Qaydaları I. Ümumi müddəalar "Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində tələbənin nizam-intizam Qaydaları"



Yüklə 48,5 Kb.
səhifə1/5
tarix10.01.2022
ölçüsü48,5 Kb.
#108391
növüQaydalar
  1   2   3   4   5

Tələbələrin nizam-intizam qaydaları
I. Ümumi müddəalar


    1. “Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində tələbənin nizam-intizam Qaydaları” (bundan sonra- “Qaydalar”) Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində (bundan sonra Kollec) qadağan olunan və ya tələbə adına, şərəf və ləyaqətinə uyğun olmayan hərəkətlər edən tələbələrə qarşı tətbiq ediləcək intizam tədbirlərini, onların tətbiq edilməsi prosedurunu müəyyən edən qaydalar məcmusudur

    2. Bu qaydalar Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununa Kollecin Nizamnaməsinə uyğun olaraq hazırlanmışdır.

    3. Bu qaydalar Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində təhsil alan hər bir tələbəyə şamil olunur.

    4. Bu qaydaların tətbiqi zamanı aşağıdakı prinsiplər əsas götürülür.

      1. Bərabərlik prinsipi : intizam qaydalarını pozmuş tələbələr irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, maddi vəziyyətindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən və digər hallardan asılı olmayaraq intizam məsuliyyətinə cəlb olunurlar.

      2. Ədalət prinsipi: intizam qaydalarını pozmuş tələbəyə tətbiq edilən intizam tənbehi ədalətli olmalıdır, yəni pozuntunun xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır.

      3. Humanizm prinsipi: intizam qaydalarını pozmuş tələbəyə tətbiq edilən intizam tənbehi insan ləyaqətini alçatmaq məqsədi daşıya bilməz.




Yüklə 48,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə