Press-reliZ 25 avqust 2010-cu IL Bakı, Azərbaycan



Yüklə 20,03 Kb.
tarix21.10.2017
ölçüsü20,03 Kb.
#8170

R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
25 avqust 2010-cu il

Bakı, Azərbaycan


  • AVROPA İTTİFAQININ ALİ NÜMAYƏNDƏSİ BLOGEERLƏRLƏ BAĞLI BƏYANAT VERİB

  • ƏYYUB KƏRİMOVUN KASSASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

  • YENİ MÜSAVAT” QƏZETİNİN REDAKSİYASINA HƏDƏ-QORXU ZƏNGLƏRİ EDİLİB


AVROPA İTTİFAQININ ALİ NÜMAYƏNDƏSİ BLOGEERLƏRLƏ BAĞLI BƏYANAT VERİB

Avropa İttifaqının Ali Nümayəndəsi Katerin Aşton Azərbaycan Ali Məhkəməsinin bloggerlər Adnan Hacızadə və Emin Milli barədə hökmün qüvvədə saxlanılması haqqında 19 avqust tarixli qərarı ilə bağlı bəyanat verib.

 Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi və Komissiyanın Vitse-Prezidenti Katerin Aştonun bəyanatında bildirilir ki  2010-cu il avqustun 19-da Azərbaycanın Ali Məhkəməsinin  gənc bloqçular  Emin Abdullayev  və Adnan Hacızadə ilə bağlı  həbs qərarının qüvvədə saxlamasından təəssüf edir.

“Məhkəmədə nöqsanlar, xüsusilə də ədalətliliyin və şəffaflığın beynəlxalq standartlara uyğun olmaması və onun nəticəsi Azərbaycanda ifadə azadlığının vəziyyəti ilə bağlı mənfi fikir yaradır”- deyən Ali Nümayəndə Azərbaycan hökumətini  Emin Abdullayev və  Adnan Hacızadəni azad etməyə çağırır.

Bəyanatda həmçinin vurğulanır ki, Avropa İttifaqı, o cümlədən ATƏT və Avropa Şurası  xüsusilə demokratiya, insan haqları, ifadə azadlığı və qanunun aliliyinə hörmət məqsədilə  beynəlxalq  öhdəliklərinin yerinə yetirilməsində Azərbaycana  yardım etməyə hazırdır.

Xatırladaq ki, hakimiyyəti tənqid edən “Eşşəklə (Esel Heinz)  müsahibə” adlı videorolikin  müəllifləri Adnan Hacızadə və digər blogger Emin Milli 08 iyul 2009-cu il tarixində Bakıda “Lebonese” (Livan) restoranında təxribatçılar tərəfindən döyülərək xəsarət almalarına və zərərçəkmiş şəxs qismində şikayət etmələrinə baxmayaraq, polis  onlara xəsarət yetirənləri sərbəst buraxmış və gənclər barəsində “xuliqanlıq” maddəsi ilə cinayət işi başlamışdır. 11 noyabr 2009-cu ildə məhkəmə Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi 10 mart 2010-cu il tarixdə, Ali Məhkəmə isə 19 avqust 2010-cu ildə hökmün qüvvədə saxlanılması ilə bağlı qərar qəbul edib. Yerli və beynəlxalq ictimaiyyət bloqçuları vicdan məhbusu kimi tanıyıb. 



ƏYYUB KƏRİMOVUN KASSASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ
Bu gün (25 avqust) Ali Məhkəmədə hakim İlham Cəfərovun sədrliyi ilə “Femida 007” qəzetinin baş redaktoru, vəkil Əyyub Kərimovun kasasiya şikayətinə baxılıb. Qeyd edək ki, Ə.Kərimov Daxili İşlər naziri Ramil Usubovun iddiasına əsasən Yasamal rayon məhkəməsində çıxarılmış hökmdən verdiyi apellyasiya şikayəti üzrə keçirilən ilkin baxış iclasında qaldırdığı vəsatətləri təmin olunmadığı üçün Ali Məhkəməyə şikayət verib.

Prosesdə Əyyub Kərimov çıxış edərək bildirdi ki, qaldırdığı vəsatətlərini təmin edilməməsi ilə bağlı çıxarılmış qərar qanunsuz olduğu üçün, kassasiya şikayətinin təmin edilməsini istədi.

Ramil Usubovun nümayəndəsi Əlirza Həbilov isə vəsatətlərin təmin olunmaması ilə bağlı Apellyasiya Məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi.

Sədrlik edən hakim İlham Cəfərov kassasiya şikayətinin təmin edilməməsi barədə qərarı elan etdi.

Xatırladaq ki, Daxili İşlər naziri Ramil Usubov “Femida 007” qəzetində  “Məktubbazlıq”, “MTN və Baş Prokurorluq çox gözəl bilir ki, sifarişçi kimdir” başlıqlı, “Azadlıq”  qəzetində isə “DİN oyunun içində və oyundankənar vəziyyətdə” sərlövhəli yazıların böhtan xarakterli olduğunu əsas gətirərək, Ə. Kərimova qarşı Cinayət məcəlləsinin 147.2-ci maddəsilə iddia qaldırmış və Yasamal rayon Məhkəməsi isə bu iddiaya əsasən Ə.Kərimovun aylıq gəlirinin 15 faizinin dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətinə islah işləri ilə cəzalandırılması barədə hökm çıxarıb.

Bakı Apellyasiya Məhkəməsində 8 aprel tarixində keçirilən ilkin baxış iclasında Ə.Kərimovun Yasamal Rayon Məhkəməsinin çıxardığı hökmün ləğv edilərək, işi baxılması üçün yenidən Yasamal Rayon Məhkəməsinə qaytarılması və əgər məhkəmə baxışı təyin olunarsa, işə məhkəmə istintaqı ilə baxılması ilə bağlı qaldırdığı vəsatətləri təmin olunmayıb.

Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,587/lang,az/
 “YENİ MÜSAVAT” QƏZETİNİN REDAKSİYASINA HƏDƏ-QORXU ZƏNGLƏRİ EDİLİB
Dünən (24 avqust) “Yeni Müsavat” qəzetinin redaksiyasına hədə-qorxu və təhqiredici zənglər daxil olub. Bu barədə bu gün (25 avqust) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Yeni Müsavat” qəzetinin redaktoru Zahid Səfəroğlu məlumat verib. O bildirib ki, qəzetin 19 avqust tarixli sayında gedən “Naxçıvanda şeytanı lənətləmək qadağan olunub” başlıqlı yazı ilə əlaqədar olaraq, Naxçıvan Muxtar Respublikasının (NMR) qazısı Mirqafar Seyidov lent.az saytına geniş açıqlama verib. Açıqlamasında o qəzeti və əməkdaşlarını müsəlmanları təhqir etməkdə, eləcə də bəzi media qurumlarını həqiqətə uyğun olmayan məlumatlar dərc etməkdə ittiham edib. Bundan sonra isə özünü naxçıvanlı kimi təqdim edən bir qrup şəxs qəzet redaksiyasına zəng edərək, kollektivi təhqir edib və hətta redaksiyanı partladacaqları ilə hədələyiblər.

Redaktor bununla bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Nizami rayon Polis İdarəsinə rəsmi müraciət etdiklərini qeyd etdi.

Qeyd edək ki, “Yeni Müsavat” qəzeti 1989-cu ildən fəaliyyət göstərir və gündəlik çap olunur.


MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)



Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

24 saat ərzində aktiv olan qaynar xətt: (+ 994 055) 816 40 04

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az skype: irfs.az
Yüklə 20,03 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin