Pisever-geceleri



Yüklə 5,47 Mb.
səhifə3/63
tarix21.10.2017
ölçüsü5,47 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   63

BİRİNCİ GECƏ


23 Rəcəb, cümə axşamı, 1345-ci il

Hafiz Məhəmməd Rəşid1, Şeyx Əbdüssalam, Seyid Əbdülhəy və onların alim və böyüklərindən olan bir qrup, gecənin ilk saatlarında gəlib, məclisdə hazır oldular. Onlara qarşı həddindən çox isti davrandıq və səmimi olan bu qardaşlara ziyafət verdik. Buna baxmayaraq, onlar əsəbi və narahat idilər. Amma mənim cahillərə məxsus bir təəssüb və xüsusi bir nəzərim olmadığına görə, öz əxlaqi vəzifəmə riayət edirdim.

Hər iki məzhəbdən (şiə və sünni) ibarət böyük bir camaatın hüzurunda məclis başladı. Qarşı tərəfdən rəsmi olaraq söhbət edən Hafiz Məhəmməd Rəşid idi. Bə᾽zən digərləri də icazə istəyərək, söhbətə qatılırdı. Qəzetlərdə mənim üçün Hindistanda alimlərin önəmli ləqəblərindən olan «Qibleyi-Kə᾽bə» tə᾽biri istifadə olunurdu. Amma mən bu kəlmənin adıma halandırılmasının qarşısını alaraq, özümə «Də᾽vətçi», Məhəmməd Rəşidə isə, «Hafiz» adı ilə müraciət edilməsi təklifini irəli sürdüm.

Hafiz: «Qiblə sahib2, sizin Pişəvərə gəlişinizdən, xüsusilə də minbərdə dediyiniz sözlərinizdən sonra bəhs məclisləri artmış və ixtilaflar olduqca çoxalmışdır. İxtilafları aradan aparmaq üzərimizə düşən vəzifə olduğu üçün şübhələri yox etmək məqsədilə Pişəvərə gəldik. Bu gün də İmambarə hüseyniyəsində diqqətlə sözlərinizi dinləyirdik; sizin sehirli bəyanınızı, eşitdiyimizdən daha gözəl gördük. Bu gecə də, sizinlə görüşmək səadətinə nail olduq. Əgər qəbul etsəniz, sizinlə bir az daha geniş və əsaslı söhbət edərdik».

vətçi: «Məmnuniyyətlə sözlərinizi, təkliflərinizi dinləməyə hazırım. Amma bir şərtlə; o da budur ki, lütfən, təəssüb və ədavəti bir kənara qoyub, insaf, elm və məntiqlə iki qardaş kimi şübhələri aradan aparmaq üçün söhbət edək, inad və qövmü təəssüblərdən uzaq olaq».

Hafiz: «Təklifiniz olduqca yerində deyilən bir təklifdir. Mənim də bir şərtim vardır, çox güman ki, qəbul edərsiniz. O da budur ki, aramızda bəhs etdiyimiz zaman Qur᾽ana əsəslanmalı, Qur᾽anın dəlillərindən kənara çıxmamalıyıq».

vətçi: «Sizin bu ricanız, ağıl sahibləri və üləmanın yanında elmən və əqlən doğru deyildir. Çünki Qur᾽ani-məcid mü᾽cəz3, mücməl4 və müxtəsər olan müqəddəs bir kitabdır. Onun uca mə᾽nalarını açıqlamaq üçün bəyana ehtiyac vardır. Biz Qur᾽anı-məcidin külliyyatı əhatəsində, e᾽tibar edilən hədis və rəvayətlərlə istişhad5 etmək məcburiyyətindəyik».

Hafiz: «Doğrudur, sağlam bir fikirdir. lakin icmaya lazım olan yerdə «mücməun əleyh»6 rəvayət və hədislərdən şahid gətirək; xalqın arasında söylənilən rəvayətlərdən çəkinək. Başqalarına oyuncaq olmamaq üçün sərtlik və qəzəbdən uzaq olaq».

vətçi: «İtaət edilməsi lazım olan, çox yerində bir söz buyurdunuz. Alim və ziyalı, xüsusi ilə seyidlik7 iftixarına sahib olan mənim kimi bir şəxsin, bütün gözəl əxlaqlara sahib olan8 uca cəddimiz Rəsulallahın (s) sirat və sünnətinə zidd və Qur᾽ani-kərimin əmri9 xilafına hərəkət etməsi, əlbəttə ki, doğru deyildir».

Hafiz: «Bu sözümə nöqsan tutmayın, söhbətinizin əsnasında özünüzü Rəsulallahın (s) soyuna istinad etdiyinizə görə soruşuram; bu onsuz da, görünüşünüzdən də mə᾽lumdur.

Mümkünsə ricamızı qəbul edib, bəsirətimizin artması üçün nəsil şəcərənizin Peyğəmbərə kimlərin təriqi ilə yetişdiyini açıqlayardınız».


NƏSLİN TƏ᾽YİNİ


vətçi: «Bizim xanədan, ulu babamız imam Museyi-Kazımın (ə) təriqiylə həzrət Rəsulallaha (s) yetişir; belə ki: Məhəmməd bin Əli Əkbər (Əşrəful-Vaizin) bin Qasim (Bahrul-ulum) bin Həsən bin İsmail əl-Müctehidil-Vaiz bin İbrahim bin Salih bin Əbu Əli Məhəmməd bin Əli1 bin Əbu Qasim Məhəmməd Təqi (Məqbulüddin) bin Hüseyn bin Əbu Əli Həsən bin Məhəmməd bin Fəthullah bin İshaqq bin Haşim bin Əbu Məhəmməd bin İbrahim bin Əbil Fityan bin Əbdullah bin Həsən bin Əhməd (Əbit-Təyyib) bin Əbu Əli Həsən bin Əbu Cəfər Məhəmməd əl-Hairi (Nəzil Kirman) bin İbrahim əz-Zərir2 bin Əmir Məhəmməd əl-Abid bin imam Musa əl-Kazım bin imam Cəfər Sadiq bin imam Məhəmməd əl-Baqir bin imam Əli Zeynəl-Abidin bin imam Əbu Əbdüllahil-Hüseyn (Seyidüş-şühəda əş-şəhidi bit-Taf) bin Əmirəl-mö᾽minin Əli bin Əbu Talib (ələyhumus-salam)» .

Hafiz: «Bəyan etdiyiniz bu şəcərə, Əmirəl-mö᾽minin Əliyə yetişir. Halbuki, siz özünüzü Rəsulallaha istinad etdiniz. Bu nəsil silsiləsiylə özünüzün Rəsulallahın (s) övladlarından deyil, qohum-əqrabası olduğunuzu söyləməyiniz lazımdır! Çünki övlad, Rəsulallahın (s) soyundan və nəslindən olan kəslərdir».

vətçi: «Nəslimizin Rəsulallaha (s) yetişməsi, həzrət Əba Əbdüllahil-Hüseynin (ə) anası həzrət Zəhrayi-Siddiqeyi-Kubra Fatimə (səlamullahi əleyha) vasitəsiylədir».

Hafiz: «Sizin kimi alim və ziyalının belə danışması çox təəccübedicidir. Çünki özünüz də bilirsiniz ki, insanın nəsil və soyu qız övladları vasitəsiylə deyil, oğul övladları vasitəsiylədir. Həzrət Rəsuli-əkrəmin (s) oğul övladlardan nəsli yoxdur. Belə olduqda, siz Rəsulallahın (s) oğul övladlarının nəvə-nəticəsi deyil, qız övladından olan nəvə-nəticələrindənsiniz».

vətçi: «Möhtərəm cənabların söhbətdə inadkarlıq edəcəklərini heç bilməzdim. Əks təqdirdə, cavab verməyə də cəhd göstərməzdim».

Hafiz: «Deyəsən, bir anlaşılmamazlıq oldu. Çünki mən sözümdə heç bir inadkarlıq etmədim. Həqiqətdə əqidəm belədir. Alimlərdən çoxu da nəsil və soyun qız övladlardan deyil, oğul övladlardan olduğu inancındadırlar. Bu yerdə şair də belə söyləmişdir:

Oğullarımızın oğulları, onların da qızları övladlarımızdır.

Amma qızlarımızın uşaqları, kənar kişilərin uşaqlarıdır.

Əgər Rəsuli-əkrəmin qızlarının oğul övladları dərəcəsi olduğuna dair bir dəliliniz varsa, buyurun. Dəliliniz kamil olarsa, qəbul edər və xoşhal olarıq».



vətçi: «Qur᾽ani-kərimdən və hər iki məzhəbin səhih hədislərindən olan dəlillər olduqca güclüdür».

Hafiz: «İstifadə etməyimiz üçün o dəlilləri açıqlamağınızı rica edirik».

vətçi: «Danışdığınız anda, Abbasi xəlifələrindən olan Harun Rəşid və İmam Musa ibn Cəfər arasında baş verən bir mübahisəni xatırladım. Həzrət Musa bin Cəfər (ə) Haruna elə yetərli cavab verdi ki, onun özü də imamın dediklərini təsdiq etdi».

Hafiz: «Zəhmət olmasa, o mübahisəni bəyan edin».


Yüklə 5,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə