Qaydalar
AZƏRBAYCAN RESPUBLIKASI
FÖVQƏLADƏ HALLAR NAZIRLIYI
SƏNAYEDƏ İŞLƏRIN TƏHLÜKƏSIZ GÖRÜLMƏSI VƏ
DAĞ-MƏDƏN NƏZARƏTI DÖVLƏT AGENTLIYI
AZЯRBAYCAN DЮVLЯT ЯMЯYИN MЦHAFИZЯSИ VЯ TЯHLЦKЯSИZLИK
TEXNИKASЫ ELMИ-TЯDQИQAT ИNSTИTUTU (AZDЯMTTETИ)
Işlənilmişdir
Институтун директору
Р. Сяфяров
Институтун
директор мцавини
Н. Сейидящмядов
Институтун
директор мцавини
Л. Няъяфова
Мювзунун рящбяри:
Институтун директору, т.ф.д
Р. Сяфяров
Ишин мясул иърачылары:
A.
Rəhmanova
k.ф.д
T. Quliyev
R. Rəhimov
I BÖLMƏ
“TƏZYİQ ALTINDA İŞLƏYƏN TUTUMLARIN QURULUŞU VƏ TƏHLÜKƏSİZ
İSTİSMAR QAYDALARI”NIN TƏTBİQİ VƏ TƏYINATI SAHƏSİ
1. Ümümi tələblər
1.1. Qaydalarin tətbiqi və təyinati sahəsi
1.1.1. “Neft, qaz və
neftkimya sənayesində
təzyiq altinda işləyən tutumların quruluşu
və
təhlükəsiz istismar Qaydaları” (daha sonra mətn üzrə Qaydalar) Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin yeni layihələndirilən, tikilməkdə olan, yenidənqurma işləri aparan və
fəaliyyət
göstərən neft, qaz və neftkimya sənayesinin müəssisələrinə, təşkilatlarına və
obyektlərinə (təşkilati-hüquqi statusundan və mülkiyyət formasındqan asılı olmayaraq), o
cümlədən elmi-tədqiqat və layıhə institutlarına şamil edilir.
Bu Qaydalar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft, qaz və neftkimya
sənayesində izafi təzyiq altında işləyən tutumların, sisternlərin, çəlləklərin, balonların,
barokameraların (daha sonra mətn üzrə “tutumların, sisternlərin, çəlləklərin, balonların,
barokameraların” yerinə “tutumlar”) layihələndirilməsinə, hazırlanmasına, quraşdırılmasına,
yenidən qurulmasına, işə salınmasına,
təmirinə, texniki diaqnostikasına və istismarına aid
tələbləri müəyyən edir.
Tutumların quraşdırılmasına və təmirinə olan tələblər analoji olaraq onların
hazırlanmasına olan tələblərlə eynidir.
1.1.2. Qaydalar aşağıdakılara şamil edilir:
- temperaturu 115
o
C-dən yuxarı, su ilə işləyən və ya zəhərli təsirli, partlayış-yanğın
təhlükəsi olmayan 0,07 MPa (0,7 kqq/sm
2
) təzyiqdə qaynama temperaturunu aşan, digər
mayelərlə işləyən
tutumlar;
- 0,07 MPa (0,7 kqq/sm
2
) təzyiqdən yüksək təzyiq altında işləyən buxar,
qaz və ya
zəhərli, partlayış-yanğın təhlükəli mayelərlə işləyən tutumlar;
- 0,07 MPa (0,7 kqq/sm
2
)-dan yuxarı təzyiq altında sıxılmış, mayeləşdirilmiş və
həllolunmuş qazların nəql olunması və saxlanılması üçün balonlar;
- buxarları 50
o
C temperaturda, təzyiqi 0,07 MPa (0,7 kqq/sm
2
)-dan yuxarı olan sıxılmış
və mayeləşdirilmiş qazların nəql olunması və saxlanılması üçün sisternlər və çəlləklər;
- 0,07 MPa (0,7 kqq/sm
2
)-dan yuxarı təzyiq altında olan sıxılmış, mayeləşdirilmiş
qazların, mayelərin və dənəvər (səpələnən) maddələrin nəql olunması və saxlanması üçün
sisternlər və tutumlar;
- barokameralar.
1.1.3. Qaydalar aşağıdakılara aid deyil:
- elmi-tədqiqat işləri məqsədi ilə istifadə olunan, təzyiqdən asılı olmayaraq, həcmi 0,025
m
3
(25 litr)-dən az olan tutumlar. Həcm müəyyən olunarkən tutumun ümumi həcmindən
futerlənmə qatının, boruların və digər daxili qurğuların tutduğu həcm çıxılır. Tutumlar qrupu,
eləcə də ayrı-ayrı gövdələrdən öz aralarında daxili diametri 100 mm-dən böyük olmayan
borularla birləşdirilmiş tutumlara bir tutum kimi baxılır;
- m
3
(litr) həcmə MPa(kqq/sm
2
) təzyiqin hasili 0,02 (200)-dən çox olmayan, 0,025 m
3
(25
litr)-dən həcmi böyük
olmayan tutumlar və balonlar;
- texnoloji prosesə uyğun olaraq daxilində partlayış və ya öz-özünə yayılaraq yüksək
temperaturlu sintez rejimində yanma nəticəsində yaranan yüksək təzyiq altında işləyən tutumlar;
- vakuum şəraitində işləyən tutumlar;
- dəniz, çay gəmilərində və digər üzən vasitələrdə (draqadan başqa) quraşdırılan tutumlar;
- təyyarələrdə və digər hava nəqliyyat vasitələrində quraşdırılan tutumlar;
- hərəkət edən dəmiryol nəqliyyat qatarlarının, avtomobil və digər nəqliyyat vasitələrinin
əyləc avadanlıqlarının
hava çənləri;
- buxar və su qızdırıcı cihazlar;
- borulu sobalar;
- kollektoru olmayan, daxili diametri 150 mm-dən böyük olmayan borulardan ibarət, eləcə
də daxili diametri 150 mm-dən böyük olmayan borulardan ibarət kollektorlu tutumlar;
- maşın hissələri, qeyri müstəqil (nasos gövdələri və ya turbinlər,
buxar mühərriklərinin,
hidravlik, hava maşınlarının və kompressorların silindrləri) tutumlar.