Press-reliZ 08 iyun 2009-cu IL Bakı, Azərbaycan



Yüklə 11,36 Kb.
tarix22.10.2017
ölçüsü11,36 Kb.
#10103

R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
08 iyun 2009-cu il

Bakı, Azərbaycan


  • NORVEÇDƏ SÖZ AZADLIĞI ÜZRƏ QLOBAL FORUM KEÇİRİLDİ

  • EYNULLA FƏTULLAYEV HAQQINDA FİLM ÇƏKİLƏCƏK



NORVEÇDƏ SÖZ AZADLIĞI ÜZRƏ QLOBAL FORUM KEÇİRİLDİ

2009 cu ilin iyun ayının 1-dən 6-dək Norveçin paytaxtı Oslo şəhərində Söz Azadlığı üzrə Qlobal Forum keçirildi. Forumun ilk iki günü ərzində PEN Klubu, İnsan Hüquqları Evi Şəbəkəsi və Beynəlxalq Söz azadlığı mübadiləsi (IFEX) üçün qapalı sessiyalar keçirildi. Çərşənbə Günü – iyun ayının 3-də tədbir ictimaiyyət üçün açıldı. Norveç xarici işlər naziri Conas Gahr Store, 2004-cü il Nobel Sülh mükafatı laureatı Wangari Maathai və Əfqanıstanlı parlamentari Malalai Joya açılış mərasimində iştirak edirdilər.

Tədbirdə Azərbaycanı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun iki nümayəndəsi - təşkilatın direktoru Emin Huseynov və koordinator Sara Paulsworth, Azərbaycanda Qadın Hüquqlarının Müdafiə Assosasiyasının direktoru Novella Cəfəroğlu və Azərbaycan İnsan Hüquqları Mərkəzinin Direktoru Eldar Zeynalov təmsil edirdilər. Onlar dünyanın başqa yerlərindən gəlmiş insan haqları müdafiəçiləri ilə birgə bütün dünyada söz azadlığı qorunması barədə ideya və təcrübələri bölüşdülər.

Forumun proqramında 500-dən çox iştirakçı, 230 təşkilat və 103 ölkədən gəlmiş nümayəndələrin qatıldığı 29 simpozium, 28 seminar, 4 azad özünüifadə şəbəkəsinin görüşü, 3 mükafat, 3 mühazirə, 3 film, 3 təqdimat və 2 sərgi var idi.



EYNULLA FƏTULLAYEV HAQQINDA FİLM ÇƏKİLƏCƏK
Norveç televiziyasının rejissoru Erling Borgen “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru, həbsdə olan jurnalist Eynulla Fətullayev haqqında film çəkəcək. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin atası Emin Fətullayev məlumat verib.

““Söz azadlığı” fondunun dəstəyi ilə təsis olunmuş mükafatın qalibləri olan jurnalistlərlə Norveçdə səfərdə olduğum zaman Oslo şəhərində E.Borgen ilə görüşdüm. O bildirdi ki, Eynulla haqqında film çəkmək istəyir. Qeyd edim ki, Borgen mərhum jurnalist, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov haqqında da film çəkmiş və filmdə Eynullanın fikirləri də əks olunmuşdu. Lakin filmin hazırlıq prosesi bitəndə Eynullanı həbs etdilər” - deyə Emin Fətullayev bildirdi.



Xatırladaq ki, E. Fətullayev 2007-ci il aprelin 21-də böhtan və təhqirdə ittiham olunaraq  2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da ona əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)

Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

24 saat ərzində aktiv olan qaynar xətt: (+ 994 055) 816 40 04

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az  skype: irfs.az
Yüklə 11,36 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin