Qədim insan təbii təkamül prosesi keçərək inkişaf etmişdir. Şübəhsiz belə bir prosesdə insanın fiziki gücü, cəldliyi, reaksiya qabiliyyəti, sağlamlığı olduqca böyük əhəmiyyət kəsb etmişdir



Yüklə 21,11 Kb.
tarix10.01.2022
ölçüsü21,11 Kb.
#109145

Qədim insan təbii təkamül prosesi keçərək inkişaf etmişdir. Şübəhsiz belə bir prosesdə insanın fiziki gücü, cəldliyi, reaksiya qabiliyyəti, sağlamlığı olduqca böyük əhəmiyyət kəsb etmişdir. Yalnız bu keyfiyyətlərə malik insanlar təbii seçmənin süzgəcindən keçə bilmişlər. İnsan yaşamaq naminə vəhşi heyvanlarla vuruşmuş, sürətli qaçışı, eləcə də fiziki qüvvəsi hesabına təhlükədən xilas ola bilmişdir. Cəmiyyət inkişaf etdikcə bu sınağın, mübarizənin forma və üsulları dəyişmiş, müxtəlif növləri meydana çıxmışdır. Bəşər mədəniyyətinin ən böyük nailiyyətlərindən biri olan idmanın yaranmasının əsasında belə mübarizə formaları durur. İdman müxtəlif hərəkət kompleksləri üzrə yarışlar və hazırlıq məşqləri keçirilməsi sistemi kimi böyük təkamül prosesini yaşamışdır. İnsanların yerinə yetirdikləri fiziki hərəkətləri və əmək vərdişləri üzrə sınaqlarını, döyüş və mübarizə növlərini, məsələn, güləş, qaçış, tullanma, ağırlıqqaldırma, üzmək, avar çəkmək, ox atmaq, qılınc oynatmaq, nizə tullamaq və sairəni ilk idman növləri kimi qəbul etmək olar. Heç şübhə yoxdur ki, bütün xalqlarda bu cür idman növləri olmuşdur. Bu növlərdən hər hansı biri üzrə ilk idman yarışının birinci dəfə harada, nə vaxt keçirilməsi haqqında dəqiq fikir söyləmək mümkün deyildir. Arxeoloji tapıntılar əsasında onu demək mümkündür ki, atletlərin ilk yarışı güləş üzrə olmuşdur. Onun haqqında ən qədim məlumat b.e.ə. XXVII-XXVI əsrlərə təsadüf edir. B.e.ə. VIII əsrə aid edilən "Gilqamış" dastanında b.e.ə. üçüncü minilliyə aid olan Şümer abidələrinə istinadla güləş üzrə yarış haqqında məlumat verilir. Güləş Azərbaycanda da qədim dövrlərdən yayılmış ənənəvi idman növü olmuşdur. Azərbaycan xalqının dastan və nağıllarında, yazılı abidələrində güləş yarışlarından çox bəhs olunur. Tariximizin qədim yazılı abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanlarında güləşlə yanaşı başqa təkbətək mübarizə növlərindən də geniş bəhs olunur. Bu mübarizələrin çox vaxt yarış məqsədi daşıması açıq-aşkar qeyd olunur. Nağıl və dastanlarda igidlər aslan, buğa, dəvə ilə güclərini sınayır, bir-biri ilə qurşaq tutub güləşirlər. Zaman keçdikcə güləş inkişaf etmiş, ona münasibət, onun keçirilmə qaydaları dəyişmiş, belə qarşılaşmalar xüsusi yerlərdə keçirilmişdir. Azərbaycanda qədim tarixə malik idman növü olan güləş yarışları da sonralar xüsusi yerlərdə - zorxanalarda keçirilmişdi . Oğuz elinin igidləri, o cümlədən qızları da at çapmaqda, qılınc oynatmaqda, ox atmaqda mahir olmuşlar. Bu diyarda oğlanlara döyüşdə, təkbətək mübarizədə qalib gəlməyincə, igidlik göstərməyincə ad verməzmişlər. "Kitabi-Dədə Qorqud" dastanlarının əsas qəhrəmanlarından biri Bamsı Beyrəklə Banıçiçək at çapmaq, ox atmaq və qurşaq tutub güləşməkdə güclərini sınadıqdan sonra bir-birlərinə könül verirlər. XI əsr Azərbaycan şairi Xaqani Şirvaninin əsərlərində də çovqan, at çapmaq, şahmat , qılıncoynatma və s. oyunlardan danışılmışdır. XII əsrdə yaşamış dahi Azərbaycan şairi Nizami Gəncəvi hələ 800 il bundan əvvəl yazdığı məşhur poemalarında Azərbaycan xalqının qəhrəman oğullarının sücaətini,xüsusən pəhləvanların məharətini təsvir etmişdir. Aərbaycanda qədimdən idmana qiymət verilmişdi. Qayaüstü yazılarında həkk olunmuş çoxlu rəsmlər, cizgilər, ov səhnələri, heyvan fiqurları, insanların rəqs və digər fiziki hərəkətləri təsvir edilmişdir.

Bu gün respublikamız hər sahədə ildən – ilə inkişaf edir, maddi – texniki bazası möhkəmlənir, ilbəil ölkədə keçirilən beynəlxalq tədbirlərin, yarışların sayı artır. Təbii ki, əldə edilən uğurlar idmanın inkişafına müsbət təsir, Azərbaycanın dünyada bir idman ölkəsi kimi tanınmasında böyük rol oynayır.

Ümummilli liderimiz H. Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir. Onun hakimiyyəti dövründə idmana xüsusi yer verilmişdir. Bir çox idman kompleksləri, qurğuları, zalları tikilmiş, meydançalar salınmış, böyük idman sağlamlıq mərkəzləri yaradılmışdı.

1997-ci il Azərbaycanın idman aləmi üçün xüsusilə əlamətdar olmuşdur. “Bədən tərbiyəsi və idman haqqında” 23 dekabr 1997-ci il Qanunu qüvvəyə minmiş, ardınca 28 dekabr 1998-ci il “Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Ulu öndər fərman imzalamışdır.

Azərbaycan zəngin idman ənənələrinə malik olan bir dövlətdir. Bu gün Azərbaycan idmanı özünün ən uca zirvələrini fəthinə doğru gedir. Hazırda idman ölkəsi kimi tanınan Azərbaycan bu gün beynəlxalq yarışlarda, olimpiya oyunlarında iştirak edir. İndi dünyanın bir çox yerlərində himnimiz səslənir, bayrağımız ucalır. Bu nailiyyət Azərbaycanın Prezidenti İ. Əliyevin idmanın inkişafına gənc nəslin sağlam böyüməsinə böyük diqqət və qayğısının təzahürüdür. Gənc nəslin elmi, mənəvi inkişafı ilə yanaşı, onların vətənpərvər və fiziki cəhətdən sağlam böyüməsində bədən tərbiyəsi fənni böyük əhəmiyyət kəsb edir. Bunun üçün də ilk növbədə təhsil müəssisələrində fiziki tərbiyə və idman işlərini daha yüksək səviyyədə təşkil etmək lazımdır. Bu il iyun ayının 20 – də Olimpiya oyunlarının Azərbaycanda keçirilməsi və 2 – ci yerə çıxması Azərbaycanın bir uğurudur. İdmanın təbliği, gənc nəslin sağlam gələcəyinin təmin edilməsində kitabxanaların qarşısında duran əsas vəzifələrindən biridir. Kitabxanalarda 5 mart Bədən Tərbiyəsi və İdman Günü qeyd edilməli, bədən tərbiyəsi və idmanla bağlı müxtəlif səpkili tədbirlər təşkil olunmalıdır. Kitabxanada “ İdman sağlamlığın rəhnidir” !, “İdman bu gün”, “ Zirvəyə aparan yol”, adlı sərgi, Azərbaycan idmançılarının qələbəsi əks etdirən Görkəmli idmançılarımız və uğurlarımız adlı fotostend təşkil etmək və mütəmadi olaraq onu günün tələblərinə, uyğun olaraq yeniləmək lazımdır. İdmanla bağlı oxucular arasında mühazirələrin, söhbətlərin keçirilməsi çox vacibdir. Mühazirə üçün mövzunun adı elə seçilməlidir ki, oxucularda maraq oyatsın: Məsələn: “İdman dostluğun, sülhün təməlidir”, “Sağlam olmaq istəyirsinizsə”, “İdman sağlamlıqdır”, və s.

İdmanın insan həyatındakı rolu mövzusunda dəyirmi masanın, oxucu konfranslarının keçirilməsi vacibdir. Dəyirmi masada idman ustalaranın dəvət olunması da nəzərə alınmalıdır. Dəyirmi masada idmançılarımızın qələbəsinə həsr edilmiş slayd şou göstərilməlidir. Biz kitabxana işçiləri üçün önəmli məqamlardan biri yeniyetmə və gənclərin uğurlarına, qələbələrinə sevinmək, onun təbliği sahəsində hər cür imkanlardan istifadə etməkdir.



Hazırladı: Şöbə müdiri Şahbazova Nəzmiyyə
Yüklə 21,11 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin