PraksiS” Sosial İnkişafa Dəstək İctimai Birliyi



Yüklə 9,63 Kb.
tarix23.10.2017
ölçüsü9,63 Kb.
#11736




PRAKSİS” Sosial İnkişafa Dəstək İctimai Birliyi. Bakı şəh. Zahid Xəlilov küç.26, 554-cü məhəllə. AZ-1141 Tel-Faks: 447 57 37, URL: www.praxis.az; E-mail: office@praxis.az



_____________________________________________________________________________
PRESS RELİZ № 20 - 11 dekabr 2007

Füzuli rayonu Araz Dilağarda və Qayıdış -2 kəndlərində

bələdiyyələr üçün 2 günlük təlim keçirilmişdir


“Praksis” Sosial İnkişafa Dəstək İctimai Birliyi Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin elan etdiyi qrant layihəsi çərçivəsində “Məcburi köçkünlərin yerli özünüidarəetmədə iştirakının gücləndirilməsi layihəsi”-ni davam etdirir. Layihənin əsas məzmununu təşkil edən bələdiyyələr üçün Vətəndaş İştirakçılığının yollarının öyrənilməsi və Strateji Planın hazırlanması dekabr ayının 4 və 5-də həyata keçirilmişdir.


Füzuli rayonunun Araz Dilağarda kəndində və Qayıdış-2 yeni qəsəbəsində bələdiyyələr üçün GZİT təhlilini təşkil edən təlimçilər 2008-2009 – cu illər üzrə Strateji Planın hazırlanmasını bələdiyyələrlə birgə həyata keçirmişlər. Hər iki bələdiyyədə təlimlərdə 40 nəfərə yaxın bələdiyyə üzvü və vətəndaş, eləcə də məhəllə komitələrinin üzvləri iştirak etmişlər.
Təlim zamanı bələdiyyə haqqında ümumi məlumatlar, yerli problemlərin müəyyənləşdirilməsi və prioritetləşdirilməsi, vətəndaş iştirakçılığı, strateji planlaşdırma nədir, strateji planlaşdırmanın bölmələri, GZİT (SWOT) təhlil, fond yaratma, layihə təklifləri, yerli özünüidarəetmənin iqtisadi əsasları, bələdiyyə mülkiyyəti, bələdiyyənin maliyyə idarəetməsi, bələdiyyələrin maliyyə imkanları və digər mövzulara müraciət edilmişdir.
Qeyd edək ki, iki bələdiyyənin 2008-ci il üçün iştirakçı metod vasitəsilə büdcəsini hazırlamaqda texniki yardım edilmişdir. Eyni zamanda 2008-ci il üzrə büdcələri vətəndaşların rəyi nəzərə alınmaqla hazırlanmışdır. Vətəndaşlar arasında fəallıq göstərənlər də bələdiyyələrlə birgə təlimlərdə iştirak etmiş, Strateji Planın hazırlanması zamanı öz təklif və tövsiyələrini bildirmişlər. Vətəndaşlar əsasən yerli problemlərin həll olunması istəklərini büruzə vermiş və onların strateji plana daxil olunmasını xahiş etmişlər. Təlimlər zamanı qadın və gənclərin fəallıq nümayiş etdirməsi layihənin uğur göstəricilərindən biridir.

Zaur Əliyev

İctimaiyyətlə Əlaqələr Xidməti

Zaur@praxis.az
Yüklə 9,63 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin