Pisever-geceleri


BƏNİ-ÜMƏYYƏNİN ÇİRKİN ƏMƏLLƏRİ



Yüklə 5,47 Mb.
səhifə8/63
tarix21.10.2017
ölçüsü5,47 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   63

BƏNİ-ÜMƏYYƏNİN ÇİRKİN ƏMƏLLƏRİ


vətçi: «Qardaşlar, məgər Bəni-Üməyyənin çirkin tarixinə baxıb, onların iyrənc əməllərini görmədinizmi? Bu şəcərənin məl᾽un, əxlaqsız tayfası müsəlmanların idarə edənləri və əmirliləri olduqları gündən bəri, müsəlmanlar arasında zülm, təcavüz və pozğunçuluq qapısı açılmışdı. Etdikləri zülm qalmadı, nə qədər qan tökdülər, nə qədər namusa təcavüz etdilər! Bu heysiyyətsiz, rəzil qövm heç bir şeyə bağlı deyildi. Sizin böyük alim və tədqiqatçılarınız da onların çirkin və pis əməllərini böyük bir kədərlə öz kitablarında qeyd etmişlər».

ZEYD BİN ƏLİNİN (Ə)ŞƏHADƏT VAQİƏSİ


Sizin böyük alimlərinizdən olan Əllamə Məqrizi Əbül Abbas Əhməd bin Şafei «Ən-niza vət-təhasum fima beynə Bəni-Haşim və Bəni-Üməyyə» adlı məşhur kitabında onların çirkin əməl və işlərini geniş bir şəkildə izah etmişdir: «Onlar ölü və diri tanımırlar». Misal olaraq iki önəmli tarixi hadisəni açıqlamaqla, bu qövmün ‒ Bəni-Üməyyənin etdikləri çirkin cinayətlərdən bir neçəsin hüzurunuza ərz edim.

Təəccüblənməyin qardaşlar, bilin ki, söyləcəklərim sənəd və əsas üzrədir. Bu önəmli hadisə, həzrət Zeyd bin Əli bin Hüseyn (ə) və oğlu Yəhyanın şəhadətidir. Hər iki məzhəbin ‒ şiə və əhli-sünnətin bütün tarixçiləri bu cür yazmışlar: «Hişam bin Əbdülməlik bin Mərvan hicri-qəməri 105-ci ildə xilafətə yetişdi. Zülm və təəddi1 əməlini artırdı. Özü və ona tabe olanlar xüsusilə Bəni-Haşimə zülm və əzab verməkdə ən son həddə yetişdilər.

Nəhayət, Zeyd bin Əli, o yeganə şərif, alim, abid, zahid, fəqih və mütdəqi insan təzallüm2 üçün Şama, xəlifənin yanına getdi. Rəsafədə Hişamla görüşdü. Həzrət nə üçün gəldiyini bəyan etməzdən əvvəl, Hişam Rəsulallahın (s) bədəninin bir parçası, nəslindən olan bir müsafiri qarşılamaq, ona yardım etmək və ehtiyaclarını öyrənmək əvəzinə, onu dinləmədən, o həzrəti sərt bir şəkildə, dilə gəlməyən çirkin sözlərlə, təhqirlərlə və əzab verməklə xilafət sarayından qovdu.

Buna görə də, bizim və sizin böyük tarixçilərimiz məsələni, imam Məsudi «Mürucuz-zəhəb»in ΙΙ cildində, Əllamə Məqrizi «Ən-niza vət-təhasum fima beynə Bəni-Haşim və Bəni-Üməyyə» İbni Əbil-Hədid Mö᾽təzili «Şərhi Nəhcül-bəlağə»də və digər şəxslər müfəssəl olaraq yazırlar ki, Zeyd bin Əli ona yönələn təhqirlərdən, dəyən ağır zərbələrdən və xəlifənin yanından qovulduqdan sonra məcburən Şamdan Kufəyə getdi. Zülmü yox etmək üçün Əməvilərin əleyhinə bir hərəkat yaratdı.

Kufə şəhərinin hakimi olan Yusif bin Ömər Səqafi böyük bir orduyla o hərəkatı məfv etmək üçün mübarizəyə başladı. O həzrət də Haşimi bir şücaət və cəsarətlə bu şe᾽rləri oxuyub döyüşürdü:

Zillətli həyat və izzətli ölüm,

Hər ikisini də çətin və şiddətli görürəm.

Onlardan birini seçmək məcburiyətində olsam,

İzzətli ölümə doğru getməyim daha gözəldir.

 Bu anda düşmən tərəfindən bir ox həzrətin mübarək alnına sancıldı və beləliklə, şəhadət şərbətini içərək, liqaullaha qovuşdu. O həzrətin oğlu Yəhya şiələrlə birlikdə qarşıqlıqdan istifadə edərək, atasının mübarək bədənini gizli bir şəkildə götürüb, şəhərin kənarındakı bir noxurun içərisində qəbir qazıb, dəfn etdilər. O həzrətin qəbrinin harada olduğunu bilməmələri üçün noxurun suyunu o qəbrin üzərinə axıtdılar. Amma Yusif Səqafinin müfsid3 casusları bu hadisəni ona çatdırdılar. Bundan sonra Yusif Səqafi qəbrin açılması və cəsədin məzardan çıxarılmasını əmr etdi. Qəbir açıldı və o həzrətin başını bədənindən ayırıb, Hişam üçün Şama göndərdilər. O nanəcib, ədalətsiz və məl᾽un Kufə hakimi olan Yusif Səqafiyə, Zeydin bədənini üryan olaraq dar ağacından asmalarını əmr etdi. O məl᾽unlar da Hişamın əmrini yerinə yetirərək, səfər ayı hicri-qəməri tarixi ilə 121-ci ildə Rəsulallahın (s) zürriyətinin bədənini çılplaq şəkildə ağacdan asdılar. Rəsulallahın (s) bədəninin bir parçası olan o alim və zahidin bədəni 4 il ağacda asılı qaldı. 126-cı ildə Vəlid bin Yezid bin Əbdülməlik bin Mərvan xilafətə yetişdikdə, o həzrətin cəsədini dar ağacından endirilib yandırılması və sonra da külünün havaya savrulmasını əmr etdi. Tabeliyində olanlar da bu əmri icra etdilər.


CƏNAB YƏHYANIN ŞƏHADƏTİ


O məl᾽un Vəlid bin Yezid eyni əməli Xorasan şəhərlərindən biri olan Cürcanda4 Yəhya bin Zeyd bin Əli bin Hüseynin (ə) mübarək bədəninə qarşı tətbiq etdi. Çünki o həzrət də Bəni-Üməyyənin zülmünə qarşı qiyam etdi və döyüş meydanında şəhid oldu; başını bədənindən ayırıb, Şama göndərdilər; mübarək bədənini, atasının bədəni kimi dar ağacından asdılar, 6 il beləcə ağacda asılı qaldı. Dost və düşmən o həzrətin halına ağlayırdı. Vəlid cəhənnəmə vasil olduqdan sonra Bəni-Abbas tərəfindən Bəni-Üməyyənin əleyhinə qiyam edən Əbu Müslim Xorasani Rəsulallahın (s) zürriyətinin bədənini zülm ağacından qurtarıb, Cürcanda dəfn etdi. İndiyə qədər mübarək qəbri bütün müsəlmanların ziyarətgahı və onların ehtiram göstərdikləri müqəddəs bir yerdir (məclisdə olanlar bu acı vaqiəni eşitməklə, tə᾽sirləndilər; bə᾽ziləri də özlərindən asılı olmayaraq, ağlayıb, o lə᾽nətlilərə lə᾽nət oxudular).

Bu səbəbdən, misal olaraq zikr etdiyimiz cinayətləri edən xəbis xanədanın əlinə Əmirəl-mö᾽minin həzrət Əli ibn Əbu Talibin (ə) mübarək bədəni keçsəydi, o həzrətin cismilə də eyni şəkildə davranacaqdılar və bu əməl, onlar tərəfindən gözlənilirdi də.

Bu səbəbdən imamın vəsiyyətinə əsasən, cənazəsi gecə ikən dəfn edildi və qəbrin üzərində heç bir əlamət qoyulmadı. Abbasi xəlifəsi Harun-Rəşidin zamanına qədər gizli qaldı.

Bir gün Harun-Rəşid xidmətçiləri ilə birlikdə qamışlıq və ceyranların mövcud olduğu yer olan Nəcəf çölünə ova çıxıb, tazı1 və parslarla2 ahuları tə᾽qib edirdi. Ovlar Təllü-Nəcəfə3 sığındılar; amma tazı və parslar Təllü-Nəcəfin üzərinə çıxmadılar. Bu əməl bir neçə dəfə təkrarlandı; yə᾽ni tazılar geri qayıtdıqda, ceyranlar təpədən aşağı enir, tə᾽qib edildikdə isə, təkrar o təpəyə sığınırdılar. Xəlifə, tazıların təpənin üzərinə çıxmadıqlarını gördükdə, o yerdə bir sirrin olduğunu düşündü. Bu səbəbdən, xidmətçilərinə yerli camaatdan yaşlı bir adamı onun huzuruna gətirmələrini əmr etdi. Bir ağsaqqal tapıb gətirdilər. Xəlifə o adamdan «Bu təpədə nə sirr vardır ki, tazılar ceyranların ardınca onun üzərinə çıxmırlar?» deyə soruşdu.




Yüklə 5,47 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə