Praksis” Sosial İnkişafa Dəstək İctimai Birliyi



Yüklə 9,31 Kb.
tarix17.07.2018
ölçüsü9,31 Kb.
#57050




Praksis” Sosial İnkişafa Dəstək İctimai Birliyi. Bakı şəhəri. Zahid Xəlilov küçəsi 26, 554-cü məhəllə. AZ-1141 Tel/Faks: 4475737, URL: www.praxis.az; E-mail: office@praxis.az



_____________________________________________________________________________
PRESS RELİZ 16 - 08 noyabr 2007

Sumqayıt mərkəzində Muskie Proqramının təqdimatı keçirilidi
Noyabrın 5-də “Praksis” Sosial İnkişafa Dəstək İB Sumqayıt mərkəzində, ABŞ-ın IREX təşkilatının EPO proqram rəhbəri Sədaqət xanım Davudovanın iştirakı ilə Muskie Proqramının təqdimat mərasimi olmuşdur. Görüşdə 30 nəfərdən çox bakalavr dərəcəsi olan gənclər iştirak etmişlər. Tədbiri girişi sözü ilə açan “Praksis”-in Sumqayıt şəhəri üzrə əlaqələndiricisi Mehdi Cəlalzadə təşkilat barədə iştirakçılara və qonaqlara məlumat vermişdir. Daha sonra İREX təşkilatının ölkə üzrə rəhbəri xanım Andrea Kalanin tövsiyələri iştirakçılar üçün açıqlanmışdır. Bunun davamı olaraq Sədaqət xanım Muskie proqramı haqqında daha ətraflı məlumat verərək proqramla bağlı gənclərin suallarını cavablandırmışdır.
Görüş təxminən 2 saata yaxın davam etmişdir. İştirakçılar proqramın təqdim etdiyi bütün sahələr üzrə maraqlanmışlar. Məsələn, yalnız hüquqla bağlı deyil, həmçinin təhsil, iqtisadiyyat, ictimai səhiyyə, ətraf mühitin idarə edilməsi, və s. sahələr üzrə də maraqlı fikir mübadiləsi aparılmışdır. Potensial SMB, Kimyaçılar -3 icma təşkilati, BUTA təşkilati, Qarabağ icma təşkilati və digərlərini təmsil edən 20 gənc qız və 10 gənc oğlan görüşdə iştirak etmişlər. Burada eyni zamanda Muskie proqramının tələblərinə cavab verməyən, lakin proqramla maraqlanan şəxslər də iştirak etmişlər.
Görüşün sonunda iştirakçılar Sədaqət xanımdan xaricdə təhsil almaq üçün ərizə formalarını qəbul edərək, 16 noyabra qədər onları doldurub IREX təşkilatına göndərəcəklərini bildirdilər və bu gözəl təşəbbüs üçün Sədaqət xanıma, IREX təşkilatına və “Praxis” təşkilatına öz minnətdarlıqlarını bildirdilər. Sədaqət xanım da bu görüşün yüksək səviyyədə təşkil olunmasında zəhməti olan “Praksis” təşkilatının Sumqayıt mərkəzinə öz adından və xanım Andrea Kalanın adından minnətdarlıqlarını bildirdi.

Zaur Əliyev

İctimaiyyətlə Əlaqələr Xidməti
Zaur@praxis.az
Yüklə 9,31 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin