Pisever-geceleri


«HƏSƏN VƏ HÜSEYN (Ə) CƏNNƏT CAVANLARININ AĞALARIDIRLAR» HƏDİSİ QARŞISINDA HƏDİS UYDURMALARI



Yüklə 5,47 Mb.
səhifə57/63
tarix21.10.2017
ölçüsü5,47 Mb.
1   ...   53   54   55   56   57   58   59   60   ...   63

«HƏSƏN VƏ HÜSEYN (Ə) CƏNNƏT CAVANLARININ AĞALARIDIRLAR» HƏDİSİ QARŞISINDA HƏDİS UYDURMALARI


vətçi: «O səhih hədislərdən biri Rəsulallahın (s) buyurduğu «Həsən və Hüseyn cənnət gənclərinin ağalarıdılar, ataları isə onlardan daha üstündür». hədisidir. Bu hədisi Xətibi Xərəzm «Mənaqib»də, Mir Seyid Əli Həmədani «Məvəddətul-qurba»nın 8-ci Məvəddəsində, imam Əbu Əbdürrəhman Nəsai «Hasaisi Ələvi»də, İbni Sabbağ əl-Maliki «Fusulul-mühimmə»nin 159-cu səhifəsində, Süleyman Bəlxi əl-Hənəfi «Yənabiul-məvəddə»nin 54-cü babında Tirmizi, İbni Macə və Əhməd bin Hənbəldən, Sibt bin Cəvzi «Təzkirə»nin 133-cü səhifəsində, imam Əhməd bin Hənbəl «Müsnəd»də, Tirmizi «Sünən»də, Məhəmməd bin Yusif Gənci əş-Şafei «Kifayəut-Talib»in 97-ci babında nəql etmişlər. Məhəmməd bin Yusif Gənci əş-Şafei «Kifayəut-Talib»in 97-ci babında bu hədisi nəql etdikdən sonra belə deyir: Hədis elminin imamı Əbul Qasım Tabərani «Mucəmul-Kəbir»də imam Həsənin (ə) həyatını araşdırarkən bu hədisi-şərifi nəql edən ravilərin adlarını yazmışdır. Bu hədisi nəql edən səhabələrdən bə`zilarinin adları bunlardır: «Əmirəl-mö᾽minin Əli ibn Əbu Talib, ΙΙ xəlifə Ömər bin Xəttab, Hüzeyfə Yəməni, Əbu Səid Hodri, Cabir bin Əbdullah Ənsari, Əbu Hüreyrə, Usamə bin Zeyd və Əbdullah bin Ömər». Məhəmməd bin Yusif Gənci əş-Şafei daha sonra belə deyir: «Rəsulallahın (s) buyurduğu; «Həsən və Hüseyn cənnət gənclərinin ağalarıdırlar, ataları isə onlardan daha üstündür». hədisi «Həsən» bir hədisdir. Bu hədisin sənədlərini bir-birlərinin yanına qoyduğumuzda, hədisin səhih bir hədis olduğu ortaya çıxır. Hafiz Əbu Nəim İsfahani «Hilyə»də, İbni Əsakir «Tarixi-kəbir»in ΙV cildinin 206-cı səhifəsində, Hakim «Müstədrək»də, İbni Hacər Məkki «Səvaiq»in 82-ci səhifəsində, xülasə əhli-sünnətin böyük alimləri bu hədisin Rəsulallah (s) tərəfindən buyrulduğu barədə ittifaq etmişlər».

Şeyx: «Zənn edirəm Rəsulallah(s)-ın buyurduğu bu hədisi «Əbu Bəkrin olduğu yerdə başqalarını ön görəmək yersizdir». Heç kim inkar edə bilməz. Bu hədis Əbu Bəkrin ümmətin digər şəxslərinə görə hər işdə qabağcılıq haqqına sahib olduğunu isbat edir.

vətçi: «Anlaya bilmirəm, nə səbəbdən düşünlərdən nəql olunan hər hədisi qəbul edirsiniz. Əgər Rəsulallahın (s) özü bu hədisi buyurmuş olsaydı, nə üçün dediyinə görə əməl etmədi? Nə üçün mübahilə hadisəsində Əbu Bəkrin yerinə həzrət Əlini (ə) özü ilə bərabər apardı? Nə üçün Təbuk səfərində Əbu Bəkr olduğu halda həzrət Əlini (ə) xəlifə olaraq öz yerinə qoydu? Məkkədə «Bəraət» surəsinin oxunması məsələsində, nə üçün Əbu Bəkri kənarlaşdırıb yerinə həzrət Əlini (ə) vəzifələndirdi? Nə üçün Məkkə fətH edildikdən sonra Kə´bədəki bütləri yıxmaq üçün Əbu Bəkrin yerinə həzrət Əlini (ə) önə çəkib, hətta «Hubəl» bütünü yıxması üçün onun çiyninə çıxdı? Əbu Bəkr olduğu halda nə üçün yəmənliləri İslama də᾽vət etməyə həzrət Əlini (ə) göndərdi? Hamısından əhəmiyyətlisi, nə üçün özündən sonra xəlifə olması üçün Əbu Bəkrin yerinə həzrət Əlini (ə) vəsi tə᾽yin etdi?».

Şeyx: «Rəsulallahdan (s) bir çox səhih hədis nəql edilmişdir. Bunu qətiyyən inkar edə bilməzsiniz. Bu hədis belədir: Əmr bin As deyir ki, bir gün Peyğəmbərdən (s) belə soruşdum: «Ya Nəbiyyallah! ailənizdəki qadınların içində ən çox sevdiyiniz kimdir?» cavabında; «Aişə» buyurdu. Sonra «Kişilərin içində ən çox sevdiyiniz kimdir?» soruşduğumda; «Aişənin atası» buyurdu. Əbu Bəkr Peyğəmbərin ən çox sevdiyi insan olduğuna görə ümmətin hamısına rəhbərlik etmək haqqı vardır. Bu da Əbu Bəkrin xəlifəliyi üçün qəti bir dəlildir».

«ƏBU BƏKR VƏ AİŞƏ RƏSULALLAHIN (S) ƏN ÇOX SEVDİYİ İNSANLARDIRLAR» SÖZÜNÜN CAVABI


vətçi: «Bu hədis, Bəkriyunların uydurması olmasından əlavə, iki məzhəbin (sünni və şiələrin) qəti olaraq qəbul etdiyi hədislərlə də ziddiyətlidir. Bu səbəbdən bu hədisin mərdudluğu sabitdir. Bu hədisi iki baxımdan diqqətlə araşdırmaq lazımdır: Birincisi Ümmül-mö᾽minin Aişə baxımından, digəri isə Ι xəlifə Əbu Bəkr baxımından. Aişənin Rəsulallahın (s) ən çox sevdiyi qadın olduğu sözü, hər iki məzhəbin (şiə və sünnilərin) mö`təbər kitablarında mövcud olan başqa səhih hədislərlə ziddiyyətlidir».

Şeyx: «Mümkünsə, onların hansı hədislər olduğunu söyləyin biz də adilanə bir şəkildə hökm verək».

vətçi: «Bu hədisin xilafına, sizin öz alim və raviləriniz tərəfindən Ümmül-əimmə həzrət Fatimə (ə) haqqında bir çox hədis nəql edilmişdir.

HƏZRƏTİ FATİMƏ (S) AİLƏMDƏKİ QADINLARIN ƏN ÜSTÜNÜDÜR


Hafiz Əbu Bəkr Bəyhəqqi öz yazdığı tarix kitabında, Hafiz bin Əbdülbirr «İstiab»da, Mir Seyid Əli Həmədani «Məvəddətul-qurba»da və sairə alimlər Rəsulallahın (s) belə buyurduğunu nəql edirlər: «Fatmə ümmətimin qadınlarının ən üstünüdür».

Əhməd bin Hənbəl «Müsnəd»də və Hafiz Əbu Bəkr Şirazi də «Nüzulul-Qur᾽an fi Əli» adlı kitabında, Məhəmməd Hənəfiyədən, o da Əmirəl-mö᾽minin həzrət Əlidən (ə), İbni Əbdülbirr «İstiab»da, həzrət Fatimə (ə)-ı və Ümmül-mö᾽minin həzrət Xəticə Əbdülvaris bin Süfyan və Əbu Hüreyrədən nəqlən; yenə Ümmül-mö᾽minin həzrət Xəticə (ə) Əbu Davuddan o da Əbu Hüreyrə və Ənəs bin Malikdən nəqlən, Şeyx Süleyman Bəlxi əl-Hənəfi «Yənabiul-məvəddə»nin 55-ci. babında, Mir Seyid Əli Həmədani «Məvəddətul-qurba»nın 13-cü Məvəddəsində Ənəs bin Malikdən və digər bir çox e᾽tibarlı alimləriniz Ənəs bin Malikdən Rəsulallahın (s) belə buyurduğunu nəql edirlər: «Aləmlərdəki qadınların ən üstünü dörd nəfərdir: İmran qızı Məryəm, Məzahim qızı Asiya, Hüveylid qızı Xəticə və Məhəmməd qızı Fatimə».

Xətib «Tarixi-Bağdad» kitabında belə yazır: «Rəsulallah (s) bu dörd qadını aləmlərin ən yaxşı qadınları olaraq saydıqdan sonra Fatiməni həm dünyada, həm də axirətdə digər üçünə üstün etmişdir».

Məhəmməd bin İsmail Buxari «Səhih»də və imam Əhməd bin Hənbəl «Müsnəd»də Əbu Bəkrin qızı Aişədən Rəsulallahın (s) Fatiməyə (ə) belə buyurduğunu nəql edirlər:

«Ey Fatimə! Sənə müjdələr olsun, Allah səni aləmdəki qadınların üzərinə ümumi olaraq və müsəlman qadınları üzərinə də məxsus olaraq seçdi və səni pak etdi. İslam ən üstün dindir».

Buxari Səhihinin ΙV cildinin 64-cü səhifəsində, Müslim Səhihinin ΙΙ cildinin «Fəzailu Fatimə» babında, Həmidi «əl-Cəmu Beynəs-Səhiheyn»də, Abdi «əl-Cəmu Bəynə Sihahi-Sittə»də, İbni Əbdülbirr «İstiab»da həzrət Fatimə (ə)-ın hayatı haqqında qeyd edərkən, imam Əhməd «Müsnəd»in VΙ cildinin 282-ci səhifəsində, Məhəmməd bin Səədi Katib «Təbakat»ın ΙΙ cildində Rəsulallahın (s) Xəstə olduğu vaxt yataqdaiykən buyurduğu sözlərin içində və 8-ci cilddə həzrət Fatimə (ə)-ın həyatı haqqında uzun bir hədisi (məclisin vaxtı az olduğu üçün hamısını demirəm) Aişədən Rəsulallahın (s) belə buyurduğunu nəql edirlər: «Ey Fatimə! aləmdəki qadınların ağası olmağa razı deyilsənmi?» İbni Hacər Əsqəlani bu ibarəni (yə᾽ni sən aləmlərdəki qadınların ən üstünüsən) həzrət Fatimə (s)-ın hayatı haqqında nəql etmişdir. Yenə Buxari və Müslim Səhihlərində, imam Sələbi Təfsirində də, imam Əhməd bin Hənbəl «Müsnəd»də, Tabərani «Mucəmul-Kəbir»də, Süleyman Bəlxi əl-Hənəfi «Yənabiul-Məvəddə»nin 32-ci babında Təfsiri İbni Əbi Xatəmdən, Hafiz Əbu Nəimi İsfahaninin Mənaqib, Vasit, və Hilyətul-övliya»sından və Fəraid Himvini»dən, İbni Hacər Məkki «Səvaiq»in 14-cü ayənini açıqlarkən Əhməddən, Məhəmməd bin TəlHə əş-Şafei «Mətalibi Süul»un 8-ci səhifəsində, Təbəri «Təfsiri Təbəri» adlı kitabında, Vahidi «Əsbabun-Nüzul»da, İbni Məğazili əş-Şafei «Mənaqib»də, Muhibbuddin Təbəri «Riyaz»da, Mö᾽min Şəblənci «Nurul-Əbsar»da, Zəməxşəri Təfsirində, Siyuti «Dürrül-Mənsur»da, İbni Əsakir öz Tarixində, Əllamə Səmhudi «Tarixul-Mədinə»də, Fazil Nişapuri Təfsirində, Qazı Beyzəvi Təfsirində, imam Fəxri Razi «Təfsiri Kəbir»də, Seyid Əbu Bəkr ŞəHabuddin Ələvi «Rəşfətüs-Sadi min BəHri Fəzaili Bənin-Nəbiyyil-Hadi»də Təfsiri Bəğəvi»dən, Sələbidən, Sirei Molla»dan, Mənaqibi Əhməd»dən, Tabəraninin «Kəbir» və «Əvsət»indən, Şeyx Əbdullah bin Məhəmməd bin Əmir əş-Şəbravi əş-Şafei «Kitabul-ithaf»ın 5-ci səhifəsində Hakim, Tabərani və Əhməddən; Cəlaləddin Siyuti «İhyaul-meyyit»də İbni Munzir, İbni Əbi Xatəm və İbni Mərduyə»nin təfsirlərindən və Təbəraninin «Mucəmul-Kəbir» adlı kitabından, İbni Xatəm və Hakimdən, qısaca desək böyük alimlərinizin ümumi (Əməvi tərəftarları və Əhli-beyt düşməni olan çox az bir qrupdan başqa) İbni Abbas və digərlərindən belə nəql edirlər:

«Şura» surəsinin 23-cü ayəsi ‒ «De: «Bunun əvəzində sizdən yaxınlarıma olan məhəbbətdən başqa heç bir şey istəmirəm. Kim bir yaxşı görərsə, biz onun savabını artırarıq» ‒ nazil olduğunda səhabələr belə dedilər: «Ya Rəsulallah! Allah, sevməyi bizə vacib etdiyi yaxınların kimlərdir?» Rəsulallah (s) cavabında: «Əli, Fatimə, Həsən və Hüseyndir». buyurdu. Bə`zi hədislərdə də Rəsulallahın (s) belə buyurduğu nəql edilir: «Əli, Fatimə və onların iki oğludur».

Bu kimi hədislər sizin mö`təbər kitablarınızda çoxdur. Amma vaxtın azlığı, onların hamısını nəql etməyə imkan vermir.




Yüklə 5,47 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə