Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri gözlənilir



Yüklə 56,15 Kb.
tarix13.06.2018
ölçüsü56,15 Kb.
#53560

NAXÇIVAN

İNSAN HÜQUQLARI VƏ KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİ MONITORİGİ (http://nakhchivan.org.az/)


PRESS-RELİZ
22 Noyabr 2010-cu il

Naxçıvan, Azərbaycan



  • QANUNSUZ HƏBSDƏ SAXLANILAN SABİT ƏLİYEV SƏRBƏST BURAXILDI

  • NAXÇIVANDA MƏLUMAT ƏLDƏ EDİLMƏSİ ÜZRƏ JURNALİST TƏŞƏBBÜSLƏRİ” LAYİHƏSİ ÜZRƏ İLKİN HESABAT



QANUNSUZ HƏBSDƏ SAXLANILAN SABİT ƏLİYEV SƏRBƏST BURAXILDI
Məhkəmə hökmü olmadan 12 noyabr tarixdən Şərur Rayon Polis Şöbəsində saxlanılan və taleyi haqda heç bir məlumat verilməyən “AXCP-Müsavat” seçki  blokunun 7 noyabr parlament seçkilərində vahid namizədi olmuş Səxavət Əliyevin qardaşı Sabit Əliyev dünən (21.10.10) evə buraxılıb. Bu haqda məlumatı RATİ-nin Naxçıvandakı müxbirlərinə Sabit Əliyevin qardaş Çapay Əlisoy məlumat verib.

“Noyabrın 21-də günorta saatlarında qardaşım evə buraxılıb. Bu gün (22.11.10) o, yenidən polisə gedəcək. Müstəntiq onu şikayətçilərlə birlikdə qəbul edərək məsələni çözməyə çalışacağını bildirib ”, - deyə qeyd edən Çapay Əlisoy bundan sonra hansı hadisənin baş verəcəyini, qardaşının buraxılacağı və ya yenidən həbs olacağı haqda heç nə deyə bilməyəcəyini də vurğulayıb.

Xatırladaq ki, 7 noyabr parlament seçkilərində 2 saylı Şərur Dairə Seçki Komissiyasından (DSK) “AXCP-Müsavat” blokunun vahid namizədi olmuş Səxavət Əliyevin qohumlarına qarşı təzyiqlər başlayıb. Namizədin qardaşı Sabit Əliyev Püsyan kənd icra nümayəndəsi də başda olmaqla bir neçə məmur tərəfindən təxribata çəkilib. Noyabrın 12-si o, heç bir əsas olmadan Şərur rayon Polis Şöbəsinə aparılıb. Şikayətçilər İddia edirlər ki, guya Sabit Əliyev kəndin icra nümayəndəsi Amili Əbilov, Püsyan kənd orta məktəbinin direktor əvəzi Asəmin Mahmudovu və kəndin mollası Yasin Əliyevi  təhqir edib,
Günahlandırılan Sabit Əliyev  isə deyilənləri təkzib edib. Bildirib ki, onun şikayət yazanlara qarşı heç bir qərəzi olmayıb. Sadəcə hər kəsin qarşısında seçkilərin saxtalaşdırılmasını və səslərin oğurlanmasını bildirib.     
NAXÇIVANDA MƏLUMAT ƏLDƏ EDİLMƏSİ ÜZRƏ JURNALİST TƏŞƏBBÜSLƏRİ” LAYİHƏSİ ÜZRƏ İLKİN HESABAT
Layihə barədə ümumi məlumat.

Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun dəstəklədiyi layihə Naxçıvanda vətəndaşların, xüsusilə də jurnalistlərin məlumatlara çatımlıq imkanlarının genişləndirilməsi ilə bağlıdır. Layihə çərçivəsində Naxçıvan Muxtar Respublikasının bütün dövlət qurumlarına böyük ictimai maraq kəsb edən məsələlər üzrə informasiya sorğuları göndərilir, onlara verilən cavablar qiymətləndirilir və cavablandırılmayan sorğular üzrə müvafiq məhkəmələrə müraciətlər edilir. İki ay (sentyabr-oktyabr) müddətində həyata keçirilən layihəyə artıq start verilib.

Layihə çərçivəsində 2 hesabatın – ilkin və yekun hesabatların hazırlanması nəzərdə tutulur ki, hazırkı sənəd ilkin hesabat kimi çıxış edir.
Hüquqi çərçivə.
Azərbaycan Respublikasının qanunvericiliyində məlumat əldə edilmə azadlığı ilə bağlı geniş müddəalar ehtiva edilib.

Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi hər kəsin qanuni yolla istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır.

“İnformasiya əldə etmək haqqında” Qanunun 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir.

“İnformasiya əldə etmək haqqında” Qanunun 30-cu maddəsində deyilir ki, ictimai informasiyalar İnternet informasiya ehtiyatlarında açıqlanmalıdır. Həmin Qanunun 32-ci maddəsi isə ictimai informasiyaları açıqlamaq üçün İnternet informasiya ehtiyatlarının yaradılması vəzifəsini dövlət orqanları və bələdiyyələrin üzərinə qoyur.

“Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün” Dövlət Proqramı (“Elektron Azərbaycan”) Azərbaycan Respublikası Prezidentinin 11 avqust 2010-cu il tarixli Sərəncamı ilə təsdiq edilmişdir. Proqramda dövlət informasiya sistemləri və resurslarının formalaşdırılması və inkişaf etdirilməsi nəzərdə tutulur. Eyni zamanda sənədin 4.2-ci maddəsi dövlət və yerli özünüidarəetmə orqanlarında İnformasiya Kommunikasiya Texnologiyalarının tətbiqi və elektron xidmətlərin inkişaf etdirilməsi kimi istiqamət fəaliyyətini təsbit edir.
Görülən işlər nəticəsində əldə edilən ilkin nəticələr.

Ən ilkin nəticə ondan ibarətdir ki, Naxçıvan MR-da mövcud olan dövlət qurumlarının İnternet resurs ehtiyatları, başqa sözlə desək, veb-səhifələri yox səviyyəsindədir. Belə ki, 45-dən artıq dövlət qurumunun1 mövcud olmasına baxmayaraq onlardan cəmi 5-nin veb-səhifəsi mövcuddur:




  1. Naxçıvan MR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi - http://www.ritn.nakhchivan.az/;

  2. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan MR İdarəsi - http://dmfa.nakhchivan.az/;

  3. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Xidməti - http://www.mi.nakhchivan.az/;

  4. Naxçıvan MR Ali Məhkəməsi - http://www.supremecourt.nakhchivan.az/;

  5. Naxçıvan Mərkəzi Seçki Komissiyası - http://msk.naxcivan.info/.

Əlavə araşdırmalar nəticəsində məlum olmuşdur ki, Azərbaycan Respublikasının dövlət qurumlarının dövlət qurumlarının veb-səhifələrində müvafiq olaraq Naxçıvan MR-nın dövlət qurumunun veb-səhifəsində olmalı olan məlumatlar yoxdur. Bu veb-səhifələrin bəzilərində Naxçıvan MR-dakı dövlət qurumunun ünvanı və əlaqə vasitələri, həmin dövlət qurumu ilə bağlı olan azsaylı qərarlara və məlumatlara rast gəlmək mümkündür.

Dövlət qurumlarının veb-səhifələrinin olmaması nəticədə ən sadə sualların da həmin qurumlara ünvanlanması zərurəti yaradır. Bununla belə biz layihə çərçivəsində yuxarıda göstərilən dövlət qurumlarından 31-ə böyük ictimai əhəmiyyət kəsb edən məsələlərlə bağlı informasiya sorğuları ünvanlayırıq. Bu sorğularda istənilən məlumatların əksəriyyətini digər resurslar (ümumi internet axtarış sistemi, kitab və digər nəşrlər) vasitəsilə də tapmaq mümkün deyil. Məs, Naxçıvan MR-da olan cəzaçəkmə müəssisələrində məhbusların ümumi sayı və vaxtından əvvəl azadlığa buraxılmış məhkumların sayı, kütləvi aksiyalar üçün nəzərdə tutulmuş yerlərin siyahısı, dövlət qurumlarının ştat cədvəlləri, digər ümumiləşdirilmiş statistik məlumatlar və s.
Görüləcək işlər.
Dövlət qurumlarına göndərilmiş informasiya sorğularının cavablandrılmaması və ya kifayət qədər cavablandırılmaması hallarında onlara qarşı məhkəmə iddiaları qaldırılacaq. Ən strateji məsələlər üzrə göndərilmiş informasiya sorğuları üzrə 10-a qədər iş barədə Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndəriləcək (yerli məhkəmələr iddialrımızı təmin etmədiyi halda).

Naxçıvan MR-nın dövlət qurumlarının İnternet ehtiyat resurslarının olmaması və bunun mövcud qanunvericiliyə zidd olması barədə Naxçıvan MR Ali Məclisinə, Naxçıvan MR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə və Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciətlər göndəriləcək.

Bu hesabatın təqdim edilməsi üçün Naxçıvan MR-da oktyabr ayında dəyirmi masa keçiriləcək, dövlət qurumlarının nümayəndələri dəvət ediləcək və hesabata daxil edilmiş ilkin tövsiyələr müzakirə ediləcək.
İlkin tövsiyələr.

Naxçıvan MR-da məlumat əldə edilməsi azadlığının təmin edilməsi və informasiya sorğularının sayının azalması məqsədilə aşağıdakı təkliflər irəli sürülür:




  • Naxçıvan MR-da dərhal dövlət qurumlarının İnternet ehtiyat resurslarının yaradılmasına başlanılsın;

  • Mövcud olan və gələcəkdə yaradılacaq resurslar müntəzəm olaraq təkmilləşdirilsin;

  • Məlumat əldə edilməsi azadlığı ilə bağlı Naxçıvan MR-nın dövlət qurumlarının təşəbbüsü ilə xüsusi tədbir keçirilsin və vətəndaş cəmiyyəti nümayəndələrinin fikirlərinin ifadə olunması üçün şərait yaradılsın.


MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN
Əlaqə üçün e-mail: nakhchivan.org.az01@gmail.com

1 Naxçıvan MR Daxili İşlər Nazirliyi, Naxçıvan MR Milli Təhlükəsizlik Nazirliyi, Naxçıvan MR Ədliyyə Nazirliyi, Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyi, Naxçəvan MR Maliyyə Nazirliyi, Naxçıvan MR Vergilər Nazirliyi, Naxçıvan MR Fövqəladə Hallar Nazirliyi, Naxçıvan MR Təhsil Nazirliyi, Naxçıvan MR Səhiyyə Nazirliyi, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyi, Naxçıvan MR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,  Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyi, Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyi, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi, Naxçıvan MR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, . Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu, Naxçıvan MR NK yanında  Meliorasiya və Su Təsərrüfatı Agentliyi, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi, Naxçıvan MR Dövlət Televiziya və Radio Verlişləri Komitəsi, Naxçıvan MR Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi, Naxçıvan şəhər İcra Hakimiyyəti, Şərur rayon İcra Hakimiyyəti, Babək rayon İcra Hakimiyyəti, Şahbuz rayon İcra Hakimiyyəti, Culfa rayon İcra Hakimiyyəti, Ordubad rayon İcra Hakimiyyəti, Sədərək rayon İcra Hakimiyyəti, Kəngərli rayon İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikası  İqtisad Məhkəməsi, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi, Naxçıvan Muxtar Respublikası Prokurorluğu, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğu, Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi, Naxçıvan Muxtar Respublikası Satınalmalar üzrə Dövlət Agentliyi, Naxçıvan Muxtar Respublikası Dövlət Baş Siğorta Agentliyi, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası, Naxçıvan Muxtar Respublikası Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla iş üzrə İdarəsi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikası İdarəsi, Naxçıvan Muxtar Respublikası Energetika İdarəsi.





Yüklə 56,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin