Pisever-geceleri


SƏQƏLEYN HƏDİSİNİN SƏNƏDLƏRİ



Yüklə 5,47 Mb.
səhifə29/63
tarix21.10.2017
ölçüsü5,47 Mb.
1   ...   25   26   27   28   29   30   31   32   ...   63

SƏQƏLEYN HƏDİSİNİN SƏNƏDLƏRİ


İndi də, Səqəleyn hədisini nəql edən sizin mö᾽təbər hədis kitablarınızdan bə᾽zilərini deyəcəyəm. Beləcə, Buxaridən başqa, sizin digər böyük və e᾽tibarlı alimlərinizin, hətta Buxariylə (sizə görə doğruluqda) bərabər olan Müslim bin Həccacın belə Səqəleyn hədisini nəql etmiş olduqlarının şahidi olacaqsınız. O kitablardan bə´ziləri bunlardır: «Səhihi-Buxari» (Müslim bin Həccac) cild 7, səh.122, «Səhihi-Əbu Davud», «Süneni Tirmizi», cild 2, səh. 307, «Hasaisu-Nəsai», səh 30, «Müsnədi-Əhməd bin Hənbəl», cild 3, səh 14 və 17, cild 4, səh 26 və 59, cild 5, səh 182 və 189, «Müstədrəki-Hakim» cild 3, səh 109 və 148, «Hilyətul-övliya» (Hafiz Ebu Naim İsfahani) cild 1, səh 355, «Təzkirə» (Sibt bin Cəvzi ) səh 182 «Usdul-Ğabə» (İbni Əsiri Cəzri), cild 2 səh 12 və cild 3, səh 147, «Cəmun Bəynəs-Səhihəyn» (Həmidi), «Ciəun Beynəs-Sihahis-Sittə» (Rəzin), «Kəbiri Təbərani», «Təlhisul-Müstədrək» (Zəhəbi), «İqdul-Fərid» (İbni Əbdurəbbih), «Mətalibul-Süul» (Məhəmməd bin Təlhə əş-Şafei), «Mənaqibi Xarəzmi», «Yənabiul-məvəddət» (Süleyman Bəlxi əl-Hənəfi) 4-ci bab, «Məvəddətul-qurba» (Mir Seyid Əli Həmədani İkinci Məvəddətdə), «Şərhi Nəhcul-Bəlağa» (İbni Əbil-Hədid), «Nurul-Əbsar» (Şəblənci) səh 99, «Fusulul-Muhimmə» (Nuruddin bin Səbba əl-Maliki) səh 25, «Fəraidus-Simdəyn» (Himvini), «Təfsiri-Kəşful-bəyan» (İmam Sələbi), «Mənaqibi Səmani» və «Kifayətut-Talib» (Məhəmməd bin Yusif Gənci əş-Şafei) Ι babda, Qədiri-Xum xütbəsinin səhih olduğunu bəyan edərkən və VΙ bab səh 130-da nəql etmişdir. «Təbəqət» (Məhəmməd bin Sə᾽di Katib) cild 4, səh 8, Təfsiri Fəxru Razi, cild 6 səh 18-də İtisam ayəsini təfsir edərkən, Təfsiri İbni Kəsir, cild 4, səh 113 Məvəddət ayəsini təfsir edərkən, İqdul-Fərid (İbni Əbdürəbbih) cild 2, səh 158 və 346, Şərhu «Nəhcül-bəlağə» (İbni Əbil-Hədid) cild 6, səh 130, Yənabiul-Məvəddət (Süleyman Hənəfi) müxtəlif təbirlərlə səh 18, 25, 29-34, 95, 115, 126, 199 və 230, Səvaiq (İbni Hacəri Məkki) müxtəlif təbirlərlə səh 75, 87, 90, 99 və 136-da və digər bir çox böyük alimləriniz az bir fərqlə, (şiə və sünnilərin nəql edilən təvatür1 həddinə yetişən) bu hədisi-şərifi Rəsulallahdan (s) nəql etmişlər: «Şübhəsiz ki, mən sizin aranızda iki dəyərli əmanət qoydum; Allahın kitabı və itrətim olan Əhli-beytimi. Bu ikisi də hovuzun başında mənə yetişənə qədər, əsla bir-birlərindən ayrılmazlar. Kim onların ikisinədə bağlanarsa, şübhəsiz xilas olar və kim üz çevirirsə, həlak olar; Onlara bağlı olduğunuz müddətdə, əsla azmazsınız».

Bu bizim güclü dəlilimizdir; Rəsulallahın (s) əmriylə Qur᾽ani-kərim və Əhli-beyt (ə)-a bağlanmaq və onlara təvəssül etmək məcburiyyətindəyik.



Şeyx: «Bu hədisi, Saleh bin Musa bin Əbdullah bin İshaq bin Təlhə bin Əbdullah əl-Qarəşi ət-Teymi ət-Təlhi öz sənədiylə Əbu Hureyrədən belə nəql edir: «Şübhəsiz ki, mən aranızda iki şey qoyuram: Allahın kitabı və sünnətimi».

vətçi: «Yenə birtərəfli olaraq zəif, saleh olmayan və cərhu-tə᾽dil sahibləri (Zəhəbi, Yəhya, imam Nəsai, Buxari, İbni Ədiy və b.) tərəfindən rədd edilmiş bir kimsədən hədis nəql edərək, məclisin vaxtını aldınız. Mənim ağam, böyük alimlərinizdən nəql edilən bu qədər səhih və mö᾽təbər hədis sizi qane etmədimi ki, bütün bu səhih hədisləri bir kənara qoyub, alimlərinizin də qəbul etmədiyi zəif hədislərdən yapışırsınız? Halbuki həm sünni, həm də şiə alimləri Rəsuli-əkrəmin (s) «Allahın kitabı və itrətim» deyə buyurduğu sözündə ittifaq etmişlər. Çünki kitab və sünnətin bir açıqlayıcıya ehtiyacları vardır. Onların bəyan edilməsi lazım gəlir. Sünnətin özünün açıqlanmağa ehtiyacı olduğu halda, necə ola bilər ki, Qur᾽anı açıqlasın? Demək ki, itrət, (Əhli-beyt) Qur᾽anın bərəbəridir; həm Qur᾽annın açıqlayıcısı və həm də, sünnəti aşkar edəndir.

SƏFİNƏ HƏDİSİ


Rəsulallahın (s) Əhli-beytə (ə) bağlanmağın dəlillərindən digəri, mö᾽təbər Səfinə hədisidir. Bu hədisi bir çox böyük alimləriniz təvatür həddində nəql etmişdir.

Bu an yadımda olan 100-dən çox böyük alimləriniz öz mö᾽təbər kitablarında bu hədisi nəql etmişlər. Müslim bin Həccac «Səhih», («Səhihi-Buxari»), Əhməd bin Hənbəl «Müsnəd», Hafiz Əbu Naim İsfahani «Hilyə», İbni Əbdulbir «İstiab», Əbubəkr Xatibi Bağdadi «Tarixi-Bağdad», Məhəmməd bin Təlhə Şafei «Mətalibus-Süul», İbni Əsir «Nihayə», Sibt bin Cəvzi «Təzkirə», İbni Səbbağ Maliki «Fusulul-Muhimmə», Əllamə Nuruddin Səmhudi «Tarixul-Mədinə», Seyid Mö᾽min Şəblənci «Nurul-Əbsar», imam Fəxru Razi «Təfsiri Məfatihul-qeyb», Cəlaluddin Süyuti «Dürrül-Mənsur», imam Sə᾽ləbi «Təfsiri Kəşful-bəyan», Tabərani «Əvsət» və Hakim «Müstədrək»2də sözügedən hədisi nəql etmişlər. Eləcə də Süleyman Bəlxi əl-Hənəfi «Yənabiul-Məvəddə»nin ΙV babında, Mir Seyid Əli Həmədani «Məvəddətül-kurba»nın ΙΙ Məvəddəsində, İbni Hacər Məkki «Səvaik»də, Təbəri Təfsir və Tarixində, Məhəmməd bin Yusif Gənci «Kifayətut-Talib»in 100-cü babanın 233-cü səhifəsındə və digər bir çox böyük alimləriniz Rəsulallahın (s) belə buyurduğunu nəql etmişlər: «Şübhəsiz ki, Əhli-beytimin sizin aranızdakı misali (konumu), Nuhun gəmisinin misali (konumu) kimidir. Kim ona minmişsə qurtulmuşdur, kim ondan uzaqlaşarsa, həlak olar».

İmam Məhəmməd bin İdris əş-Şafei də yazdığı bir şe᾽rində bu hədisin səhih olduğunu bəyan etmişdir. Əllamə Fazil Əcili də bu şe᾽ri «Zəxirətül-Məal»da nəql etmişdir:

İnsanların azğınlıq dəryasında qərq olduqlarını gördükdə,

«Bismillah» diyərək, qurtuluş gəmiləri olan Əhli-beytə sarıldım.

Həblullah olan Əhli-beytin dostluğuna, əmr olunduğumuz üçün təməssüq3 etdim.

Hədislər bəyan etdiyi kimi, din yetmiş üç firqəyə bölündüyündə,

Onlardan sadəcə biri haqq idi.

Söylə mənə ey ağıl və elm sahibi!

Görəsən, Ali Məhəmməd batil firqələrin içindədirmi?

Yoxsa qurtuluşa yetişən firqənin içindədir?

Əgər qurtuluşa yetişən firqənin içindədir deyirsənsə, sözümüz birdir.

 Yox, əgər batil firqənin içindədir deyirsənsə, ədalətdən uzaqsan.

Qövmün ağası onlardandırsa, mən də onlara razı oldum.

Allah onların gölgəsini (üzərimdən) əksik etməsin.

Mən Əli və övladlarının imamətinə razı oldum.

Sən də həqiqətin ortaya çıxacağı günə qədər batil firqələrdə baqi qalanlarla ol.

Əgər əhli-sünnət camaatının rəhbərlərindən biri olan imam Şafeinin bu aydın şe᾽rinə diqqət etsəniz, görəcəksiniz ki, Əhli-beyt gəmisinə minmək və onlara bağlanmaq, qurtuluşun səbəblərindən olduğunu aşkar iqrar edir. Çünki 73 firqəyə bölünən ümmətdən yalnız Ali Məhəmmədə bağlananların firqəsi nicat tapacaq.

Dəmək ki, şiələr Rəsulallahın (s) əmrinə tə᾽slim olaraq, Əhli-beytə təvəssül edib, Allaha yönəlirlər.

Ağlıma daha bir şey gəldi. Deyirsiniz ki, insanın vasitə və vəsiləyə ehtiyacı yoxdur. Vəsiləylə Allaha yalvarıb yardım istəmək, yanlış bir iş hesab olunur, sizə görə bu cür insanlar müşrik olur. Əgər dediyiniz kimidirsə, nə üçün Ömər bin Xattab ehtiyac duyduğu vaxtlarda və zəruri halarda vasitəylə Allaha yönəlib yardım istəyirdi?».



Hafiz: «Xəlifə Ömər (r.z) heç bir zaman vasitəylə bir əməl etməmişdir. İlk dəfə olaraq sizdən belə bir şey eşidirəm. Xahiş edirəm, belə bir şey varsa, açıqlayın, biz də bilək».

vətçi: «Xəlifə ehtiyac duyduğunda, Əhli-beyt (ə)-ı vəsilə edib, onların səbəbiylə Allaha yönələrək, ehtiyaclarını ödəyirdi. Məclisimizin vaxtını nəzərə alaraq, sadəcə olaraq iki hadisəni deyə bilərəm:

1- İbni Hacər-Məkki «Səvaiq»də, 14-cü ayədən sonra «Tarixi-Dəməşq»dən belə nəql edir: Hicri 17-ci ildə camaat dəfələrlə yağış duası üçün çölə çıxmışdılar. Amma duaları qəbul olmamışdı. Hamı pərişan olmuşdular. Ömər bin Xəttab belə dedi: «Sabah elə bir şəxsin vasitəsiylə yağış istəyəcəyəm ki, Allah onun vasitəsiylə bizə yağış yağdıracaqdır». Ertəsi gün Ömər Rəsulallahın (s) əmisi Abbasın yanına gedərək; «Bizimlə bərabər gəl sənin xatirinə Allahdan yağış istəyək» dedi.

Cənab Abbas belə buyurdu: «Bir az otur vəsiləni hazırlayım». Sonra birini Bəni-Haşimə xəbər verməsi üçün yolladı, özü də təmiz paltar geyinib, xoş ətir vurdu. Daha sonra həzrət Əli (ə) qabağda, imam Həsən (ə) sağında, imam Hüseyn və Bəni-Haşim də arxalarında olmaqla çölə çıxaraq beləcə müsəllaya getdilər. Sonra Abbas Ömərə tərəf baxaraq, belə buyurdu: «Ey Ömər! Heç kimi bizimlə qarışdırma».

Cənab Abbas əllərini göyə qaldıraraq, belə münacat etməyə başladı: «Rəbbimiz, sən bizi yaratdın və sən edəcəyimiz hər şeyi bilirdin. Allahım, əvvəldə bizə lütf etdiyin kimi sonda da bizə lütf et».

Cabir deyir: «Hələ dua bitməmişdi ki, buludlar hərəkət etməyə və yağış yağmağa başladı və evlərimizə çatmamışdıq ki, yağış bizi islatdı».

Yenə Buxari belə nəql edir: «Qıtlıq zamanında Ömər bin Xəttab Abbas bin Əbdülmüttəlibi vəsilə edərək, Allahdan yağış yağdırmasını istəyirdi. O, belə dua edirdi: «Allahım! Peyğəmbərimizin əmisini vəsilə edərək, səndən yağış istəyirik». Sonra yağış yağmağ başladı.

2- İbni Əbil-Hədid Mö´təzili, «Nəhcül-bəlağənin Şərhi» kitabında (cild 2 səh. 256, Misir bin) belə nəql edir: «Xəlifə Ömər, Rəsulallahın (s) əmisi həzrət Abbasla bərabər Allahdan yağış istəmək üçün çölə getdilər. Xəlifə Ömər yağış istəmək üçün olan yerə gəlib yetişdikdə, belə ərz etdi: «Allahım, şübhəsiz ki, biz Peyğəmbərinin əmisini və onun atalarının yadigarı və Bəni-Haşimin böyüklərini vasitə edərək, sənə yönəldik. Peyğəmbərinin məqamını onun əmisində hifz et. Çünki o, sənin əzəmətli dərgahından şəfaət və məğfirət diləmək üçün bizi sənə yönəltməkdə rəhbərlik etdi».

Sünni ağaların hekayəsi və xəlifə Ömərin təqibçilərinin halı, çox məşhur bir söz olan; «Aşdan daha isti bir qab»a bənzəyir. Onların vəziyyəti Ömərin halıyla tutuşmur. Çünki xəlifə Ömər, zəruri və ehtiyac duyduğu hallarda, Peyğəmbərin Əhli-beytini (ə) şəfaətçi edərək, Allahdan hacətini tələb edərdi. Amma biz şiələr o pak Əhli-beyti (ə) şəfaətçi qərar verib, onların vəsiləsi ilə Allahdan bir şey istədikdə, bizə e´tiraz edərək, bizləri ya kafir edirsiniz, ya da müşrik!

Ali-Məhəmmədi (s) Allaha şəfaətçi (vasitəçi) etmək şirkdirsə, o zaman öz alimlərinizin rəvayətlərinə görə, ilk müşrik xəlifə Ömər bin Xəttabdır. Yox, əgər xəlifənin əməli şirk deyilsə, ən gözəl əməllərdəndirsə (çünki xəlifə bu əməli etmişdir), o zaman şiələrin əməlləri və onların Ali Məhəmmədi (ə) vəsilə etmələri də, heç vaxt şirk sayılmayacaqdır.

Belə isə ağaların, Allahın qəzəbinə gəlməmələri üçün (şiələrə iftira etdiklərinə görə) sözlərindən dönərək, Allahdan məğfirət istəmələri lazım gəlir.

Əgər xəlifə Ömər, səhabələrin irəlidə gedənlərindən olmasına baxmayaraq, həzrət Peyğəmbəri (s)n Əhli-beytini özünə vəsilə etmədən duaları qəbul olmursa, o zaman vasitəsiz olaraq bizim dualarımızın qəbul olmasını necə deyə bilərsiniz?

Demək ki Ali Məhəmməd, Peyğəmbəri-əkrəmin (s) zamanından günümüzə qədər, bütün zamanlarda bəndələr üçün Allaha yönəlməkdə bir vasitə idilər. Biz də, onların Allahdan iznsiz hacətlərin qəbul edildiyinə inanmırıq. Əksinə, onları saleh bəndələr, haqq imamlar və Allahın dərgahına yaxın olanlar olaraq görürük. Bu səbəbdən, onları Allah-təalayla öz aramızda vasitə edirik.

Bu nəzərimizə ən böyük dəlilimiz, dua kitablarımızdır. Mə᾽sum imamlardan nəql olan bu dualar, əvvəldə bildirdiyim şeyin xaricində bizə əmir edilməmişdir. Biz də, bunların xaricində əməl etmirik və etməyəcəyik də!».

Hafiz: «Söylədikləriniz, eşitdiyimizin tam əksinədir».

vətçi: «Eşitdiklərinizi qoyun bir kənara. Gördüklərinizi söyləyin. Görəsən, şiənin böyük alimlərinin hansı mö᾽təbər dua kitablarını gördünüz və ya oxudunuz?».

Hafiz: «Əlimiz çatan yerdə deyillər».

vətçi: «Bu kimi kitabları oxumadan yersiz iddialar etməyiniz, doğru bir şey deyildir. Bu anda yanımda iki dənə dua və ziyarət kitabı vardır.

Biri «Zədul-Məad»dır ki, Əllamə Məclisi (r.a) onu yazmışdır, digəri isə, «Hədiyətuz-Zairin»dir ki, mühəddis Hacı Şeyx Abbas Qummi yazmışdır. Onları oxuya bilərsiniz.

Bu iki kitabı alıb oxuduqlarında, təvəssülə aid dualarda Əhli-beytin (ə) vasitə və vəsilə edildiyini gördülər. Sonra Seyid Əbdülhəyy Əllamə Məclisinin, Məhəmməd bin Babeveyhdən, o da mə᾽sum imamlardan nəql etdiyi «Təvəssül Duası» məclisdəkilər üçün oxundu.



Yüklə 5,47 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə