Qeydiyyat № _________________
P R O T O K O L
mütəxəssisə hüquq və vəzifələrinin izah edilməsi haqqında
______________________ 20 ____ il ______________________ şəhəri
_____________________________________________________________________________
protokol tərtib edən şəxsin vəzifəsi, rütbəsi, soyadı, adı, atasının adı, istintaq hərəkətinin aparıldığı yer
_____________________________________________________________________________
Azərbaycan Respublikası CPM-nin 51, 85 və 120-ci maddələrinin tələblərinə əsasən tərtib edirəm həmin protokolu ondan ötrü ki, __________________________ nömrəli cinayət işi üzrə ______________________ 20 ____ il tarixli qərarla mütəxəssis qismində təyin edilmiş ___________________________________________ Azərbaycan Respublikası CPM-nin 96-cı
soyadı, adı, atasının adı
maddəsində nəzərdə tutulan:
cinayət prosesini həyata keçirən orqanın icazəsi ilə öz vəzifələrini daha yaxşı icra etmək məqsədi ilə işin materialları ilə tanış olmaq, cinayət prosesinin iştirakçılarına suallar vermək;
cinayət prosesinin iştirakçılarının diqqətini sənədlərin və əşyaların aşkar edilib möhkəmləndirilməsinə və götürülməsinə, texniki vasitələrin və kompüter proqramlarının istifadəsinə, iş materiallarının tədqiqinə, ekspert qarşısında sualların qoyulmasına, həmçinin öz peşəsinə aid olan sualların məzmununa yönəltmək;
əşyaların və sənədlərin aşkar edilməsi, möhkəmləndirilməsi və götürülməsi, texniki vasitələrdən və kompüter proqramlarından istifadə olunması, iş materiallarının tədqiqi, habelə ekspert qarşısında suallar qoyulması ilə əlaqədar protokola daxil edilməli qeydlər vermək;
iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolu ilə, habelə məhkəmə iclası protokolunun müvafiq hissəsi ilə tanış olmaq, bu hərəkətlərin gedişini, məzmununu və nəticələrini əks etdirən yazıların tamlığına və düzgünlüyünə dair protokola daxil edilməli qeydlər vermək;
cinayət prosesi zamanı sərf etdiyi xərclərin ödənilməsinə və cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyana görə kompensasiya almaq;
yerinə yetirdiyi işə görə haqq almaq;
qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək hüquqları,
zəruri kömək göstərilməsi üçün cinayət prosesini həyata keçirən orqanın çağırışına gəlmək;
cinayət prosesini həyata keçirən orqana öz xüsusi ixtisasını təsdiq edən sənədləri təqdim etmək;
zəruri kömək göstərilməsi qabiliyyəti olduğunu düzgün qiymətləndirmək;
cinayət prosesini həyata keçirən orqana peşə təcrübəsi və cinayət prosesində iştirak edən şəxslərlə münasibəti barədə məlumat vermək;
köməyinə zərurət olduğu bütün müddət ərzində istintaq və ya digər prosessual hərəkətlərin keçirildiyi yerdə, məhkəmənin iclas zalında olmaq və qeyd edilən hərəkətlərin keçirildiyi yeri həmin hərəkətləri keçirən şəxsin icazəsi olmadan, məhkəmə iclası zalını isə məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan tərk etməmək;
istintaq və ya digər prosessual hərəkətləri həyata keçirən şəxsə kömək məqsədi ilə sənədlərin və əşyaların aşkar edilməsi, möhkəmləndirilməsi, götürülməsi, texniki vasitələrdən və kompüter proqramlarından istifadə edilməsi, iş materiallarının tədqiq edilməsi, ekspert qarşısında suallar qoyulması üçün öz bacarığından və biliyindən istifadə edərək, cinayət prosesini həyata keçirən şəxsə, orqana, məhkəmə iclasında iştirak edən cinayət prosesi tərəflərinə peşəsinə aid sualları və hərəkətləri izah etmək;
təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq;
məhkəmə iclasında qaydaya riayət etmək;
onun iştirakı ilə keçirilmiş hərəkətlərin gedişinin, məzmununun və nəticələrinin protokolda tam və düzgün yazılmasını öz imzası ilə təsdiq etmək;
cinayət prosesini həyata keçirən orqanın icazəsi olmadan onun iştirakı ilə keçirilmiş istintaq və ya digər prosessual hərəkətlərə və aşkar edilmiş hallara dair məlumatları, habelə qapalı məhkəmə iclasının məlumatlarını yaymamaq;
ona məlum olan şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və ya qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq;
qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək vəzifələri izah edildi.
Mütəxəssis ___________________________________ öz vəzifələrini icra etməməsinin
adı, soyadı
Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olması izah edildi.
Protokolla tanış oldum, hüquq və vəzifələrim mənə izah edildi, habelə məsuliyyət barədə xəbərdar edildim.
Mütəxəssis: _____________________
imza adı, soyadı
Protokolu tərtib etdi:
_________________________________
şəxsin vəzifəsi, rütbəsi
_________________________________ _____________________
imza adı, soyadı
Dostları ilə paylaş: |