Pisever-geceleri



Yüklə 5,47 Mb.
səhifə61/63
tarix21.10.2017
ölçüsü5,47 Mb.
1   ...   55   56   57   58   59   60   61   62   63

ŞAHİD VƏ NÜMUNƏLƏR


«Yusif» surəsinin 39-cu ayəsində də görüldüyü kimi həzrət Yusif (ə) zindanda olduğu müddətdə iki yoldaşı vardı. Ayədə belə buyrulur: «Ey mənim iki zindan yoldaşlarım! Ayrı-ayrı dağınıq Tanrılar yaxşıdır, yoxsa hər şeyə qadir qalib olan tək bir Allah?!».

Müfəssirlər bu ayə haqqında belə deyirlər: Yusifi zindana gətirdikdə, şahın aşbazı və xidmətçisi olan iki kafiri də onunla birlikdə zindana saldılar. Bu üç nəfər beş il müddətində bir yerdə qaldılar. Ayədə görüldüyü kimi həzrət Yusif (ə) onlara «yoldaşlarım» deyə Xitab edir. Görəsən, Peyğəmbərin o iki kafirə yoldaş deyə Xitab etməsi onların fəzilət və şərəflərini isbatlamaqdadır. Yoxsa onlar iman gətirmişdilər? Halbuki müfəssir və tarixçilərin hamısı, onların beş il yoldaşlıq etdikdən sonra kafir olaraq həzrət Yusifin yanından ayrıldıqlarını söyləyirlər.

Kəhf surəsinin 37-ci ayəsində də Allah-təala belə buyurur: «Onunla danışmaqda olan yoldaşı ona dedi: «Səni əvvəlcə torpaqtan, sonra bir damla nütfədən [rüşeymdən] yaradan daha sonra adam şəklinə salan Allaha küfr edirsənmi?!».

Sizin böyük alimlərinizdən olan Fəxri Razinində «Təfsiri Kəbir»də nəql etdiyi kimi, müfəssirlərin ümumi bu ayə haqqında belə deyirlər: Biri mö᾽min, digəri də kafir olan iki qardaş var idi. Mö᾽minin adı «Yəhuda», kafirin isə «Bəradus» idi. Aralarında olan söhbət uzun olduğu üçün nəql etmirəm. Ancaq görürsünüz ki, Allah-təala, biri mö᾽min, digəri də kafir olmasına baxmayaraq, onları «qardaş» adlandıraraq xüsusiyyətləndirir. Görəsən, mö᾽minin kafirlə qardaş olması, kafirə hər hansı bir fayda verdimi? Cavab mümkünsüzdür. Demək ki, biri ilə yoldaş olmaq tək başına fəzilət və üstünlük üçün yetərli deyildir. Bu mövzu üçün bir çox dəlil var, amma vaxtımız bundan çoxunu deməyə imkan vermir.

Rəsulallahın (s) Əbu Bəkrə «Allah bizimlə bərabərdir» deyə buyurması Allahın daima onunla bərabər olduğu və bunun da onun üstünlüyü və xilafətinin isbatı üçün dəlil təşkil etdiyi iddianıza gəlincə; ən yaxşısı bu mövzudakı inancınızı yenidən gözdən keçirin. Çünki belə dediyinizdə sizə e´tiraz edərək belə deyərlər: «Allah yalnız mö᾽min və övliyalarla bərabərdir? Mö᾽min olmayan biri ilə bərabər deyilmi?». Görəsən, bir yer var ki, Allah orada olmasın? Bir kəs varmı ki, Allah onunla bərabər olmasın? Bir məclisdə həm mö᾽min həm də kafir olarsa, Allahın yalnız mö᾽minlə bərabər olduğunu amma kafirlə olmadığını ağıl qəbul edərmi? Bu səbəbdən Allah-təala Qur᾽anın «Mücadilə» surəsinin 7-ci ayəsində belə buyurur: «Allahın göylərdə yerdə olan hər şeyi bildiyini bilmirsən? Aralarında pıçıldaşan (gizlin söhbət edən) üç kimsə yoxdur ki, Allah dördüncüləri olmasın. Beş kimsə yoxdur ki, altıncısı da mütləq O olmasın. Bundan istər az, istər çox olsunlar. Harda olsalar olsunlar [Allah] onlarladır. Sonra qiyamət günü onlara etdiklərini xəbər verəcəkdir. Allah hər şeyi dəqiq biləndir».

Bu və buna bənzər ayələrə, əqli və nəqli dəlillərə görə, istər mö᾽min olsun istər kafir, istər dost olsun istər düşmən, istərsə də münafiq olsun Allah hər kəslə bərabərdir. İki nəfər bir arada olsa və biri digərinə «Allah bizimlə bərabərdir» deyərsə, bu qarşı tərəfin fəzilətli olduğunu isbat etməz.

Bu səbəbdən əgər iki yaxşı adam, ya da iki pis adam, ya da biri yaxşı digəri pis olan iki nəfər bir yerdə olsalar, yenə də Allah onlarla bərabərdir».

Şeyx: «Allah bizimlədir» sözündən məqsəd, yə᾽ni biz Allahın sevimli qullarıyıq. Çünki Allaha yönəldik, Allah üçün və Allahın dinini qorumaqdan ötürü hərəkət etdik. Bu səbəbdən Allahın lütfü bizi əhatə etməkdədir».

HƏQİQƏTİN GÖZLƏR ÖNÜNDƏ AÇILMASI


vətçi: «Bunun mə᾽nası dediyiniz şəkildə olsa belə, yenə sizə e´tiraz edərək deyəcəklər ki, Belə bir şey heç bir kəsin əbədi səadətinə dəlil olamaz. Çünki Allah qulların əməllərinə baxar. Bir zaman əməlləri yaxşı olar, Allahın rəhmət və lütfü onlara şamil olar. Sonra pis əməlləri nəticə və imtahan qarşısında cavab verə bilmədikləri üçün Allah onlara buğz edib onları rəhmətindən mahrum etmiş və onlar da mə᾽lun olmuşlar.

Bu səbəbdən İblis illər boyu Allaha xalis niyyətlə ibadət etdi. Amma Allahın əmrinə üsyan etdiyi, həvayi həvəsinə tabe olduğu an Allahın rəhmətindən məhrum edilərək qiyamətə qədər lə᾽nətlənmiş oldu. Allah-təala ona belə buyurdu: «Buyurdu: «Oradan [cənnətdən] çıx! Sən [dərgahından] qovulmusan. Sən qiyamət gününə kimi ´nətlənmişsən»1.

Bilirsiniz, misal dedikdə irad tutulmaz. Bunları mövzunun yaxşı bir şəkildə anlaşıla bilməsi üçün söyləyirəm.

İnsanlar da eynidir; onların da arasında elələri vardır ki, əvvəldə Allahın dostlarıydılar. Amma imtahan vaxtı yetişdikdə, Allahın düşməni halına gəldirdir. Burada misal olaraq iki nəfərə toxunacaqam. Qur᾽ani-kərimin insanların ibrət alması və ümmətdən olan qafillərinin oyanması üçün onlara işarə etmişdir.




Yüklə 5,47 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə