Profil dgn


I FƏSIL  İZDIVAC, EVLƏNMƏ ASTANASINDA



Yüklə 440,45 Kb.
Pdf görüntüsü
səhifə6/78
tarix01.01.2022
ölçüsü440,45 Kb.
#106491
1   2   3   4   5   6   7   8   9   ...   78
[kitabyurdu.org] Genc aileler ucun gosterisler
I FƏSIL 

İZDIVAC, EVLƏNMƏ ASTANASINDA 

Bəşəriyyətin  ən  gözəl  və  ilahi  hisslərindən  biri  onun 

ailə qurmağa və övlad sahibi olmağa meylidir. İnsanların 

ailə formasında yaşayışı tam təbiidir. İnsan elə bir şəkildə 

yaradılmışdır  ki,  o  fitri  və  təbii  şəkildə  ailə  qurmağa  və 

övlad  sahibi  olmağa  meyl  göstərir.  Bəşər  tarixinin 

mütaliəsi göstərir ki, o  yarandığı  gündən ailə qurumunda 

yaşamışdır.  Ailə  qurumunu  aradan  götürmək  istəyən 

bütün fərdlər uğursuzluğa düçar olmuşlar. Bu istiqamətdə 

nə Əflatunun, nə də Marksist məktəbin səy`ləri bir nəticə 

verməmişdir. Qədim dövrdən əsrimizə gəlib çatmış vəhşi 

qəbilələrdə  belə  ailə  qurumu  mövcuddur.

4

  Bəşər  tarixini 



açıq  gözlə  mütaliə  etmiş  alimlər  belə  bir  qənaətə 

gəlmişlər  ki,  tarix  boyu  həyat  yoldaşı  seçimi  və  ailə 

təşkili  kimi  əhəmiyyətli  qayda-qanun  olmamışdır. 

İzdivacın  şəxsi  yox,  növlə  (insan  növü)  bağlı  zərurət 

olması  bu  həqiqətin  dəlilidir.  Bəli,  izdivacda  məqsəd 

bəşər nəslinin davamıdır. 

Məşhur  Amerika  mütəfəkkiri  V.  Dorant  "fəlsəfənin 

ləzzətləri"  kitabında  yazır:  "Təbiət  ailə  qurumunu 

müəyyənləşdirmişdir ki, kişini qadının və qadını körpənin 

xidmətinə  sövq  etsin.  Kişilər  təbiət  e`tibarı  ilə  qadının, 

qadınlar isə təbiət e`tibarı ilə körpələrin və insan nəslinin 

xidmətçisidir.

5

 Alim öz sözünə belə davam edir: "İzdivac 



bağlılığı  qadınla  kişinin  sevgi  və  şəhvət  rabitəsini 

qanuniləşdirmək üçün deyil, bəşər nəslinin qorunması və 

davamında  ata,  ana  və  övlad  arasında  mövcud  olan  bir 

bağlılıqdır."

6

 

                                                 



4

 V. Dorant, "sivilizasiya tarixi", c. 1, s. 57. 

5

 "Fəlsəfənin ləzzətləri", s. 164. 



6

 "Fəlsəfənin ləzzətləri", s. 164. 

 

10

Qadın  və  kişi  elə  bir  formada  yaradılmışdır  ki, 



onlardan  heç  biri  o  biri  olmadan  səadətə  çatıb 

ehtiyaclarını  ödəyə  bilmir.  Onlardan  birinin  vücudu  o 

birini  tamlaşdırır.  Yalnız  bağlı  olduqları  vaxt  öz 

iste`dadlarını  çiçəkləndirib,  kamala  çata  bilirlər.  Başqa 

sözlə,  qadın  və  kişinin  bə`zi  iste`dadları  yalnız  ailə 

qurduqdan sonra yetərli həddə çatır. 

İzdivacdan  boyun  qaçırıb,  bu  ilahi  sünnəyə  əməl 

etməyənlərin  vücudunda  bir  növ  xamlıq  qalır  və 

vücudlarının bə`zi yönümləri çiçəklənmir. 

Ailə qurduqdan sonra qadın və kişi eşq və məhəbbətlə 

bir-birinin  xidmətində  durur,  hər  biri  özünü  digərinin 

asayiş  və  rahatlığına  həsr  edir.  Sonrakı  mərhələdə 

zövcələr  övladlarının  inkişaf  və  rifahı  üçün  çalışır  və  bu 

yolla  "yalnız  özü  üçün  sə`y  göstərmək  və  özündən 

başqasını  görməmək"  kimi  eqoistliyin  sıxıntısından  bir 

qədər  azad  olurlar.  Onların  ruhi  duyumları  və 

xüsusiyyətləri  bu  bağlılıq  çərçivəsində  sığallanır  və 

daxillərində  üçüncü  bir  şəxsin  hənirtisi  vücuda  gəlir. 

İnsanın  inkişaf  və  kamilliyi  üçün  ilkin  şərt  eqoistlik  və 

xudbinlikdən  uzaqlaşmaqdır.  Övladla  bağlı  duyumlar 

eqoistlik və xudbinliklə mübarizədə bir növ məşq olur. 

İnsanın bir çox ehtiyacları ailədə tə`min olunur: həyat 

ehtiyacı, əks cinsə ehtiyac, məhəbbət və duyuma ehtiyac, 

övlad ehtiyacı və s. 




Yüklə 440,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə