Pisever-geceleri


BUXARİ VƏ MÜSLİM UYDURMAÇI VƏ YALANÇILARDAN HƏDİS NƏQL ETMİŞLƏR



Yüklə 5,47 Mb.
səhifə28/63
tarix21.10.2017
ölçüsü5,47 Mb.
1   ...   24   25   26   27   28   29   30   31   ...   63

BUXARİ VƏ MÜSLİM UYDURMAÇI VƏ YALANÇILARDAN HƏDİS NƏQL ETMİŞLƏR


Mən nə söylədim ki, bu qədər qəzəblənirsiz? Mən, sadəcə «Səhihlər, hətta «Səhihi-Müslim» və Buxaridə yalançılardan hədislər nəql edilmişdir» dedim.

Səhihi-Buxari»dəki hədisləri, «Rical» kitablarına nəzər yetirib diqqətlə araşdırsanız, bir çox yalançı və uydurmaçı insanlardan hədislər nəql etmiş olduqlarını görəcəksiniz.

Məsələn, Əbu Hüreyrə, xaricilərdən olan İkrimə Məhəmməd bin Əbd Səmərqəndi, Məhəmməd bin Bəyan, İbrahim bin Məhdi, Bənus bin Əhməd Vəsidi, Məhəmməd bin Xalid, Əhməd bin Məhəmməd Yəməni, Əbdullah bin Vəkidi-Hərrani, Əbu Davud Süleyman bin Əmr Qəzzab və İmran bin Xattan kimi bir çoxları mərdud ravilərdən hədis nəql etmişlər. Onların hamısının adlarını saymağa nə məclisin vaxtı çatar, nə də mənim hafizəmin imkanı var. Rical kitablarına baxsanız, söylədiyim həqiqəti daha yaxşı anlayarsınız.

Buxari, sizin zənn etdiyiniz kimi o qədər çox ehtiyatlı və diqqətli bir şəxs də deyildi. O, ravilərin sadəcə xarici görünüşünə baxırdı. Sizin sözünüzlə yaxşı bir şəxs idi, görünüşü yaxşı olan hər kəsdən hədis nəql etmişdir. Bu iddiamızı rical kitabları yazan öz alimləriniz təsdiq edirlər.

Onların bə᾽zilərinin adlarını əvvəldə söylədim. Bu alimlər uydurma hədisləri müəyyən etmiş, Müslim və Buxarinin hədis nəql etdiyi raviləri diqqətlə araşdırmış və bir çoxlarının eyiblərini ortaya çıxarmışlar. Onlar bu işi, bu günki alimlər də bunlardan xəbərdar olsunlar deyə etmişlər. O kitabları göz önündə canlandıraraq, bu gecə, «Buxarinin Səqəleyn və Əhli-beytə bağlanmaqla əlaqəli hədisləri nəql etməməsinin səbəbi, onun diqqətili və ehtiyatlı olmasına görədir» buyurmağnız. Diqqətli, dəqiq və ehtiyatlı bir alimin, etimad edilməyən yalançı və uydurmaçı ravilərdən gülünc hədislər nəql edərək, elm əhlinin rüsvay etməsinə səbəb olmaq, dəqiq bir alimdən heç gözlənilə bilərmi?

Kəlimullah həzrət Musanın Əzrailə bir zərbə vurub onu kor etməsi, ayaq yalın və övrət yeri açıq olaraq Bəni-İsrailin qarşısına bu vəziyyətdə çıxması (bunları əvvəlcədən söyləmişdim) görəsən, xurafat və uydurma deyildirmi?!

Görəsən, Allahın, qiyamətdə ayağı yanmış şəkildə ayağını göstərməsi küfr deyildirmi?! Buxari bunları Səhihində nəql etmiş və biz də, əvvəldə onlardan bə᾽zilərini bildirmişdik.

Səhih-Müslim və Səhihi-Buxarıdakı Rəsulallaha xəyanət Sayılan Gülünc Hədislər

Buxari, Səhihinin ΙΙ cildinin, 120-ci səhifəsində, «əl-Ləhv-u bil-Hirab» babında və Müslim səhihinin Ι cildinin «ər-Ruxsatu fil-Lab-i Əlləzi La siyətə fi Əyyamil-İyd» babında Əbu Hüreyrədən bu hədisi nəql edirlər:

«Bir bayram günü, bir qrup Sudanlı zənci, Rəsulallahın məscidində toplaşaraq, əyləncə alətləriylə milləti əyləndirirdilər. Rəsuli-əkrəm (s) Aişədən, «Sən də baxmaq istəyərsənmi?» ‒ deyə soruşdu. Aişə də, «Bəli, ya Rəsulallah» ‒ deyə cavab verdi. Bundan sonra Rəsulallah (s.a.a) onu kürəyinə aldı. Aişə başını Rəsulallahın (s) çiynindən uzadıb, üzünü onun mübarək üzünə qoydu. Rəsulallah (s) Aişənin daha çox ləzzət alması üçün onları daha yaxşı oynamağa təşviq edirdi. Aişəni yoruluncaya qədər kürəyində saxladı. Aişə yorulduqdan sonra onu yerə indirdi».

Allah xatirinə deyin, əgər belə bir şeyi, sizlərin haqqında söyləsələr, əsəbiləşməzsinizmi?

Əgər bir adam desə ki, dünən Axşam Hafiz ağanın evinin qarşısında bir qrup insan oyun oynayıb, əl çalıb əylənirdi. Böyük alim Hafiz də, xanımını kürəyinə alaraq, onları seyr edirdi. Hətta möhtərəm Hafiz, xanımının daha çox ləzzət alması üçün onları daha yaxşı oynamağa təşviq edirdi.

Hafiz ağa, Allah eşqinə deyin, bu sözləri eşidiyiniz zaman utanıb, həya etmisiniz? Əgər mən, belə bir sözü, xarici görünüşü gözəl olan bir kəsdən eşitmiş olsam, onu nəql etməyim doğru olarmı? Əgər nəql etsəm, ağıllı insanlar mənə deməzlərmi ki, cahil bir adam bir söz söylədi, sizin ağılınız vardısa, siz niyə onu nəql etdiniz?

Buxarinin nəql etdiyi hədislər haqqında artıq özünüz hökm verin. Əgər o, hədis mövzusunda həqiqətən dəqiq və diqqətli idisə, fərz edin belə bir hədisin söyləndiyini eşitmişdir. Lakin bu hədisi nəql etməsi ona yaraşarmı? Sonra da sizlər durub deyirsiniz ki, Qur᾽andan sonra ən səhih kitab «Səhihi-Buxari»dir!

Buxari, Rəsulallahın (s), özündən sonra Qur᾽ana və pak Əhli-beytə bağlanmağı əmr etdiyi Səqəleyn hədisini, Əhli-beytin (ə) adı o hədisdə deyildiyinə görə onu nəql etməmişdir! Amma uydurma, yalan hədislər üçün ( onların hamısını vaxtın məhdud olduğuna görə, deyə bilmirəm) kitablarında xüsusi bablar ayıraraq, nəql etmişdir!

Bəli Buxari, əhli-sünnət alimlərinin içində çox ehtiyatlı idi. Bu mə᾽naya ki, o, həzrət Əli və Əhli-beytin (ə) vilayət məqamını isbatlayan hər hədisi gördükdə, ehtiyat edərək, onu nəql etməmişdir. Çünki bu hədislər savadlı və alim insanların əlinə keçdikdə, haq və həqiqətin ortaya çıxacağını bilirdi. Səhihləri «Səhihi-Buxari» ilə müqayisə etdikdə, bir hədis mütəvatir belə olsa, Qur᾽an ayələriylə təyid belə edilsə, Buxarinin onu nəql etmədiyini görəcəyik.

Məsələn, «Maidə» surəsinin 67-ci ayəsi ‒ «Ey Peyğəmbər, Rəbbindən sənə nazil olanı təbliğ et», 55-ci ayəsi ‒ «Sizin vəliniz, sahibiniz ancaq Allah, Onun Rəsulu, namaz qılan rüku edərkən zəkat verən ´minlərdir» və «Şuəra» surəsinin 214-cü ayəsi ‒ « ən yaxınlarını qorxud» kimi ayələrin nazil olması səbəbləri haqqındakı bir çox hədisi, məsələn «Qədiri-Xum», «Yəvmud-Dar» (İnzar), «Muahad», «Səfinə» və «Babul-Hitda» hədisləri kimi vilayət məqamı və Əhli-beytin (ə) ucalığını isbat edən digər hədisləri ehtiyat, edib nəql etməmişdir.

Amma nəbilərin, xüsusilə Xatəmul-ənbiya həzrət Məhəmməd (s) və onun pak Əhli-beytinin (ə) uca məqamına xəyanət sayılan hər hədisi (hansı yalançı və uydurmaçıdan olursa-olsun) ehtiyat etmədən nəql etmişdir. Onların bə᾽zilərini əvvəlcədən bildirdik.




Yüklə 5,47 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə