Pisever-geceleri



Yüklə 5,47 Mb.
səhifə59/63
tarix21.10.2017
ölçüsü5,47 Mb.
1   ...   55   56   57   58   59   60   61   62   63

HƏQİQƏTİN BƏYANI


vətçi: «Bu şahidlərin huzurunda sizin kimi bir alimin mənə belə bir şeyi söyləməsi həqiqətən də məni kədərləndirdi. Siz nə zaman elm, əqil və məntiqlə uyğun olan bir dəlil gətirdiniz mən də, inadkarlıq edib, onu qəbul etmədim? Əgər zərrə qədər inad və təəssübüm varsa, ya da əhli-sünnət qardaşlarıma qarşı hər hansı bir düşmənçiliyim varsa, Allahın yardım və rəhməti məndən uzaq olsun.

Allahı şahid tuturam ki indiyə qədər, yəhudilərlə, xristianlarla, hindularla, bərəhimələrlə, İrandakı əxlaqsız bəhailərlə, Hindistandakı qədyanilərlə, azğın maddəçi və tabiətçilərlə bir çox münazaralarda oldum və heç birində inadkarlıq etmədim. Hər yerdə və hər zaman Allahı nəzərdə tutdum. Hədəfim daima haqq və həqiqəti elm, əqil, məntiq və insaf qanunlarına əsaslanaraq aşkar etmək olmuşdur. Mən kafir, mürtəd və nəcis insanlarla bəhs etdiyim zaman belə inadkarlıq etmədim, qaldı ki, eyni ümmət və şəriətdən olan, qibləsi və hökmlərinə tabe olduğumuz Peyğəmbəri bir olan siz müsəlman qardaşlarıma qarşı inadkarlıq edim. Ancaq sizdə sakin olan bir xəta var ki, ancaq onu məntiq və insaf yoluyla aradan aparmaq lazımdır. Əlhəmdülillah ki, sizlər alimsiniz. Əgər bir az ata-babalarınızdan qalan adət və təəssüblərdən uzaqlaşıb insaf dairəsinə daxil olsanız, sağlam bir nəticə əldə edə bilərsiniz».



Şeyx: «Biz, sizin Lahurda birahamə və hindularla etdiyiniz bəhsləri qəzet və jurnalardan oxuduq. Bu bizi həqiqətən çox sevindirdi. Hətta sizi görmədən sizə qarşı qəlbimizdə bir məhəbbət oyandı. İnşaallah, Allah-təala sizə və bizə müvəffəqiyət verər haqq və həqiqət aşkar olar.

Əgər bir hədisin səhihliyində hər hansı bir şübHə olarsa, sizin də buyurduğunuz kimi onu Qur᾽anla müqayisə etmək lazımdır. Əgər Əbu Bəkrin (r.z) fəzilət və Xuləfai-raşidinin (r.z) xilafətlərinə aid hədislərə şübhə edirsinizsə, Qur᾽andan qaynaqlanan dəlillərdə də şübhə edib, onları zədələməyə çalışacaqsınız?».



vətçi: «Qur᾽andan olan dəlillərdə ya da səhih hədislərə şübhə edib onları zədələməyə çalışmaqdan Allaha sığınıram. Allah belə bir günü göstərməsin. Burada əhəmiyyətli bir nöqtəni xatırladacağam. O da budur: Nə zaman bir firqə, bir qövüm, ya da bir mürtədlə münazirə edirdim, onların hamısı özlərinin haqlı olduqlarını isbat etmək üçün Qur᾽andan dəlil gətirirdilər. Çünki Qur᾽ani Məcidin ayələrini müxtəlif şəkillərdə təfsir etmək mümkündür.  Xatəmül-ənbiya (s), insanların Qur᾽anı şəxsi mənfəətlərinə uyğun şəkildə yozmalarının qarşısını almaq üçün Qur᾽anı tək başına əmanət qoymadı. Rəsulallah (s) hər iki məzhəbin (şiə və sünni) alimlərinin qəbul etdiyi və əvvəldə də ərz etdiyim və Rəsulallahın (s) buyurduğu; «Mən sizin aranızda iki dəyərli əmanət qoyuram; Allahın Kitabı və itrətimi (Əhli-beytimi). Bu ikisinədə bağlansaz qurtulacaqsınız». (Bə`zi hədislərdə isə «Onlara sarıldığınız müddətdə əsla azmazsınız». Şəklində qeyd olunur.) hədisdən anlaşılır ki, O həzrətin əmanət qoyduğu təkcə Qur᾽an deyildi onunla birlikdə Əhli-beytini də ümmətə əmanət olaraq qoymuşdu. Bunun üçün Qur᾽an ayələrinin nüzul səbəblərini, batini həqiqət və mə᾽nasının həqiqi bəyan edicisi olan Rəsulallahdan (s), ondan sonra isə Rəsulallahın Əhli-beytindən soruşmaq lazım gəlir. Çünki «Ənbiya» surəsinin 7-ci ayəsində Allah-təala belə buyurur: «Bilmirsinizsə, zikr əhlindən soruşun».

ZİKR ƏHLİ ALİ MƏHƏMMƏDDİR


Zikr əhlindən məqsəd, Qur᾽annın bərabəri olan Əli (ə) və onun imam olan 11 mə᾽sum övladıdır. Şeyx Süleyman Bəlxi əl-Hənəfi «Yənabiul-məvəddə»nin 39-cu babının 119-cu səhifəsində (İstambul nəşri), o da imam Sə᾽ləbinin Kəşful-bəyan təfsirindən, Cabir bin Əbdullah Ənsaridən nəqlən belə deyir: «Əli bin Əbu Talib «Zikr əhli bizik» buyurmuşdur. Zikr Qur᾽anın adlarından biridir. Əhli-beyt (ə) isə Qur᾽an əhlidirlər. Sizin və bizim alimlərimiz mö`təbər kitablarında həzrət Əlinin (ə) belə buyurduğunu nəql edirlər: «Məni itirməmişdən əvvəl soruşun məndən. Allahın kitabını soruşun məndən. Çünki mən bir ayə nazil olduğu zaman gecə yoxsa gündüz , düzənlikdə yoxsa təpədə nazil olduğunu bilirəm. Allaha and olsun nazil olan ayələrin hamısının nüzul səbəblərini, harada nazil olduqlarını və kimə nazil olduqlarını şübhəsiz bilirəm. Çünki Rəbbim mənə fəsih bir dil və əhatəli bir qəlb bağışlamışdır».

Demək ki, Qur᾽anın ayələri dəlil olaraq göstərildiyi zaman, bu onun həqiqi anlamı və həqiqi müfəssirlərin bəyanıyla uyğun olmalıdır. Yoxsa hər kəs öz nəzər və zövqünə, inanc və fikrinə görə Qur᾽anın ayələrini təfsir edərsə, bu vəziyyət ixtilaf və ayrılığdan başqa heç bir nəticə verməz.

Bu müqəddimədən sonra nəzərdə tutduğunuz o ayəni oxuyun. Əgər həqiqətə uyğun olarsa, onu canı-qəlbdən qəbul edib, başımızın üstünə qoyarıq.

DÖRD XƏLİFƏNİN XİLAFƏTİ İLƏ ƏLAQƏLİ AYƏNİN NƏQLİ VƏ ONUN CAVABI


Şeyx: «Fəth» surəsinin 29-cu ayəsində Qur᾽an belə buyurur: «Məhəmməd Allahın Rəsuludur. Onunla bərabər olanlar kafirlərə qarşı çox kəskin, öz aralarında isə çox mərhəmətlidirlər. Sən onla rükuda, səcdəyə qapanan halda görərsən. Onları Allahın mərhəmətini razılığını diləyən görərsən. Görünüşlərinə gəlincə, üzlərində səcdə iziəlamətləri vardır».

Bu ayəyi-kərim bir tərəfdən Əbu Bəkrin (r.z) şərəf və fəzilətini isbat edərkən, bir tərəfdən də Xuləfai-raşidinin xilafətini bildirməkdədir. Şiə camaatının iddiasının əksinə bu ayə, Əlinin (ə) ilk xəlifə deyil dördüncü xəlifə olduğunu bildirir».



vətçi: «Ayəyi-kərimnin zahirindən nə Xuləfai-raşidinin xilafəti çıxır, nə də Əbu Bəkrin fəziləti. Buna bir açıqlama verin. İddia etdiyiniz anlam ayənin harasından anlaşılır?».

Şeyx: «Ayənin Əbu Bəkrin (r.z) şərəf və fəzilətinə dəlil olan tərəfi «onunla bərabər olanlar» cümləsidir. Bu cümlə onun fəzilətini isbat edir. Çünki Rəsulallah Məkkədən Mədinəyə Hicrət etdikdə Əbu Bəkr Leylətul-Ğərdə Peyğəmbərlə birlikdə idi.

Xuləfai raşidinin xilafətlərinə gəldikdə; bu ayədə aydın görülməkdədir. «Vəlləzinə məahu» (Onunla bərabər olanlar)-dan məqsəd, yuxarıda da söylədiyim kimi Əbu Bəkrdir. O hicrətdə Səvr Mağarasında Rəsulallahla (s) bərabər idi. «Əşiddəu ələl-kuffər» (kafirlərə qarşı kəsgindirlər)-dən məqsəd, Ömərdir (r.z). Çünki o kafirlərə qarşı çox şiddətliydi. «Rühəmau beynəhum» (Öz aralarında mərhəmətlidirlər)-dən məqsəd də Osmandır (r.z). Çünki o çox mərHəmətliydi. Və «Siymahum fi vücuhihim min əsəris-sücud» (üzlərində səcdə əlamətləri görünməkdədir) cümləsindən məqsəd də Əli bin Əbu Talibdir (ə).

Ümüd edirəm haqqın bizimlə olduğunu qəbul edib onu təsdiq edərsiniz. Görürsünüz ki, Əli birinci xəlifə deyil, dördüncü xəlifədir. Çünki Allah-təala onu Qur᾽anda dördüncü mərtəbədə zikr etmişdir».

vətçi: «Doğrusu, söhbətimiz yanlış və qərəzli olmaması üçün necə cavab verəcəyimi bilmirəm. Amma əgər insafla təəssübsüz məsələyə baxmalı olsanız, işin içində pis niyyət deyil həqiqəti ortaya çıxarmaq qeyrəti olduğunu görəcəksiniz.

İndiyə qədər heç kim bu ayəni bu şəkildə təfsir etməmişdir. Hətta ən mö`təbər təfsir kitablarınızda belə bu ayə belə təfsir edilməmişdir. Əgər bu ayə xəlifələr haqqında olsaydı, Əbu Bəkr Rəsuli-əkrəmin (s) vəfatından sonra həzrət Əli (ə), Bəni-Haşim və ona qarşı çıxıb bey᾽ət etməyən digər böyük səhabələrin e´tirazlarına qarşı bu ayəni dəlil olaraq gətirib hər kəsi susdura bilərdi. Demək ki, sizin buyurduğunuz bu mə᾽na sonradan çıxarılan və sahibinin də belə bir təfsirə razı olmadığı bir mə᾽nadır.

Təbəri, imam Sə᾽ləbi, Fazil Nişapuri, Cələluddin Siyuti, Qazı Zəməxşəri və imam Fəxri Razi kimi digər böyük müfəssirlərinizin heç biri ayəni bu şəkildə təfsir etməmişlər. Nə zamandan bəri və kimlər tərəfindən bu şəkildə mə᾽na edildiyini bilmirəm. Üstəlik, ayənin özüdə sizin iddianızın əksinə elmi, ədəbi və əməli manələr vardır. Kim ayəni belə təfsir etmişsə hədər yerə çalışmışdır. Belə təfsir edən kimsə, əhli-sünnətin böyük alimlərinin yazdığı təfsirlərin başında, Rəsulallahdan (s) nəql etdikləri bu hədisə diqqət etməmişdir: «Kim Qur᾽anı öz rə᾿yinə görə təfsir edərsə, onun yeri cəhənəmdir».

Bunun təfsir deyil təvil olduğunu söyləsək, o zaman bilin ki sizlər təvili qətiyyən qəbul etmirsiniz.



Şeyx: «Sizin bu qədər aydın bir ayənin qarşısında durub inkar edəcəyinizi zənn etmirdim. Əgər həqiqətən bu ayənin qarşısında dəliliniz varsa, həqiqətin ortaya çıxması üçün onu buyurun.

Nəvvab: «Mötərəm qardaş! Sizdən ricamız, indiyə qədər söylədiyiniz kimi, indi də sözlərinizi, çox sadə bir şəkildə hər kəsin gözəl bir şəkildə anlaması üçün söyləmənizdir. Çünki bizə bu ayəni çox oxudular və hamızı Qur᾽anın hökmünə cəzb edərək məhkum etdilər».

vətçi: «Əvvəla ayənin əzəməti və söz bazların sözləri, ağaları o qədər məczub etmiş ki, buna görə onun batin və zəmirlərindən qafil olmuşlar. Əgər ayənin ədəbi mə᾽nasına və nəhv tərkibinə bir az diqqət etsək, iddianızla əsla uyğunun olmadığını özünüz görəcəksiniz».

Şeyx: «Belə isə bir zəhmət çəkib, bu ayənin nəhv tərkibini və zəmirlərini bəyan edin, onların iddiamızla necə uyğunlaşmadığını görək».

vətçi: «Əvəlcə ayənin tərkibi tərəfinə baxaq. Bildiyiniz kimi ayənin tərkibi iki alternativdən xaric deyildir: Ya deyəcəyik ki; «Məhəmməd» mübtəda, «Rəsulallah» ətfi bəyan və «Vəlləzinə məahu» Məhəmməd kəlməsinə ətf edilmiş, «Əşiddəu kəlməsi xəbər və ondan sonra gələnlər də xəbərdən sonra xəbərdirlər. Ya da; «Vəlləzinə məahu» mübtəda, «Əşiddəu» xəbər, ondan sonra gələnlər də xəbərdən sonra xəbərdirlər deməmiz lazımdır.

Bu qaydanı sizin əqidə və sözünüzə görə dəyərləndirirsək iki mə᾽na ortaya çıxar. Əgər «Məhəmməd» mübtəda, «Vəlləzinə məahu» da mübdədaya ətf edilsə və ondan sonra gələnlər də xəbərdən sonra xəbər olsalar, ayənin mə᾽nası belə olur: «Məhəmməd (s) Əbu Bəkr, Ömər, Osman və həzrət Əlidir». Əgər «Vəlləzinə məahu» mübtəda, «Əşiddau» kəlməsi xəbər və ondan sonra gələnlər də xəbərdən sonra xəbər olarsa, o zaman da ayənin mə᾽nası belə olur: «Əbu Bəkr, Ömər, Osman və Əlidir». Kəlamın bu cür ola bilməsinin ağla uyğun və ədəbi olmadığını tələbələrdə bilirlər. Əgər bu ayəyi-kərimdən məqsəd dörd xəlifə olsaydı, o zaman sizin iddianıza uyğun olması üçün kəlmələr arasında vavı ətifə olması lazım gəlirdi. Müfəssirlərinizin hamısı bu ayənin bütün mö᾽minlərə şamil olduğunu söyləyirlər. Yə᾽ni bunların, mö᾽minlərin hamısınin sifətləri olduğu inancındalar. Sonra ayənin zahirinə də baxsaq, bu sifətlərin hamısınən hər zaman Rəsulallahla (s) birlikdə olan bir nəfərə aid olduğu görüləcəkdir, dörd nəfər deyil. Əgər o bir nəfərin də Əmirəl-mö᾽minin həzrət Əli (ə) olduğunu söyləsək, əqlə və nəqlə daha uyğun olar».




Yüklə 5,47 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə