Mövzu: ƏZƏLƏDAXILI İNYEKSİYANIN İCRA EDİLMƏ TEXNIKASI.
Tibbi səhvlərin qarşısını almaq, təyinatı dəqiqləşdirmək məqsədilə həmişə preparatın dozasını, düzgün təyinatını yoxlamaq və eyni zamanda xəstənin adını, soyadını bir daha dəqiqləşdirmək lazımdır. Beləliklə, müvafiq preparatı müvafiq dozada, müvafiq vaxtda və lazım olan qaydada müvafiq pasiyentə yeritmək lazımdır.
Məqsəd: Müalicə, profilaktika.
Göstəriş: Həkim təyin edir.
Əks göstərişlər: Dərmana qarşı xəstənin fərdi allergik reaksiyasının olması
Təchizat:
1
|
Sabun, dəsmal
|
8
|
Steril pambıq kürəciklər, 70%-li etil spirti
|
2
|
Steril əlcəklər
|
9
|
Dəri üçün antiseptik (Lizanin və s.)
|
3
|
Dərman ampulları
|
10
|
Steril salfetlə örtülmüş steril ləyən (steril pinsetlə)
|
4
|
Ampul kəsən
|
11
|
Maska
|
5
|
Şprislər üçün steril ləyən
|
12
|
Anti İİV/QİÇS aptek qutusu
|
6
|
İstifadə olunmuş materialları yığmaq üçün ləyən
|
13
|
Dezinfeksiya edici məhlullar
|
7
|
Steril şprislər (2,5 ml, 3 ml, 5 ml, 10 ml)
|
14
|
Şok əlehinə dəst
|
Manipulyasiyaya hazırlıq:
1. İnyeksiyanı icra etməzdən əvvəl həkimin təyinatını nəzərdən keçirin, təyin vərəqi ilə dərmanın etiketinin uyğunluğunu yoxlayın.
2. Xəstəyə manipulyasiya barədə məlumat verin, razılığını alın, bildirin ki, iynə ağrılı ola bilər.
3. Əlləri gigiyena qaydalarına riayət edərək yuyun.
4. Xəstəyə lazım olan vəziyyəti almağa kömək edin:
- Sağrıya iynə vurulacaqsa – qarnı üstə və ya bir böyrü üstə;
- Buda vurulacaqsa – arxası üstə dizlər azacıq qatlanmış vəziyyətdə və ya oturaq vəziyyətdə;
- Bazuya vurulacaqsa – uzanmış və ya oturaq vəziyyətdə.
(İnyeksiya ediləcək yerin seçilməsi xəstənin ümumi vəziyyətindən, yaşından və vurulan dərmanın həcmindən asılıdır. İnyeksiya ediləcək yerdə iltihabın, ödemin və ya infeksiyanın olub – olmamasını yoxlamaq lazımdır; dəridə zədələnmə olduqda, həmin nahiyəyə inyeksiya etmək olmaz. İnyeksiyalar tez-tez təkrarlanarsa, ağrını azaltmaq və ağırlaşmaların qarşısını almaq üçün iynə vurulan yerləri qeyd etmək, iynələri sağ və sol tərəfə növbə ilə vurmaq, inyeksiya yerini dəyişmək lazımdır).
Əzələ daxili inyeksiyanın vurulduğu nahiyələr:
Sağrı əzələsinin yuxarı bayır kvadrantı
|
Damar-sinir dəstəsi
|
1.Sağrı nahiyəsi, böyük sağrı əzələsi (sağrı əzələsinin yuxarı bayır kvadrantı) – əzələdaxili inyeksiya adətən bu nahiyəyə vurulur.
(Yadda saxlayın ki, əzələdaxili inyeksiya düzgün aparılmadıqda oturaq sinirinin və ya yuxarı sağrı arteriyasının zədələnməsinə səbəb ola bilər. İynə təsadüfən oturaq sinirinə düşdükdə, ətrafın tam və ya hissəvi iflici yarana bilər. Adətən sağrı nahiyəsinə 2-4ml həcmində maye yeridilir.
Sağrı əzələsinin yuxarı bayır kvadrantının təyini.
2.Ön sağrı sahəsi, orta sağrı əzələsi – iri sinir-damar dəstəsi olmadığına görə, bu sahəyə əzələdaxili inyeksiya etmək daha təhlükəsiz hesab edilir. (Piy toxuması bərabər paylanıb və 3,75 sm təşkil edir).
Ön sağrı sahəsinin təyini.
Bunun üçün sağ əlin ovuc hissəsini pasiyentin sol budunun böyük burmasının üzərinə qoyun (və ya əksinə).
Şəhadət barmağınızla qalça sümüyünün ön yuxarı darağını təyin edin və orta barmağınızı elə aralayın ki,
iki barmaq arasında V hərfi alınsın. İynə V hərfinin tam ortasına 90 dərəcəli bucaq altında vurulur.
3.Budun dördbaşlı əzələsinin lateral hissəsi. Bud sinirinin zədələnməsinə və əzələ atrofiyasının inkişafına səbəb ola biləcəyi üçün bu sahə yalnız 7 aylığa qədər uşaqlar üçün daha təhlükəsiz hesab olunur. Daha sonra sağrının yuxarı bayır kvadrantına inyeksiya etmək məsləhətdir.
Budun lateral enli əzələsi.
|
Budun düz əzələsi
|
Budun dördbaşlı əzələsinin lateral hissəsinin və budun düz əzələsinin təyini.
4.Budun düz əzələsi - budun ön sahəsinin orta 1/3 –də yerləşir. (tibb bacıları tərəfindən budun düz əzələsinə inyeksiya nadir hallarda icra edilir. Xəstələr öz –özlərinə iynə vurduqda bu sahəyə inyeksiya edirlər).
Budun dördbaşlı əzələsinin lateral hissəsinin və budun düz əzələsinin təyini.
5.Çiyin nahiyəsində deltayabənzər əzələ.
Bu zona ancaq kiçik həcmli inyeksiyaların, məsələn vaksinlərin (hepatit B) və ya anatoksinin yeridilməsi üçün istifadə olunur.
Deltayabənzər əzələnin təyini.
Mil sinirinin və bazu arteriyasının zədələnməsindən ehtiyat etmək lazımdır. Xəstədən xahiş etmək lazımdır ki, əlini belinə qoysun.
Əzələdaxili inyeksiyanın icra edilmə texnikası.
İşin ardıcıllığı:
1. Aseptika qaydalarına riayət edərək əllərinizi yuyun.
2. Xəstəyə özünüzü təqdim edin. Xəstəyə üsul haqqında məlumat verin.
3. Xəstənin inyeksiyaya qarşı reaksiyasının olub-olmamasını öyrənin.
4. Xəstənin razılığını alın.
5. Xəstəyə uyğun vəziyyət verin.
6. Steril əlcək, maska geyinin.
7. Dərmanı şprisə çəkməzdən öncə dərmanın reseptlə (təyinatla) uyğunluğunu yoxlayın.
8. Şprisin yararlıq tarixini və hermetikliyini yoxlayın.
9. Dərman preparatının adını, yararlıq tarixini, dozasını yoxlayın.
10. Şprisi açıb, steril şəkildə iynəsini taxın və steril ləyənə qoyun.
11. Ampulun ağzını 2 steril pambıq kürəciklə silin, kəsin və açın.
12. Şprisin qapağını açın, iynəsini ampulun içinə salın və xəstənin yanında dərmanı şprisə çəkin.
13. Şprisi dik tutub yüngülcə vuraraq hava qabarcıqlarının üst tərəfdə toplanmasını təmin edin və porşeni yüngülcə basaraq havanı çıxarın, şprisi steril ləyənə qoyun.
14. Əlcəkləri 70%-li spirtdə isladılmış kürəciklə silin və istifadə olunmuş materialları yığmaq üçün ləyənə atın.
15. Steril pinsetlə 3 pambıq kürəcik götürün.
16. İnyeksiya bölgəsini təyin edin və spirtli kürəciklə 4-5 sm ölçüdə içəridən bayıra dairəvi şəkildə bir dəfə silin.
İkinci kürəciklə bilavasitə iynə vurulacaq yeri silin. Spirtin qurumasını gözləyin.
17. Kürəcikləri istifadə olunmuş materialları yığmaq üçün ləyənə atın.
18. Sol əlin 1-ci və 2-ci barmaqları ilə inyeksiya bölgəsini təsbit edərək, şprisi və iynənin açıq ucunu
görmək şərtilə şprisi dik olaraq (90 dərəcə), qələm kimi sağ əldə tutun,
sürətlə əzələyə daxil edin. Sağ əlin biləyini sol əlin baş barmağının üstünə
qoyun. (İynə əzələnin içərisində olarkən şprisi bir əllə tərpətmədən sabit
saxlayın)
19. Şprisin porşenini bir əllə geriyə çəkərək iynənin əzələ daxilində olduğunu yoxlayın.
20. Dərmanı ehmalca əzələyə təzyiq yaratmayacaq şəkildə yeridin (1ml/san
sürətlə).
21. Steril kürəciklə basaraq şprisi eyni şəkildə və sürətlə çıxarın, şprisin
qapağını bağlayın.
22. Xəstənin əhvalını soruşun, dərmana qarşı reaksiyasını yoxlayın.
23. Əlcəkləri çıxarın. Əlləri yuyun.
24. Aparılmış inyeksiya barədə qeydiyyat aparın.
* * *
Dostları ilə paylaş: |