Pisever-geceleri


PEYĞƏMBƏRLƏRİN MƏRTƏBƏLƏRİNDƏKİ FƏRQLİLİK



Yüklə 5,47 Mb.
səhifə42/63
tarix21.10.2017
ölçüsü5,47 Mb.
1   ...   38   39   40   41   42   43   44   45   ...   63

PEYĞƏMBƏRLƏRİN MƏRTƏBƏLƏRİNDƏKİ FƏRQLİLİK


Görəsən, min nəfər üçün peyğəmbərlik etməyə seçilən bir peyğəmbərlə, bütün bəşərə peyğəmbərlik etmək üçün seçilən peyğəmbər birdirmi? Misal olaraq deyim ki, birinci sinif şagirdlərinə dərs deyən müəllimlə onuncu sinifə dərs deyən və ya liseydə dərs verən bir müəllmlə unversitet profesoru birdirlərmi? Ümumilikdə təhsil nazirliyinin vəzifəsi cəmiyyəti təlim tərbiyə etməkdir. Bu baxımından baxsanız hamsı birdirlər. Amma bildikləri və elmi qariyərlər baxımından baxsanız qətiyyən eyni deyillər. Hər biri sahib olduğu elm, fəzilət və çalışdıqları vəzifə etibariyla bir-birlərindən fərqli dərəcələrə sahibdirlər. Peyğəmbərlər də də᾽vət etmə məqamı baxımından eynidirlər. Amma məqam və elm baxımından fərqlidirlir. Eyni surənin başqa bir ayəsində Allah-təala belə buyurur: «O peyğəmbərlərdən zisini başqalarından üstün etdik. Onların arasında Allahın özüylə danışdığı dərəcələri yüksək olanlar var»2.

Sizin böyük müfəssirlərinizdən olan Zəməxşəri «Kəşşaf» təfsirində belə deyir: «ayədəki bə᾽zi peyğəmbərdən qəst, bizim peyğəmbərimizdir. Sahib olduğu fəzilət xüsusiyyətləri digər peyğəmbərlərə nisbətən çox yüksəkdir; bunların ən önəmlisi «Xatəmiyyət» məqamıydı.



Nəvvab: «Bu bizlərə qaranlıq olan məsələni açıb izah etdiyiniz üçün çox şad olduq. Bir az mövzudan kənar olmasına baxmayaraq, mən digər qardaşların da izniylə sizdən bir məsələni soruşmaq istiyirəm. Görəsən, nübuvvəti Xassənin xüsusiyyətlərini qısa və sadə bir şəkildə bizə bəyan edərsinizmi? Uzun iləridir bu mövzu haqqında düşünmüşəm bə᾽zi qaranlıq nöqtələri üləmadan soruşmaq istəmişəm. Amma işlərin çoxluğu və bə᾽zi başqa səbəblərdən fürsət tapmamışam. Onun üçün bu anda fürsətdən istifadə etmək istəyirəm».

vətçi: «Nübuvvəti xassənin xüsusiyyətləri və bu babdakı dəlillər olduqca çoxdur. Görəsən, necə oldu ki bütün ənbiyanın arasında kamil bir şəxs nübuvvəti xassə məqamına sahib oldu? suala veriləcek cavablar çoxdur. Amma bu məclis pak Müsəlmanlar tərəfindən nübuvvəti xassə məqamının isbatı üçün təşgil olunmamışdır. Əgər bu mövzu haqqında danışsaq, əsil mövzumuz olan İmamət məsələsi qalacaq, vaxtımız da çox azdır. Amma sizin istəyinizi qisməndə olsa yernə yetirmək üçün «ma la yudrəku qulluh, la yutrəqu qulluh» (Tam əldə edilməsi mümkün olmayan şeyi, bütünlüklə tərk etmək olmaz) sözünə görə, qısa bir şəkildə və lazım olduğu qədər bu mövzuya toxunacağam.

NÜBUVVƏTİ-XASSƏNİN XÜSUSİYYƏTLƏRİ


Əgər insanın yaradılışına bir az diqqət edilirsə, bu məqama yetişmək yolu aydın olar. Çünki Allah-təala bəşəriyətin kamalını nəfsin kamalında qərar vermişdir. Nəfsin kamalı isə ancaq nəfs təzkiyəsiylə3 mümkündür. Nəfs təzkiyəsi də, insaniyyət məqamının yüksək nöqtəsinə yetişmək üçün ancaq ağlın rəhbərliyi istiqamətində elm və əməl qanadlarıyla uçmaqla mümkün ola bilər.

Müvəhhidlərin mövlası Əmirəl-mö᾽minin həzrət Əli (ə) özünə nisbət edilən bir cümlədə belə buyurur:

«İnsan (cismini nəzərdə tutaraq) natiq bir nəfsə sahib olaraq yaradıldı (ki o insanın həqiqətidir). Əgər bu nəfs elm və əməllə təzkiyə edilirsə, xilqətinin əsil başlanğıcı olan bir qrup ülvi cövhərlərə bənzəyəcəkdir. İnsan əgər itidal1 məqamına yetişib və cismaniyyət maddələrindən uzaqlaşırsa, uca varlıqların bə᾽nzəri olar. O zaman insan heyvaniyyət aləmindən çıxıb həqiqi məqamı olan insaniyyət məqamına nail olar».

İnsan cismani vücudun xaricində natiq bir nəfsə sahibdir; insanı digər varlıqlardan üstün edən də bu nəfsdir. Bir şərtlə ki, o şərt də insanın özünü təzkiyə etməsi və o natiq olan nəfsini elm və əməllə qüvvətləndirməsidir.

İnsandakı elm və əməl, quşlardakı iki qanad kimidir. Quşlar qanadlarını nə qədər gücləndirirsə, o qədər yüksəyə uçma şansına sahibdirlər. İnsan da eyni şəkildə hər nə qədər elm və əməlini gücləndirirsə, nəfsi kamallara da eyni dərəcədə yetişmiş olar. Bizim Şirazın, söz ustadı Sədi bir şe᾽rində nə qədər gözəl söyləmişdir:

Sən sadəcə quşun uçmasını görmüsən,

Şəhvət bağını ayağından açsan

Onda insanında uçmasını görərsən.

Belə isə hayvanlıq aləmindən çıxıb insanlığın uca dərəcəsinə yetişmək, tamamən nəfsin kamalına bağlıdır. Hər kəs nəfsini kamilləşdirmək yolunda, elmi və əməli gücləri özündə toplayıb və onların tam xüsusiyyətinə yetişərsə, nübuvvət məqamının ən kiçik mərtəbəsinə yetişmiş olar. Belə bir adam, nə zaman haqq-Təalanın xüsusi viqqətinin məzhəri olarsa, o zaman ona nübuvvət libası geydirilir.

Əlbəttə, nübuvvət də (daha əvvəl nübuvvət bəhsində geniş bir şəkildə deyildiyi kimi) fərqli mərtəbələrə sahibdir. Nəbi, ölçlü xüsusiyyətə şamil olan elə bir mərtəbəyə yetişir ki, o mərtəbə, imkan aləmində yetişə biləcək və təsəvvür edə biləcək ən yüksək mərtəbədir. Hükəma (Hikmət sahibləri) bu məqama, ilk məlul2 və ilk qəlbdən ibarət olan ilk ağıl adını veriblər.

İmkani vücud mərtəbələrində o mərtəbədən daha yüksək bir məqam yoxdur. Bax o məqam, Xatəmul-Ənbiyanın vücududur; Onun məqam və mənziləti, məqami vacibdən (Allahın məqamından) aşağı və imkan aləmindəki bütün məqamlardan üstündür. Peyğəmbərimiz bu mərtəbəyə nail olduğunda, peyğəmbərlik Onun mübarək vücuduyla sona yetişmiş oldu.

İmamət məqamı, xatəmiyət məqamından bir dərəcə aşağı və nübuvvət məqamının digər bütün dərəcələrindən də yüksək bir məqamdır. Əmirəl-mö᾽minin həzrət Əli (ə) həm nübuvvətin bütün dərəcələrinə sahib olduğundan və həm də Xatəmul-Ənbiya ilə nəfs birliyinə sahib olduğundan, İmamət məqamına mənsub edilmiş və bütün keçmiş peyğəmbərlərdən də üstün olmuşdur.

(Bu arada müəzzinin səsi eşidildi ağalar qalxıb namaza getdilər. Namazdan döndükdə çay içildikdən sonra Hafiz qardaş ilk olaraq söhbətə başladı.)



Hafiz: «Siz söhbətlərinizdə davamlı olaraq məsələləri çətinləşdirir və bir mövzunun cavablarını həll etmədən yeni bir mövzu qarşıya çıxardırsınız».

 vətçi: «Məncə bizim anlaşılması çətin olan bir məsələmiz qalmadı. Amma sizin nəzərinizdə belə bir məsələ varsa, buyurun, biz də cavab verək».



Hafiz: «Soncu olduğunuz açıqlamanızda izah edilməsi mümkün olmayan bir neçə cümlə buyurdunuz. Əvvəla; Əli bin Əbi Talibin (k.v) nübuvvət məqamına sahib olduğunu buyurdunuz; sonra Peygambərlər nəfs birliyinə sahib olduğunu söylədiniz və sonra, Əlinin bütün peyğəmbərlərdən üstün olduğunu buyurdunuz. Bu iddialarınızı məcburən qəbul edək, yoxsa bu iddiaları isbatlayan dəlilləriniz vardır? Əgər dəliliniz yoxsa qəbul edilməsi mümkün deyildir. Əgər dəliliniz varsa bəyan edin».

vətçi: «Mənim bəyanlarımın müşgül, qarışıq və hall edilməsi qeyri mümkün olduğunu söylədiniz. Bu siz və sizin kimi, həqinətlər üzərində dayanmaq istəməyənlərin düşüncəsidir. Yoxsa tədqiqatçı və düşünən insaflı üləmanın nəzərində haqiqət aydındır. Amma mənim bəyanlarıma gətirdiyiniz iradlara gəlincə, qaçış yollarının bağlanması və «bəyanınız müşgül, qarışıq və həll edilməsi qeyri mümkündür» deməməniz üçün indi onlara bir-bir cavab verərəm.


Yüklə 5,47 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə