Pisever-geceleri


ƏHLİ-SÜNNƏT ALİMLƏRİNİN MƏ᾽LUN YEZİDƏ LƏN᾽ƏTİ CAİZ BİLMƏLƏRİ



Yüklə 5,47 Mb.
səhifə37/63
tarix21.10.2017
ölçüsü5,47 Mb.
1   ...   33   34   35   36   37   38   39   40   ...   63

ƏHLİ-SÜNNƏT ALİMLƏRİNİN MƏLUN YEZİDƏ LƏNƏTİ CAİZ BİLMƏLƏRİ


Sizin bir çox alimləriniz, o məl᾽un zındığı kafir bilmişlər. Hətta Əhməd bin Hənbəl (Hənbəlilərin imamı) və bir çox böyük alimləriniz Yezidə lə´nət oxunmasını caiz bilmişlər. Xüsusilə Əbdürrahman Əbul-Fərəc bin Cevzi bu mövzuda «Ər-Rədu Əl᾽el-Mütəəssibil Ənidil Məni ən La᾽ni Yezid nətullah» adlı kitab yazmışdır. Əbul-Əla əl-Müərra isə, bu mövzuda bu şe᾽ri söyləmişdir:

Zamanın, davamlı olaraq tövhid və tövhid əhlinin

Əleyhinə şeytani planlar çızdığını görməkdəyəm.

Mənim təəccübüm getdikcə, durmadan artmaqdadır.

Görəsən, Qureyşiniz, başda Yezid olmaqla

həzrət Hüseyn᾽i şəhid etmədimi?!
Amma Qəzali kimi bir qrup təəssübkeş alimləriniz isə Yezidin tərəftarı olub, o mə᾽lunun etdiklərini təmizə çıxarmaq üçün məntiqsiz və gülünc üzrlər qondarmışlar. Halbuki, alimlərinizin çoxu, Yezidin zalımanə və küfr dolu əməllərini təfərrüatıyla yazmışlar. Çünki Dimyəri «Həyatül-həyavan» kitabında, Məsudi «Mürucuz-zəhəb»də belə yazırlar: «Yezidin çox sayda meymunu var idi. Onlara ipəkdən paltar geydirərək, boyunlarına qızıl boyunbağı taxıb, sonra onları atların üzərinə mindirərdi. Bundan əlavə, boyunlarına qızıl zəncir taxılmış bir çox iti var idi. Onlara öz əliylə tumar çəkib, qızıl qablarda su verər, artığını isə özü içərdi. Çox spirtli içkilər içdiyindən, daima məst və sərxoş idi».

Mə´sudi «Mürucuz-zəhəb»in ΙΙ cildində belə yazır: «Yezidin yolu (əməl və hərəkətləri) Fir´onluq yoluydu. Hətta Fir´on idarəçilikdə ondan daha adil idi. Onun səltənəti İslam üçün böyük bir utandırıcı nöqsan qaynağı oldu. Şərab içməsi, həzrət Peyğəmbərin oğlunu şəhid etməsi, o həzrətin vəsisinə (Əli bin Əbu Talib) lə´nət oxuması, Kə~bəni talan etməsi və bir çox insanların qanını tökməsi, xüsusilə Mədinə camaatını qətlə yetirməsi, sayısız-hesabsız iyrənc əməlləri, onun bağışlanmayacağını göstərir».



Nəvvab: «Sizdən rica edirik ki, Mədinə əhalisini Yezidin əmriylə qətlə yetirilməsinin nə cür baş verdiyini olduğu kimi bizə bəyan edəsiniz».

vətçi: «Tarixçilər, xüsusilə Sibt bin Cevzi «Təzkirə»nin 63-cü səhifəsində belə yazır: «Hicrətin 62-ci ilində Mədinə əhalisindən bir qrup Şama gələrək, Yezidin çirkin əməl və küfriyyatını görüdükdə, Mədinəyə döndülər. Bey᾽ətlərini pozub, açıq-aşkar ona lə᾽nət oxudular. Yezidin Mədinədəki valisi Osman bin Məhəmməd bin Əbi Süfyanı da şəhərdən qovdular. Əbdullah bin Xanzələ (mələklərin qüsl verdiyi şəxs) belə dedi: «Ey insanlar! Biz əgər Şamdan gəlib Yezidin əleyhinə qiyam etdiksə, bunun səbəbi, onun dinsiz olduğu, anaları, qızları və bacılarıyla cinsi əlaqədə olduğu, şərab içdiyi, namaz qılmadığı və Peyğəmbərin övladlarını öldürdüyü üçündür».

YEZİDİN BEYƏTİNİ POZDUQLARI ÜÇÜN MƏDİNƏ ƏHALİSİNİN QƏTLƏ YETİRİLMƏSİ


Yezid bu xəbəri eşidikdə, Müslim bin Əqabənin başçılığı altında Mədinəlilərin üsyanını dağıtmaq üçün Şam əhalisindən təşkil olunmuş böyük bir ordunu Mədinəyə yolladı. Onlar şəhərə yetişdikdə, üç gün-üç gecə, Mədinəliləri qətlə yetirdilər. İbni Cevzi, Mə´sudi və sairə tarixçilər belə yazırlar:

«O qədər çox insan öldürdülər ki, küçələrdə qan axmağa başladı, əhali qan gölü içindəydi! Hətta qan Rəsulallahın (s) qəbrinə yetişdi və Məscidün-Nəbi qanla doldu.

Ənsar, Mühacir və Mədinə əhalisinin başçılarından 700 nəfər öldürdülər. Ümumi əhalidən isə 10 min nəfər qətlə yetirdilər. müsəlmanların namuslarına toxunduqlarını zikr etməyə həya edirəm. Sadəcə Sibt bin Cəvzinin «Təzkirə»də (səh.163), Əbül-Həsən Mədəinidən nəql etdiyi bu cümləylə kifayətlənirəm: «Hirrə faciəsindən (Mədinə əhalisinin qətli) sonra, min qadın, ərsiz halda uşaq dünyaya gətirdilər». (Yə᾽ni Şam ordusunu əsgərlərindən hamilə olmuşdular.)

Bundan artıq məclisin vaxtını almaq istəmirəm. Düşünüb haqqa yetişmək üçün bu qədər kifayət edər.



Şeyx: «Söylədiklərin hapsı sadəcə Yezidin fasiq olduğunu göstərir və günahkar fasiqin etdiyi əməllər isə əfv edilə bilən şeylerdir. Yezid də tövbə etmiş və Allah da onu bağışlamışdır. Çünki Allah günahları bağışlayandır. O halda siz nəyə əsaslanaraq ona daima lə᾽nət edir və mə᾽lun deyrsiniz?

vətçi: «Bə᾽zi vəkilər, (advakat) haq onlara aşikar olsa belə, maldan, puldan, bir şey əldə etmək üçün yenə də son fürsətə qədər müvəkkillərini müdafiə edirlər. Bilə bilmirəm, ki, siz hansı mənfəətlər üçün o mə᾽lun Yezidi bu qədər müdafiə edirsiniz və o tövbə etmişdir, deyrsiniz. Onun küfrlü sözləri, övliyaullahı şəhid etməsi, Mədinə əhalisinin qətli və başqa əməlləri onun tövbə etdiyi mövzuyla tamamilə uyğun deyil. Sizin; «Yezid tövbə etmişdir» deyə buyurduğunuz söz rəvayətdir və sabit olmamışdır, amma bizim nəql etdiyimiz hadisələr dirayətdir; rəvayət dirayətin qarşısında dura bilməz.

Görəsən, məbdəni, məadı (Allahı, axirəti), və᾽hyi, peyğəmbərliyi inkar etmək və mürtəd olmaq sizə görə lə᾽nət oxumağa səbəb olan şeylər deyillərmi? Görəsən, Allah, Qur᾽ani-kərimdə zalımlara açıq aydın lə᾽nət etmirmi? Sizə görə Yezid zalım deyildirmi?

Möhtərəm Yezid bin Müaviyənin müdafiəçisi olan vəkil! (Məclisdə olanların şiddətlə gülməsi.) Əgər bu gətirdiyim dəlilləri yetərli görmürsünüzsə, sizin izninizlə böyük alimlərinizin nəql etdiyi iki hədisi bildirim və bu mövzun qurtaraq artıq:

Müslim və Buxari Səhihlərində («Səhihi-Müslim» və «Səhihi-Buxari»), Əllamə Səmhudi «Tarixul-Mədinə» də, Əbul-Fərəc İbni Cevzi «Ər-Rədu Ələl-Mutəəsibil-Anid»də, Sibt bin Cevzi «Təzkirə» də, İmam Əhməd bin Hənbəl «Müsnəd»də və başqa şəxslər Rəsulallahın (s) belə buyurduğunu nəql etmişlər: «Kim Mədinə əhalisini zalımlaralə qorxudursa, Allah da (qiyamət günü) onu qorxudar. Allahın, mələklərinin və bütün insanların lə᾽nəti olsun belə bir zalım insana. Qiyamət günü, Allah-təala bu cür əməl sahibinin heç bir əməlini qəbul etməz».

Yenə başqa bir hədisdə belə buyurmuşdur: «Mənim şəhərimi (Mədinə əhalisini) qorxudana Allah lə᾽nət etsin».

Görəsən, Mədinədə baş verən bu faciə, müsəlmanların kütləvi qətli, namuslara təcavüz və malların talan edilməsi, Mədinə əhalisinin qorxmasına səbəb olmamışdırmı? Əgər bunu qəbul edirsinizsə, bilin ki, Allah, Peyğəmbəri, mələkləri və bütün insanlar o alçaq insana lə᾽nət etmiş və qiyamətə qədər də lə᾽nət edəcəklər.

Alimlərinizin çoxu Yezidə lə᾽nət etmiş və ona lə´nəti caiz bilmişlər. Bu mövzuda kitablar da yazmışlar. Məsələn: Əllamə Əbdullah bin Məhəmməd bin Əmir Şibravi əş-Şafei «Əl-İthaf bi Hubbil-Əşrəf» adlı kitabının 20-ci səhifəsində Yezidə lə᾽nət etmə mövzusunda bunu nəql edir:

Molla Sə᾽d Təftazaninin yanında Yezidin adını söylədikdə o belə dedi: «Allahın lə᾽nəti olsun ona, onun əshabına və onun yardımçılarına».

Əllamə Səmhudi «Cəvahirul-Əqdəyn»dən belə nəql edir: «Alimlər, həzrət Hüseyn (r.z)-ı qətl edənə, onu öldürməyə əmir ya da izin verənlərə və ya onun qətlinə razı olanlara lə᾽nət etməyin caiz olduğu mövzusunda ittifaq etmişlər».

Yenə İbni Cəvzi, Əbu Yə᾽la və Əhməd bin Hənbəldən Qur᾽an və hədislər baxımından Yezidin lə᾽nətlik olduğunu isbat edən dəlillər gətirdiklərini nəql etməktədir. Məclisin vaxtı onları burada bidirməyə imkan vermir.

Əgər vaxt geçməsəydi, bu mövzu üzərində daha çox durardıq. Ağalar bu söylədiyim müqəddimədən anlayın ki, imam Hüseynin (ə) İslam və müsəlmanların üzərində böyük bir haqqı vardır. Çünki O, məzlumiyət gücüylə belə bir zalımlara və zalımın kökünü qazıdı. Öz qanıyla, və Əhli Beytinin qanıyla, Bəni-Üməyyənin, xüsusilə də mə᾽lun Yezidin zülmüylə qurumaqda olan «La ilahə illallah» ağacını öz qanıyla sulayıb İslam və tövhidə yenidən həyat qazandırmışdır.

Təsüfləndirici şey budur ki, siz, İmama Hüseynin (ə) Xidmətlərini təqdir etmək əvəzinə Onun ziyarətinə gedənlərə e´tiraz edir, onları qınayır və onlara başqa nisbətlər verib yaraşmayan adlar qoyursuz. Hər il milyonlarla insanın, imam Hüseynin (ə) ziyarətinə getdiyindən və onun üçün matəm tutub o məzlumun qəribliyinə ağladığına görə şikayətlənirsiz. Həqiqətən də bu etdiyiniz, əməl çox üzücü bir şeydir.




Yüklə 5,47 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə