Pisever-geceleri


SÜNNİ ALİMLƏRİNİN ŞİƏLƏRƏ ATDIQLARI BÖHTANLAR



Yüklə 5,47 Mb.
səhifə53/63
tarix21.10.2017
ölçüsü5,47 Mb.
1   ...   49   50   51   52   53   54   55   56   ...   63

SÜNNİ ALİMLƏRİNİN ŞİƏLƏRƏ ATDIQLARI BÖHTANLAR


vətçi: «Böyük alimlərinizin şiələrə atdıqları minlərlə iftira və yalanlardan bə`zilərini, bu möhtərəm məclisdə həqiqətlərdən xəbərsiz insanların xəbərdar olması üçün bildirməyə məcbur etdiniz. Hökm verməyi də müsəlmanların təmiz ruHuna və aydın qəlblərinin ixtiyarına buraxıram.

İBNİ ƏBDÜRƏBBİHİN ŞİƏLƏRƏ ATDIĞI İFTİRALAR


Sizin iftixarınızdan olan ədəbi alimlərinizdən ŞəHabuddin Əbu Ömər Əhməd bin Məhəmməd bin ƏbdürəbbiH Qurtubi əl-Əndulusi əl-Maliki (Ö: 328 H.k Qurtubda ölmüşdür) «İqdul-Fərid» adlı kitabının Ι cildinin 269-cu səhifəsində İslama sahib olan imanlı və müvəhhid şiələrə «Ümmətin Yəhudiləri» deyərək sözünə və belə davam edir: «Yəhudilər necə xristianlara düşməndirlərsə, şiələr də eyni şəkildə İslama düşməndirlər». O bu şəkildə şiələrə bir çox iftiralar atmışdır.

Məsələn deyir ki: «Şiələr, Yəhudilər kimi üç talaqa inanmırlar və talaqdan sonra iddənin olmadığını söyləyirlər».

Məclisdə iştirak edən möhtərəm şiələr, hətta şiələrlə yaxın əlaqədə olan siz sünnilər, deyin görək İbni Əbdürəbbihin bu iftiraları gülməli deyilmi?! Bizim bütün fiqH kitablarımız və əməli risalələrimizdə (Tovzihul-məsaillərdə) üç talaqın hökmləri, talaqdan sonra iddə gözləməyin yolları geniş şəkildə bildirilmişdir. Şiələrin talaqdakı əməlləri və talaqdan sonra iddə gözləmələri, ədəbdən uzaq olan bu ədibin (İbni ƏbdürəbbiHin) yalanına ən böyük dəlildir.

Yenə belə deyir: «Şiələr Yəhudilər kimi Cəbrailə düşməndirlər. Çünki vəhyi Əliyə gətirməliydi Peyğəmbərə gətirmişdir!» (Məclisdə iştirak edən şiələrin gülməsi.) Görürsünüz ki, burada olan şiələr belə uydurma yalan sözləri eşidikdə gülürlər, o ki, qaldı ona inanmış olsunlar.

O (İbni Əbdürəbbih), əgər Afrikada girdiyi qabığından siyrilib çıxsaydı və ya şiələrin yazdığı kitabları oxumaq zəhmətinə qatlansaydı, utanaraq belə bir iftira atmazdı. Bəlkədə də həqiqətləri bilməyənləri bu cür qandırmaq və müsəlmanlar arasında ixtilaf salmaq üçün qəsdən belə etmişdir.

Biz şiələr, həzrət Məhəmmədi Mustafa Xatəmul-ənbiya (s)-ı haqq üzərə gəlmiş Peyğəmbər olaraq bilir və deyirik ki; ona (s) nazil olan vəhiydə əsla xəta və yanlışlıq üzündən olmamışdır. Biz, Cəbraili Əminin məqamını o şəxsiyyətsiz adamın təsəvvür etdiyindən daha uca bilirik. Biz Əli ibn Əbu Talibə inanırıq ki, Cəbrail, (İlahi vəHyin əmini) Onu, Xatəmul-Ənbiya (s)-ın xəlifəsi və varisi olaraq tanıtdırmışdır1.

Yenə belə deyir: «Şiələr, Yəhudilər kimi Peyğəmbərin sünnətinə əməl etməzlər. Bir-birlərini gördüklərində Salamun Əleykumun əvəzinə, «Samun əlekum» (Ölüm sənə olsun) deyrlər». (şiələrin qəH-qəHəylə gülmələri.)

Şiələrin bir-birlərinə və siz sünni qardaşlara olan davranışları onun yalanına ən böyük dəlildir. Bundan əlavə O, uydurduğu başqa bir sözdə deyir: «Şiələr, Yəhudilər kimi müsəlmanların qanını və malını halal bilərlər».

Siz özünüz şiələrin əməllərini görür və onlara şahidsiniz. Biz, kafirlərin belə canını və malını Halal bilmirik o ki, qalsın müsəlmanların canını və malını halal bilək.

Şiə məzhəbində qul haqqı və insanı öldürmək, böyük günahlardan sayılmaqdadır. Bütün bunlar, sizin böyük alimlərinizdən sadəcə birinin söylədiyi bə᾿zi sözlərdi. Məclisin vaxtı, onun belə yalan-palan sözlərini deməyə imkan vermədiyindən bununla kifayətlənirəm».


İBNİ NƏZMİN İFTİRALARI


Böyük alimlərinizdən Əbu Məhəmməd Əli bin Əhməd bin Səid bin Həzm əl-Əndülusi (Ö: 456 h. k.) «əl-Fəslu fil-miləli və᾿n-NiHal» adlı məşHur kitabında şiələrə həqarətlərlə birlikdə onlara misli olmayan yalan və iftiralar atmışdır. Xüsusilə kitabın Ι cildini oxuduqda görəcəksiniz ki, açıq-aydın «Şiələr, müsəlman deyildir, əksinə kafir və yalançıdırlar. Onlar yəhudilik və xristianlıqdan qaynaqlanırlar» -deyə uydurma sözlər yazmışdır.

Həmin kitabın 4-cü cildinin, 182-ci səhifəsində də belə deyir: «Şiələr, doqquz qadınla evlənməyi caiz bilirlər».

Bu yalançı adamın yalan və iftiralarına ən böyük cavab; şiələrin əsirlər boyu yazdıqları dəlilli fiqHi kitabları və elmi risalələridir. Onların hamısında dörd qadından çox daimi olaraq nigahlamanın haram olduğu yazılmışdır. Şiələrin irfan əhli, fəqih və alimləri bir kənarda dursun, çöldəki cahilləri belə bir əməlin olmadığını çox yaxşı bilirlər.

Əgər o kitabı oxusanız, şiələrə atdıqları iftira, yalan, küfr və pis nisbətlərinə görə utanıb yerə girərsiniz. Misal üçün bu qədər kifayət edər».


İBNİ TEYMİYYƏNİN İFTİRALARI


Alimlərinizin arasında ən həyasızı, bəlkə də ən dinsizi Əhməd bin Əbdülhalim Hənbəli yə᾽ni İbni Teymiyyədir. (Ö: 728 H.k.) İbni Teymiyyənin şiələrə, xüsusilə mövlamız Əmirəl-möminin həzrət Əliyə (ə) və Rəsulallahın (s) pak itrətinə (Əhli-beytinə) qarşı böyük bir kin və düşmənçiliyi vardı.

Onun «MinHacus-Sünnə» kitabını oxuyan hər kəs təəccüb edir. Belə şiddətli bir düşmənçiliyi vardı ki, mövlamız, Əmirəl-mö᾽minin həzrət Əli (ə) və onun Əhli-beyti haqqındakı bütün açıq nəssləri (ayə və hədisləri) və uca fəzilətləri inkar edir. Məzlum şiələrə elə yalan və iftiralar atır ki, bunları eşidənlərin ağlı çaşır. Əgər onların hamısını bir-bir deməyə dursam, bu məclislərin günlərlə uzaması lazımdır. Sözü uzatmamaq üçün bir misala kifayətlənəcəyəm. Beləcə möhtərəm Şeyx bilsin ki, yalan və iftira atmaq, şiə alimlərinin deyil bə`zi sünni alimlərinin xüsusiyyətlərindəndir. Təəccüblüsü budur ki, şiələr haqqında söylədiyi yalanlardan sonra, həqiqətlərdən xəbərləri olmayanları qandırmaq üçün, Ι cild səhifə 15-də bir də deyir ki; «Qiblə əhlindən heç biri şiələr qədər yalan söyləmir». Bu səbəbdən sihahları yazanlar onlardan hədis nəql etməmişlər. 10-cidin 23-cü səhifəsində də belə deyir: «Şiələr üsulu dinin dörd bəndən ibarət olduğuna inanırlar: TövHid, Ədalət, Nübuvvət, İmamət».

Şiələrin kəlam (əqaidlə əlaqəli elm ) kitabları, hər kəsin əli çatan yerdədir. Onlarda yazılan və keçən gecələrdə bizim də söylədiyimiz kimi şiələr üsulu dinin üç bəndən ibarət olduğuna inanırlar. Bu üçü: TövHid, Nübuvvət və Məaddır. Ədalət TövHidin, İmamət də Nübuvvətin bir hisəsidir. Ι cildin, 131-ci səhifəsində də belə deyir: «Şiələr məscidlərə əhəmyyət verməzlər. Məscidləri tamam boşdur. Nə cümələri məsciddə qılarlar, nə də camaat namazları vardır. Əgər bə᾽zən namaz qılsalar da camaatla deyil, tək başlarına qılarlar». (şiələrin qəh-qəhəylə gülmələri.) Möhtərəm Şeyxim, siz və burada olan və olmayan sünni qardaşlar, şiələrin məscidlərinin dolu olduğunu görmədinizmi?! Camaatla qılınan namazları görmədinizmi?! Şiələrin mərkəzi olan İran və İraqda, hər şəHərdə camaat namazlarının qılınması üçün bir çox böyük məscidləri yoxdurmu?! Hansı kəndə gedirsiz gedin orada bir məscidnin olduğunu görəcəksiniz. Mübarək ramazan ayından əlavə, hər gün sübh axşam namazlarını camaatla məscidlərdə qılarlar.

Siz alimlər, şiələrin fiqHi istidlali kitablarına, alim olmayan sünni qardaşlar da şəriət məsələləri kitablarına baxsanız, görəcəksiniz ki məscidə getmək və camaatla namaz qılmaq haqqında nə qədər çox savab nəql edilmişdir. Məscidlərdə qılınan namazın savabı evdə qılınan namazın savabından qat-qat çox olduğu yazılmışdır. Bu səbəbdən şiələr imkanları olduğu qədər namazlarını məscidlərdə, camaatla qılmağa çalışırlar. Beləcə bu yalançı və şərəfsiz şəxsin (İbni Teymiyyə) şiələr haqqında necə də yalanlar uydurduğunu gərək biləsiniz.

Yenə eyni səhifədə deyir ki, şiələr digər müsəlmanlar kimi Həccə getməzlər. Onların həcci qəbirləri ziyarət etməkdir. Qəbirlərin ziyarət etməyin savabını Allahın evini ziyarət etməyin savabından daha çox qəbul edirlər. Hətta qəbirlərin ziyarətinə getməyənlərə lə᾽nət edirlər. (şiələrin gülüşməsi.)

Əgər şiələrin ibadətlə əlaqəli risalə və kitablarını açıb oxusanız, Kitabul-həc (həcc kitabı) adında bu ibadət üçün məxsus bölüm ayırdığını görəcəksiniz. Şiələrin Hacda etməsi lazım olan əməllər üçün hər Fəqih (müctəhid) «Mənasiqi Həcc» adlı kitablar yazmışlar; o kitablarda Mə᾽sum İmamlar (a.s.)-dan da Həcc mövzusunda hədislər nəql etmişlər. O hədislərin bə`zisində belə deylir: «Maddi imkanı olduğu halda, Allahın evini, həcci tərk edən bir müsəlman (sünni olsun, şiə olsun), İslamın xətdindən çıxmışdır; öldüyü zaman ona deyiləcək ki, hansı dində olaraq ölmək istərsən; yhudi, xristian, yoxsa məcusi kimi?»

Belə hökümlər qarşısında, şiələrin Allahın evini ziyarət etməyi tərk etmələrini ağıl qəbul edərmi? Gedib İmamlar (ə)-ın qəbirlərini ziyarət edən dağ başında yaşayan cahil bir kəndçidən, həcc əməlinin harada yerinə yetirilməsini vacib olduğu haqqında soruşsanız, Məkkəyi-müəzzəmdə deyə cavab almış olarsınız.

Amma Allahdan xəbəri olmayan bu şəxs, bunlara haşiyə olaraq bir də qalxıb şiənin iftixarlarından Şeyx Müfid deyə məşHur olan Şeyx Məhəmməd bin Məhəmməd bin Nüman Mufidə iftira ataraq deyir ki; «Onun Mənasiqi Həccil-Məşahid (Qəbirlərin ziyarətinin hökmü) adında bir kitabı vardır». Halbuki Şeyx Mufidin «Mənasiquz-Ziyarət» adında hər kəsin əlində olan bir kitabı vardır. Bu kitabda mə᾽sum İmamlar (a.s.)-ın müqəddəs məzarları ziyarət edildiyi zaman digər ziyarətlər kimi bu ziyarətə aid ədəb və qaydalar yazılmışdır. Kitabın əvvəlində yazır ki, «MüstəHəb ibadətlərdən biri də, Peyğəmbəri-əkrəm (s) və mə᾽sum İmamlar (ə)-ın müqəddəs qəbirlərini ziyarət etməkdir».

Allahdan xəbərsiz şəxsin yalanına ən böyük cavab, hər il minlərlə şiənin Allahın evinə gedib həcc əməllərini yerinə yetirmələridir. Şiələr həccdən qayıtdıqdan sonra özlərinə «Haccı» deyilməsini iftixar bilirlər. İndi bu yalançı şəxsin nə qədər yalan düzəltmələrinə bir baxın!

Yenə 1- cildin 11- səhifəsində belə deyir: «Şiələr itlərinin adını Əbu Bəkr və Ömər qoyaraq ardıcıl şəkildə onlara lə᾽nət deyirlər. (şiələrin gülüşməsi.)

Şiələrə belə iftira atıb onlar haqqında yalan söyləyən bu şəxsin inad, təəssüb və dinsizliyinə doğrusu insan təəccüb edir.

Halbuki, onun dediyinin əksinə şiələrin əHkam və hədis kitablarının hamsında itin nəcis olduğu yazılmışdır. müsəlman şəxsin evində it olarsa, o evə Allahın rəhmətinin nazil olmayacağı bu kitablarda yazılmışdır. Şiə müsəlmanların bir neçə yerdən başqa it saxlamağı qadağan edilmişdir. O bir neçə yerdə, bə`zi məxsus şərtlərlə, bunlardır: Ovçuluqda, ev və heyvan sürülərini qorumaq üçün. Həzrət Peyğəmbəri-əkrəmin (s) nəvəsi həzrət Seyyidüş-şühəda Əba Əbdillahil-Hüseynin (ə) Yezidə qarşı qiyamının səbəblərindən biri də onun itlərlə oynaması və evində it saxlaması idi.

Şiə və ya sünni müsəlmanlardan biri söylənən yerlərdən başqa evində it saxlarsa, biz onu dini xüsusda günahlandırar və ona e᾽tibarımız olmaz. Şiə inancına görə, bir it bir evdə sərbəst dolaşarsa, o ev nəcis olar. Bütün bunlar göz önündə olduğu halda, bir şiənin öz evində it saxlaması və bundan əlavə Rəsulallahın (s) möhtərəm səhabələrindən bə`zilərinin adlarını onlara qoyması və ya onlara lə᾽nət etməsi düşünülə bilməz? Yazıqlar olsun bu cür müsəlmanlara. İnad və təəssübdən Allaha sığınırıq. Siz cahil də olsa, bir şiədən belə bir iş görsəniz göstərin, biz onda bu şəxsin söylədiklərinə təslim olarıq. Əgər göstərə bilməsəniz (əsla göstərə bilməyəcəksiniz) onda lə᾽nət edin belə təəssübkeş inadkar insanlara ki, onlar alim adlandıqları halda tə᾽sir altında olan həqiqətlərdən xəbərdar olmayan insanları aldatmaqda və müsəlmanların arasına ixtilaf və düşmənçilik salmaqdadırlar. O, kitabının ΙΙ cildində də belə yazır: «Şiələr imam Zamanı (həzrət Mehdini) gözlədikləri üçün Samirrə kimi bir çox yerlərdə, gündüzləri bir at, qatır və ya başqa bir minik hazırlayıb; «Biniyin hazırdır, hər kəs silahlı olaraq səni gözləyir. Artık qiyam et» deyə imamları səsləyirlər. Və əsasən ramazan ayının son günlərində qayıdıb qiyam etməsi üçün onu çağırırlar. Onların içində elələri vardır ki, İmam gəldiyi, zaman birdən namazda ola bilər deyə onu görməmək və xidmətində ola bilməmək qorxusuna görə namazlarını tərk edirlər». (şiə və sünnilərin qəh-qəhəylə gülüşləri.)

Çölün bir düzündə oturub söz uyduran bu adamın hədsiz hesabsız və gülünc iftira və yalanlarından daha çox, günümüz misirli, suriyalı və sairə ölkələrin alimlərinin sözləri hamısından daha təəccüblüdür. Bu alimlər Hər yerdə, şiələr ilə birgə həyat sürürlər. Xüsusilə əhalisinin Hamısınin əhli-sünnət qardaşların məskunlaşdığı Samirrə şəHrində yerin altındakı müqəddəs sərdabın xidmətçilərinin belə hamısı sünnidirlər. Amma onlar bunu araşdırmadan, böyük alimlərdən soruşmadan İbni Teymiyyə kimi şəxslərin yalan sözlərinə uyaraq belə xurafat və uydurmaları öz kitablarında yazmaqdadılar1.

Bunlar, əhli-sünnət alimlərinin şiə camaatına etdikləri xəyanət, aşkar yalan və iftiralardan bə`zi misalardı. Əgər, İbni Hacər Məkki, Cahiz və Qazı Ruzbehan kimi şəxslərin sözlərinin sadəcə siyahısını anlatmağa başlasam, bir neçə gecə vaxtınızı gərək alam. Başqalarına rəHbərlik etmək istəyən belə alimlərin yalan və uydurma sözləri ilə vaxtınızı zay etmək istəmirəm.



Yüklə 5,47 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə