Pres-reliz, 23 dekabr 2015-ci il
Bakcell jurnalistlər üçün növbəti seminar təşkil edib: “Mobil telekommunikasiyalar. Faza 2”
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti öz 18-20 dekabr tarixlərində jurnalistlər üçün növbəti seminar təşkil edib. Bu dəfə jurnalistlərdən ibarət qrup Qalaaltı kurort kompleksində toplaşıb. Bu seminarın məqsədi informasiya və kommunikasiya texnologiyaları həmçinin ümumilikdə mobil telekommunikasiya haqqında jurnalistlərin məlumatlılığının artırılması eyni zamanda mobil telekommunikasiyanın bugünü və gələcəyi, əşyaların interneti kimi trend mövzular, loyallıq proqramlarının effektivliyi, müştərilərin mobil operatorlardan gözləntiləri və digər maraqlı mövzular barəsində məlumatları paylaşmaq idi.
Seminar zamanı iştirakçılar Bakcell şirkətinin şəbəkə üstünlüyü və müştəri məmnuniyyəti sahəsindəki nailiyyətləri, eyni zamanda şirkətin telekommunikasiya sahəsində ölkədə lider mövqeyə sahib olmasına təsir edən digər mühüm aspektlər barədə məlumatlandırıblar.
Şirkətin müştəri xidmətləri üzrə baş direktoru Selda Korkmaz Bostancıoğlu abunəçilərin mobil operatordan nə gözlədikləri və şirkətin müştərilərin artan gözləntilərini qarşılaması üçün hansı tədbirlər görməsinin vacib olduğu barədə söhbət açıb. “Bakcell”in Məlumat Mərkəzinə şəbəkə ilə bağlı edilən müraciətlərin sayının son bir il ərzində 61% azalması faktını nəzərə alaraq, xanım Bostancıoğlunun qeyd olunan dəyişikliyə təsirini izah edən təqdimatı böyük maraqla qarşılanıb.
Yeni texnologiyalar və keyfiyyətin təmin edilməsi departamentinin rəhbəri Roman İqnatenko Bakcell şirkətinin ölkədə ən geniş əhatə dairəsi olan ən etibarlı şəbəkəyə malik olması və abunəçilərin operatorun getdikcə daha üstün rabitə xidmətlərindən yararlana biləcəkləri barədə məlumat verib.
Yeni məhsulların inkişafı bölməsinin rəhbəri Cəlil Xəlilov öz növbəsində telekommunikasiya sahəsində trendlər barədə və eyni zamanda getdikcə daha da populyarlaşan M2M texnologiyaları barədə söhbət açıb.
Əlavə dəyər xidmətləri, elektron xidmətlər və applikasiyalar yarımbölməsinin rəhbəri Eçlin Quliyev getdikcə daha çox tələbat duyulan mobil video məzmun barədə, eyni zamanda müştəri məmnuniyyətinin ən üstün səviyyəyə çatdırılması və abunəçilərin ən etibarlı şəbəkədən tam şəkildə faydalanması üçün Bakcell şirkətinin gördüyü işlər barədə məlumat verib.
Müştərilərin inkişafı bölməsinin rəhbəri Zaur Cəlilov bir müddət öncə Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika ölkələrində telekommunikasiya sahəsində “Ən yaxşı istehlakçı xidməti” adına layiq görülən Ulduzum proqramı nümunəsində sadiqlik proqramlarının rolu barədə məlumatı iştirakçılarla paylaşıb.
“Telekommunikasiya sahəsi çox böyük sürətlə inkişaf edir. Biz az qala hər gün bu sahədə baş verən yeniliklər haqqında eşidirik. Artıq ikinci ildir ki, “Mobil telekommunikasiyaya giriş” adlı xüsusi təlim proqramı vasitəsilə bu sahədə yazan jurnalistlər üçün seminarlar təşkil edirik. Burada haqqında danışdığımız hər bir mövzu mətbuatda telekommunikasiya ilə bağlı yazılanların təhlili, eyni zamanda Bakcell komandası ilə jurnalistlərin müzakirələri zamanı meydana çıxır. Biz, şirkət olaraq telekommunkaksiya haqqında yazan jurnalistlərin daha çox məlumatlı olmasını istəyirik. Seminarlardan sonraki qiymətləndirmə göstərir ki, bu sahədə trend olan mövzular auditoriya tərəfindən çox yaxşı mənimsənilir”, deyə Bakcell şirkətinin korporativ kommunikasiya bölməsinin rəhbəri Süheylə Cəfərova bildirib.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir. 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G Sür@ xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell özünün 4-cü Sür@ brendinin - 4G LTE xidmətinin kommersiya istifadəsinə verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4-cü Sür@ xüsusilə mobil olmaq və bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub.
Uzunmüddətli tərəfdaşlıq müqaviləsi çərçivəsində Bakcell şirkəti bütün MDB məkanında “Mançester Yunayted”in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq Azərbaycandakı futbol həvəskarlarına və xüsusilə, Mançester Yunayted azarkeşlərinə geniş çeşidli xüsusi və eksklüziv məzmun təqdim edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.
Dostları ilə paylaş: |