Pisever-geceleri


SEYİD ƏMİR ƏHMƏDİN ŞƏHADƏTİ



Yüklə 5,47 Mb.
səhifə7/63
tarix21.10.2017
ölçüsü5,47 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   63

SEYİD ƏMİR ƏHMƏDİN ŞƏHADƏTİ


Seyid Əmir Əhməd o zalım qövmə qarşı təkbaşına mübarizə apararaq elə cəsarətli davrandı ki, min üç yüz ildən sonra, elə indinin özündə də tarixi şəxsiyyətlərin ibrət və həsədlərinə səbəb oldu. Nəhayət, ona kömək gəlmədiyini gördükdə, qonşunun evinin divarını dəlib, o həzrətin sığındığı evə girdilər. Həzrət döyüşdən yorulduqda, bir az nəfəs alıb, təkrar döyüşürdü. Divara söykənib nəfəs aldığı vaxt, arxadan başına bir qılınc endirdilər, eyni zamanda digər bir dəsdə də evi sökməklə məşğul idi. Bu səbəbdən, mübarək bədəni topraq qalıqları altında gizli qaldı. O xaraba ev şəhər əhalisi tərəfindən böyük viranəyə çevrildi. Çünki Şiraz şəhərinin camaatının çox az bir hissəsi mövcud hakimiyyətə müxalif idi. Hicri VII əsrin əvvəllərinə qədər, yə᾽ni Fars səltənəti Atabəy Əbubəkir bin Səəd Müzəffüruddin şahın əlinə keçənədək, mübarək bədəni o qalıqlar altında gizli qaldı. Müzaffiruddin şah saleh bir padşah idi. Otuz altı il davam edən səltənət dövründə zahid, abid, alim və fəzilətli şəxslərə qarşı ehtiram və mütəhhər İslam şəriətini yaymaqda çox səy᾽lər göstərmişdi. « الناس علي دين ملو كهم»1 babından Fars məmləkətinin bütün vəzir və böyük şəxsiyyətləri pak İslam şüarını qoruyan kəslərdir.

Atabək Müzəffüruddin şahın yaxın vəzirlərindən biri də, Əmir Müqərrəbuddin Məsud bin Bədruddin idi. Bu vəzir, abadlığa və rifaha çox meyyili olan bir şəxs idi. Bu səbəbdən, Şiraz şəhərinin ortasında pis bir görkəm alan o uçuq evin yığılıb-təmizlənməsi və yerində böyük bir bina tikilməsini əmr etdi. Bu işlə əlaqədar çoxlu sayda işçi qüvvəsi oradakı topraq və başqa qalıqları şəhərin kənarına daşımağa başladılar.

Bir gün iş əsnasında başından zədə almış bir insanın cəsədinin qalıqlar altında qalmış olduğunu görüb, bu məsələni hökumətə bildirirlər. Baş vəzir və bir qrup digər mə᾽murlar bu hadisənin nə olduğunu öyrənmək, təftiş etmək məqsədiylə oraya gəlirlər.

ŞAHÇIRAĞIN CƏSƏDİNİN TAPILMASI


Uzun sürən təftişdən sonra o gəncin cisminin tanınmasına səbəb olan tək şey, barmağındakı üzük qaşına yazılmış olan bu yazı oldu: «Əl izzətu-lillah Əhməd bin Musa». O məkanda Haşimi gəncinin döyüşüb şəhid olması çox məşhur olduğuna görə, cəsədin, ehtiramı fərz olan imamzadə seyid Əmir Əhməd bin Kazımın (ə) mübarək cəsədi olduğunu bilirlər. Təqribən üzərindən 400 il keçməsinə baxmayaraq, o mübarək bədənin çürüməməsi, görənləri heyrətə saldı və bir dəstə müxaliflərin də bəsirətləşmələrinə səbəb oldu.

Atabəy Müzəffüruddin şah və vəziri-əzəmin əmriylə, cəsədin tapıldığı yerdə gözəl bir türbə tikirlər. O mübarək cəsədi böyük bir ehtiramla, alim və böyük şəxsiyyətlərin müşayətilə qəbrə qoyurlar. Xalq bu türbəyə olduqca böyük ehtiram göstərir. Atabəy Müzəffüruddin şah hicri 658-ci ildə vəfat edir. Hicri 750-ci ildə Şiraz və Fars səltənəti İshaq bin Mahmud şahın əlinə keçir. Çox saleh və xeyirxah bir qadın olan şahın anası Mələykə Taşi Xatun, o həzrətin türbəsini çox gözəl bir şəkildə tə᾽mir etdirir. Qəbrin üzərində gözəl bir günbəzli məqbərə ucaltdırır. Şiraz şəhərinin on səkkiz fərsəngində yerləşən Məymənd qəsəbəsini də, o mübarək məkana vəqf edir. Hal-hazırda da, o qəsəbə mövcuddur. Məyməndin gül suyu dünyada məşhurdur.


SEYİD ƏLAUDDİN HÜSEYN


Seyid Əlauddin Hüseyn imam Museyi-Kazımın (ə) digər bir oğludur. Əziz qardaşıyla Şiraza gəlib o şəhərin bir guşəsinə sığınaraq, gecə-gündüz ibadətlə məşğul olurdu. O yaxınlarda Qatlağ xanın böyük bir bağçası var imiş. Bir gün həzrət, o bağçanın bir guşəsində təfərröc2 etdikdə, onu tanıyırlar. Həmin yerdə onu şəhid edib, Qur᾽an əlində olduğu bir halda toprağa basdırırlar.

Bu hadisənin üzərindən illər keçir. Qatlağ xan ölür, o bağça viran olur. O şərəfli seyiddən Səfəvilər zamanına qədər bir əsər tapılmır. Səfəvilər zamanında bu xaraba baxçada bina tikərkən bədəni çürüməmiş, qana boyanmış, bir əlində Qur᾽an, digər əlində isə qılınc olduğu halda, topraq altından bir cəsəd çıxarırlar. Mövcud olan əlamət və cizgilərlə bu cəsədin imam Musa bin Cəfərin şəhid oğlu seyid Əlauddin Hüseynin mübarək cəsədi olduğunu bilirlər. O bağçada onu dəfn edirlər və Qatlağ xan3 da, o qəbrin üzərində türbə tikdirir.

Müəyyən illər keçdikdən sonra Mirzə Əli Mədəni Mədinədən imamzadələrin ziyarətinə4 gəlir. Çox dövlətli olduğuna görə, o mübarək qəbrin üzərində gözəl bir məqbərə tikdirir. Çox sayda mülk və bağçalar alıb, o mübarək məkana birləşdirir. Vəfat etdikdən sonra o mərhumu da həmin müqəddəs yerdə dəfn edirlər. Mərhum şah İsmail zamanında o qəbir gözəl bir şəkildə tə᾽mir edilir; indiyə qədər bütün fars xalqının ziyarətgahı və maraq göstərdikləri müqəddəs bir yerdir.

Bə᾽ziləri möhtərəm seyidin nəslinin davamı olmadığını, bə᾽ziləri də nəslinin davam edib, yalnız sonradan kəsildiyini yazırlar. Mərhum seyid Əmir Əhmədin oğlu yox, yalnız Salihə adlı bir qızı var idi. Bu məsələ «Umdətut-talib fi ənsabi Əli Əbu Talib» kitabında mövcuddur. Bə᾽ziləri də, oğlunun olduğunu yazırlar.


İBRAHİM MÜCAM


Seyid Əmir Məhəmməd Abidə gəlincə, o da kənara çəkilib ibadətlə məşğul olur. Beləcə, təbii əcəli ilə dünyadan göçür. Çox dəyərli övladları varmış. Elm, zöhd, vər᾽ə və təqva baxımından onların hamısından ən üstün olanı, Əmirəl-mö᾽minin həzrət Əli (ə) kimi şəxsiyyətin salamının cavabı iftixarına nail olan və buna görə də, «Mücab» ləqəbiylə məşhur olan seyid İbrahim Mücabdır.

Seyid İbrahim Mücab dəyərli atasının vəfatından sonra mütəhhər cədlərinin, xüsusən mübarək məzarının yeni tapılan və o zamanda böyük bir şöhrətə yol açan həzrət Əlinin (ə) qəbrini ziyarət etmək üçün o müqəddəs ziyarətgahlara doğru hərəkət edir».



Hafiz: «Əmirəl-mö᾽minin həzrət Əlinin (ə) (kərrimullah vəchihu) məzarı o zamana qədər necə imiş ki, yüz əlli ildən sonra kəşf oldu?».

vətçi: «Əmirəl-mö᾽minin həzrət Əlinin (ə) şəhadəti, Müaviyənin xilafəti və Bəni-Ümməyyənin azğınlığı zamanında vaqi olduğuna görə, həzrətin vəsiyyəti ilə onun mübarək cismini gecə ikən, gizli bir şəkildə dəfn etdilər. Hətta qəbrin üzərində bir əlamət belə qoymadılar. O həzrətin əshab və övladlarından çox az hissəsi dəfində iştirak etdilər. Ramazan ayının iyirmi birinci gününün səhəri, vəziyyətin düşmənlərə şübhəli olması və həzrətin qəbrinin yerini bilməmələri üçün iki məhməl1 bağlayıb birini Mədinəyə, digərini də Məkkeyi-müəzzəmə doğru göndərdilər. Bu səbəbdən, həzrətin mübarək məzarı uzun illər gizli qaldı. O həzrətin övladları və məxsus əshablarından başqa, heç bir kəs onun qəbrinin yerini bilmirdi».

Hafiz: «Belə bir vəsiyyətin və qəbrin yerini gizli saxlamağa israr etmənin səbəbi nə idi?».

vətçi: «Böyük bir ehtimala görə, dinsiz Bəni-Ümməyyənin qorxusundan idi. Çünki onlar taği2, yağı və xüsusən Peyğəmbər (s) Əhli-beytinə (sallallahu əleyhim əcməin) büğz3 edən insanlar idi. Həzrətin mübarək qəbrinə ədəbsizlik edilməməsi və bu zülmün digər bütün zülmlərdən daha pis olması mümkün idi».

Hafiz: «Bu nə sözdür? Bir müsəlman öldükdən sonra düşmənçilik ortada qalsa belə, onun qəbrinə çirkin bir əməl etmələri mümkündürmü?».


Yüklə 5,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə