tanıtdırmışsa, onun imamiyyə şiələri ilə nə əlaqəsi vardır? Əgər bir qurd qoyun sürüsünə girir, bir oğru alim və üləmanın libasını geyib özünü minbər və mehrabda göstərir və ondan İslam və müsəlmanlara bə᾽zi zərərlər yetişirsə, o zaman bütün alim və üləmalara pis gözlə baxmaq lazımdırmı? Onların hamısı oğrudurlar deməliyikmi?

Həqiqətdə pak olan şiə məzhəbini, mə᾽lun Əbdullah bin Səbaya şamil etməniz və «o, əsasını qoymuşdur»deyə şiə məzhəbini ləkələməyiniz insafsızlıqdır!

Haqq olan şiə məzhəbini kiçildib, onun bir siyasi hizb olduğunu söyləməyiniz və Osmanın zamanındakı mə᾽lun Əbdullah bin Səbanın bid᾽ət və əsərlərindən saymağınız, həqiqətdə təəccübləndirici bir şeydir. Həqiqətən çox böyük bir səhvə düşdünüz. Çünki şiə bir hizb deyildir; haqq bir məzhəb və haqq bir yoldur. Osmanın xilafət zamanında meydana gəlməmişdir; Rəsulallahın (s) öz zamanında və o həzrətin öz əmri ilə məhşurlaşmışdır.

Əgər siz xəvaric və nasibilərin yalan və iftiralarıyla dəlil gətirirsinizsə, biz də haqqın batildan ayrılması üçün Qur᾽ani-kərim və öz mö᾽təbər hədislərimizdən dəlil və şahidlər gətiririk.

Bunu da xatırlatmaq istəyirəm ki, həqiqət ortaya çıxdıqdan sonra utanmamağınız üçün daima söz və əməllərinizə olduqca diqqət göstərin.

Əgər icazə verirsinizsə, sözlərim də təbiətinizə əks deyilsə, məsələnin sizin buyurduğunuz kimi olmadığının isbat və izahı üçün sözlərinizin cavabını verim».



Hafiz: «Əlbəttə, buyurun, onsuz da bu məclisin təşkil edilməsi və bizim bura toplanmağımız, həqiqətlərin ortaya çıxması və şübhələrin aradan getməsi üçündür; qətiyyən dəlilə söykənən sözlərdən narahat olmayın».


Yüklə 5,47 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə