QəHRƏmanin öLÜMÜ Bütün Bakı fikirdədir, göy sükutda, dəniz lal Nə meh əsir, nə titrəyir ağacların yarpağı



Yüklə 47,69 Kb.
tarix10.01.2022
ölçüsü47,69 Kb.
#109394


QƏHRƏMANIN ÖLÜMÜ
Bütün Bakı fikirdədir, göy sükutda, dəniz lal

Nə meh əsir, nə titrəyir ağacların yarpağı.

Hər ürəkdə bir döyüntü, hər baxışda bir sual...

Bu gün çatmış qaşlarını Azərbaycan torpağı.
Vətən oğlu! – Bu iki ad dodaqlarda yandıqca,

Hər ürəyin telləri də qəmli-qəmli saz tutur.

Vətən mülkü öz oğlunu ana kimi andıqca

Ağır dağlar fikrə gedib, öz qəlbində yas tutur.
Cəbhədəsə, bizdən uzaq, Həzi! – deyən bir əsgər

O tabutun qarşısında diz çökərək and içir.

Tanklar uçur, ordu keçir, darılmışdır üfüqlər,

İntiqamın yanan qəlbi şaxta udur, qar içir.
İllər keçir... Yada düşür süd ağızlı körpələr,

Nəsil-nəsil ürəklərdə yuva salır qəhrəman.

Şəfəq saçır türbəsinə min səadət, min səhər,

Bu əməllə, bu eşq ilə o keçdi öz canından.
Rəssam alıb fırçasını xəyallara qərq olur,

Bahar kimi şəfəqlənir qəhrəmanın surəti.

Könüllərdə söhbət olub neçə məclis qurulur,

Alqış deyir mərd oğula şeirin, sözün qüdrəti.
Qərinələr arxasından Cavanşir də, Babək də

Qılınc ilə salam verir bu müqəddəs türbəyə.

Göydə günəş şölə saçır, nəğmə tutur külək də

Yerdə insan nəfəs alır, qəhrəmana eşq” – deyə.

Səməd Vurğun

Bizim ünvanımız :

Səməd Vurğun 88

Telefon: 597 08 79

Elektron ünvan: www.clb.az





VƏTƏNİN ADINI UCALDANLAR

Həzi Aslanov – 110



BAKI - 2020


ƏDƏBİYYAT SİYAHISI
Abbaszadə H. General : roman. - Bakı : Vətən, 2004. - 382 s.
Xınalı Z. Qəhrəman Həzi : poema. – Bakı : Təknur, 2015. – 124 s.
Həsənəli N. Həzi Əhəd oğlu Aslanov // Vətənin şöhrətini ucaldanlar. - Bakı : Respublika Xatirə Kitabı Redaksiyası, 2002. - S. 7-23.
Vurğun S. Qəhrəmanın ölümü : şeir // Seçilmiş əsərləri. 5 cilddə. - Bakı : Şərq-Qərb, 2005. - C. 2. - S. 140.
Səfərli İ. Təzə çiçəklər : General Həzi Aslanovun əziz xatirəsinə // Seçilmiş əsərləri. - Bakı : Lider, 2005. - S. 185-186.

... Bir-bir azad olur kəndlər, şəhərlər,

Qalxır barıt iyi, səngiyir ara.

Qəlbə dərd artıran acı bir xəbər,

Yayılır bir anda bizim dağlara:

Həzi öz canını...

Yox, yox, yalandır!

O, yenə şığıyır düşmən üstünə.

Qəhrəman ölərmi, o qəhrəmandır,

Eşqi ürəklərdə yaşayır yenə.

Ölməmiş yaşayır o, əslində də,

Ona mahnı deyir sərin küləklər.

İlin yaz fəslində, qış fəslində də,

Üstündə sayrışır təzə çiçəklər.
Səfərli İslam

Dövri mətbuatda
Əliyev Z. Belorusda şərq motivləri : O, qürbətdə yaşasa da Vətəndən daha artıq seçilib-sayılır... // Qobustan. - 2015. - № 1. - S. 54-56. – Məqalədə Həzi Aslanova həsr olunmuş əsərlər haqqında da məlumat verilir.
Həzi Aslanov : Azərbaycanın qızıl ulduzları // Savalan. - 2015. - 15-18 may. - № 34. - S. 2. ; 19-21 may. - № 35. - S. 2.
Qurbani A. Qafqaz qartalı : Həzi Aslanov - 105 // Azərbaycan. - 2015. - 25 yanvar. - № 17. - S. 7.

Səfərova R. Əbədi şöhrət : Sovet İttifaqı Qəhrəmanı, Azərbaycanlı general-mayor Həzi Aslanov haqqında // Kaspi. - 2015. - 10 iyun. - № 103. - S. 15. ; 11 iyun.- № 104. - S. 15.

Tərtib etdi: S.Əhmədova


Yüklə 47,69 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin