Pisever-geceleri


ƏBU HÜREYRƏNİN MƏRDUDLUĞU VƏ ÖMƏRİN ONU ŞALAĞLAMASI



Yüklə 5,47 Mb.
səhifə55/63
tarix21.10.2017
ölçüsü5,47 Mb.
1   ...   51   52   53   54   55   56   57   58   ...   63

ƏBU HÜREYRƏNİN MƏRDUDLUĞU VƏ ÖMƏRİN ONU ŞALAĞLAMASI


vətçi: «Əgər bir haqqsızlıq olduğunu düşünürsünüzsə, Mə᾽lumunuz olsun ki, ilk dəfə Əbu Hüreyrəyə Allahın düşməni deyən ΙΙ xəlifə Ömər bin Xəttabdır. İbni Əsir kimi tarixçilər hicri-qəməri 23-cü ilin hadisələrində, İbni Əbil Hədid «Şərhi Nəhcül-bəlağə»nin (Misir nəşri) ΙΙΙ cild 104-cü səhifəsində və daha başqaları belə nəql edirlər:

Hicri-qəməri 21-ci ildə xəlifə Ömər Əbu Hüreyrəni BəHreynə vali tə᾽yin etdi. Ona Əbu Hüreyrənin orada özünə mal toplayıb bir sürü at aldığı xəbərini verdilər. Bu xəbəri alan xəlifə Ömər onu hicri 23 ildə vəzifəindən azad edib geri çağırdı. O xəlifənin yanına gəldikdə xəlifə ona: «Ey Allahın və Allahın kitabının düşməni, Allahın malınımı çapıb-talayırsan?» deyə qəzəbləndi. O da; «Əsla Oğurluq etmədim, onlar xalqın mənə verdiyi hədiyyələrdi» deyə cavab verdi.

İbni Məsud «Təbəqat»ın ΙV cildinin 90-cı səhifəsində, İbni Hacər Əsqəlani «İsabə»də və İbni ƏbdürəbbiH «İqdul Fərid»in Ι cildində belə yazırlar:

Xəlifə Əbu Hüreyrəyə; «Ey Allahın düşməni! Səni Bəhreynə vali göndərdiyimdə ayağında ayaqqabın belə yox idi; indi cins atlar alıb, 600 dinarlıq mal topladığını eşitdim. Bunları haradan aldın?» deyə soruşdu. O da cavabında «Bunlar xalqın mənə verdiyi hədiyyələriydi. Onları dövriyəyə, buraxdım əlimdəkilər onlardan əldə etdiyim mənfətlərdir» dedi. Ömər yerindən qalxıb onu o qədər şalağladı ki, kürəyindən qan axmağa başladı. Sonra, Bəhreyndə mənimsədiklərindən 10 bin dinar alıb Beytul-mala vermələrini əmr etdi. Ömər, sadəcə öz xəlifəliyi zamanında deyil, Rəsulallahın zamanında da Əbu Hüreyrəni yerə yıxılana qədər döymüşdü.

Bu hadisəni Müslim «Səhih»in Ι cildinin, 34-cü səhifəsində nəql etmişdir. İbni Əbil Hədid «Şərhi Nəhcül-bəlağə»nin 1-cild, 360-cı səhifəsinin əvvəlində belə yazır: «Əbu Cəfər İsqafi (Mö´təzli şeyxi) deyir ki, şeyxlərimiz Əbu Hüreyrəni (əqli tərəfdən) nöqsanlı bilib onun hədislərini qəbul etmirlər. Ömər onu qamçılayaraq dedi ki; «Hədis nəql etməkdə çox qabağa getdin. Zatən sənə Peyğəmbərin adına yalan uydurmaq yaraşır!»

İbni Əsakir «Tarixi Kəbir»də, Müttəqi «Kənzul-ümmal»ın 239-cu səhifəsində belə nəql edirlər: xəlifə Ömər onu şalağlayaraq döydü. Rəsulallahdan (s) hədis nəql etməsi qadağan edərək dedi ki: «Peyğəmbərdən çox hədis nəql edirsən. Yalan söyləməyə layiqsən (yə᾽ni sənin kimi şəxsiyyətsiz bir kəs Peyğəmbərin adına yalan söyləyər ancaq.) Peyğəmbərdən hədis nəql etməyi tərk etməlisən. Yoxsa səni ya Dəvsə1 göndərərəm, ya da Buzinələrin2 yanına.

Yenə İbni Əbil Hədid «Şərhi Nəhcül-bəlağə»nin Ι cildinin 360-cı səhifəsində (Misir nəşri) usdad imam Əbu Cəfər İsqafidən belə nəql edir: «Mövləl-müvahhidin Əmirəl-mö᾽minin həzrət Əli (ə) belə buyurur: «Bilin ki! İnsanların ən yalançısı, Rəsulallahın (s) adına ən çox yalan söyləyən dəvslu Əbu Hürəyrədir». İbni Qutəybə «Təvilul-müxtəlifil-hədis»də, Hakim «Müstədrək»in ΙΙΙ cildində, Zəhəbi «Təlhisul-müstədrək»də, Müslim «Səhihi-Müslim» ΙΙ cildinin «Fəzailu Əbu Hüreyrə» bölümündə deyirlər ki, Aişə onu dəfələrlə rədd edərək belə deyirdi: «Əbu Hüreyrə çox yalan söyləyir o, Rəsulallahın adına bir çox yalan hədis uydurmuşdur».

Sözü çox uzatmaq istəmirəm. Əbu Hüreyrəni yalnız biz rədd etmədik. Xəlifə Ömər, mövlamız Əmirəl-mö᾽minin, Ümmul-mö᾽minin Aişə, səhabə və tabein də onu rədd etmişdir. Mö᾽təzilənin şeyx və alimləri və hənəfilərin ümumisi, Əbu Hüreyrənin hədislərini qəbul etmirlər. Sənədi Əbu Hüreyrəyə çatan hədisləri batil bilərlər. Nəvəvi, «Səhihi-Müslim»in şərhində, xüsusilə ΙV cilddə bu mövzunu geniş şəkildə açıqlayır. Böyük məzhəbinizin rəhbəri imam Əzəm Əbu Hənifə belə deyir: «Rəsulallahın səhabələri ümumilikdə e᾽tibarlı və adil idilər. Mən onların Hamısındən sənədi kimə çatırsa çatsın hədis qəbul edirəm. Amma sənədləri Əbu Hüreyrəyə, Ənəs bin Malikə və Səmurət bin Cundəbə çatan hədisləri qəbul etmirəm».

Belə isə, səhabədən olan Əbu Hüreyrəni tənqid etdiyimiz üçün bizə etiraz etməyin. Biz o Əbu Hüreyrəni tənqid edirik ki, ΙΙ xəlifə Ömər onu şalağlamış, Beytul-mal oğrusu və yalançı olduğunu e᾽lan etmişdir.

Biz o Əbu Hüreyrəni tənqid edirik ki, Ümmül-mö᾽minin Aişə, imam Əzəm Əbu Hənifə, səhabənin böyükləri, tabein, mö᾽təzilənin şeyx və alimləri onu tənqid edərək rədd etmişlər.

Xülasə biz o Əbu Hüreyrəni tənqid edirik ki, Qur᾽anın bərabəri olan mövlamız, müvəhhidlərin mövlası Əmirəl-mö᾽minin həzrət Əli (ə) və Rəsulallahın (s) Əhli-beytindən olan mə᾽sum İmamlar (ə) onu mərdud və yalançı bilmişlər.

Biz o Əbu Hüreyrəni tənqid edirik ki, ac göz və boş boğazdır. Əmirəl-mö᾽minin həzrət Əlinin (ə) ən fəzilətli olmasını bilməsinə baxmayaraq, onu buraxıb mə᾽lun Müaviyənin yağlı süfrəsini seçdi. Saxta hədislər uyduraraq Müaviyənin, sizin də Xuləfai-raşidindən biri olduğunu qəbul etdiyiniz müttəqilərin imamı və müsəlmanların xəlifəsinə (həzrət Əliyə) səbb və lə᾽nət oxunmasına yardımçı oldu.

Bu qədər yetər; bundan çox məclisin vaxtını almaq istəmirəm. Mövzunu bir az çox uzatdığım üçün də üzür istəyirəm. «Haqsızlık edirsən» dediyiniz üçün, yalnız biz deyil, xəlifələr, səhabələr və böyük alimlərinizin də onu rədd etdiyini isbat etmək istədim. Dünya malı və məqamına yetişmək üçün, Rəsulallahın (s) adına saxta hədis uyduran və onları səhih hədislərlə qarışdıran belə saxtakarların hədisinə e᾽tibar edilməz. Bu səbəbdən Rəsulallah (s) belə buyurmuşdur: «Məndən sizə bir hədis nəql etdiklərində, onu Allahın kitabı ilə müqayisə edin».

(Əhəmiyyətli bir mövzu olduğu üçün, ağaların işa namazının vaxtından bir az keçmişdi. Söhbət bura yetişdikdə, onlar durub namaz qıldılar. Bir az söhbət edib, çay içdikdən sonra məclis yenidən rəsimləşdi.)



vətçi: «İndiyə qədər söylədiklərimizi nəzərə alaraq siz və biz, Rəsuli-əkrəmdən (s) nəql edilən hər hədisi, Qur᾽anla müqayisə etmək məcburiyətindəyik. Qur᾽ana uyğunsa qəbul edərik, əks təqdirdə, rədd edilməlidir.

«MƏN ƏBU BƏKRDƏN RAZIYAM, GÖRƏSƏN, O DA MƏNDƏN RAZIDIRMI?» HƏDİSİNİN UYDURMA OLDUĞUNUN TƏSBİTİ


Nəql etdiyiniz bu hədisi (hər nə qədər bir tərəfli olsa da) Qur᾽anla müqayisə etmək məcburiyətindəyik. Əgər Hər hansı bir mane olmazsa, qəbul edəcəyik. Bə`ziləri bu hədisə belə cavab vermişlər: «Qaf» surəsinin 16-cı ayəsində Allah-təala belə buyurur: «And olsun ki, insa biz yaratdıq nəfsinin ona kimi vəsvəsə etdiyini bilirik biz ona şah damarından daha yaxınıq».

Şah damarı deyilən istilah məşhur bir istilahdır. Bu misal yaxınlığın hədini, yə᾽ni nə dərəcə yaxın olduğunu bildirir. İzafə izafəi bəyaniyyədir, izafəi lami də ola bilər.

Ayəyi-kərim bu həqiqəti belə açıqlayır: Allah-təalanın insanlara olan elmi elə bir şəkildədir ki, insanın içində və qəlbində olan heç bir şey Ona gizli deyildir. Allah (c.c), insanın içindən keçən hər şeyi bilir.

Allah-təala «Yunis» surəsinin 61-ci ayəsində belə buyurur: «[Ya Peyğəmbər!] Sən heç bir işdə olmazsan onun tərəfindən [nazil olmuş] Qurandan [bir ayə] oxumazsan heç bir əməl etməzsiniz ki, siz ona başladıqda biz şahidiniz olmayaq. Yerdə göydə zərrə qədər heç bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha kiçik daha böyük heç bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın».

Bu ayələrin hökmünə və əqli dəlillərə görə heç bir hərəkət, iş və söz, Allaha gizli deyildir. aləmlərin Rəbbi, hüzuri elmi ilə bəndələrinin bütün iş, əməl və sözlərini bilir. Belə isə söylədiyiniz bu hədisi, yuxarıdakı iki ayə və Qur᾽andakı digər ayələrə görə nəcə izah edə bilərsiz? Deyə bilərikmi, Əbu Bəkrin razı olub-olmadığını Allah bilmirdi, bunu bilmək üçün Allah-təala, Əbu Bəkrdən soruşmaq məcburiyətində qaldı? Üstəlik, deyim ki, Allah-təalanın rizası, insanların rizasıyla bağlıdır. Qul, riza məqamına yetişmədiyi müddətdə, Allah-təala ondan razı olmaz. Yaxşı, necə olur ki, Allah-təala Əbu Bəkrdən razı olduğunu söylədiyi halda, Əbu Bəkrin riza məqamına yetişdiyini və ondan razı olub-olmadığını bilmir?!».



Yüklə 5,47 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə