Press-reliZ 15 Dekabr 2011-ci IL Bakı, Azərbaycan



Yüklə 19,73 Kb.
tarix22.10.2017
ölçüsü19,73 Kb.
#9264

R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
15 Dekabr 2011-ci il

Bakı, Azərbaycan



  • ELAN!

  • MƏHKƏMƏ TİBBİ EKSPERTİZA RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI YEKUN REYİNİ AÇIQLADI

  • DİNİ ƏDƏBİYYATLARLA BAĞLI QANUNA EDİLƏN DƏYİŞİKLİKLƏR AĞIR CƏZA NƏZƏRDƏ TUTUR

  • MHİ-NİN RADİOTEZLİKLƏR ÜZRƏ DÖVLƏT KOMİSSİYASINA QARŞI İDDİASI TƏMİN EDİLİB


ELAN!
16 DEKABR SAAT 14:00-DA Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində «Xural» qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallının istintaq işi ilə bağlı mətbuat konfransı keçiriləcək.

 Jurnalistlər, hüquq müdafiəçiləri, beynəlxalq təşkilatların və diplomatik korpus nümayəndələri və maraqlanan bütün şəxslər dəvət edilir.




MƏHKƏMƏ TİBBİ EKSPERTİZA RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI YEKUN REYİNİ AÇIQLADI

Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi yazıçı-publisist Rafiq Tağının ölümü ilə bağlı yekun rəyini açıqlayıb. Bu barədə “Azadlıq” radiosu məlumat yayıb.

Məlumatda deyilir ki, Rafiq Tağının ölümünə döş qəfəsi və daxili üzvlərin çoxsaylı deşilmiş-kəsilmiş yaraları, cərrahi əməliyyatdan sonra inkişaf edən peritonit, nazik bağırsağın atoniyası, orqanizmin zəif intoksikasiyası səbəb olub: ”Eləcə də hər iki ağciyər divarının plevrası ilə tikişmələri fonunda ürəyin xroniki işemiya xəstəliyinin (əvvəllər keçirdiyi infarktdan sonra iriocaqlı kardioskleroz, ürək əzələsinin qalınlaşması) kəskinləşməsi nəticəsində ürək-ağciyər çatışmazlığı”.

Qeyd edək ki, noyabrın 19-da 61 yaşlı R.Tağı axşam saatlarında işdən


evə dönərkən naməlum şəxsin hücumuna məruz qalıb. O yeddi bıçaq yarası ilə xəstəxanaya müraciət edib, üç gün sonra xəstəxanada qəflətən səhhətinin pisləşməsi nəticəsində dünyasını dəyişdi.  Faktla bağlı cinayət işi açılıb, lakin hələlik cinayətlə bağlı saxlanılan yoxdur.
             Xatırladaq ki, 2006-cı ilin noyabr ayında  işlədiyi "Sənət" qəzetində çap etdirdiyi "Avropa və biz" məqaləsinə görə R.Tağı həbs edilib. Dindarlar onun bu məqalədə Məhəmməd peyğəmbərin ünvanına  xoşagəlməz ifadələr işlətməkdə, xristian dəyərlərini islamdan üstün tutmaqda ittiham edirdilər. Yazıya görə İranda Ayətullah-uzma Fazil Lənkərani onun ölümünə fitva da vermişdi.  Bu məqaləyə görə milli, irqi və dini düşmənçiliyi qızışdırmaq ittihamı ilə Rafiq Tağı 3 il, müddətinə azadlıqdan məhrum edilmişdi. Amma onlar 8 aydan sonra prezidentin əfv fərmanı ilə azadlığa çıxmışdılar. Noyabrın 27-də isə İranlı Ayətullah-uzma Fazil Lənkəraninin oğlu, ayətullah şeyx Məhəmməd Lənkərani bu qətli alqışlayan bəyanat yaydı. 
DİNİ ƏDƏBİYYATLARLA BAĞLI QANUNA EDİLƏN DƏYİŞİKLİKLƏR AĞIR CƏZA NƏZƏRDƏ TUTUR

Media Hüququ İnstitutu “müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi İlə idxal etmə, satma və yayma”ğa görə ağır cinayət cəzaları müəyyən edən qanunu ölkədə ifadə azadlığına ciddi təhlükə hesab edir.

Belə ki, Milli Məclisin Cinayət Məcəlləsinə əlavə etdiyi 167.2-ci maddəyə görə, bu hərəkətləri etmiş şəxsləri 5000 manatdan 7000 manatadək cərimə və ya 2 il müddətinədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya vəzifəli şəxs belə hərəkətləri etdikdə, eləcə də hər hansı şəxs bunu təkrar etdikdə 7000 manatdan 9000 manatadək cərimə cəzası və ya 2 ildən 5 ilədək həbs cəzası ala bilər.

Hər hansı ifadə (istər kitabda, istər filmdə, istər qəzetdə və s. olsun) yalnız və yalnız dövlət təhlükəsizliyi və dövlətin ərazi bütövlüyü mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması, cinayətin, iğtişaşların qarşısının alınması, ictimai təhlükəsizliyin qorunması, ictimai qaydanın təmin edilməsi üçün, habelə məxfi qaydada əldə edilmiş məlumatın açıqlanmasının qarşısının alınması və ya məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədilə məhdudlaşdırıla bilər.

Media Hüququ İnstitutu bildirir ki, məzmunuNdan (istər dini, istərsə də başqa) asılı olmayaraq  hər hansı “ədəbiyyatı”, “əşyaları” və “başqa məlumat materiallarını” çap etmə, idxal etmə, satma və yayma ifadə azadlığı hüququndan istifadə etmə formalarıdır. Sadəcə ifadə azadlığı hüququndan yararlanmağa görə belə ağır cəzaların verilməsi hər hansı legitim məqsədə mütənasib sayıla bilməz və bütün hallarda ifadə azadlığı hüququnun pozulması olaraq qanunla qorunan ictimai mənafelərə zərər vuracaqdır. MHİ bu qanunu, eləcə də dini ədəbiyyatla bağlı ön senzuranı nəzərdə tutan yanlış qanunvericiliyi tez bir zamanda aradan qaldırmağı, bu sahədki tənzimləmələri Azərbaycan Konstitusiyasına, İnsan hüquq və azadlıqlarının tənzimlənməsi haqqında konstitusiya qanununa və Avropa Konvensiyasının 10-cu maddəsinə uyğunlaşdırmağı tövsiyə edir.   

MHİ-NİN RADİOTEZLİKLƏR ÜZRƏ DÖVLƏT KOMİSSİYASINA QARŞI İDDİASI TƏMİN EDİLİB

Bu gün (15 dekabr) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Müseyib Bayramovun sədrliyi ilə Media Hüququ İnstitutunun (MHİ) Radiotezliklər üzrə Dövlət Komissiyasının sədri Abid Şərifova ünvanlanan sorğuya cavab verilməməsi ilə bağlı iddiası təmin edilib. Bu barədə bu gün Reportyorların azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) MHİ-nin hüquqşünası Fariz Namazov məlumat verib.

F. Namazov bildirdi ki, məhkəmə qərarına əsasən Dövlət Komissiyası televiziya və radio yayımı üçün nəzərdə tutulan, ancaq boş olan resursların siyahısının MHİ-yə təqdim etməlidir.

Xatırladaq ki, Media Hüququ İnstitutu Radiotezliklər üzrə Dövlət Komissiyası televiziya və radio yayımı üçün nəzərdə tutulan, ancaq istifadəsiz saxlanan tezlikləri açıqlaması üçün 2011-ci ilin mayında Radiotezliklər üzrə Dövlət Komissiyasının sədri Abid Şərifova sorğu ilə müraciət edib. Sorğuya cavab verilmədiyindən MHİ məhkəmədə iddia qaldırıb. Qeyd edək ki, bundan əvvəl MHİ MTRŞ-ya da müraciət edərək boş tezliklərin siyahısını təqdim edilməsini xahiş edib. Lakin MTRŞ- da sorğuya cavab vermədiyindən məhkəməyə müraciət edilib və hakim də iddianı təmin edib. MTRŞ isə bu tezliklərin siyahısının Radiotezliklər üzrə Dövlət Komissiyasında olduğunu bildirib.



MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)



Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 408-08-42 ; 408-75-30, fax: (+ 99 412) 598-45-19

QAYNAR XƏTT + 994 12 408 75 30



e-mail: irfs.az@gmail.com

web: www.irfs.az skype: irfs.az
Yüklə 19,73 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin