Pisever-geceleri


ON İKİ İMAM ŞİƏSİNİN İNANCI



Yüklə 5,47 Mb.
səhifə20/63
tarix21.10.2017
ölçüsü5,47 Mb.
1   ...   16   17   18   19   20   21   22   23   ...   63

ON İKİ İMAM ŞİƏSİNİN İNANCI


On iki imam şiəsi haqq olan, əqil və nəqlə uyğun şəriətin özünə sahibdir. Həqiqi olan şiələr bax bunlardır; amma öncə bəhs edilən o dörd firqə saxta şiələrdir.

Bu şiə adlandırılanların əqidəsini, sonradan həqiqi şiələrə yanlış nisbətlər verməməniz üçün qısaca olaraq sizə ərz etmək istiyirəm.

İmamiyyə şiə camaatı Allah-təalanın varlığına, bənzəri və bərabəri, həmçinin cisim, surət, cövhər və ərəz olmadığına və bütün imkanı sifətlərdən uzaq olduğuna inanırlar. Bütün ərəz və cövhərləri yaradan Odur və varlıqları yaratmada və onlara feyiz vermədə şəriki yoxdur.

Ariflərdən bə᾽ziləri Allah-təalada olmayan sifətləri vəsf edən şe᾽rlərində belə zikr etmişlər:



Nə mürəkkəbdir, nə cisim, nə cövhərdir, nə də ərəz.

Şəriki yoxdur Onun, müstəğni bir yaradıcıdır.

Vacibul-vücudun zatı qətiyyən görülmədiyindən və digər tərəfdən də, yaratdıqlarını hidayət etməsi lazım gəldiyinə görə, bəşər cinsindən bə᾽zi elçilər seçərək, onlara, insanları hidayətə yönətmələri və hər zamanın insanlarının ehtiyaclarını ödəmək üçün aydın dəlillər, mö᾽cüzələr və əmrlər göndərmişdir. Onların sayıları olduqca çoxdur. Ulul-əzim və insanların hidayət rəhbəri olan beş peyğəmbərin, yə᾽ni Şeyxul-ənbiya Nuh, Xəlil Rəhman İbrahim, Kəlimullah Musa, Ruhullah İsa və peyğəmbərlərin sonuncusu Məhəmmədil-Mustafanın əmri altındadırlar. Son peyğəmbər olan həzrət Məhəmmədin (s) din və şəriəti, qiyamət gününə qədər mövcud olacaqdır.

Şiə camaatı buna inanırlar ki, «Məhəmmədin (s) halalı qiyamətə qədər halal, haramı da qiyamətə qədər haramdır; şəriəti də qiyamət gününədək davam edəcəkdir».

Allah-təala, insanların yaxşı və ya pis bütün əməlləri üçün cəza və mükafat müəyyən etmişdir. Bunlar, cənnət və cəhənnəmdə onlara veriləcəkdir. Cəza və mükafat üçün tə᾽yin olunan günə «yovmul-cəza» deyirlər. Allah-təala dünyanı və dünya həyatını sona yetirdikdən sonra bütün məxluqatı əvvəlindən sonuna qədər dirildəcək, cismi olan bu bədənlə məhşərə çəkəcəkdir. Məhkəmə və sorğu-sualdan sonra hər kəsi öz əməlinə görə cəzalandıracaq və ya mükafatlandıracaqdır.

Ümumi olaraq səmavi kitablarda, xüsusilə Tövrat, İncil və Qur᾽ani-kərimdə xəbər verilmişdir. Qur᾽ani-kərim sənədi sağlam, sabit və mühəqqəq olan mö᾽təbər bir sənədlə əlimizə yetişmiş və təhrif də olmamışdır. Biz bu kitabın əmrlərinə əməl etməklə, Allah yanında mükafatlandırılacağımıza ümidliyik.

Bu səmavi kitabda yazılmış olan, məsələn: namaz, oruc, zəkat, xums, həcc, cihad v s. kimi bütün əhkamlara, eyni zamanda, Rəsulallah vasitəsiylə bizə yetişən bütün fərz və sünnət olan əmrlərə inanırıq, Allah-təalanın yardımıyla da onlarla əməl etməyə qərarlıyıq. Şərab, qumar, zina, ləvat, riba, zülm və insan öldürmək kimi böyük-kiçik bütün günahlardan diqqətlə çəkinirik.

Biz şiə camaatı inanırıq ki, Allah-təala, bu ilahi əhkam və əmrləri gətirəni seçib, insanlara tanıtmışdır. Rəsulallahın (s) vəfatından sonra onun dini və şəriətini qoruyan birinin olması lazım gəlirdi. Allah-təala həzrəti Peyğəmbəri seçib insanlara tanıtdırdığı kimi, onu da, yə᾽ni peyğəmbərin vəsisi və xəlifəsini də həzrət Peyğəmbər vasitəsiylə ümmətə tanıtmalıdır. Çünki bütün peyğəmbərlər Allah-təalanın əmriylə öz vəsilərini tanıtmışlar. Onların ən fəzilətlisi olan Xatəmul-ənbiya da, fəsadı və ümmətin ixtilaflarının qarşısını almaq üçün vəsilərini Allah-təalanın əmriylə cari olan sünnət üzrə onlara tanıtmışdır. Allah-təala tərəfindən tanıdılan Rəsulallahın vəsiləri on iki nəfərdir. Onların əvvəli vəsilərin ağası olan Əli bin Əbu Talibdir. Ondan sonra oğlu Həsən, daha sonra Həsənin qardaşı Hüseyn, Hüseynin oğlu Zeynul-Abidin, onun oğlu Məhəmməd Baqir, Məhəmməd Baqirin oğlu Cəfər Sadiq, ondan sonra oğlu Musa Kazım, sonra Musa Kazımın oğlu Əli Rıza, sonra onun oğlu Məhəmməd Təqi, ondan sonra oğlu Əli Nəqi, daha sonra onun oğlu Həsən Əsgəri və nəhayət, Həsən Əsgərinin oğlu Məhdidir. Allahın höccəti olan on ikinci İmam gözlərdən qeyibdədir. Lakin Allah-təala onun vasitəsi ilə yer üzündəki zülmü aradan aparıb, ədalətlə dolduracaqdır.

İmamiyyə şiəsinin inancı budur ki, bu haqq olan on ikinci imam, Allah tərəfindən, Peyğəmbər vasitəsiylə bizlərə tanıdılmışdır. Bunların on ikincisi, yə᾽ni həzrət Məhdi (ə) mütəvatir1müstəfiz2 hədislərə görə, qeybətə çəkilmişdir. Bu xüsusda, siz əhli-sünnət alimlərindən də bir çox hədislər vardır. Bütün peyğəmbər və vəsilərin zamanında qeybət olduğu kimi, o zamanda da qeybət olmuşdur. O müqəddəs vücudu, Allah-təala zülmü aradan aparmaq və ədaləti yaymaq üçün zühurunun vaxtı yetişənə qədər gözlərdən uzaq etmişdir.

Bu imam Məhdi, bütün aləmi islah edəcəkdir; hər kəs belə bir şəxsin zühur edəcəyini gözləməkdədir.

Xülasə şiə camaatı Əhli-beyt, xas səhabə və e᾽tibarlı ravilər vəsiləsiylə bizə yetişən bütün səhih hədislərə və Qur᾽ani-kərimdə mövcud bütün əhkamlara inanmaqdadırlar. Bu müqəddəs inanca, ana və atalarımız təqlid yoluyla deyil, əksinə təhqiq, məntiq və dəlillə yetişdiyinə görə, Allaha şükürlər edir və bu inanc və məzhəblə iftixar edirəm.

Kimin bu din və məzhəbdə bir şübhəsi olarsa, mən o şübhəni aradan aparmaq və həqiqətləri isbat etmək üçün Allah-təalanın yardımı ilə hazıram».

Bu əsnada azan səsi eşidildi. Namaz qılıb çay içdikdən sonra Hafiz ağa sözə başladı.



Hafiz: «Möhtərəm qardaşımız, şiə adlandırılan firqələrin tərixini bəyan etdiyinizə görə, təşəkkür edirik. Amma sizin hədis və dua kitablarınızda, sözlərinizin əksinə, zahirləri İsna Əşəriyyə (on iki imam) şiəsinin küfrünü göstərən bə᾽zi sözlər mövcuddur».

vətçi: «O hədis və duaları və şübhəli olan sözləri, haqqın ortaya çıxması üçün buyursanız, çox yaxşı olardı».

MƏ᾽RİFƏT HƏDİSİNİN TƏNQİDİ


Hafiz: «Çox hədislər görmüşdüm. Ancaq indi yadımda olan budur ki, sizin böyük alim və müfəssirlərinizdən olan Feyzi Kaşani, «Təfsiri-Safi»də belə bir hədis nəql edir: «Bir gün həzrət Hüseyn əshabı qarşısında belə dedi: «Ey insanlar, Allah-təala qulları ancaq Onu tanımaq üçün yaratmışdır. Onu tanıdıqda, Ona ibadət edərlər, ibadət etdikdə Ondan başqasının ibadətindən müstəğni1 olarlar». Əshabından bir nəfər «Ey Rəsulallahın nəvəsi, anam-atam sənə fəda olsun! Allahı tanımaq nədir?» soruşduda, o, belə buyurdu: «Hər zaman əhlinin, özünə itaəti fərz olan imamları tanımasıdır».


Yüklə 5,47 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə