Press-reliZ 27 sentyabr 2010-cu IL



Yüklə 24,44 Kb.
tarix25.10.2017
ölçüsü24,44 Kb.
#12399

R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu

 

PRESS-RELİZ

 

27  sentyabr 2010-cu il



Bakı, Azərbaycan

 




  • ELAN!

  •       KİV-ə DÖVLƏT DƏSTƏYİ FONDU RƏHBƏRİNİN “XURAL” QƏZETİNƏ QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

  •        TƏHSİL ÜZRƏ EKSPERTİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

  •          VƏTƏNDAŞ YAZDIĞI ƏRİZƏYƏ GÖRƏ MƏHKƏMƏYƏ VERİLİB

  •           JURNALİST MÜDAFİƏ NAZİRLİYİNİN YAZDIĞI YAZILARINA GÖRƏ ONA OLAN BORCUNU VERMƏDİYİNİ BİLDİRİR

_______________________________________________________________________

ELAN!

            28 SENTYABR SAAT 12.00-DA Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən namizədliyini irəli sürən müstəqil namizəd Bəxtiyar Haciyev seçki prosesində üzləşdiyi problemlərlə bağlı mətbau konfransı kemirəcək.

           Jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri, QHT rəhbərləri, dövlət qurumları və maraqlanan bütün şəxslər tədbirə dəvət edilir. 

KİV-ə DÖVLƏT DƏSTƏYİ FONDU RƏHBƏRİNİN “XURAL” QƏZETİNƏ QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün (27 sentyabr) Nərimanov rayon məhkəməsində hakim Arif İsmayılovun sədrliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİV DF) icraçı direktoru Vüqar Səfərlinin “Xural” qəzetinə qarşı mülki iddiası üzrə məhkəmə prosesi keçirildi.

            Məhkəmə prosesində iddiaçının nümayəndələri - Aydın Kərimov və  cavabdeh tərəfdən isə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı  və onun nümayəndəsi Elçin Sadıqov iştirak edirdilər.

Cavabdehin nümayəndəsi E.Sadıqov məhkəmə iclasının açıq keçirilməsinin nəzərə alınaraq foto və video çəkilişin aparılması, sözügedən məqalənin yazılması üçün yaranmış halların araşdırılması, eləcə də  KİV DF-nin  keçirdiyi ilk müsabiqənin nəticələrinin məhkəməyə təqdim edilməsi barədə vəsatət qaldırdı. Əvəz Zeynallı isə ötən məhkəmə iclasında Vüqar Səfərlinin məhkəmə iclasında iştirak etməsinin təmin edilməsi barədə qaldırdığı  vəsatəti xatırlatdı.

Hakim A. İsmayılov yerindəcə müşavirə edərək vəsatətlərin qəbul edilmədiyini   bildirdi və növbəti prosesi 11 oktyabr saat 12:30-a təyin etdi.

            Xatırladaq ki, Vüqar Səfərli Əvəz Zeynallının müəllifi olduğu və “Xural” qəzetinin 25-31 iyul tarixli son sayında dərc olunmuş “İlham Əliyev “Xural”ın prezidenti deyil?!” başlıqlı yazıda barəsində “mətbu qəssab” ifadəsinin işlədilməsini şərəf və ləyaqətinin təhqir olunması hesab edərək, təkzib verilərək üzr istənilməsi və qəzetin 10.000 manat təzminat ödəməsi barədə iddia qaldırıb.

            Qeyd edək ki, “Xural” qəzeti 2002-ci ilin oktyabr ayında fəaliyyətə başlayıb və həftəlik dərc olunur.

            Xatırladaq ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu ilin 3 aprel tarixli sərəncamı ilə yaradılmışdır. Dövlət başçısının 2009-cu ilin may ayında imzaladığı sərəncamla Vüqar Səfərli Fonda icraçı direktor təyin edilmişdir.

Video: http://www.irfs.az/content/view/4745/31/lang,az/

 

TƏHSİL ÜZRƏ EKSPERTİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Bu gün (27 sentyabr) Bakı Apellyasiya Məhkəməsində hakim Hilal Xəlilov təhsil üzrə ekspert Əlövsət Osmanlının  apellyasiya şikayətinin təmin edilməməyi və Nəsimi rayon Məhkəməsinin 2 iyun 2010-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul etdi.

Ə. Osmanlı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ)  hakimin bu qərarından kassasiya şikayəti verəcəyini  bildirdi.

Qeyd edək ki, Nəsimi rayon məhkəməsinin 2 iyun tarixli qərarı ilə Təhsil Problemləri İnstitutunun iddiası   qismən təmin edilmişdi. Cavabdehin “Azadlıq” qəzetinin növbəti sayında təkzib verilərək üzr istəməsini təmin edilsə də,  iddiaçının 50 000 manat mənəvi təzminat tələbinin isə təmin edilməmişdi.

Xatırladaq ki, Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov “Azadlıq” qəzetinin 2 fevral 2010-cu il tarixli sayında gedən “Mərdanovun qaragüruhçuları” adlı məqalədə özünün işgüzar nüfuzuna xələl gətirən fikirlər olduğunu bildirərək, cavabdehin təkzib etməklə, institut  və əməkdaşlarından üzr istəməsini və işgüzar nüfuzuna vurulmuş zərərə görə 50 000 manat təzminat ödəməsi tələbi ilə məhkəməyə müraciət etmişdi.

 

VƏTƏNDAŞ YAZDIĞI ƏRİZƏYƏ GÖRƏ MƏHKƏMƏYƏ VERİLİB

            Bu gün ( 27 sentyabr ) Yasamal rayon Məhkəməsində hakim Elçin Qurbanovun  sədrliyi ilə Yasamal rayon icra hakimiyyəti başçısı İbrahim Mehdiyevin vətəndaş Yaqub Muradzadəyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə xüsusi ittihamçının nümayəndəsi Azər Tağıyev, vəkili Zaur Niftəliyev,  təqsirləndirilən şəxs Yaqub Muradzadə və onun nümayəndəsi Əlibaba Rzayev iştirak edirdilər.

     Əlibala Rzayev ekspertizanın rəyi ilə tanış olmadıqlarını bildirdi və rəy ilə tanış olmadan məhkəmə istintaqının aparılmasının mümkün olmadığını bildirib. Buna görə də o hakimdən prosesi təxirə salmağı xahiş etdi. Amma xüsusi ittihamçı iddiaya səbəb olmuş ərizələr barədə   ekspertiza rəyi ilə tanış olmağa ehtiyac görməyib və prosesin davam etdirilməsini təklif edib.

Hakim yerindəcə müşavirə edərək cavabdehin vəsatətini təmin etdi və məhkəmə prosesini 01 oktyabr saat 10:00-a təyin etdi.

                Xatırladaq ki, İ .Mehdiyev Yaqub Muradzadənin onun barəsində  müxtəlif dövlət qurumlarına  şikayət məktubları yazaraq,  məktublarda onu təhqir etdiyini və böhtana məruz qoyduğunu iddia edərək  Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib.

             Qeyd edək ki, Yaqub Muradzadə 2004- 2006-cı  ildə nəşr olunan və hazırda fəaliyyət göstərməyən “Yeni Qəzet”in redaktoru olduğunu bildirir.

Video: http://www.irfs.az/content/view/4746/31/lang,az/

 

 



JURNALİST MÜDAFİƏ NAZİRLİYİNİN YAZDIĞI YAZILARINA GÖRƏ ONA OLAN BORCUNU VERMƏDİYİNİ BİLDİRİR

 

“Müdafiə Nazirliyi hərbi xidmət dövründən mənə olan 5 min manatdan artıq vəsaiti ödəməkdən imtina edir. Məndə olan məlumata görə, bu barədə nazir Səfər Əbiyev nazirliyin aidiyyatı orqanlarına göstəriş verib ki, mənə çatacaq vəsaiti ödəməsinlər. Nazir görünür, Müdafiə Nazirliyi sistemindəki neqativ hallarla bağlı tənqidi yazılarıma əsaslanaraq belə addım atır”. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Milaz” İnformasiya Agentliyinin baş direktoru, “Ayna” və “Zerkalo” qəzetlərinin əməkdaşı Cəsur Sümərinli (Məmmədov) məlumat verib.



 

Onun sözlərinə görə, 1998-ci ilin dekabr ayından 2000-ci ilin noyabrınadək zabit (baş leytenant) kimi hərbi xidmətdə olub. Hərbi xidmətinin 8 ayını Ağstafada yerləşən N hərbi hissədə, 15 ayını isə Ağdamda birbaşa səngərdə  xidmət edib. C.Sümərinli bildirir ki, bu xidmət dövründə onun “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun  10-cu maddəsi ilə tənzimlənən “Pul təminatı və maddi təminat” hüququ və 11-ci maddəsi ilə tənzimlənən “İstirahət” hüququ pozulub. Nəticədə Cəsur Sümərinliyə ödənilməsi üçün Müdafiə Nazirliyinin borcu yaranıb. Amma indi edilən çoxsaylı müraciətlərə baxmayaraq ona pulu ödənilmir.

 

 

 



 

 

 



 

 

 



MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)



Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az skype: irfs.az
Yüklə 24,44 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin