Qaqauzlar arasinda



Yüklə 216,67 Kb.
səhifə1/2
tarix06.01.2022
ölçüsü216,67 Kb.
#111976
  1   2

111

Azərbaycan Arxeologiyası 2003

Azerbaijan Archeology Vol.: 5 Num.: 1-4


QAQAUZLAR ARASINDA Güllü Yoloğlu

(Azərbaycan MEA Arxeologiya və Etnoqrafıya institute)
Uzun illərdir azsaylı türk soylarmm etnoqrafık və folklor materiallarim araşdıran tədqiqatçı Güllü Yoloğlu 2003-cü ilin iyul aymda Moldovanm Qaqauz Yeri Muxtar Respublikasmda ekspedisiyada olmuş, maraqh materiallarla qayıtmışdır. lyirmi günlük səfərinin əsas məqsədi folklor və etnoqrafık materiallar toplamaq olan tədqiqatçı ictimai-siyasi ab-havanı, dinin təbliği ilə bağlı məqamları da diqqətdən qaçırmamış, öz müşahidələrini qeydə almışdır
Moldovanın və Ukraynanm qaqauzlar yaşayan bölgələrini gəzdikdən sonra əsas qaldığım yer Tülüküy (Etuliya) oldu. Tülüküy hələ XIX-XX əsrlərdən tədqiqat-çıların diqqətini çox çəkmişdir. Çünki bu kənd Bucağa yerləşən ilk qaqauzların məskunlaşdığı yer olmuşdur. Bu gün kənd yerləşim yerinə görə iki yerə ayrılır. Aşağı Tülüküy və Bayır Tülüküy. Bayır (dağ) Tülüküy yüksəklikdə yerləşdiyinə görə belə adlandırılmışdır. Kəndin yaxınlığmda Kaqul gölü var. Tülüküyün əhalisinin böyük əksəriyyəti qaqauzlardır. Kənd böyüklüyünə və ictimai iaşə binalarının çoxluğuna, idarə və əhalinin sosial və mədəni həyatı ilə bağlı binaların görünüşünə görə də kənd və ya qəsəbə tipli kənd olmaqdan çıxır. Qaqauzlar qismən də olsa, öz adət-ənənələrini qoruyub saxlaya bilmişlər. Rus dilində danışanlar çox olsa da, qaqauzcanı da unutmurlar.

Mən orada olarkən Tülüküydəki kilsəyə Kişinyovdan Müqəddəs Məryəm Ana-

n


m qucağında balaca Isa olan iko-nasını gətirmişdilər. Qaqauzların ikona ilə görüşünü izləmək üçün mən də kilsəyə getdim. Gördüklə-rim mənə şamanizmə xas məra-siraləri, adətləri xatırlatdı. Inama görə, Müqəddəs Məryəm Ananın üç əlli ikonası (təsvirdə qadının üç əli var) şəfaverici özəlliyə malik-dir. Insanlar axın-axın kilsəyə gə-lir, növbə ilə ona yaxınlaşır, dilək

diləyərək keşişin iştirakı ilə üzə-

rindəki şüşəni açib içərisindən çə- Qaqauz qadınlan Məryəm Ananın ikonası önündə.
kilmiş simlərə ÖZ ÜZÜklərini, bilər-

Yüklə 216,67 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin