Pisever-geceleri


HƏZRƏTİ ƏLİNİN PEYĞƏMBƏRİN BÜTÜN SİFƏTLƏRİNƏ SAHİB OLMASI



Yüklə 5,47 Mb.
səhifə46/63
tarix21.10.2017
ölçüsü5,47 Mb.
1   ...   42   43   44   45   46   47   48   49   ...   63

HƏZRƏTİ ƏLİNİN PEYĞƏMBƏRİN BÜTÜN SİFƏTLƏRİNƏ SAHİB OLMASI


İmam Sə᾽ləbi öz təfsirində və sizin böyük alimlərinizdən olan Seyid Əhməd Şahabuddin «Təvzihud-dəlail əla Tərcihil-fəzail» adlı kitabında, bu mə᾽naya işarə edərək belə deyir: «Mövlamız Əmirəl-mö᾽minin Əli, həzrət Peyğəmbərin bir çox uca sifət, fe᾽l, adət, ibadət və əhvalında o həzrətə bənzəmişdir. Bu mə᾽na, səhih hədis və açıq ifadələrlə həzrət Əli üçün qətiləşmişdir. Bunun heç bir dəlil və höccətə ehtiyacı yoxdur. Bə᾽zi alimlər, həzrət Peyğəmbərin sahib olduğu bir qrup gözəl sifətləri, həzrət Əli üçün də saymışlar.

Məsələn: həzrəti Əli ilə həzrət Peyğəmbər nisbətdə bir-birlərinin mislidirlər. Həzrəti Əli təharətdə (mə᾽sumluqda), -Həzrət Peyğəmbər, həzrəti Əli, həzrət Fatimə, həzrət Həsən, və həzrət Hüseyn haqqında nazil olan- Təthir ayəsidən2 mə᾽lum olduğu kimi də həzrət Peyğəmbərlə eynidir.

«Maidə» surəsindəki; «Sizin vəliniz (rəhbəriniz) ancaq Allah, Onun Rəsulu, namaz qılan rüku halında zəkat verən minlərdir»1 məalındakı Vilayət ayəsindədə həzrəti Əli, həzrət Peyğəmbərin ümmət üzərində sahib olduğu vilayət məqamının eynisinə sahibdir. Bu ayənin, həzrəti Əli haqqında indiyinə dair hər kəs ittifaq etmişdir.

Həzrəti Əli, Bəraət (Tövbə) surəsinə görədə təbliğ və risalət məqamında həzrət Peyğəmbərlə eyni məqama sahibdi. Çünki həzrət Peyğəmbər (s), Bəraət surəsinin ayələrini hac mövsümində Məkkə əhlinə oxuması üçün Əbu Bəkrə verdi. Amma (bu kitabda da yazıldığı kimi) Cəbrail həzrət Peyğəmbərin hüzuruna gələrək, bu risaləti ya özü və ya özündən olan birisindən başqasının etməyəcəyini bildirdi; həzrət Peyğəmbər (s) də Allahın əmriylə Bəraət surəsini Əbu Bəkrdən alıb hac mövsümündə oxuması üçün həzrəti Əliyə verdi.

Həzrət Peyğəmbərin Qədiri-Xumda buyurduğu; «Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır». hədisinə görədə, həzrəti Əli, həzrət Peyğəmbərin ümmətin mövlası məqamının eynisinə sahibdir.

Həzrəti Əli «Ali-imran» surəsindəki Mübahilə ayəsinə görədə, həzrət Peyğəmbərlə nəfs birliyi (ittihadi nəfs) məqamına sahibdir. Bu səbəbdən Allah-təala Mübahilə ayəsində (bu kitabda zikr edildiyi kimi hər iki məzhəbin ittifaqıyla) həzrəti Əlini Rəsulallahın (s) nəfsi dərəcəsində qərar vermişdir.

Həzrəti Əli, evinin qapısının məscidə açılması yönündən həzrət Peyğəmbərlə eyni məqama sahibdi. (Bilindiyi kimi, Peyğəmbərlə həzrəti Əlinin qapısı istisna olmaqla, qapıları məscidə açılan bütün evlərin qapıları həzrət Peyğəmbərin əmriylə bağlanmışdır.)

Həzrəti Əli, məscidə cənabətli daxil ola bilməklə əlaqəli özünə verilən izində də həzrət Peyğəmbərlə eyni məqama sahibdi. (Bu arada əhli-sünnət qardaşlarımız arasında yavaşca bə᾽zi sözlər söylənməyə başladı. Nə olduğunu soruşduqda belə cavab verdilər:)



Nəvvab: «Keçən Cümə, namaz qılmaq üçün məscidə getdik. İmam, təsadüfən sizin Peyğəmbərin məscidinə açılan qapıyla əlaqəli nəql etdiyiniz hədisi nəql etdi və bu qapının Əbu Bəkrin qapısı olduğunu söylədi. Sizin, bu qapının həzrəti Əlinin qapısı olduğunu söyləməniz məclisdə olanların heyrətinə səbəb oldu. Elə danışdığınız mövzuyla əlaqəli olduğu üçün bu məsələyləni izah etməyinizi rica edirk.

vətçi: «(Hafizə tərəf dönərək) Belə bir bəyan etdinizmi?».

Hafiz: «Bəli! Çünki böyük və adil səhabə! Əbu Hüreyrədən nəql edilən səhih hədislərdə, Peyğəmbəri-əkrəm, məscidə açılan bütün qapıların bağlanmasını əmr etmiş və Əbu Bəkrin qapısını istisna edərək belə buyurmuşdur: «Əbu Bəkr məndəndir; mən Əbu Bəkrdənəm».

vətçi: «Böyük ehtimalla möhtərəm ağalarda mütləq bilirlər ki, Əməvilər, Əmirəl-mö᾽minin həzrəti Əlinin xüsusiyyətlərindən sayılan hər fəzilətin qarşısında, Müaviyənin süfrəsinin qazan dibi yalıyanlarından olan Müğəyrə, Əmr bin As, Əbu Hüreyrə və başqa şəxslər vasitəsiylə, başqaları haqqında hədis uydurmaq üçün böyük səy göstərmişlər.. Bəkrilər də Əbu Bəkrə olan ifrat əlaqələrinə görə bu yalan hədisləri daha da dəstəkləmişlər.

Bu səbəbdən İbni Əbil Hədid «Nəhcul-Bəlağə» şərhinin Ι və xüsusilə ΙΙΙ cildinin 17-ci səhifəsındə bu vaqiələri geniş bir şəkildə nəql edərək belə deyir: «Əbu Bəkrin qapısından başqa məscidə açılan bütün qapıların bağlanması hədisi, mövdu (uydurma) hədislərdəndir».

Bu aydındır ki, bu mövdu hədis, şiə və əhli-sünnət alimləri yoluyla təvatürlə nəql edilən bu hədis: «Peyğəmbəri-əkrəm (s), həzrəti Əlinin qapısından başqa məscidə açılan digər bütün qapıları Allahın əmriylə bağlatdırdı». qarşısında uydurulmuşdur.

Nəvvab: «Hafiz ağa bu hədisi Əbu Bəkrin fəzilətləri sırasında saydığı halda, siz həzrəti Əlinin fəzilətlərindən biri olduğunu söyləyirsiniz. Əgər mümkünsə, dinləyicilərin həqiqəti müəyən edə bilməsi üçün, bizim mö᾽təbər (səhih) kitablarımızdan sənədlərlə iddianızın doğruluğuna dair onlardan dəlil gətirin».

PEYĞƏMBƏRİN (Ə) ƏMRİYLƏ ƏLİNİN (Ə) QAPISINDAN BAŞQA MƏSCİDƏ AÇILAN DİGƏR QAPILARIN BAĞLADILMASI


vətçi: «İmam Əhməd bin Hənbəl «Müsnəd» kitabının Ι cildinin 175-ci səhifəsi, ΙΙ cildinin 26-cı səhifəsi və ΙV cildinin 369-cu səhifələrində, Əbu Əbdurrəhman Nəsai «Sünəi-Nəsai» adlı kitabda və «Həsaisu Ələviyyə» kitabının 13-cü və 14-cü səhifəlarində, Hakimi Nişapuri «Müstədrək» kitabının ΙΙΙ cildinin 117 və 125-ci Səhifələrində, Sibt bin Cövzi, Tirmizi və Əhməd vasitəsilə bu hədisi isbatladığı «Təzkirə» kitabının 24 və 25-ci səhifələrində İbni Əsiri Cəzri «Əsnəl-Mətalib»in 12-ci səhifəsində, İbni Hacəri Məkki «Səvaiq»in 76-cı səhifəsındə, İbni Hacəri Əsqəlani «Fəthul-Bari»nin VΙΙ cildinin 12-ci səhifəsində, Təbərani «Əvsət» kitabında, Xətibi Bağdadi «Tarixi-Bağdadi» adıyla məşhur olan kitabının VΙΙ cildinin 205-ci səhifəsındə, İbni Kəsir «Tarixi İbni Kəsir» deyə tanınan kitabının VΙΙ cildinin 342-ci səhifəsində, Mütdaqiyi Hindi «Kənzul-Ummal»ın VΙ cildinin 408-ci səhifəsində, Heysəmi «Məcməuz-Zəvaid» kitabının 9-cu cildinin 115-ci səhifəsində və Mühibbuddin Təbəri «Riyaz» kitabının ΙΙ cildinin 192-ci səhifəsində, İbni Əbil Hədid «Şərhi Nəhcul-Bəlağə»nin ΙΙ cildinin 451-ci səhifəsində, Hafiz Əbu Nəim «Fəzailus-Səhabə»nin 153-cü səhifəsi və «Hilyətul-Övliya»nın ΙV cildində, Cəlaluddin Siyuti «Tarixul-xüləfa»nın 116. Səhifəsındə, yenə «Cəmul-cəvami» «Həsaisul-kubra» və «Ləəlil-Məsnua»nın Ι cildinin 181-ci səhifəsində, Xətibi Xarəzmi «Mənaqib»də, Himvini «Fəraid»də, İbni Məğazili «Mənaqib»də, Mənaviyi Misri «Qunuzud-Dəqaiq»də, Süleyman Bəlxi əl-Hənəfi «Yənabiul-Məvəddə»nin 87-səhifəsində (məzkur kitabın 17-ci babını bu məsələyə ayırmışdır), Şəhabuddin Qəstəlani «İrşadus-Sari»nin 6-ci cildinin 81-ci səhifəsində, Hələbi «Sirətul-Hələbiyyə»nin ΙΙΙ cildinin 374-ci səhifəsində, Məhəmməd bin Təlhə əş-Şafei «Mətalibus-Süul»un 17-ci səhifəsində mövcud olan hədisi müxtəlif deyilişlə nəql etmişlər.

Xülasə, əhli-sünnət alimlərinin ümumisi, Ömər bin Xəttab, Əbdullah bin Abbas, Əbdullah bin Ömər, Zeyd bin Ərkam, Burra bin Əzib, Əbu Səid Hodri, Əbu Hazım Əşcəi, Sə᾽d bin Əbi Vəqqas və Cabir bin Əbdullah Ənsari kimi əshabın qabaqcılarından cüzü fərqlə həzrət Peyğəmbəri (s)n həzrəti Əlinin qapısından başqa məscidə açılan bütün qapıların bağlanmasını əmr etdiklərini nəql etmişlər.

Əksinə, əhli-sünnətin böyük alimlərindən bir çoxu, Əməvi, Bəkri tərəfindən aldadılmış kəslər üçün bu mövzuyla, əlaqəli geniş açıqlamalar vermişlər. Məsələn: Məhəmməd bin Yusif Gənci əş-Şafei «Kifayətut-Talib»kitabının 50-ci babını sadəcə bu mövzuya həsr etmişdir. Mövzuya aid müstənət hədisləri nəql etdikdən sonra «Haza Hədisun Əlin» (Bu çox dəgərli hədisdir) ünvanıyla açıqlamalar verərək belə demişdir:

Rəsulallah (s), məscidə açılan qapıların bağlanmasını və məsciddə cənabətli və ya heyizli gəlib durmağın qadağan olduğunu buyurduqdan sonra həzrəti Əlinin qapısını istisna edərək, belə buyurmuşdur: «Əlinin (ə) qapısından başqa məscidə açılan bütün qapıları bağlayın».

Daha sonra belə deyir: Cənabət halında məscidə girmək və orada durmağın mübah olması, sadəcə həzrəti Əliyə məxsusdur. Amma bu, digər insanların məscidə cünublu halda və ya heyizli girib-çıxa biləcəklərinə dəlil olamaz. həzrət Peyğəmbərin bu cür fərqləndirməyi həzrəti Əli, həzrət Fatimə və övladlarının tanıdılmasının səbəbi, onları pak bilməsinə görədir. Zatən Təthir ayəsi də onların hər cür çirkinlik və günahdan münəzzəh olduğunu açıq bir şəkildə bildirmişdir.

Mötərəm Hafiz ağa, bu Şafei aliminin verdiyi geniş açıqlamaları da nəzərə alaraq, Əbu Bəkr haqqındakı nəql etdikləri hədisi bunlar ilə müqayisə etsinlər. Bizim bu qədər e᾽tibarlı sənədlərimizə baxmayaraq, əgər Əbu Bəkrin təharəti (bütün çirkinliklərdən təmiz olması) haqqında bir dəlilləri varsa, buyursun nəql etsinlər.

Bunu da əlavə edək ki, Buxari və Müslim öz səhihlərində bu mövzuya işarə edərək, cünublu halda kimsənin məscidə girmə və məscitdə durma haqqına sahib olmadığını söyləyib Rəsulu Əkrəmin belə buyurduğunu nəql edirlər: «Mən Əlidən başqa məsciddə cünub olmaq kimsəyə layiq deyildir».

Bu növ hədislər, həzrəti Əli və həzrət Peyğəmbərin qapısından başqa bütün qapıların bağlandığını isbatlamaqdadır. Əgər bu iki qapıdan başqa hər hansı bir qapı açıq qalmış olsaydı, başqalarının da məscidə cənabətli girməkləri caiz olurdu. Peyğəmbərimiz açıq bir şəkildə, özü və həzrəti Əlidən başqa kimsənin məscidə cənabətli daxil ola bilməyəcəyini buyuruyor.

Bu hədis, (Buxari və Müslim də onu nəql etmişlər) Əməvi, Bəkri və digər qrupların, açıq qapının digər bir şəxsə aid olduğu xüsusundakı iddialarının rəddi üçün qəti bir dəlildir.

Bu qəti və aşkardır ki, evin qapısının məscidə açıq qoyulması izni, həzrəti Əlinin (ə) xüsusiyyətlərindəndir. Əgər izin versəniz bu mövzudakı sözlərimə, ΙΙ xəlifədən sizə söyləyəcəyim bir hədislə bitirim. Hakim bu hədisi «Müstədrək»in ΙΙΙ cildinin 125-ci səhifəsində, Süleyman Bəlxi əl-Hənəfi «Yənabiul-Məvəddə»nin 56-cı bölümünün 210-cu səhifəsində (Zahairul-Uqba»dan nəql edən), İmamul-Hərəm «Müsnəd Əhməd bin Hənbəl»dən, Xətib Xarəzmi «Mənaqib»in 261-ci səhifəsində, İbni Hacər «Səvaiq»in 76-cı səhifəsində, İbni Əsir «Tarixul-Xuləfa»da, İbni Əsir Cəzri «Əsnəl-Mətalib»də və başqa şəxslər, az bir fərqlə Ömərin belə dediyini nəql etmişlər: «Şübhəsiz Əli ibn Əbu Talibə üç xüsusiyyət verilmişdir. Əgər onlardan birisi mənə verilmiş olsaydı, mənim üçün qırmızı tüklü heyvanlardan daha xeyirliydi; o xüsusiyyətlər bunlardır:

1- Peyğəmbər (s), onu öz qızıyla evləndirdi.

2- Peyğəmbər (s), Onun qapısından başqa məscidə açılan bütün qapıları bağladı və O Rəsulallah ilə birlikdə məsciddə oturdu və Peyğəmbərə məsciddə halal olan hər şey Ona da halal oldu.

3- Peyğəmbər (s) Xeybər günündə, İslam bayrağını Ona verdi».

Burada bu məsələ, Nəvvab və digər əziz qardaşlarımıza, heç bir qaranlıq qalmadan aydın oldu; Hafiz də tamamən rahat oldu.

Biz təkrar əvvələ qayıdaraq, yə᾽ni Seyyid Şəhabuddinin dediyi sözlərin ardına. O araşdırmasının son qismində belə deyir:

«Kim həzrəti Əlinin əhvalı haqqında bir az araşdırma apararsa, bir çox xüsusi sifət, zahiri hallar və xarici görünüş sifətlərində Rəsulallaha son dərəcədə bənzədiyini və nurunu iqtibas1 etdiyini görəcəkdir. Həzrəti Əlidən başqa kimsə bu xüsusiyyətlərə sahib olma iftixarına sahib deyildir».

Bu söylədiklərim, sizin öz üləmanızın Əmirəl-mö᾽minin həzrəti Əlinin məxsus fəzilətləri haqqındakı etiraflarından sadəcə bir nümunə idi. Biliniz ki, Mən əsla O, həzrətin məqamı haqqında ğuluv etmir və ağılsızcasına iddialarda da olmuram. Şiə camaatı, əvvəldən günümüzədək əsla dəlilsiz bir iddiada olmamışdır; bizim dəlillərimizin əsil qaynaqları, sizin öz mö᾽təbər kitablarınızda yer almaqdadır.

Amma üzüldüyüm nöqtə budur ki, sizlər, keçmişdən qalma bir adət üzrə, hər şeydən xəbərsiz avam xalqın arasında oturduğunuzda, öz məqamınızı qorumaq üçün, qürurla danışır böhtan və iftira deyib məsələləri xalqa yanlış çatdırırsız.

Zikr edilən bu müqəddimədən, həzrəti Əlinin, Harunun həzrət Musaya olan nisbəti kimi bütün istiqamətlərdə həzrət Peyğəmbərin misli və ortağı olduğu sabit oldu. Həzrət Musa, qardaşı Harunu Bəni-İsrail arasında hər kəsdən daha layiq və daha üstün bildiyi üçün Allaha dua edərək onu, özünə ortaq və vəzir etməsini istədi. Həzrət Peyğəmbər də ümməti arasında bu məqama, həzrəti Əlidən daha layiq bir kimsə görmədi və Allahdan, Harunu necə Musaya vəzir və ortaq etdisə, Əlini də özünə ortaq etməsini isdədi.

Nəvvab: «Kıble sahib! Görəsən, bu mövzuyla əlaqədar hədis varmı?».

vətçi: «Əlbəttə, şiədən əlavə olaraq, sizin mö᾽təbər kitablarınızda da bu mövzuyla əlaqədar hədisler vardır».

Nəvvab: «Əgər mümkünsə, o hədislərdən bə᾽zilərini bizlər üçün söyləyin sizdən çox razı qalarıq».

vətçi: «Ağaların buna istəyi olarsa, mən hazırım».

Hafiz: «Heç bir mane yoxdur. Çünki hədis nəql etmək və onu dinləmək ibadətdir».



Yüklə 5,47 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə